Məhkəmə qərarları › İş №e-2-1(116)-252/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-252/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-252/2023 02.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə (üçüncü şəxslər: Balakən rayon İcra Hakimiyyəti, Maraqlı şəxs2) qarşı “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın Maraqlı şəxs2 MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat №**********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) həmin binada yerləşən 116 m2 ibarət olan 40 saylı mənzilə dair hissəsinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın Maraqlı şəxs2 MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018ci il, qeydiyyat №**********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) həmin binada yerləşən 116 m2 ibarət olan 40 saylı mənzilə dair hissəsinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadları ilə Maraqlı şəxs2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri, Balakən Rayon İcra Hakimiyyəti adi qaydada cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat e-2-1(116)- 2435/2022 nömrəli inzibati iş həll edilənədək dayandırılmış, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2000-ci ildən Balakən rayonundan Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməyi ilə əlaqədar həmin rayona tez-tez gəlməyinə, həmçinin bu rayonda mənzilinin olmamasına əsaslanan Balakən rayon İcra hakimiyyətinin Başçısı özünün 08 oktyabr 2008-ci il tarixli, 172 № li sərəncamında Maraqlı şəxs2 MMC-nin Balakən rayon İcra Hakimiyyətinə ünvanladığı 31 № li, 29 sentyabr 2008-ci il tarixli məktubuna rayon İcra Hakimiyyəti Başçısı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyada baxılmasına və sözügedən komissiyanın mənzilməişət şəraitini araşdıraraq Balakən şəhəri S.Vurğun küçəsində inşa olunmuş hündürmərtəbəli, çoxmənzilli, bir girişli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 40 saylı mənzillə təmin edilməyini təklif etdiyinə istinad edərək həmin sərəncamla yuxarıda sözügedən ünvanda yerləşən, yaşayış sahəsi 116 m2 olan 40 saylı mənzilin ona verilməsini qərara almışdır. Bununla əlaqədar olaraq sərəncamın verildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq Balakən rayon İcra Hakimiyyəti Başçısı tərəfindən onun adına 11 oktyabr 2008-ci il tarixli, 000013 № li order verilmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilən Balakən rayon Dövlət Arxivindən alınmış 25 may 2022-ci il tarixli, 65 № li arxiv arayışından görünür ki, Balakən rayon İcra hakimiyyəti Başçısının 08 oktyabr 2008-ci il tarixli, 172 № li sərəncamı arxiv fondunda qeydiyyata alınmışdır. Sözügedən mənzil yuxarıda istinad edilən sənədlərə əsasən ona verildikdən sonra tərəfindən həmin mənzil tam təmir edilməklə, mənzil zəruri olan mebel və digər məişət avadanlıqları ilə də təchiz olunmuşdur. Qeyd olunan mənzil keçən müddət ərzində tərəfindən faktiki olaraq əməli istifadə olunur. Sözügedən mənzil ona verildikdən sonra tərəfindən həmin mənzilə dair müvafiq kommunal xərclərin, eləcə də digər müvafiq ödənişlərin ödənilməsi mütəmadı olaraq icra olunur. Yuxarıda göstərilən mənzilə dair hüquqlarının dövlət reyestrində qeydə alınmasını təmin etməyi üçün tərəfindən müvafiq addımlar aparılsa da, hər dəfə bildirilirmişdir ki, mənzilinin də daxil olduğu hündürmərtəbəlı, çoxmənzilli binanın istismarına dair aidiyyatı dövlət orqanları tərəfindən müvafiq icazə verilmədiyindən mənzil üzərindəki hüquqlarının dövlət reyestrinə daxil edilməsi mümkün deyildir. Bir müddət əvvəl onun da mənzilinin daxil olduğu yuxarıda göstərilən çoxmənzilli, hündürmərtəbəli binaya dair Maraqlı şəxs2 MMC-nin adına ümumilikdə reyestrdən çıxarış verildiyi barədə şifahi məlumat aldıqdan sonra, tərəfindən bu məlumatın dəqiqləşdirilməsi məqsədi ilə vəkili vasitəsi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə müvafiq sorğu verilmişdir. Sözügedən sorğuya verilən cavab məktubunda qeyd olunmuşdur ki, mənzilinin daxil olduğu hündürmərtəbəlı binanın yeni ünvanı Balakən şəhəri, Nəriman Nərimanov küçəsi, bina 93 olaraq dəyişdirilməklə həmin Bina xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə 01 saylı reyestr kitabının 01-ci səhifəsində Maraqlı şəxs2 MMC-nin adına daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tərəfindən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edilərək, ünvan 1 ünvanında yerləşən hündürmərtəbəlı, çoxmənzilli binanın Maraqlı şəxs2 MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat № **********2, 01 saylı reyestr kitabının 01-ci səhifəsi) həmin binada yerləşən 116 m2 ibarət olan 40 saylı mənzilinə dair hissəsinin ləğv olunması xahiş edilmiş, lakin bu xahişi cavabdeh inzibati orqan tərəfindən təmin olunmamışdır. Cavabdeh və üçüncü şəxslərdən Maraqlı şəxs2 MMC iddiaya münasibət bildirməmişdir. Balakən rayon İcra hakimiyyəti xx.xx.2022-ci il tarixli məktubla iddiaya münasibət bildirərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********26 nömrəli məktubundan görünür ki, Maraqlı şəxs2 MMC-nin adına daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmış mənzillərin sayı hər mərtəbə üzrə 1,2,3,4,5 qeyd edilmişdir və digər mərtəbələrdə mənzillərin sayı eynilə təkrar olunur. Nəticə olaraq Maraqlı şəxs2 MMC-nin adına qeydiyyata alınmış çoxmərtəbəli yaşayış binasında 40 saylı mənzil aşkar olunmamışdır. -Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyətinin Başçısının 29 avqust tarixli məktubundan görünür ki, xx.xx.2008-ci il tarixə ünvan 4 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli bina Maraqlı şəxs2 MMC-nin balansında olmuşdur. ünvan 5 ünvanında yerləşən çoxmənzilli binanın 116 kv. metr sahəsi olan 40 saylı mənzili İddiaçı Balakən RİH tərəfindən xidməti mənzil olaraq verilməmişdir. -xx.xx.2021-ci il tarixli **********32-05301-093035 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən şəhəri, N.Nərimanov küçəsi, ev 39 (Yeni qaydalarla: AZ 0800, ünvan 6 ünvanında yerləşən 106.10 kv metr mənzil Maraqlı şəxs2 MMC-nin mülkiyyətindədir. -Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyətinin Başçısının 07 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Balakən RİH tərəfindən Maraqlı şəxs2 MMC-nin sədri P.Əliyarova ünvanlanmış xx.xx.2008-ci il tarixli, 542/1 saylı müraciətdə şəhərin N.Nərimanov küçəsində inşa olunan çoxmərtəbəli yaşayış binasından dördotaqlı bir mənzilin rayon icra hakimiyyəti üçün ayrılması xahiş edilmişdir. Balakən RİH başçısı yanında mənzil məsələləri üzrə ictimai komissiya tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin Balakən rayonundan (109 saylı seçki dairəsi) seçilmiş deputatı İddiaçı mənzil-məişət şəraiti araşdırılmış, tez-tez ezamiyyətdə olan millət vəkilinin rayonda mənzili olmadığı nəzərə alınaraq onun Balakən şəhəri, S.Vurğun küçəsində tikilən 1 girişli, çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində 40 saylı mənzillə təmin edilməsi təklif edilmiş, Baləkən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 172 saylı Sərəncamı ilə S.Vurğun küçəsində tikilən 1 girişli, çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yaşayış sahəsi 116 m2 ibarət 40 saylı mənzilin İddiaçı verilməsi məqsədəuyğun sayılmışdır. -Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 172 nömrəli Sərəncamının və əlavə edilmiş orderin surətindən görünür ki, millət vəkili İddiaçı Balakən şəhəri, S.Vurğun küçəsində tikilən çoxmərtəbəli, bir girişli yaşayış binasının 8-ci mərtəbəsində yaşayış sahəsi 116 kv. metr olan 40 saylı mənzilin verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyətinin Başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı mənzil şəraiti ilə bağlı Balakən RİH-ə müraciətinin olub-olmamasını müəyyən etmək mümkün olmadır. Balakən RİH-də "Alazançay” MMC-nin sərəncamda qeyd olunan 31 saylı xx.xx.2008-ci il tarixli məktubu yoxdur. Balakən RİH başçısı tərəfindən "Alazançay” MMC-yə ünvanlanmış xx.xx.2008-ci il tarixli məktuba yazılı cavab verilib-verilməməsi barədə məlumat RİH-də yoxdur. RİH-də Maraqlı şəxs2 MMC-nin sözügedən mənzilin İddiaçı verilməsi ilə bağlı yazılı müraciəti yoxdur. -Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyətinin Başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı mənzil şəraiti ilə bağlı Balakən RİH-ə müraciətinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Balakən RİH-də Maraqlı şəxs2 MMC-nin sərəncamda qeyd olunan 31 saylı xx.xx.2008-ci il tarixli məktubu rayon icra hakimiyyətinin sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin əməkdaşlarının səhvi nəticəsində itmişdir. Balakən RİH başçısı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2008-ci il tarixli məktuba verilmiş yazılı cavabı müəyyən etmək mümkün olmamışdır. Lakin Balakən RİH başçısının xx.xx.2008-ci il tarixli, 172 saylı sərəncamına əsasən şəhərin N.Nərimanov küçəsində yerləşən çoxmənzilli binanın səkkizinci mərtəbəsində 40 saylı mənzilin R. Aslanovaya həmin məktub əsasında verilməsi məqsədəuyğun hesab edilmişdir. RİH-də Maraqlı şəxs2 MMC-nin sözügedən mənzilin İddiaçı verilməsi ilə bağlı yazılı müraciətinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin, R. Aslanova həmin mənzildən istifadə etmiş, kommunal xidmət haqlarını ödəmişdir. -18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********79 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, həmçinin xx.xx.2021-ci il tarixli texniki pasportun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Balakən şəhəri, N.Nərimanov küçəsi ev 93 (ünvan 11 ünvanında yerləşən, ümumi sahəsi 106,10 kv.m olan mənzil iddiaçı Maraqlı şəxs2 MMC-nin xüsusi mülkiyyətindədir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddiaçının hazırkı tələblə iddia qaldırmaqda hüquqi marağı iddiaçının adına Balakən RİH-in 11 oktyabr 2008-ci il tarixli order olduğu halda cavabdeh inzibati orqan tərəfindən ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın Maraqlı şəxs2 MMC-nin adına aparılmış (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat №**********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) həmin binada yerləşən 116 m2 ibarət olan 40 saylı mənzilə reyestr qeydiyyatının ləğvindən ibarətdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki,qeydiyyatı mübahisələndirilən mənzilin yeni qaydalarla ünvanı ünvan 12rə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki,qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. 8.0.2 və 8.0.3-cü maddələrin tələblərinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı, qanunvericiliklə müəyyən edilmiş digər sənədlər və qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından görünür ki,iddiaçıya Balakən Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 172 nömrəli Sərəncamına əsasən Balakən şəhəri, S.Vurğun küçəsində tikilən çoxmərtəbəli, birgirişli yaşayış binasının 8-ci mərtəbəsində 116 kv. metr yaşayış sahəsi olan 40 saylı mənzil iddiaçıya verilmişdir.Sərəncam əsasında xx.xx.2008-ci il tarixli 000013 nömrəli order iddiaçının adına tərtib edilmişdir.İddiaçı tərəfindən mənzil təmir etdirilmiş və onun istifadəsində olmuşdur. Maraqlı şəxs2 MMC tərəfindən 15 ildən artıq müddət ərzində sözügedən Sərəncam və order,həmçinin, iddiaçının həmin mənzildən istifadəsi mübahisələndirilməmişdir. Verilmiş sorğulara əsasən müəyyən edilmişdir ki,sözügedən sərəncam ləğv edilməmiş,order hazırda da qüvvədədir.Cavabdeh inzibati orqan tərəfindən order nəzərə alınmadan həmin mənzil üzərində Maraqlı şəxs2 MMC-nin adına qeydiyyat aparılmışdır. Yuxarıda qeyd olunanlara əsasən iddia təmin edilməli,cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən şəhər Nəriman Nərimanov küçəsi 93, yeni qaydalarla Balakən şəhər Nəriman Nərimanov küçəsi giriş 1,M8 m5 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın Maraqlı şəxs2 MMC-nin adına aparılmış qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat №**********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) həmin binanın 8-ci mərtəbəsində yerləşən 116 kv.m yaşayış sahəsi olan 40 saylı mənzilə (Balakən şəhər Nəriman Nərimanov küçəsi giriş 1,M8 m5 ) dair hissəsinin ləğv olunması öhdəliyi qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən şəhər Nəriman Nərimanov küçəsi 93 (yeni qaydalarla ünvan 13 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın Maraqlı şəxs2 MMC-nin adına aparılmış qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat №**********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) iddiaçının adına order verilmiş mənzilə dair hissəsinin (hazırkı Balakən şəhər Nəriman Nərimanov küçəsi giriş 1,M8 m5) ləğv olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar