Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2382/2025 01.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X20 Günel Soltan qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı “X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. İŞİN HALLARİ: İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli e-2-1(116)-2382/2025 nömrəli qərardadı ilə X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 2/3 hissəsi onun, 1/3 hissəsi ulu babası X10 mülkiyyətindədir. Ulu babası X17 vəfat etdikdən sonra ondan miras qalmış əmlaka vərəsəliyi babası X13 qəbul etmiş, onun vəfatından sonra həmin miras əmlaka vərəsəliyi atası X18 qəbul etmiş, atası da vəfat etdikdən sonra həmin miras əmlaka o yiyələnmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1008/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə X10 onun ulu babası olması hüquqi faktı müəyyən edilmişdir. X12 ona məxsus evdə qeydiyyatdadır. Halbuki, qeyd edilən şəxsin onun mülkiyyətimdə olan fərdi yaşayış evində qeydiyyatı formaldır və o orda yaşamır. Belə ki, X12 qonşu ünvanda yəni, Şəki şəhəri, Şərbablar küçəsi, 2/3 ünvanında yaşayır və anası X6 da həmin ünvanda qeydiyyatdadır. X12 texniki səhv olaraq onun razılığı və xəbəri olmadan ona məxsus evə qeydiyyata alınmışdır. Göründüyü kimi o həmin fərdi yaşayış evində sadəcə olaraq ailə üzvlərilə birlikdə yaşayır. Saleh İsmayılov da onun ailə üzvü olmamaqla həmin ünvanda yaşamır. X5 onun ulu babası X17 ilə heç bir qohumluq bağlılığı yoxdur. Ona görə də o həmin şəxsin mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqan Şəki Şəhər-Rayon Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqan Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-13109/2-O-45xx/xx/2025 nömrəli məktubu ilə müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişlər. Üçüncü şəxs iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı tərəfindən Şəki şəhər Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, üçüncü şəxs X5 ünvan 10 2/2 ünvanında verləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının sözü gedən tələbi ilə razılaşmır və hesab edir ki, onun bu tələbi təmin edilə bilməz. Belə k, iş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın dövlət reyestri publik hüquqi şəxsin **********84-10301 reyestr nömrəli çıxarışından göründüyü kimi mübahisəli fərdi yaşayış evi İddiaçı və X10 paylı mülkiyyətindədir. Üçüncü şəxs X12 həmin fərdi yaşayış evinin mülkiyyətçisi X1. X2 isə mülkiyyətçi X10 nəticəsidir. Yəni evin paylı mülkiyyətçisi X10 qanun üzrə vərəsəsidir. Üçüncü şəxs X5 X2 artıq notariat ofisinə ərizə ilə müraciət edərək X8 miras qalmış əmlakla bağlı vərəsəlik işinin açılmasını xahiş etmişdir. Notarius toplanmış sənədləri araşdıraraq "Notariat hərəkətlərinin aparılmasından imtina haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Qərar belə əsaslandırılmışdır ki, X17 ilə miras payı istəyən X5 qohumluq münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Hal-hazırda Şəki rayon məhkəməsində X17 ilə miras payı istəyən X5 qohumluq münasibətlərinin təsdiq edilməsi barədə mülki işə baxılmaqdadır. Bundan başqa iş materiallarında olan ünvan 10 2/2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportundan göründüyü kimi, həmin həyətyanı sahədə iki A və B tikili olmaqla tiraltı fərdi yaşayış evi mövcuddur. Evin birində iş üzrə İddiaçı, digərində isə üçüncü şəxs X12 və ailəsi (anası, atası, həyat yoldaşı) yaşamaqdadır. Hər iki tərəfin yaşadığı, qeydiyyatda olduğu fərdi yaşayış evi qeydiyyata alınaraq vahid çıxarış və texniki pasport verilmişdir. Əvvəlki ünvan ünvan 10 2/2 olmuşdur. xx.xx.2021-ci ildə qeydiyyata alındıqdan sonra ünvan 10 döngə 2 ev 2 (Yeni qaydalarla: ünvan 10 132) olmuşdur. İddiaçı tərəf ünvanların eyniliyi barədə arayış təqdim etmişdir. Uzun illər əvvəl hər iki fərdi yaşayış evinin kitabçası mövcud olmuşdur. Həmin vaxt kitabçada fərqli ünvanlar yazılmışdır. İddiaçı tərəfə ünvan 10 2/2, cavabdeh tərəfin valideyinlərinin adına olan kitabçaya isə ünvan 10 2/3 yazılmışdır. Şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanlarında həmin ev kitabçasına əsasən qeydiyyatı aparılmışdır. Ev kitabçası mülkiyyətin qeydə alınma sənədi olmadığı üçün sonradan həmin evlər qeydə alınanda vahid çıxarışla qeydə alınaraq, ünvan 10 döngə 2 ev 2 (Yeni qaydalarla ünvan 10 132) olmuşdur. Məhz buna görə də üçüncü şəxsin valideynlərinin qeydiyyat ünvanı bu gün ünvan 10 2/3-dür. Üçüncü şəxs X12 yeni nəsil vəsiqəsi aldığı üçün onun qeydiyyatı doğulduğu, əvvəlki qeydiyyatda olduğu ünvana salmışlar. Bu gün iddiaçı ərizəsində əsaslandırma edir ki, üçüncü şəxs X5 ona məxsus fərdi yaşayış evinə aidiyyəti yoxdur, səhvən həmin ünvana qeydiyyata salınmışdır. Bu düzgün fikir deyil. Yuxarıda etdiyi əsaslandırmadan göründüyü kimi, iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinə uzun illər əvvəldən fərqli ünvanlar verilmişdir. ünvan 10 2/3, ünvan 10 2/2 və sonuncu ünvan ünvan 10 döngə 2 ev 2 (Yeni qaydalarla: ünvan 10 132) hər biri eyni evin ünvanıdır. Yuxanda qeyd edilənləri nəzərə alaraq İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd olunması barədə müvafiq qərar çıxarılması xahiş edilmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********84-10301 reyestr nömrəli çıxarışından görünür ki, ünvan 10 döngə 2 ev 2 (Yeni qaydalarla ünvan 10 ev 132) paylı mülkiyyət hüququ ilə İddiaçı və X10 paylı mülkiyyətindədir. - cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh, iddiaçıya məxsus mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı müraciətin təmin olunmasından imtina etmişdir. - xx.xx.2025-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, üçüncü şəxs iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdadır. - **********84-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 10 döngə 2, ev 2 (yeni qaydalarla: ünvan 10 ev 132) ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının paylı mülkiyyətindədir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1008/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 2(075)-1115/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, X10 xx xxxxxx 1968-ci il təvəllüdlü İddiaçı ulu babası olması hüquqi faktı müəyyən edilmiş, Şəki Rayon Məhkəməsinin 2(075)-1115/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 10 döngə 2, ev 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X5 istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. - xx.xx.2021-ci il tarixli qanun üzə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.1932-ci il tarixdə vəfat etmiş- X11 vərəsəsi: X18 idi, lakin onun xx.xx.2010-cu ildə vəfat etməsi ilə əlaqədar miras onun təmsilçisi İddiaçı adına fərdi yaşayış evinin 2/3 hissəsinin 1/3 hissəsində və 0,0704 ha torpaq sahəsinin 2/3 hissəsində irs almalıdır (Şəhadətnamə verilən miras: DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə X14 verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 10 döngə 2, ev 2 ünvanında yerləşən 0,0704 ha torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 263,5 kv.metr olan daşınmaz əmlak mərhuma məxsus 2/3 hissəsi olan fərdi yaşayış evindən və torpaq sahəsindən ibarətdir.) - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 10 ev 2/3 saylı ünvan ilə ünvan 10 döngə 2 ev 2 (yeni qaydalarla: ünvan 10 ev 132) saylı ünvan eyni ünvan deyildir. - Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli X- 1012 nömrəli qərarından görünür ki, X4 etibarnamə əsasında nümayəndəsi X15 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(075)-871/2025 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, xx.xx.1943-cü il tarixdə vəfat etmiş X9 ərizəçi X4 babası, xx.xx.1932-ci il tarixdə vəfat etmiş X10 isə ulu babası olması hüquqi faktı müəyyən edilmişdir. Tərəflərin izahatları: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məktub göndərərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçı, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Üçüncü şəxsin vəkili (nümayəndəsi) Vəkil etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür... Maddə 5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1. Mməhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı: İİİ. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İddiaçı ünvan 10 döngə 2 ev 2 (Yeni qaydalarla ünvan 10 132) ünvanında yerləşən mənzilin onun mülkiyyətində olmasına, üçüncü şəxsin həmin mənzildə əmlak hüququnun olmamasına, istinad etsə də, işin araşdırılması zamanı müəyyən olundu ki, üçüncü şəxs X12 həmin ünvanda yaşayır. Eyni zamanda iş materiallarında olan sənədlərdən görünür ki, ünvan 10 döngə 2 ev 2 (Yeni qaydalarla ünvan 10 ev 132) paylı mülkiyyət hüququ ilə İddiaçı və X10 paylı mülkiyyətindədir. X17 isə üçüncü şəxsin X2nun ulu babasıdır. Üçüncü şəxs X12 həmin fərdi yaşayış evinin mülkiyyətçisi X1. X2 isə mülkiyyətçi X10 nəticəsidir. Üçüncü şəxs X5 X2 notariat ofisinə ərizə ilə müraciət edərək X8 miras qalmış əmlakla bağlı vərəsəlik işinin açılmasını xahiş etmiş, X3 ilə miras payı istəyən X5 qohumluq münasibətlərini müəyyən etmək mümkün olmadığından "Notariat hərəkətlərinin aparılmasından imtina haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(075)-871/2025 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, xx.xx.1943-cü il tarixdə vəfat etmiş X9 ərizəçi X4 babası, xx.xx.1932-ci il tarixdə vəfat etmiş X10 isə ulu babası olması hüquqi faktı müəyyən edilmişdir. Beləliklə, mövcud mübahisə üzrə toplanmış materiallar tərəflərin təqdim etdiyi sənədlər, eyni zamanda məhkəmə iclasında verilmiş izahatlar əsasında belə qənaətə gəlinir ki, sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ paylı mülkiyyət münasibətləri çərçivəsində formalaşmışdır. Bu isə o deməkdir ki, həmin əmlak bir neçə şəxsə məxsus olmaqla, hər birinin həmin əmlak üzərində müəyyən payı vardır və bu payların dəqiq müəyyənləşdirilməsi hüquqi baxımdan əhəmiyyətlidir. İş materiallarından göründüyü kimi, İddiaçı həmin yaşayış evinin 2/3 hissəsinə dair mülkiyyət hüququna malik olduğunu əsaslandıran sənədləri təqdim etmişdir. Qalan 1/3 hissə isə İddiaçı ulu babası mərhum X10 adına qeydiyyata alınmışdır. Bu isə o deməkdir ki, iddiaçı daşınmaz əmlakın yeganə mülkiyyətçisi deyil. Yəni bu fakt paylı mülkiyyət münasibətlərinin hüquqi qüvvəsini bir daha təsdiqləyir və tərəflər arasında əmlakdan istifadə hüququnun pay bölgüsünə uyğun şəkildə həyata keçirilməsini zəruri edir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində əksini tapan əsas hüquqlardan biri olaraq, insanın əmlak üzərində istədiyi kimi sahib olmaq, istifadə etmək və sərəncam vermək hüququnu təmin edir. Mülkiyyət hüququ, həmçinin, ölkə qanunvericiliyi, o cümlədən Mülki Məcəllə və Mənzil Məcəlləsinin müvafiq müddəaları ilə qorunur və dövlət tərəfindən təminat altına alınır. Nəzərə alınmalıdır ki, mübahisəli evin 2/3 hissəsi iddiaçıya məxsusdur və bu mülkiyyətə hüququ olan şəxs olaraq o, həmin mülkiyyəti öz iradəsinə uyğun olaraq idarə etmək hüququna malikdir. Məhkəmə baxışında təhlil edilmiş sübutlara və tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, mübahisəli evdə qeydiyyatda olan üçüncü şəxsin öz atasının da həmin mənzildə pay hüququ mövcuddur. Məhkəmə onu da qeyd edir ki, paylı mülkiyyət vəziyyətində hər bir şəxsin konkret sahə üzrə mülkiyyət hüququnun müəyyənləşdirilməsi və təsbit edilməsi vacibdir. Məhkəmə tərəfindən naturada bölgünün aparılması və hər bir tərəfə ayrılmış sahənin göstərilməsi məhz bu məqsədə xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə xx.xx.2024cü il tarixli qərardadında göstərilmişdir ki, ümumi mülkiyyətdə olan əşyanın iki növ bölgüsü mövcuddur: ideal bölgü – əşyanın fiziki olaraq bölünmədən, mülkiyyət paylarının müəyyən edilməsi, və real (naturada) bölgü – əşyanın fiziki olaraq bölünərək hər bir mülkiyyətçinin öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmasıdır. Qərardadda həmçinin qeyd olunur ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi (naturada bölgü) zamanı paylı mülkiyyət hüququ sona çatır və hər bir mülkiyyətçi fərdi mülkiyyətçi kimi öz hissəsinin tam sahibinə çevrilir. Mülki Məcəllənin 220 və 221-ci maddələrinə əsasən, bu proses ya tərəflərin razılığı ilə, ya da mübahisə olduqda məhkəmə qərarı ilə həyata keçirilir. Mülki Məcəllənin 221-ci maddəsinə əsasən Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Hazırki işə münasibətdə qeyd edilməlidir ki, iddiaçının üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququ yalnız o halda əsaslı hesab oluna bilərdi ki, mübahisəli daşınmaz əmlak naturada (fiziki olaraq) bölünmüş olardı. Bu zaman hər bir mülkiyyətçiyə konkret sahə ayrılardı və həmin sahə üzərində mülkiyyət hüququ ayrıca tanınardı. Belə olan halda, əgər üçüncü şəxs məhz iddiaçıya aid edilən sahə üzrə qeydiyyatda olsaydı, orada yaşamasaydı və ya heç bir hüquqi əsas olmadan həmin ünvanda qeydiyyata alınsaydı, bu zaman onun qeydiyyatdan çıxarılması iddiası hüquqi əsasla irəli sürülə bilərdi. Lakin mövcud vəziyyətdə ev naturada bölünmədiyindən və mülkiyyətin sərhədləri konkret göstərilmədiyindən, kimin hansı sahədə qeydiyyatda olmasının hüquqi qiymətləndirilməsi mümkün deyil. Bu səbəbdən, üçüncü şəxsin qeydiyyatının iddiaçıya məxsus konkret sahəyə düşdüyünü hüquqi cəhətdən təsdiqləmək də mümkün deyil. Bu da iddianın təmin olunması üçün yetərli əsasların olmadığını göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə qeyd edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasların dairəsi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində konkret müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində üçüncü şəxsin həmin evdə yaşamadığını, qeydiyyatının formal olduğunu qeyd etsə də, məhkəmə iclasında tərəflərin (iddiaçının və üçüncü şəxsin vəkilinin (nümayəndəsinin) izahatları ilə həmin hala aydınlıq gətirildi və müəyyən olundu ki, üçüncü şəxs həmin mübahisəli evin bir otağında yaşayır. Göründüyü kimi iddiaçı üçüncü şəxsə münasibətdə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birini məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda üçüncü şəxsin həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh inzibati orqanın üçüncü şəxsi qeydiyyatdan çıxarmaqdan imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən QƏRARA ALDİ: İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı “X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X26 Əsədova.
Məhkəmə qərarları › İş №e-2-1(116)-2382/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2382/2025
01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver