Məhkəmə qərarları › İş №e-2-1(116)-2531/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2531/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2531/2025 27.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X13 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu X14 Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I.İŞİN HALLARİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu X14 Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “5 il 9 ay qanuni iş stajının əmək stajına əlavə edilərək təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, ona 2024-cü ilin yanvar ayından güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Hazırda güzəştli şərtlərlə əmək pensiyası alır. Lakin ona güzəştli əmək pensiyası hesablanarkən təəssüf ki, 5 il 9 ay müddət iş stajına daxil edilməmişdir. Bu da öz növbəsində pensiya məbləğində ciddi fərq yaradır. Qeyd edilən müddətin əmək stajına daxil edilməsi üçün Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF X14 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, imtina tamamilə əsasssızdır və qeyd edilən 5 il 9 ay müüdət əmək stajına əlavə edilərək pensiya yenidən hesablanmalıdır. Belə ki, o, xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək X1 61-ci sahəsinə freyzləyici şagird ştatında çalışmışdır. İşlədiyi dövrdə heç bir fasilə yaranmamışdır. Bundan başqa 10 ildən artıq işlədiyi dövrdə qanunvericiliyə müvafiq qaydada müxtəlif məbləğlərdə əmək haqqı almışdır. Lakin cavabdeh orqan əmək pensiyası hesablayarkən həmin 10 il 5 ay əmək stajının guya 5 il 9 ayı üçün əmək haqqı almamağını əsas gətirərək həmin dövrü əmək stajına daxil etməmişdir. Halbuki həmin dövrlərdə fasiləsiz olaraq işlədiyini əmək kitabçası və “Azərsilah” X9” Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X12 tərəfindən verimiş xx.xx.2025-ci il tarixli, 610/17 saylı arayış vasitəsilə sübut etmək olar. Cavabdeh isə həmin dövrlərdə əmək haqqı almaması bağlı bir sübut təqdim etməmişdir. Sadəcə olaraq arayışda da qeyd edildiyi kimi Birinci və İkinci Qarabağ müharibəsi zamanı zavod binasının ciddi şəkildə xəsarət alması səbəbindən arxiv sənədlərinin bir qismi yarasız hala düşmüşdür. Məlumdur ki, müharibələrin başlanması, müharibə zamanı binaların və dolayısı ilə arxiv sənədlərinin yararsız hala düşməsi vətəndaş kimi onun iradəsi xaricində baş verən bir prosesdir. Lakin işçi kimi üzərinə düşən vəzifəsi əmək kitbaçasının saxlanılmasıdır ki, bu da yerinə yetirilmişdir. Çox təəssüf ki, cavabdeh tərəfindən yuxarıda qeyd etdiyi faktlar yanlış və əsassız şəkildə dəyərləndirildiyi üçün əmək və pensiya hüququ pozulmuşdur. Cavabdeh əsassız olaraq belə qənaətə gəlmişdir ki, arxiv sənədlərinin bir hissəsinin olmaması onun həmin dövrlərdə işləmədiyi mənasına gəlir. Ancaq fakt gümanlarla deyil qanuni və əsaslı sübutlarla öz təsdiqini tapmalıdır. Bu səbəbdən də qeyd edilən 5 il 9 ay müddət əmək stajına daxil edilməli və pensiya yenidən hesablanmalıdır. Cavabdeh orqan, iddia tələbinə etirazında aşağıdakıları qeyd etmişdir: - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2-ci, 21,1 -ci və 22-1.1-ci, İPM-in 12.1, 58.7- maddələrinə istinad edilərək bildirilmişdir ki, hazırkı iş üzrə iddiaçı F.X11 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizə ilə müraciət etmişdir. İddiaçının müraciətinə Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə baxılaraq xx.xx.2025-ci il tarixli 3-17-1/2-H-49668/2025 nömrəli məktubla cavablandırılmışdır. Müvafiq məktuba əsasən iddiaçının Mərkəzi Filiala təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" MMC-nin ona dair 22 may 2024-cü il tarixli 03 nömrəli arayışında onun xx.xx.1986-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində Tərtər rayon X2 frezləyici şagirdi vəzifəsində işlədiyi qeyd edilmişdir. Qeyd edilənlərlə bağlı iddiaçının adıçəkilən müəssisədəki iş stajına dair sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmiş, göndərilmiş sorğuya cavab olaraq onun xx.xx.1986-xx.xx.1989-cu il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1993-cü il. xx.xx.1995xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər ərzində ona əməkhaqqı ödənilmədiyi (ümumilikdə 5 il 9 ay) bildirilmişdir. Qeyd edilən səbəbdən əmək pensiyası təyin edilərkən yuxarıda qeyd edilən və əməkhaqqı ödənilməyən, işləmədiyi dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 75 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında' Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə götə. sıgortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyqun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəl Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməs hesablanması, yenidən hesablanması, bır növdən başqa növə keçirilməsi və ödənilməsi" Qaydasının 4.1.1-ci bəndinin müddəalarına əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə: ‘Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməs nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Konstitusiyada əksini tapan sosial təminat hüququ 38-ci maddənin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hərilərdə pensiya almaq hüququnu da ehtiva edir Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) barabəı. sosial hüquqların eyn’ qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki. şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğum ı yoxlanılmasına dair' 1 dekabr 2010-cu il tarixli Qərarı). Bütün bu halları nəzərə alaraq düşünülür ki, məhkəmə qərarlarında qanunvericihin sosial təminat sistemi ilə bağlı qanunvericilikdə mülahizə sərbəstliyini tanımalı, onun bütün faktorları nəzərə alaraq formalaşdırdığı sistemə ziddiyyət təşkil edəcək tovsifdən və təfsirdən çəkinməli, qanunun ümumi məqsədlərini nəzərə almalıdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. İ hissə. Hər kəsin sosial təminat hüququ vardır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. III. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddianın əsaslılığı. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materiallarında olan cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İş materiallarında olan "xxxx" MMC X8 xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1986-cı il taixində 24 nömrəli əmrə əsasən Mir - X5 61 nömrəli sahəsinə frezləyici şagird kimi qəbul olunmuşdur. xx.xx.1996-cı il tarixində 20 nömrəli əmrə əsasən öz ərizəsi ilə işdən azad edilmişdir. Lakin 1-ci və 2-ci Qarabağ müharibəsi dövründə zavod ərazisinə düşən çoxsaylı mərmilər nəticəsində arxivin yerləşdiyi bina ciddi xəsarət aldığından arxiv sənədlərinin çox hissəsi dağılaraq məhv olmuşdur. İddiaçı aid, işlədiyi illər üzrə əmək haqqı cədvəllərinin bir qismi, məzuniyyət əmrləri və qeyd olunan əmrlərin qeydiyyat kitabından çıxarılmış surətləri aşkar edilməmişdir. Arayış verilir, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmək üçün. İş materiallarında olan ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1986-cı ildə Mir - X5 61 nömrəli sahəsinə frezləyici şagird kimi qəbul olunmuş, xx.xx.1996-cı ildə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Beləliklə, iş materiallarından müəyyən edilir ki, hazırkı inzibati iş üzrə mübahisənin predmeti İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək X1 61 nömrəli sahəsində frezləyici şagird vəzifəsində fasilələrlə əmək fəaliyyəti ilə məşğul olduğu dövrün 5 il 9 ay hissəsinin cavabdeh inzibati orqan tərəfindən əmək (sığorta) stajına daxil edilməməsi və bunun nəticəsi olaraq ona güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının düzgün hesablanmaması ilə bağlıdır. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1986-cı il tarixdə X3 işə qəbul edilməsi və xx.xx.1996-cı il tarixdə öz ərizəsi əsasında işdən azad edilməsi barədə qeydlər mövcuddur və həmin qeydlər hər hansı düzəliş, ziddiyyət və ya şübhə doğuran hal olmadan ardıcıl və fasiləsiz əmək fəaliyyətini əks etdirir ki, bu da əmək kitabçasının hüquqi qüvvəyə malik əsas sübut kimi qəbul edilməsinə tam əsas yaradır. Bununla yanaşı, işəgötürən müəssisənin hüquqi varisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X12 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan aydın şəkildə görünür ki, iddiaçı mübahisəli dövr ərzində qeyd olunan zavodda faktiki olaraq çalışmış, lakin Birinci və İkinci Qarabağ müharibələri zamanı zavodun yerləşdiyi ərazinin intensiv artilleriya atəşlərinə məruz qalması nəticəsində arxiv binasının ciddi şəkildə zədələnməsi səbəbindən əməkhaqqı cədvəlləri, məzuniyyət əmrləri və digər uçot sənədlərinin mühüm hissəsi dağılmış və ya tamamilə yararsız hala düşmüşdür. Məhkəmə xüsusi olaraq qeyd edir ki, Tərtər rayonu uzun illər ərzində faktiki olaraq hərbi əməliyyatlar zonasına yaxın ərazi olmaqla yanaşı, mütəmadi olaraq düşmən tərəfindən ağır artilleriya və raket atəşlərinə məruz qalmış, bu səbəbdən də rayonda yerləşən sənaye müəssisələrinin, dövlət və özəl arxivlərin, eləcə də inzibati binaların məhv edilməsi və ya yanması cəmiyyət üçün hamıya məlum olan və sübut tələb etməyən real tarixi faktdır, belə ki, həmin dövrlərdə arxiv sənədlərinin qorunub saxlanılmasının obyektiv olaraq mümkün olmaması iddiaçının iradəsindən tamamilə kənar olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, müharibə şəraitində arxiv sənədlərinin olmamasının bütün mənfi hüquqi nəticələrinin vətəndaşın üzərinə qoyulması nə Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun mahiyyətinə, nə sosial dövlət prinsipinə, nə də inzibati icraatın ədalət, obyektivlik və mütənasiblik prinsiplərinə uyğun gəlmir. Həmçinin yuxarıda qeyd olunduğu kimi iddiaçıya münasibətdə cavabdehin mübahisələndirdiyi dövrlər barədə qeydlər əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh tərəfindən isə həmin sənədlərdə əks olunmuş məlumatların mötəbərliliyini şübhə altına alan heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə cavabdeh inzibati orqanın etirazının dəlillərinə münasibətdə formalaşmış məhkəmə mövqeyini nəzərə almaqla aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2-1(102)-1734/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirdiyi həmin dövrlər iddiaçıya münasibətdə sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə onu da nəzərə alır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi sosial sığorta prinsipinə əsaslansa da, bu prinsip formal yanaşma ilə deyil, şəxsin real əmək fəaliyyəti və sosial ədalət anlayışı çərçivəsində tətbiq edilməli, pensiya hüququnun həyata keçirilməsi şəxsin iradəsindən asılı olmayan obyektiv hallarla əsassız şəkildə məhdudlaşdırılmamalıdır. Məhkəmə cavabdehin etirazın dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamış və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdehin imtinasının, eləcə də etirazının dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək X2 faktiki əmək fəaliyyəti ilə məşğul olduğu dövrün mübahisəli 5 il 9 ay hissəsinin sığorta stajına daxil edilməməsi cavabdeh inzibati orqanın qanunsuz hərəkəti olmaqla iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur və bu səbəbdən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qeyd olunan dövrü sığorta stajına daxil etməklə iddiaçının güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasını yenidən hesablaması barədə öhdəlik qoyulmalıdır. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu X14 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Tərtər rayon X2 frezləyici şagird vəzifəsində işlədiyi 5 il 9 ay sosial sığorta stajı nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X15 Əsədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar