Məhkəmə qərarları › İş №e-2-1(116)-2583/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2583/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2583/2025 18.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2004cü il tarixdə doğulmuş Balakən şəhəri Salatın Əsgərova küçəsi dalan 2 ev 4 -də qeydiyyatda olan hazırda Gəncə şəhəri N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçu iddiaçının İddiaçı Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin Polis Akademiyasında əyani ali təhsil aldığı hər 4 günün həqiqi hərbi xidmətin 1 günü hesablamaqla həqiqi hərbi xidməti bitirməsilə ehtiyata buraxılması barədə müvafiq qərarın qəbul edilməsinə dair Gəncə şəhəri N saylı Hərbi Hissə Komandirinə müvafiq göstəriş verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehə qarşı “xx.xx.2004-cü il tarixdə doğulmuş Balakən şəhəri Salatın Əsgərova küçəsi dalan 2 ev 4 -də qeydiyyatda olan hazırda Gəncə şəhəri N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçu iddiaçı- İddiaçı Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin Polis Akademiyasında əyani ali təhsil aldığı hər 4 günün həqiqi hərbi xidmətin 1 günü hesablamaqla həqiqi hərbi xidməti bitirməsilə ehtiyata buraxılması barədə müvafiq qərarın qəbul edilməsinə dair Gəncə şəhəri N saylı Hərbi Hissə Komandirinə müvafiq göstəriş verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə məhkəmə iclası keçirməsinə dair bildiriş göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, hazırkı iddia ərizəsinə baxılması üçün iş aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia tələbi İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə Gəncə şəhəri N saylı Hərbi Hissə Komandirinə iddiaçının həqiqi hərbi xidməti bitirməsilə ehtiyata buraxılması barədə müvafiq qərarı qəbul etməsinə dair müvafiq göstərişin verilməsi vəzifəsinin qoyulması tələbi məcburetmə növündə iddialara aiddir. İddiaçı hərbi qulluqçu statusuna malik şəxs olduğundan və Gəncə şəhəri N saylı hərbi hissə onun xidməti yaşayış sahəsi sayıldığından iş aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"na əsasən Gəncə şəhəri Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasındadır. “Hərbi qulluqçuların statusu haqqında”Azərbaycan Respublikasinin Qanununun 2ci maddəsində hərbi qulluqçunun anlayışı verilmişdir: 2.1 Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasinin Qanununun 2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; İş materiallarından görünür ki, İddiaçı hal-hazırda Gəncə şəhəri N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdədir. Yəni ,o, hərbi qulluqçu statusuna malik Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin Polis Akademiyasında əyani ali təhsil aldığı hər 4 günün həqiqi hərbi xidmətin 1 günü hesablamaqla həqiqi hərbi xidməti bitirməsilə ehtiyata buraxılması barədə müvafiq qərarın qəbul edilməsinə dair Gəncə şəhəri N saylı Hərbi Hissə Komandirinə müvafiq göstəriş verilməsi- inzibati orqanla (Müdafiə Nazirliyi ilə) hərbi qulluqçu arasında mövcud olan xidməti hüquq münasibətləri ilə bağlı mübahisədir. İddiaçı hazırda həqiqi hərbi xidmət keçdiyi üçün isə Gəncə şəhəri N saylı hərbi hissə onun xidməti yaşayış sahəsi hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8-ci, 16.3, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2004cü il tarixdə doğulmuş Balakən şəhəri Salatın Əsgərova küçəsi dalan 2 ev 4 -də qeydiyyatda olan hazırda Gəncə şəhəri N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçu iddiaçının Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin Polis Akademiyasında əyani ali təhsil aldığı hər 4 günün həqiqi hərbi xidmətin 1 günü hesablamaqla həqiqi hərbi xidməti bitirməsilə ehtiyata buraxılması barədə müvafiq qərarın qəbul edilməsinə dair Gəncə şəhəri N saylı Hərbi Hissə Komandirinə müvafiq göstəriş verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbi barədə ərizəsinə baxılması üçün inzibati iş Gəncə İnzibati Məhkəməsinə göndərilir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar