Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2587/2022 27.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdehlər X1, X3, X4, X2 qarşı "mənzilində qeydiyyatda olan kənar şəxslərin qeydiyyatdan çıxarılması" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X1, X3, X4, X2 qarşı "mənzilində qeydiyyatda olan kənar şəxslərin qeydiyyatdan çıxarılması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. Lakin məhkəməyə daxil olmuş müraciətdə həmin normanın tələblərinə riayət edilməmişdir. Belə ki, müraciətdə cavabdeh inzibati orqanın adı və hüquqi ünvanı, eləcə də iddia tələbi göstərilməmişdir. Bu çatışmazlıqlar isə iddianın mümkün sayılmasını istisna edir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli yardım məktubu ilə iddiaçıya izah edilmişdir ki, iddia ərizəsində cavabdeh qismində qeydiyyatdan çıxarılmasını istədiyi fiziki şəxslər X5, X7, X8, X6 deyil, Yevlax Şəhər Polis Şöbəsi göstərilməli, iddia tələbi isə "qeydiyyatda olan kənar şəxslərin qeydiyyatdan çıxarılması" kimi mücərrəd şəkildə deyil, qeydiyyatdan çıxarılmasını istədiyi şəxslərin soyadı, adı, atasının adı dəqiq göstərilməklə ifadə edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı iddiası öhdəliyin icrası haqqında iddia növünə aid olduğuna görə onun mümkünlük şərtlərindən biri bundan ibarətdir ki, iddiaçı məhkəməyə iddia ərizəsi verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etdiyini və bu müraciətin müsbət nəticə vermədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçının inzibati orqana etdiyi müraciətdə və iddia ərizəsində olan tələblər eyni olmalıdır. Lakin İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, Yevlax Şəhər Polis Şöbəsi tərəfindən ona yazılmış xx.xx.2022-ci il tarixli cavab məktubunda ona məxsus evdə qeydiyyatda olan kənar şəxslərin pasport qeydiyyatından çıxarılması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilsə də, "kənar şəxslər" dedikdə kimin nəzərdə tutulması göstərilməmişdir. Belə olan halda, İddiaçı Yevlax Şəhər Polis Şöbəsinə konkret olaraq kimin qeydiyyatdan çıxarılması üçün müraciət etməsini müəyyən etmək mümkün olmur. Bu səbəbdən də məhkəməyə təqdim edilmiş cavab məktubu iddiaçının Yevlax Şəhər Polis Şöbəsinə müraciətinin məhz hazırkı ərizədə adları göstərilmiş şəxslərlə bağlı olmasını təsdiq etmək üçün kifayət etmir. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli yardım məktubunda bu çatışmazlıqlar da iddiaçının diqqətinə çatdırılmış və göstərilən çatışmazlıqların aradan qaldırılması, bu təkliflə razılaşmadığı halda isə, fikrini yazılı şəkildə məhkəməyə bildirməsi üçün 20 gün müddət təyin edilmiş, lakin həmin müddət ərzində və ondan sonra ötən günlərdə iddiaçı məhkəmənin məktubuna cavab verməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddianın mümkün sayılması üçün əsaslar mövcud deyil. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər X1, X3, X4, X2 qarşı "mənzilində qeydiyyatda olan kənar şəxslərin qeydiyyatdan çıxarılması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №e-2-1(116)-2587/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2587/2022
27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver