Məhkəmə qərarları › İş №e-2-1(116)-2679/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2679/2022

23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2679/2022 23.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “187.000 manat məbləğində maddi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “187.000 manat məbləğində maddi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(112)-12399/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 39 nömrəli qərarı ilə Göyçay rayonu Potu kənd sakini İddiaçı ailə üzvüləri ilə birlikdə 1.97 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini 2002-2005-ci illər ərzində Göyçay çayı yuyaraq aparmışdır. Torpaq sahəsi ilə təmin olunma barədə Göyçay Rayon İcra Hakimiyətinə və Potu Bələdiyyəsinə müraciətlər nəticə verməmişdir. Göstərilən ərazidə torpağın 0,10 hektarının bazar qiyməti 1000(bir min) manatdır. Yəni faktiki olaraq vurulan zərərin məbləği 187000 (yüz səksən yeddi min) manat təşkil edir. Odur ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım məktubu ünvanlanmış və izah edilmişdir ki, hazırki iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. İddiaçıya izah edilmişdir ki, hazırkı cavabdeh - Azərbaycan Respublikası Cavabdeh iddia tələbinə cavab verməli olan inzibati orqan deyil. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Göyçay rayon AİK-nın xx.xx.1998-ci il tarixli 39 nömrəli qərarı ilə ailə üzvləri ilə birlikdə ümumibirgə mülkiyyətinə verilmiş 1.97 ha torpaq sahəsinin 2002-2005-ci illər ərzində Göyçay çayı tərəfindən yuyulmaya məruz qalmasını və bunun torpaq sahəsində cavabdeh orqan tərəfindən bəndləmə işlərinin aparılmaması nəticəsində baş verməsini bildirir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin sel suları ilə yuyulduğu bildirilən dövrdə Cavabdeh ümumiyyətlə mövcud deyildi (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Sərəncamı ilə yaradılıb). Su Məcəlləsinin 92-ci maddəsində (Suların zərərli təsirinin qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması) qeyd edilmişdir ki, müvafiq icra hakimiyyəti orqanı və su obyektlərinin istifadəçiləri: daşqınların, subasmanın və su altında qalmanın; bəndlərin və digər qurğuların sahillərinin dağılmasının; torpaqların eroziyasının, bataqlaşmasının və şoranlaşmasının; yarğanların əmələ gəlməsinin, torpaq sürüşməsinin və çökməsinin, sel axınlarının və digər zərərli hadisələrin qarşısını almaq və onların nəticələrini aradan qaldırmaq üçün müvafiq tədbirlər görməlidirlər. Suların zərərli təsirinin qarşısını almaq və onun nəticələrini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanları tərəfindən xüsusi komissiyalar yaradılır. Həmin komissiyaların öz səlahiyyətləri daxilində qəbul etdikləri qərarlar fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü maddəsində qeyd edilmişdir ki, 92-ci maddənin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanınadək). Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC olaraq fəaliyyət göstərən qurum - 1993-cü ildən Respublika Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi olaraq, 2004-cü ildən isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Meliorasiya və X1 kimi fəaliyyət göstərmiş və sonuncu Agentliyin bazasında yaradılmışdır. Yəni, Nazirlər Kabineti yuxarıda qeyd edilənlərlə bağlı səlahiyyətlərini onun yanında fəaliyyət göstərən orqan vasitəsilə həyata keçirdiyindən sel sularına qarşı, habelə suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin ləğv edilməsi üçün tədbirlər hazırlamaq və həyata keçirməklə bağlı dövlət siyasətini həyata keçirən orqan olaraq - əvvəllər Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Dövlət Meliorasiya və X1 kimi fəaliyyət göstərmiş, hazırda isə həmin orqanların hüquq varisi olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC qəbul edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Nizamnaməsinin 3.2.16-cı bəndində suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlər işləyib həyata keçirmək, sahilqoruyucu obyektlərin istismarını təşkil etmək sözügedən qurumun vəzifəsi olaraq qeyd edilmişdir. Odur ki, suların zərərli təsirinin qarşısının alınması ilə bağlı tədbirlərin görülməməsi və bunun nəticəsində mülkiyyətinizdə olan əmlaka dəymiş ziyanla bağlı cavabdeh orqan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC qeyd edilməli və tələbiniz həmin orqana qarşı yönəlməlidir. Yuxarıda qeyd edilənlərlə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi və nöqsanların aradan qaldırılması üçün iddiaçıya 5 gün müddətində vaxt təyin edilmişdir. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün məhkəmə yardım etmə vəzifəsini həyata keçirməsinə baxmayaraq, iddiaçı məhkəmənin hüquqi mövqeyinə heç bir münasibət bildirməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “187.000 manat məbləğində maddi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar