Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2497/2023 03.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğində dövlət büdcəsinə ödənilməmiş 361,96 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə görə (Zərdab rayonu, Qoşaoba kəndində yerləşən tikinti materalları mağazasında dəyəri 450 manat olan 1 ədəd “GREE” kondisioneri və dəyəri 450 manat olan 1 ədəd “SUPER MAX” kondisioneri) 900 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələri vasitəsi ilə satılması” barədə iddia tələbinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğində dövlət büdcəsinə ödənilməmiş 361,96 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə görə (Zərdab rayonu, Qoşaoba kəndində yerləşən tikinti materalları mağazasında dəyəri 450 manat olan 1 ədəd “GREE” kondisioneri və dəyəri 450 manat olan 1 ədəd “SUPER MAX” kondisioneri) 900 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələri vasitəsi ilə satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron kabinetinə ərizə göndərərək qeyd olunan borc məbləği ödənildiyi üçün iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Hazırki iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktuba hüquqi qiymət verilməsini mümkün hesab edir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğində dövlət büdcəsinə ödənilməmiş 361,96 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə görə (Zərdab rayonu, Qoşaoba kəndində yerləşən tikinti materalları mağazasında dəyəri 450 manat olan 1 ədəd “GREE” kondisioneri və dəyəri 450 manat olan 1 ədəd “SUPER MAX” kondisioneri) 900 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələri vasitəsi ilə satılması” barədə inzibati iş üzrə iddia ərizəsi geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-2497/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2497/2023
03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver