Məhkəmə qərarları › İş №e-2-1(116)-2594/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2594/2022

19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2594/2022 19.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı Hümmət oğlunun cavabdeh Şəki rayon Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.1984-cü il təvəllüdlü vəfat etmiş övladı - X1 Gəncə şəhərində dəm qazında boğularaq vəfat etməsi faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Hümmət oğlu cavabdeh Şəki rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək “xx.xx.1984-cü il təvəllüdlü vəfat etmiş övladı - X1 Gəncə şəhərində dəm qazında boğularaq vəfat etməsi faktının müəyyən olunması” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə “hüquqi yardımın gösətərilməsinə dair” məktub ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, cavabdehə qarşı “xx.xx.1984-cü il təvəllüdlü vəfat etmiş övladı - X1 Gəncə şəhərində dəm qazında boğularaq vəfat etməsi faktının müəyyən olunması” barədə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalıdır. Buna görə də aidiyyəti üzrə Şəki Rayon Məhkəməsində iddia qaldırmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Hazırkı iddia üzrə cavabdehlə iddiaçı arasında yaranan hüquq münasibətləri mülki hüququn tənzimetmə predmetinə aiddir. Odur ki, hazırkı iddia tələbi üzrə işə inzibati deyil, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr Mülki Prosessual Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar. 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında iddialara məhkəmə xüsusi icraat qaydasında baxır. 307.2.5-ci maddəsinə əsasən, məhkəmə 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxır. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməsi üçün iddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu göndərilmiş, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün 10 gün müddət təyin edilmişdir. İddiaçı həmin məktubu xx.xx.2022-ci il tarixdə şəxsən qəbul etməsinə baxmayaraq, məhkəmənin mövqeyinə münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Hümmət oğlunun cavabdeh Şəki rayon Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.1984-cü il təvəllüdlü vəfat etmiş övladı - X1 Gəncə şəhərində dəm qazında boğularaq vəfat etməsi faktının müəyyən olunması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar