Məhkəmə qərarları › İş №e-2-1(116)-2625/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2625/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2625/2023 14.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, üçüncü şəxslər Maraqlı şəxs5, Maraqlı şəxs1, Maraqlı şəxs2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş rayonu Güvəkənd kəndində yerləşən JN 207 kod 90304018 torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında İddiaçı Məhəmmədiyə oğlunun, Maraqlı şəxs1, X1, X2, Maraqlı şəxs2ın və Maraqlı şəxs3 ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin dövlət qeydiyyatına alınması (çıxarışın verilməsi), torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Ağdaş rayonu Güvəkənd kəndində yerləşən JN 207 kod 90304018 torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında İddiaçı Məhəmmədiyə oğlunun, Maraqlı şəxs1, X1, X2, Maraqlı şəxs2 və Maraqlı şəxs3 ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin dövlət qeydiyyatına alınması (çıxarışın verilməsi), torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı və üzvlərinə-Maraqlı şəxs1, X3, X4 (adın soy adın və ata adının dəyişdirilməsindən sonra Maraqlı şəxs5), Maraqlı şəxs2 və Maraqlı şəxs3 Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarı ilə Ağdaş rayonu Güvəkənd kəndində J№-207, KOD 90304018 Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 2 hissədən ibarət olmaqla, 12104.27 kv.m və 6151.98 kv.m torpaq sahəsi verilmişdir. İddiaçı J№-207, KOD Dövlət Aktına əsasən iddia etdiyi 1,83 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün cavabdehə müraciət etsə də, tələbin icrasından imtina edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda iddiaçıya verilən Dövlət aktının ikinci (adlı siyahı olan səhifə) səhifəsində J№-207 əvəzinə J№-0028 qeyd edildiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü çəxslər iddia tələbinin təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu və etiraz ərizəsi; - JN-207 kod 90304018 nömrəli, JN-0028 KOD 90304018 nömrəli, JN-208 KOD 90304018 nömrəli və JN-206 KOD 90304018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktlarının təsdiqlənmiş surətləri; - xx.xx.2021-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surəti; - A seriyalı 679284 nömrəli Torpaq sahəsinin planı və ölçüsü; Əsaslandırma hissəsi : İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növünə aiddir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin,iddia mümkün iddia deyildir. İddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə hazırki iddia tələbinin mümkünsüzlüyü iş üzrə keçirilən şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı ilə müzakirə edilmiş və məhkəmənin hüquqi mövqeyi izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı istifadəsində olan 1,83 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyəti hüququnun qeydə alınmasına nail olmaqdır. İşdə olan xx.xx.2021-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və digər sənədlərlə müəyyən edilir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin 0,6152 ha sahəsi olan planşeti üzərində iddiaçı ilə eyni ad,soyad və ata adına malik,həmin kənd sakini İddiaçı Məhəmmədiyə oğlu və ailə üzvlərinin (X5 və digərləri) ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır.Araşdırma zamanı həmin Çıxarışın JN-207 Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verildiyi müəyyən edilmişdir.Yəni,iddiaçı və ailə üzvlərinin təqdim etdiyi Dövlət Aktı JN-207 kod 90304018 nömrəli Dövlət Aktının onlara deyil,eyni ad və soyadı olan üçüncü şəxsə məxsus olduğu əsas götürülərək qeyd olunan torpaq sahəsi həmin şəxslərin mülkiyyətinə verilmişdir. İddiaçı və ailə üzvlərinə isə JN-0028 KOD 90304018 nömrəli Dövlət Aktına əsasən torpaq sahəsi verildiyi bildirilmişdir.Göründüyü kimi mülkiyyət hüququnun qeydə alınması tələb olunan torpaq sahəsi üzərində qeydə alınmış hüquq mövcuddur. Belə olan halda iddiaçı arzuladığı məqsədə çatmaq üçün üçüncü şəxslərin adına JN-207 kod 90304018 nömrəli Dövlət Aktı əsasında verilən Çıxarışın ləğv edilməsi tələbi ilə inzibati orqana müraciət etməli, müraciəti təmin olunmadığı və ya cavabsız saxlanıldığı halda isə məhkəməyə müraciət etməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üçüncü şəxs İddiaçı Məhəmmədiyə oğlu və ailə üzvlərinin adına qeydiyyata alındığından, həmin torpaq sahəsinə mülkiyyət hüququnun əldə edilməsi yalnız, qeyd olunan Çıxarışın ləğv edilməsi tələbinə dair iddia uğurlu olacağı halda mümkündür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 6.1, 6.2 və 7-ci maddələrinin tələblərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin : 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş rayonu Güvəkənd kəndində yerləşən JN 207 kod 90304018 torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında İddiaçı Məhəmmədiyə oğlunun, Maraqlı şəxs1, X1, X2, Maraqlı şəxs2ın və Maraqlı şəxs3 ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin dövlət qeydiyyatına alınması (çıxarışın verilməsi), torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar