Məhkəmə qərarları › İş №e-2-1(116)-2196/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2196/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2196/2022 02.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 0256003AAN22 forma 88 göndərişli qərara dəyişiklik edilərək, mərhum əri X2 (xx.xx.1960-xx.xx.2022 FİN 22C3WFX, AZE ********) əlilliyin verilmə tarixinin xx.xx.2022-ci il əvəzinə xx.xx.2021-ci il qeyd olunması, 2-ci qrup müddətsiz əlillik statusu əvəzinə 1-ci qrup müddətsiz əlillik statusunun qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 0256003AAN22 forma 88 göndərişli qərarın ləğv edilməsi, mərhum əri X1 (xx.xx.1960xx.xx.2022 FİN 22C3WFX, AZE ********) əlillik verilmə tarixinin xx.xx.2022 əvəzinə xx.xx.2021 kimi təsdiq edilməsi, 2-ci qrup müddətsiz əvəzinə 1-ci qrup müddətsiz əlillik dərəcəsinin təsdiq edilməsi, bu iki dəyişiklik barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yeni qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə şəxsi kabinet vasitəsilə məhkəməyə “iddianın dəqiqləşdirilməsinə dair” ərizə təqdim etmiş və “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 0256003AAN22 forma 88 göndərişli qərara dəyişiklik edilərək, mərhum əri X2 (xx.xx.1960-xx.xx.2022 FİN 22C3WFX, AZE ********) əlilliyin verilmə tarixinin xx.xx.2022-ci il əvəzinə xx.xx.2021-ci il qeyd olunması, 2-ci qrup müddətsiz əlillik statusu əvəzinə 1-ci qrup müddətsiz əlillik statusunun qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-1(116)-2196/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməklə hüquqi marağının nədən ibarət olması məhkəməyə aydın deyil. Belə ki, cavabdehin müvafiq qərarına dəyişiklik olunduğu halda, yəni mərhum ərinə verilmiş əlillik tarixi və əlillik qrupu iddia tələbində göstərdiyi şəkildə qeyd olunduğu halda iddiaçının hansı hüquqi marağının təmin olunacağı hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə əsasən müəyyən olunmur. Hüquqi yardım məktubunda qeyd olunanlarla bağlı münasibət bildirməsi üçün iddiaçıya vaxt verilmişdir. İddiaçı yardım məktubunu aldıqdan sonra şəxsi kabinet vasitəsilə məhkəməyə xx.xx.2022-ci il tarixdə ərizə təqdim etmişdir. İddiaçının sözügedən ərizəsində qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya yenidən xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu ünvanlanmış və bildirilmişdir ki, ərizənin məzmunundan müəyyən olunmuşdur ki, mərhum əri Nəriman Cukqurayev xx.xx.2021-ci il tarixdə Balakən Rayon Mərkəzi Xəstəxanasında müayinə olunmuş və müvafiq forma 88 Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş, lakin əlillik dərəcəsi xx.xx.2022-ci il tarixdən təyin olunmuşdur. Ərizəsindən həmçinin müəyyən olunur ki, mərhum ərinə xx.xx.2022-ci il tarixdə ikinci dərəcə əlillik verilmişdir ki, iddiaçı da bununla razılaşmır və Nəriman Cukqurayeva əslində birinci dərəcə əlillik verilməli olduğunu bildirir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçı mərhum əri X2 əlillik təyin olunması barədə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirir və həmin qərara müvafiq dəyişiklik olunmasını xahiş edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, məhkəmə tərəfindən mübahisələndirmə növünə aid olan iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. İddia ərizəsinə əsasən müəyyən edilmişdir ki, həyat yoldaşı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddia,; mübahisələndirilən qərardan daha əvvəl məlumatlı olmağına baxmayaraq doqquz aya yaxın müddət keçdikdən sonra mübahisələndirmişdir. Hüquqi yardım məktubu xx.xx.2022-ci il tarixdə elektron qaydada imzalanmaqla iddiaçıya ünvanlanmış və məktubda qeyd olunanlarla bağlı münasibət bildirməsi təklif olunmuşdur. Lakin bu günədək iddiaçı tərəfindən məktubda qeyd olunanlarla bağlı münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM-2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İddia ərizəsi və iddiaçı tərəfindən şəxsi kabinet vasitəsilə məhkəməyə təqdim olunmuş ərizələrdən məlum olur ki, mərhum əri Nəriman Cukqurayev xx.xx.2021-ci il tarixdə Balakən Rayon Mərkəzi Xəstəxanasında müayinə olunmuş və müvafiq forma 88 Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş, lakin əlillik dərəcəsi xx.xx.2022-ci il tarixdən təyin olunmuşdur. Ərizəsindən həmçinin müəyyən olunur ki, mərhum ərinə xx.xx.2022-ci il tarixdə ikinci dərəcə əlillik verilmişdir ki, iddiaçı da bununla razılaşmır və Nəriman Cukqurayeva əslində birinci dərəcə əlillik verilməli olduğunu bildirir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçı mərhum əri X2 əlillik təyin olunması barədə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirir və həmin qərara müvafiq dəyişiklik olunmasını xahiş edir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı mübahisələndirilən qərardan daha əvvəl məlumatlı olmağına baxmayaraq doqquz aya yaxın müddət keçdikdən sonra qərarı mübahisələndirmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 0256003AAN22 forma 88 göndərişli qərara dəyişiklik edilərək, mərhum əri X2 (xx.xx.1960-xx.xx.2022 FİN 22C3WFX, AZE ********) əlilliyin verilmə tarixinin xx.xx.2022-ci il əvəzinə xx.xx.2021-ci il qeyd olunması, 2-ci qrup müddətsiz əlillik statusu əvəzinə 1-ci qrup müddətsiz əlillik statusunun qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar