Məhkəmə qərarları › İş №e-2-1(116)-2645/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2645/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2645/2023 14.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçıların vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyi X12i X10 X8 qarşı “xx.xx.2023-cü il tarixdə ölmüş xx.xx.1972-ci il təvəllüdlü X2 ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 Cavabdeh üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2023-cü il tarixində vəfat etmiş xx.xx.1972-ci il təvəllüdlü X2 ölüm haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2023-cü il tarixdə ölmüş xx.xx.1972-ci il təvəllüdlü X2 ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 Cavabdeh üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə təmin edilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, X3 xx.xx.1972-ci ildə ünvan 1 ünvanında yaşamışdır. Onun səhhətində problemlər yarandığı üçün xx.xx.2023-cü il tarixdə X6 müraciət edilmişdir. Həmin gün orada saxlanılaraq bir sıra müayinələr aparılsa da,xx.xx.2023-cü il tarixdə həmin mərkəzdə vəfat etmiş və xx.xx.2023-cü il tarixdə Şəki şəhərində dəfn olunmuşdur. Mərhum barəsində ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün X7 ərizə ilə müraciət edilmişdirlər.Cavabdeh PHŞ-6-2/2-İ-12-xx-xx/2023 saylı, 7 mart 2023-cü il tarixli məktubla cavab olaraq bildirmişdir ki, mərhumun şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2022-ci il tarixində bitmiş və etibarsız sayıldığı üçün ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmək mümkün deyil. Həmçinin,iddiaçılar Şəki Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək ölüm haqqında şəhadnamənin verilməsini xahiş etsələr də, 3-16-5/8-15-İ-1400/2023 saylı, 23 iyun 2023-cü il tarixli məktubla Şəki Rayon Qeydiyyat Şöbəsinin arxivində xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 ölümü haqqında akt qeydinin aşkar edilmədiyini bildirərək şəhadətnamənin verilməsindən imtina etmişdir. Cavabdeh iddiaya münasibət bildiməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçılar və cavabdehin nümayəndəsi iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə onların iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Cavbdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, 1972-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixində saat 17:00-da X5 vəfat etmişdir. Lakin mərhumun şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2022-ci il tarixində bitmiş, sənəd etibarsız sayıldığı üçün X9 Ölüm haqqında tibbi şəhadətnaməni təqdim etməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Məhkəmə aşağıdakı normalara əsasən hesab edir ki, iddia əsaslıdır “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun : İnsanın ölüm anını tibb işçisi (həkim konsiliumu və ya həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 31 yanvar 2018-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. 4.7. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X1 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. 4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər. 5.3. Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. İşin hallarına əsasən müəyyən edilir ki,cavabdehin iddianın təmin edilməsində imtina etməkdə dəlili mərhumun şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin xx.xx.2022-ci il tarixində bitmiş olmasından ibarətdir.Qeyd etmək lazımdır ki,mərhum Cavabdehnə aparılarkən həmin şəxsiyyət vəsiqəsi əsasında qəbul edilmiş və qeydiyyatı aparılmışdır,həmin vaxt cavabdeh tərəfindən şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin başa çatdığı müəyyən edilmişdir.Həmçinin,yuxarıda qeyd olunan Kollegiya qərarına əsasən Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim edilməsi nəzərdə tutulmuşdur.Yəni,cavabdeh inzibati orqan tərəfindən mərhumun şəxsiyyətinin eyniləşdirilməsini istisna edən hal mövcud olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,cavabdehin imtinası əsassız olduğundan iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixdə vəfat etmiş xx.xx.1972-ci il təvəllüdlü X2 ölümünə dair “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikas”ı Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyi” X12i “X10” PHŞ-nin üzərinə xx.xx.2023-cü il tarixdə vəfat etmiş, xx.xx.1972-ci il təvəllüdlü X2 ölümünə dair “Ölüm haqqında tibbi şəhadətnamə”nin iddiaçılara verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar