Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-243/2023 10.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X22 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2003cü il tarixli qərarına əsasən iddiaçının anası və atası ilə birlikdə cəmi 6 nəfər ailə üzvünün paylı mülkiyyətinə hər birinə 0,34 ha olmaqla, cəmi 2,4 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. İddiaçının mərhum atası və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin əvvəlki plan və ölçü sənədləri onlardan 2012-ci il tarixdə Çobankol bələdiyyəsi tərəfindən yığılmışdır. Əvvəlki sənədlərlə iddiaçı və ailə üzvlərinə məxsus olan 0,3395 ha torpaq sahəsi 2013-2014-cü illərdə X4 3395 kv.m torpaq sahəsinin verilməsi ilə bağlı işlənilmiş, 521425 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Zaqatala rayon Dövlət Arxivinin 120 saylı, xx.xx.2021-ci il tarixli arxiv arayışından məlum olur ki, X15 Qımır kənd YAİK-nın qərarına əsasən çöl sahəsindən cəmi 0,28 ha torpaq sahəsi verilmişdir. Çobankol Bələdiyyəsi 21 iyul 2017-ci il tarixdə qanunsuz arayış vermişdir. Çünki həmin arayışda X11 mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin və 0,34 ha torpaq sahəsinin olması qeyd olunsa da, Arxiv arayışında Əfqan Yusifova 0,28 ha torpaq sahəsinin verilməsi qeyd olunmuşdur. X8 tərəfindən qanunsuz olaraq 29 avqust 2017-ci il tarixdə verilmiş digər bir arayışda torpaq sahəsinin 1996-cı ildən bu günədək X11 istifadəsində olması qeyd edilmişdir. İddiaçı bildirir ki, Əfqan Yusifovun torpaq sahəsinin qonşuları İsmayılova Asudə və atası Fazil Yusifov, qardaşı Fərman Yusifov, yuxarı tərəfi də İbrahimov Hidayətdir. İddiaçının istifadəsində olan torpaq sahəsinin qonşuları Muradov Mikayıl, Yusif Yusifov, Fərhad Yusifov və Asudə İsmayılovadır. Torpaq sahəsi paylanılan vaxtdan etibarən iddiaçının və Əfqan Yusifovun torpaq sahələri arasında Asudə İsmayılovanın torpaq sahəsi vardır. Ona gora da iddiaçı hesab edir ki, cavabdeh tərəfindən X11 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarış ləğv edilməli, Zaqatala rayonu Qımır kəndinda yerləşən 0,3395 ha torpaq sahəsi mərhum atası X5 adına işlənməlidir. Qeyd olunanlara əsasən iddiaçı cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********63 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Zaqatala rayonu, Qımır kənd sakini X11 adına işlənmiş 0,3395 ha torpaq sahəsinə dair RX seriyalı, ******* nömrəli çıxarışı ləğv edərək, həmin torpaq sahəsinin iddiaçının mərhum atasının adına sənədləşdirilməsinə köməklik göstərilməsi barədə ərizəsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Müraciətdə qaldırılan birinci məsələ ilə bağlı olaraq bildirilir ki, Aqrar İslahat Komissiyasının qərarı əsasında hazırlanmış hüquqmüəyyənedici məlumatların ləğv edilməsi və ya dəyişdirilməsi, habelə həmin məlumatlar əsasında dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və həmin qeydiyyata dair dövlət reyestrindən çıxarışın və müvafiq plan-ölçü sənədinin iddiaçının ərizəsinə əsasən ləğv edilməsi 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Digər qeyd olunan məsələnin həlli birinci məsələnin həlli ilə bağlı olduğundan həmin məsələyə baxılması mümkün deyildir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********29 nömrəli etirazında qeyd etmişdir ki, mübahisəli Zaqatala rayonu, Qımır kəndində yerləşən 3395 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair başqa şəxs X2 Ləğv edilmiş DTXK tərəfindən AN 521425 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanmışdır. Ancaq torpaq islahatı ilə bağlı elektron DWJ və DBF məlumatlarında isə həmin torpaq sahəsi Zaqatala rayonu, Qımır kənd sakini X11 (210 nömrə ilə) adına göstərilmişdir. Buna görə də X11 qəyyumu X12 iddia ərizəsi əsasında Zaqatala Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(033)- 706/2018 nömrəli qətnaməsi ilə sözügedən 3395 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair başqa şəxs X2 adına hazırlanmış AN 521425 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ləğv edilmişdir. Daha sonra X11 qəyyumu X12 müraciəti ilə Zaqatala rayon AİK-nın 25 sentyabr 2003-ci il tarixli, 110 saylı qərarı və həmin qərara əsasən hazırlanmış elektron DWJ və DBF məlumatları əsasında X1 torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Ərizəçi İddiaçı və X3 hazırkı iddia ərizəsində qeyd olunan məsələ ilə bağlı müvafiq məhkəməyə müraciət etmişlər. Lakin məhkəmələrin xx.xx.2018-ci il tarixli, 2-1(84)-1466/2018 nömrəli, xx.xx.2019-cu il tarixli, 2- 1(84)-673/2019 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(116)-947/2021 nömrəli müvafiq qərardadları ilə onların iddiası mümkün sayılmamışdır. Cavabdeh etiraz məktubunda qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmışdır. Məktubda qeyd olunmuşdur ki, iddia ərizəsinin məzmunundan və cavabdehin etiraz məktubundan müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə İddiaçı hüquqi marağı 0,3395 ha torpaq sahəsinə dair X11 adına verilmiş çıxarış ləğv edildikdən sonra həmin torpaq sahəsinin mərhum atası X5 adına dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Bununla bağlı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, hazırkı iddia üzrə subyektiv hüquqa malik olubolmaması məsələsinin araşdırılması zərurəti yarandığından, mərhum atası X5 vərəsəsi olmasını təsdiq edən sənədləri (vərəsəlik haqqında şəhadətnamə və s.) məhkəməyə təqdim etməsi xahiş olunmuşdur. Sözügedən yardım məktubundan məlumat üçün iddiaçıya bildirilmişdir ki, onun “cavabdeh tərəfindən X11 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə mərhum atanız X13 adına verilmiş A seriyalı 511334 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-673/2019 nömrəli qərardadı ilə mümkün sayılmamış və qərardadda göstərilmişdir ki, o, hazırkı tələblə müraciət etməzdən əvvəl atasından miras qalmış əmlakı qəbul etməli, bunun üçün ilk növbədə sənədlərdə olan uyğunsuzluğu aradan qaldırmalı (plan ölçü sənədlərində atasının soyadı və adı Həsənxanov Oktay olduğu halda, iddiaçının doğum haqqında şəhadətnaməsində Ramazanov Oktay qeyd olunmuşdur), bundan sonra qeyd olunan tələblə məhkəməyə müraciət etməlidir. İddiaçı hüquqi yardım məktubunu aldıqdan sonra “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə xx.xx.2022-ci il tarixdə məhkəməyə sənədlər (Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-1353/2019 nömrəli qətnaməsi, 451958 nömrəli doğum haqqında şəhadətnamə, ******* nömrəli doğum haqqında şəhadətnamə, xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə) təqdim etmişdir. Təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-1353/2019 nömrəli qətnaməsi ilə xx.xx.1975ci ildə anadan olmuş İddiaçı məxsus 451958 nömrəli doğum haqqında şəhadətnamənin ata qrafasında yazılmış X16 ilə 351395 nömrəli ölüm haqqında şəhadətnamədə yazılmış X5 eyni şəxs olması faktı müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən müəyyən olunmuşdur ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X5 vərəsələri arvadı X3, oğlu İddiaçı, qızı X10, qızı X17 və qızı X6r və onların hər biri miras əmlakdan 1/5 hissədə irs almalıdırlar. Miras əmlak 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X9 verilmiş **********62 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu, Qımır kəndində yerləşən ümumi sahəsi 0,8756 ha olan torpaq sahəsinin 1/6 hissəsindən ibarətdir. İddiaçıya yenidən xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanmışdır. Məktubda xx.xx.2022-ci il tarixli yardım məktubunda göstərilənlər qeyd olunmuş və izah edilmişdir ki, hazırkı iddianı qaldırmaq üçün İddiaçı subyektiv hüquqa malik olması müəyyən edilməmişdir. İddiaçıya məhkəmənin yardım məktubunda qeyd olunanlara münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı məhkəmənin hüquqi yardım məktubunu aldıqdan sonra xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə məhkəməyə məktub ünvanlayaraq münasibət bildirmişdir. İddiaçı qeyd etmişdir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır. Subyektiv hüququ ondan ibarətdir ki, X2 vərəsələri də etiraf edir ki, o torpaq iddiaçının atası X7 olmuşdur. İddiaçı məktubunda həmin şəxslərin məhkəmə çağırılaraq dindirilməsini və işə cəlb olunmasını xahiş etmişdir. Həmçinin onun subyektiv hüququ olmuşdur ki, o, Zaqatala Rayon Məhkəməsinin qətnaməsini ləğv etdirmişdir. İddiaçı qeyd edir ki, o, həmin torpaq sahəsini atasının olduğu üçün istifadə edirdi. Lakin Zaqatala Rayon Məhkəməsinin qətnaməsi və onun əsasında verilmiş çıxarışla iddiaçı həmin torpaq sahəsindən çıxarılmışdır. Halhazırda qətnamə ləğv olunmasına baxmayaraq ərazi idarəsi verdiyi çıxarışı ləğv etmir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. Hazırkı halda nə iddiaçının, nə də mərhum atası X5 mübahisəli torpaq sahəsinə dair hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərə malik olması iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçı məhkəmənin yardımına münasibətində də faktiki olaraq torpaq sahəsindən istifadə etmədiyini bildirmişdir. Digər tərəfdən iddiaçının X2 vərəsələrinin adından çıxış edərək torpaq sahəsinin atasına məxsus olmasını iddia etməklə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ona subyektiv hüquq tanımır. Belə ki, qanunverici hər-hansı şəxs tərəfindən hüquqi əsaslar olmadan digər şəxslərin adına verilmiş hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsinə imkan tanımamaqla, bu kimi hüquqlardan sui-istifadə ehtimalının qarşısını almışdır. Qeyd olunanlarla bağlı iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım məktubları ünvanlanaraq qanunvericiliyin tələbləri izah olunmuşdur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X22 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2-1(116)-243/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-243/2023
10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver