Məhkəmə qərarları › İş №e-2-1(116)-2302/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2302/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2302/2024 03.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “M.Ə.Mirqasımov” adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsinə qarşı “cavabdeh orqanların vəzifəli şəxslərinin əsassız və qanunsuz rəyi nəticəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmətdə olduğunuz müddətdə çəkdiyiniz mənəvi iztirablara görə Sizə vurulmuş zərərin (mənəvi iztirabların) əvəzi olaraq 10.000 (on min) manat miqdarında kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “M.Ə.Mirqasımov” adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsinə qarşı “cavabdeh orqanların vəzifəli şəxslərinin əsassız və qanunsuz rəyi nəticəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmətdə olduğunuz müddətdə çəkdiyiniz mənəvi iztirablara görə Sizə vurulmuş zərərin (mənəvi iztirabların) əvəzi olaraq 10.000 (on min) manat miqdarında kompensasiyanın ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli yardım məktubu iddiaçının elektron kabinetinə ünvanlanmış Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən izah olunmuşdur ki, inzibati məhkəmə icraatında iki müxtəlif cavabdehə qarşı eyni tələbin yönəldilməsi yolverilməzdir. Bu səbəblə Sizə aşağıda qeyd olunanlara əsasən iddia ərizəsinə müvafiq dəqiqləşmələr aparmağınız və dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim olunması təklif edilir. Məlumat üçün nəzərinə çatdırılmışdır ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddianın xüsusi mümkünlük şərti eyni məzmunlu iddia tələbi ilə məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdehə müraciət olunmasıdır. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 3-43-62/2- 62/2024 nömrəli məktubundan müəyyən olunur ki, hazırkı iddia tələbi ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinə müraciət etmiş və Xidmətin Zaqatala rayon şöbəsini iddia tələbiniə cavab verməli orqan hesab etdiyi halda, həmin orqana münasibətdə iddianın xüsusi mümkünlük şərti ödənilmiş olur. Digər cavabdeh, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “M.Ə.Mirqasımov” adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinə həmin orqana müraciəti ilə bağlı ərizənin surətini əlavə etsə də, həmin ərizənin göndərilməsini təsdiq edən müvafiq poçt qəbzi iddia ərizəsinə əlavə olunmadığından (iddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli poçt qəbzindən Mürsəl İbrahimov adlı şəxsə məktub göndərdiyiniz müəyyən olunur) hazırkı iddia tələbi ilə həmin cavabdehə müraciət etdiyi müəyyən olunmur. Məhkəmə zəruri qaydada tələb edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “M.Ə.Mirqasımov” adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsini hazırkı iddia tələbinizə cavab verməli orqan hesab etdiyiniz halda, həmin orqana müraciəti göndərdiyinizi təsdiq edən sənədin və ya orqanın imtina məktubunun tarixi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyiniz xx.xx.2024-cü il tarixdən əvvələ aid olmalıdır. Odur ki, iddiaçıya yuxarıda qeyd olunan nöqsanların aradan qaldırılması və dəqiqləşdirilmiş iddia ərizəsi və ya notariat qaydada etirbarnamə ilə müvafiq səlahiyyət verdiyin nümayəndəsi tərəfindən imzalanaraq 5 gün müddətində Şəki İnzibati Məhkəməsinə təqdim etməyiniz təklif olunmuşdur. Ötən müddət ərzində iddiaçı tərəfindən yardım məktubunda qeyd edilən nöqsanlar aradan qaldırılmamış və məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “M.Ə.Mirqasımov” adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsinə qarşı “cavabdeh orqanların vəzifəli şəxslərinin əsassız və qanunsuz rəyi nəticəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmətdə olduğunuz müddətdə çəkdiyiniz mənəvi iztirablara görə Sizə vurulmuş zərərin (mənəvi iztirabların) əvəzi olaraq 10.000 (on min) manat miqdarında kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar