Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-244/2023 15.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6, cavabdeh nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “X1 və digərlərinin ünvan 1 ünvanda ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyatının və bunun əsasında Dövlət reyestrindən əldə olunmuş xx.xx.2019-cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə açıq şifahi, məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X1, X10, X14 və X8 ünvan 1 ünvanda ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyatının və bunun əsasında Dövlət reyestrindən əldə olunmuş xx.xx.2019-cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-244/2023 nömrəli qərardadı ilə X9, X20 və X23 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbini dəqiqləşdirərək “X1, X10, X14 və X8 ünvan 1 ünvanda ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyatının və bunun əsasında Dövlət reyestrindən əldə olunmuş xx.xx.2019-cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - X2, X15, X17, X11 Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən onların ünvan 2 ünvanda ümumi sahəsi 79.7 kv.m. olan fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Həmin qeydiyyat iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı bununla bağlı cavabdehə rəsmi müraciət edib həmin çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin müraciəti təmin olunmamışdır. İddiaçı atası X24 xx.xx.1981-ci ildə vəfat etmişdir. X24 vəfat etikdən sonra onun adına olan əmlaklar iddiaçının anası X3 adına keçmişdir. xx.xx.1989-cu il tarixdə Qəbələ rayon Notariat kontorunda vəsiyyətnamə tərtib olunmuş, həmin vəsiyyətnaməyə əsasən, X12 vəfat edəcəyi gündə ona məxsus birmərtəbəli, iki otaqlı, iki aynəbədli evini, təndir evini, hamamı, mal tövləsini və digər əmlaklarını qızlarına, yəni iddiaçı Həsənova (Hacıyeva) Mehriban Çərkəz qızına və bacısı X5 bərabər şəkildə vəsiyyət etmişdir. İddiaçının anası X12 xx.xx.1991-ci ildə vəfat etmişdir. Anası vəfat etdiyi gündən sonra ona məxsus yaşayış evi, 0.07 ha torpaq sahəsi və vəsiyyətnamədə qeyd olunmuş digər tikililər miras qalmışdır. İddiaçı anasının dəfn xərclərini, yas mərasimini təşkil etmişdir. Anası vəfat etdikdən sonra iddiaçı vəsiyyətnamədə qeyd olunmuş miras qalmış evdə uzun müddət ailəsi ilə birlikdə yaşamışdır. Hal-hazırda da iddaçıya məxsus məişət və mebel əşyaları vəsiyyətnamədə qeyd olunmuş miras qalmış evdədir. Beləliklə, iddiaçı Həsənova (Hacıyeva) Mehriban Çərkəz qızı xx.xx.1989-cu il tarixli vəsiyyətnamədə qeyd olunmuş miras əmlakını faktiki olaraq qəbul etmişdir. X16 adına Qəbələ şəhəri ərazisində xx.xx.1962-ci il tarixli fərdi yaşayış evinə aid texniki pasport tərtib edilmişdir, həmin əmlak dekabr 1988-ci il tarixli texniki pasporta əsasən X4 adına keçmişdir. Hal- hazırda ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid X4 adına tərtib edilmiş inventar nömrəsi 406-1/204 olan "A" və "B” tikililəri üçün 1988-ci il tarixli texniki passport vardır. Həmin texniki pasport Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı müəyyən edilmişdir. Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlaka daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin fərmanın 2.4-cü bəndinə əsasən üzərində texniki inventariaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərə aiddir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını, sözügedən çıxarışın ləğv edilməsi səlahiyyətinin olmaması ilə əsaslandırmışdır. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında üçüncü şəxs X1 vəkili Vəkil2 iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər üçüncü şəxslər iddia tələbinə münasibət bildirməmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - JN-1114F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə Qəbələ şəhərində yerləşən 0.07 ha torpaq sahəsi X9, X18, X19 və X14 ümumibirgə mülkiyyətinə verilmişdir. - dekabr 1988-ci il tarixli, 204 inventar nömrəli texniki pasportdan görünür ki, mübahisəli fərdi yaşayış evi üzrə hüquq subyekti X12, tikilinin inşa edildiyi il – 1960-cı il və digər texniki göstəricilər öz əksini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş, xx.xx.1989-cu ildə Qəbələ rayon Notariat Kontorunda tərtib edilmiş vəsiyyətnamədən görünür ki, X12 vəfat edəcəyi gündə özünə məxsus olan əmlaklarını İddiaçı və X2 bərabər şəkildə vəsiyyət etmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ümumibirgə mülkiyyət hüququ üzrə X9, X20, X18 və X23 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2019-cu il tarixli, 406-1/6172 inventar nömrəli texniki pasportdan görünür ki, fərdi yaşayış evi üzrə hüquq subyekti X9, tikilinin yerləşdiyi torpaq sahəsi - sənəd üzrə 0.07 ha, tikildiyi il – 1980, 0.0995 ha zəbt sahə və digər texniki göstəricilər öz əksini tapmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X1 və digərlərinin ümumibirgə mülkiyyətində olan ünvan 5 ünvanında 0.07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi (q/n-********** olan xx.xx.2019-cu il tarixli çıxarış) Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarına əsasən 4 (dörd) nəfərin adına tərtib edilmiş oktyabr 2002-ci il tarixli JN 1114F kod 40601004 olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında qeydiyyata alınmışdır. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)- 69/2022 nömrəli qərardadından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021 ci il tarixli, 2(025)-65/2021 nömrəli qətnaməsi iddianın “X1, X10, X14 və X8 adına verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunması” tələbinə dair rədd olunmuş hissəsində ləğv edilmiş, iddia tələbinin X1, X10, X14 və X8 adına verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunmasına dair hissəsində mülki iş üzrə icraata xitam verilmiş, iddiaçıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. - Qəbələ RİHB-nın Qəbələ şəhər İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, V.Qəhrəmanov küçəsi ev 39 saylı ünvana dair 1990- 2000-ci illər üzrə təsərrüfatbaşına kitabda aşağıda adları qeyd edilən vətəndaşlar yaşamışlar: X13, X21, X9, X19 və X23. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materialları ilə müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair dekabr 1988-ci il tarixli, 204 inventar nömrəli texniki pasport tərtib edilmiş və mübahisəli fərdi yaşayış evi üzrə hüquq subyekti X12 qeyd edilmişdir. Sözügedən texniki pasport Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olmuş sənədlərin siyahısında öz əksini tapmışdır (1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar). Buna baxmayaraq cavabdeh orqan həmin texniki pasportu nəzərə almadan ünvan 4 ünvanında yerləşən 0.07 ha torpaq sahəsinin JN-1114F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X9, X18, X19 və X14 ümumibirgə mülkiyyətinə verilməsinə əsaslanaraq həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinə münasibətdə də, adları qeyd edilmiş şəxslərin ümumibirgə mülkiyyət hüquqlarını Dövlət qeydiyyatına almışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.1.2-cu maddəsinin tələbinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunsa da, nəzərə alınmalıdır ki, mübahisəli tikili “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək yaranmış daşınmaz əmlak obyekt hesab olunduğundan, həmin Qanunun 8.0.9.1.2-cu maddəsinin mübahisəli fərdi yaşayış evinə münasibətdə tətbiq edilməsi doğru olmamışdır. Cavabdeh orqan hər bir halda sözügedən tikili üzərində mülkiyyət hüquqlarının mövcudluğunu yoxlayarkən istinad olunan Fərmanın tələbləri baxımından hüquqi qiymətləndirmə aparmalı idi. Belə ki, mübahisəli fərdi yaşayış evinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək (xx.xx.2004) inşa edilməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ndan göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək yaranmış daşınmaz əmlak obyektlərinə münasibətdə fərqli tənzimləmə qaydası müəyyən edilmiş və hüququn qeydə alınması üçün zəruri olan sənədlərin konkret siyahısı təsbit edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2019-cu il tarixli, **********87- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı inzibati mübahisəyə baxılan ərəfədə iddiaçı “daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən reyestr nömrəsi **********87- 10301, qeydiyyat nömrəsi ********** olan ünvan 2 ünvanda ümumi sahəsi 79.7 kv.m. olan fərdi yaşayış evinin üzərinə həbs qoyulmasını, həmin əmlakla bağlı hər-hansı özgəninkiləşdirmə, alqı-satqı, istifadə, payçı, lizinq, icarə, bağışlama, ipoteka və sərəncam verilməsi ilə bağlı bütün digər əqdlərin bağlanması, X2, X15, X17, həmin əqdlərin rəsmiləşdirilməsi cavabdeh AR Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qadağan edilməsi”nə dair “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli, MXMT(116)-18/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, MXMT(107)-5/2022 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MXMT(116)-18/2022 nömrəli qərardadı ləğv edilmiş, “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə mümkün sayılmamış, həmin qərardaddan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, MXMT(107)-5/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya və kassasiya instansiyaları “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizənin mümkün sayılmaması qənaətinə gələrkən ləğvi tələb edilən xx.xx.2019cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın vəsiyyətnamə əsasında verildiyinə istinad etmiş, mübahisənin mülki məhkəmə icraatı qaydasında araşdırılmalı olduğunu bildirmişlər. İşin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən xx.xx.2019-cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış JN-1114F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmişdir. Cavabdeh orqan həmin çıxarışın sözügedən şəhadətnamə əsasında verildiyini xx.xx.2023-cü il tarixli məktubunda etiraf etmişdir. Digər tərəfdən vəsiyyətnamənin mövcud olmasına baxmayaraq, daşınmaz əmlak barəsində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsində nəzərdə tutulmuş vərəsəlik hüququ haqqında şəhadətnamə mövcud olmadığından və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 17-ci bəndində mülki-hüquqi əqd olaraq vəsiyyətnamənin deyil, vərəsəlik şəhadətnaməsinin mövcudluğu halında daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməsi və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması müəyyən edildiyindən, hazırkı mübahisəyə mahiyyəti üzrə baxılaraq cavabdeh orqanın faktiki xarakterli hərəkətlərinə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. 9.3. Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır. Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə X1, X10, X23 və X8 ünvan 1 ünvanda ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyatının və bunun əsasında Dövlət reyestrindən əldə olunmuş xx.xx.2019-cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.