Məhkəmə qərarları › İş №e-2-1(116)-2476/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2476/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2476/2025 17.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi X1, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh qarşı “borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakının satılması" barədə iddia tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdehin xx/xx/2025 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 455.29 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının (bir ədəd, “Mercedes Benz” markalı, “Vito 115 CDİ Minik” modelli, 77SY370 dövlət qeydiyyat nişanlı, 2007-ci il istehsallı, “Vaqon” tipli, **********2164 mühərrik nömrəli, WDF**********2953 ban nömrəli, tünd göy rəngli 15000 manat dəyərində avtonəqliyyat vasitəsi) satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə göndərərək, iş üzrə Cavabdeh ərizə üzrə borc məbləğini tam şəkildə ödədiyini bildirmiş, bu səbəbdən də iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. II. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. III. MƏHKƏMƏNİN MÖVQEYİ: İş materiallarından görünür ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı – cavabdehin xx/xx/2025 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 455.29 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının (bir ədəd, “Mercedes Benz” markalı, “Vito 115 CDİ Minik” modelli, 77SY370 dövlət qeydiyyat nişanlı, 2007-ci il istehsallı, “Vaqon” tipli, **********2164 mühərrik nömrəli, WDF**********2953 ban nömrəli, tünd göy rəngli 15000 manat dəyərində avtonəqliyyat vasitəsi) satılmasına nail olmaqdır. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizəsindən və vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, cavabdehin vergi borcu yoxdur. Qeyd olunanlara əsasən məhkəmə, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh qarşı “cavabdehin xx/xx/2025 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 455.29 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının (bir ədəd, “Mercedes Benz” markalı, “Vito 115 CDİ Minik” modelli, 77SY370 dövlət qeydiyyat nişanlı, 2007-ci il istehsallı, “Vaqon” tipli, **********2164 mühərrik nömrəli, WDF**********2953 ban nömrəli, tünd göy rəngli 15000 manat dəyərində avtonəqliyyat vasitəsi) satılması" tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. X4 Əsədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar