Məhkəmə qərarları › İş №e-2-1(116)-2437/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2437/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2437/2022 20.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa düzəliş edilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Məhəməd qızı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-64/2019 saylı qərarına əlavə olunan 3 saylı sxemə əsasən mərhum anası X8 və İddiaçı torpaq sahəsinə dair hüquqlarının DƏDRX-də qeydə alınması, DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda adları qeyd olunan şəxslər X2, Maraqlı şəxs2, İsakova (Əliqayeva) Günəş Nəybullah qızının, Maraqlı şəxs1 və Maraqlı şəxs3 adlarının torpaq sahəsinə dair mülkiyyətçilər siyahısından çıxarılması və yeni çıxarış verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2437/2022 nömrəli qərardadı ilə Maraqlı şəxs2, Maraqlı şəxs3, İsakova (Əliqayeva) Günəş Nəybullah qızı və Maraqlı şəxs1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddiaçı, xx.xx.2022-ci il tarixdə tələbini dəqiqləşdirərək “xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa düzəliş edilməsi, cavabdeh orqan tərəfindən verilmiş həmin çıxarışda adları qeyd olunan şəxslər X2, Maraqlı şəxs2, İsakova (Əliqayeva) Günəş Nəybullah qızının, Maraqlı şəxs1 və Maraqlı şəxs3 adlarının torpaq sahəsinə dair mülkiyyətçilər siyahısından çıxarılması və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-64/2019 saylı qərarına əlavə olunan 3 saylı sxemə əsasən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun mərhum X11 məxsus olması barədə arayışın verilməsi və sözügedən torpaq sahəsi üzərində özünün ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla, eyni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 407 kv.m torpaq sahəsi X9 (payı: fərdi yaşayış evi tam, torpaq sahəsi ümumbirgə), İddiaçı (payı: torpaq sahəsi ümumbirgə), X4 (payı: torpaq sahəsi ümumbirgə), Maraqlı şəxs2 (payı: torpaq sahəsi ümumbirgə), X3 (payı: torpaq sahəsi ümumbirgə), Maraqlı şəxs1 (payı: torpaq sahəsi ümumbirgə) və Maraqlı şəxs3 Neybullah oğlunun (payı: torpaq sahəsi ümumbirgə) mülkiyyətində olmuş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(107)- 64/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İsаkоvа Cаhаn Rаmiz qızının, İsаkоv Həybullаh Nəybullаh оğlunun, İsаkоvа Günəş Nəybullаh qızının və İsаkоvа Аysu Nəybullаh qızının payı 0,0171 ha olmaqla sərhədləri 7,91; 17,29; 4,04; 7,48 və 18,14 metr ölçülər çərçivəsində olan “dördbucaq” şəkilli hissədə ayrılması qət edilmiş, sözügedən qətnaməyə əlavə edilmiş 3 nömrəli sxemdə 0,0171 ha torpaq sahəsi ayrıldıqdan sonra İddiaçı və X8 ümumibirgə mülkiyyətində qalacaq 0.0236 ha torpaq sahəsi naturada müəyyən edilmişdir. İddiaçı, 407 kv.m torpaq sahəsindən 0,0171 ha torpaq sahəsi ayrılqıdan sonra yerdə qalan 0.0236 ha torpaq sahəsinə dair çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan yeni tərtib edilmiş çıxarışda İddiaçı və X13 ilə birlikdə 0,0171 ha torpaq sahəsi mülkiyyətinə verilmiş digər şəxslərin adlarını da yenidən mülkiyyətçi kimi qeyd etmişdir. İddiaçı, sözügedən çıxarışa düzəliş edilməsi və İsаkоvа Cаhаn Rаmiz qızı və digər şəxslərin adlarının həmin çıxarışdan çıxarılmaqla yeni çıxarışın tərtib edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - xx.xx.2016-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 407 kv.m torpaq sahəsi X9 (payı: fərdi yaşayış evi tam, torpaq sahəsi ümumbirgə), İddiaçı (payı: torpaq sahəsi ümumbirgə), X4 (payı: torpaq sahəsi ümumbirgə), Maraqlı şəxs2 (payı: torpaq sahəsi ümumbirgə), X3 (payı: torpaq sahəsi ümumbirgə), Maraqlı şəxs1 (payı: torpaq sahəsi ümumbirgə) və Maraqlı şəxs3 Neybullah oğlunun (payı: torpaq sahəsi ümumbirgə) mülkiyyətində olmuşdur. Daha sonra, həmin çıxarış üzrə payçı İddiaçı özünün və mərhum anası X9 payına düşən torpaq sahəsinin Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(107)- 64/2019 nömrəli qətnaməsi və həmin qətnamə ilə bağlı hazırlanmış 3 nömrəli sxemə əsasən naturada bölgüsünün rəsmiləşdirilməsi üçün ərazi idarəsinə ərizə ilə müraci ət etmişdir. Ərizəsinin icrası zamanı məlum olmuşdur ki, məhkəmə qətnaməsi ilə xx.xx.2016ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarış üzrə torpaq sahəsi üzərində olan mülkiyyətçilərin paylarının naturada ölçüləri düzgün müəyyən olunmamışdır. Belə ki, həmin çıxarışda torpaq sahəsinin ölçüsü 407 kv.m olmaqla 7 nəfər mülkiyyətçiyə aiddir. Belə olan halda, hər birinin 1/7 payına düşən torpaq sahəsinin ölçüsü 58,14 kv.metr (407:7=58,14), 2/7 payına düşən torpaq sahəsinin ölçüsü 116,29 kv.m (58,14x2=116,29), 3/7 payına düşən torpaq sahəsinin ölçüsü 17.4,43 kv.m (58,14x3=174,43) və 4/7 payına düşən torpaq sahəsinin ölçüsü 232,57 kv.m (58,14x4=232,57) təşkil edir. Lakin, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(107)-64/2019 nömrəli qətnaməsi və həmin qətnamə ilə bağlı hazırlanmış 3 nömrəli sxemdə xx.xx.2016ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarış üzrə torpaq sahəsi üzərində 4/7 iddiaçıların payına düşən sahənin ölçüsü 171 kv.m və cavabdehlərin isə 2/7 payına düşən sahənin ölçüsü 236 kv.m göstərilmişdir. Qətnamədə və ona dair sxemdə X2 1/7 payına ümumiyyətlə münasibət bildirilməmişdir. Bu səbəbdən də məhkəmə qətnaməsi və həmin qətnamə ilə bağlı hazırlanmış 3 nömrəli sxem ilə İddiaçı və X9 naturada bölgü üzrə hüquqları rəsmiləşdirilən zamanı xx.xx.2016-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarış üzrə payları qalmış şəxslərin adları xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilmişdir. Göstərilənlər nəzərə alınaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0.0236 ha torpaq sahəsində Maraqlı şəxs2, X5, Maraqlı şəxs1 və Maraqlı şəxs3 hər birinin 0.00154 ha, İddiaçı, X13 və X2 hər birinin 0.005814 ha, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində X8 tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-64/2019 nömrəli qətnaməsindən görünür ki, Balakən Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(019)-32/2018 nömrəli qətnaməsi ilə Balakən rayonu Hənifə kəndində yerləşən X8, İddiaçı, X2, Maraqlı şəxs2, X3, Maraqlı şəxs1 və X1 ümumi birgə mülkiyyətinə verilmiş 0.0407 ha həyətyanı torpaq sahəsindən iddiaçılar Maraqlı şəxs2, Maraqlı şəxs3, X3 və Maraqlı şəxs1 4/7 hissə paylarının ekspert rəyinə əlavə edilmiş sxemə uyğun nаturаdа аyrılması qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-64/2019 nömrəli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(019)-32/2018 nömrəli qətnaməsi dəyişdirilmiş, iddiaçılar İsаkоvа Cаhаn Rаmiz qızının, İsаkоv Həybullаh Nəybullаh оğlunun, İsаkоvа Günəş Nəybullаh qızının və İsаkоvа Аysu Nəybullаh qızının payı miqyası 1:500 olan 3 nömrəli sxemdə göstərilən 0,0171 ha olmaqla sərhədləri 7,91; 17,29; 4,04; 7,48 və 18,14 metr ölçülər çərçivəsində olan “dördbucaq” şəkilli hissədə ayrılması, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçının düzəliş edilməsini tələb etdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0.0236 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və İsаkоvа Cаhаn Rаmiz qızının, İsаkоv Həybullаh Nəybullаh оğlunun, İsаkоvа Günəş Nəybullаh qızının və İsаkоvа Аysu Nəybullаh qızının payının həmin torpaq sahəsindən naturada ayrılması işdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)- 64/2019 nömrəli qətnaməsində istinad olunmuş miqyası 1:500 olan 3 nömrəli sxemdə aşkar şəkildə qeyd edilmişdir. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Yuxarıda istinad olunmuş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-64/2019 nömrəli qətnaməsi ilə 0.0407 ha torpaq sahəsinin bölünən torpaq sahəsi olması müəyyən edilmiş və 0.0171 ha torpaq sahəsi ayrıldıqdan sonra 0.0236 ha torpaq sahəsi müstəqil torpaq sahələrinə çevrilməklə naturada yeri müəyyən edilmişdir. Belə olan halda cavabdeh orqanın 0.0236 ha torpaq sahəsinə dair tərtib edilmiş çıxarışa İddiaçı və X6 başqa digər şəxslərin (İsаkоvа Cаhаn Rаmiz qızının və digərlərinin) adlarının mülkiyyətçi olaraq daxil etməsi tamamilə əsassız olmuşdur. Odur ki, iddiaçı haqlı olaraq dövlət reyestrində qeyddə düzəlişin aparılmasını cavabdeh orqandan tələb etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa düzəliş edilməsi, yəni sözügedən çıxarışda adları qeyd olunan - X4, Maraqlı şəxs2, İsakova (Əliqayeva) Günəş Nəybullah qızı, Maraqlı şəxs1 və Maraqlı şəxs3 adlarının torpaq sahəsinə dair mülkiyyətçilər siyahısından çıxarılması və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-64/2019 saylı qərarına əlavə olunan 3 saylı sxemə əsasən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun mərhum X11 məxsus olması barədə arayışın verilməsi və sözügedən torpaq sahəsi üzərində İddiaçı ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla, yeni çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar