Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2161/2022 20.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı "cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 700 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1000 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkəsində satılması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Cavabdeh onun xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 4780,19 manat (4202,78 manat muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə + 577,41 manat faizlər üzrə) məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun olduğu və yaranmış borc məbləğinin 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi barədə xx.xx.2022-ci il tarixli **********4 nömrəli bildiriş göndərilmişdir. Lakin cavabdeh borcunu təyin edilmiş müddət ərzində ödəmədiyinə görə ona Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi üçün iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli qərar ilə Cavabdeh məxsus olan Yevlax şəhəri Fizuli küçəsində yerləşən mağazada olan əmlakın siyahıya alınması qərara alınmışdır. Bundan sonra həmin qərar əsasında vergi orqanının əməkdaşları tərəfindən sözügedən mağazaya baxış keçirilmiş, əmlakın siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********0 nömrəli protokol tərtib edilmiş və tərəflər arasında vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında akt tərtib edilmişdir. Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********0 nömrəli protokola 14 nömrəli əlavədə göstərilmişdir ki, Cavabdeh məxsus mağazada yerləşən qiyməti 1000 manat olan 1 ədəd LG markalı kondisioner siyahıya alınmışdır. Daha sonra iddiaçı tərəfindən Cavabdeh əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xx.xx.2022-ci il tarixli **********448500 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 700 manat məbləğində borc olduğuna görə iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddiasını belə əsaslandırmışdır ki, cavabdeh borcunu könüllü olaraq ödəməmişdir. Cavabdeh iddiaya yazılı münasibət (etiraz) bildirməmişdir. Tərəflərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli ərizədə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə, cavabdeh isə gəlmədiyinə görə işə onların iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, xx.xx.2022-ci il tarixli **********4 nömrəli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 4780,19 manat (4202,78 manat muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə + 577,41 manat faizlər üzrə) vergi borcu vardır. - İşdə olan, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vergi öhdəliklərinin yerinə yetirilməsi üçün iddiaçı tərəfindən Cavabdeh məxsus olan Yevlax şəhəri Fizuli küçəsində yerləşən mağazada olan əmlakın siyahıya alınması qərara alınmışdır. - İşdə olan, xx.xx.2022-ci il tarixli **********0 nömrəli protokola 14 nömrəli əlavədən görünür ki, Cavabdeh məxsus mağazada yerləşən qiyməti 1000 manat olan 1 ədəd LG markalı kondisioner siyahıya alınmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aiddir. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. İşdən göründüyü kimi, cavabdehin dövlət büdcəsinə xx.xx.2022-ci il tarixə ödənilməmiş 700 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcu vardır. Cavabdeh həmin borcu ödəmədiyinə görə iddiaçı tərəfindən xx.xx.2022-ci ildə "Əmlakın siyahıya alınması haqqında qərar" qəbul edilmiş, xx.xx.2022-ci ildə cavabdehə məxsus olan 1000 manat dəyərində 1 ədəd LG markalı kondisioner siyahıya alınmış, bu barədə "Əmlakın siyahıya alınması haqqında protokol" və "Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********0 nömrəli protokola 14 nömrəli əlavə" tərtib olunmuşdur. Siyahıya alınmış əmlak xx.xx.2022-ci ildə cavabdehə məsul saxlamaya verilmiş və bununla əlaqədar "Vergi ödəyicisinin siyahıya alınmış əmlakının saxlanmaya verilməsi haqqında akt" tərtib edilmişdir. Lakin bundan sonra da cavabdeh öz vergi öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə bu qənaətə gəldi ki, belə olan halda, iddiaçı cavabdehə məxsus olan siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılmasını tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 700 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ona məxsus olan, xx.xx.2022-ci ildə siyahıya alınmış 1000 manat dəyərində olan 1 ədəd LG markalı kondisionerin ticarət şəbəkələrində satılması öhdəliyi iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №e-2-1(116)-2161/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2161/2022
20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver