Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2731/2025 24.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X36 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X18 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Şəki rayonu, Aşağı Layısqı kəndi) cavabdeh – Şəki regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə (yerləşdiyi yer – ünvan 1) qarşı «doğum haqqında akt qeydində düzəliş və dəyişiklik edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı xx xxxxxx 1974-cü il tarixdə Şəki rayonunun Aşağı Layısqı kəndində doğulmuşdur və onun doğumu haqqında 28 fevral 1974-cü il tarixdə 31 nömrəli doğum akt qeydi aparılmışdır. Doğum akt qeydində onun adı “Bahar”, soyadı “Butdayeva”, ata adı “Məmmədəli”, cinsi “qadın” göstərilmişdir. İddiaçı ərizə ilə Şəki regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət edərək, onun doğumu haqqında Şəki rayonu Aşağı Layısqı kənd sovetində tərtib edilmiş 31 nömrəli 28 fevral 1974-cü il tarixli doğum akt qeydində uşaq haqqında məlumat qrafasında soyadına və cinsinə düzəliş və adın “Bahar”dan “Bahadur”a dəyişiklik olunmasını xahiş etmişdir. Şöbə məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdeh Şəki regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı «doğum haqqında akt qeydində düzəliş və dəyişiklik edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddiasını belə əsaslandırır ki (iddia ərizəsinə əsasən), ona 28 fevral 1974-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədə adı “Bahar” yazılmış və növbəti bütün sənədlərdə bu ad qeyd olunmuşdur. Hal-hazırda da həmin adı daşıyır. 2007-ci ildə övladı X27 doğulmuşdur. Öz sənədlərində adının və övladlarına aid sənədlərdə ata adının “Bahar” yazılması onlar üçün hazırda xoşagəlməz hallar yaradır. İddiaçı akt qeydində müvafiq dəyişiklik edilməsi ilə bağlı qeydiyyat şöbəsinə müraciət etsə də, şöbə məsələnin həllindən imtina etmiş və imtinasını akt qeydinin uşaq haqqında məlumat qrafasında soyadın “Butdayeva”, cinsin “qadın” yazılması və doğum haqqında şəhadətnamədə yazının qaralanması ilə əsaslandırmışdır. Göstərilənlərə əsaslanaraq, iddiaçının doğumu haqqında Şəki rayonu Aşağı Layısqı kənd sovetində tərtib edilmiş 31 nömrəli 28 fevral 1974-cü il tarixli doğum akt qeydində uşaq haqqında məlumat qrafasında soyadının “Butdayeva”dan “Butdayev”ə, cinsin “qadın”dan “kişi”yə düzəliş və adın “Bahar”dan “Bahadur”a dəyişiklik olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Şəki regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 10 iyun 2025-ci il tarixli məktubunda qeyd olunur ki, iddiaçı 19 dekabr 2024-cü il tarixdə doğum akt qeydində dəyişiklik olunması ilə bağlı şöbəyə müraciət etmişdir. Lakin Şəki rayonu Aşağı Göynük kənd İƏD üzrə nümayəndəliyində aparılmış 28 fevral 1974-cü il tarixli doğum akt qeydində uşaq haqqında məlumat qrafasında soyadın “Butdayeva”, cinsin “qadın” qeyd edildiyi, doğum haqqında şəhadətnamədə soyadın “Butdayeva” soyadının sonunda “a” hərfinin silindiyi və bunun müvafiq möhür və imza ilə təsdiqlənmədiyi aşkar olunmuşdur. Beləliklə, doğum haqqında şəhadətnamədə uyğunsuzluq olduğundan, akt qeydində dəyişiklik edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin olunmasını xahiş etdi və bildirdi ki, iddiaçının və övladlarının sənədlərində adı “Bahar” yazılmışdır. Sənədlərdə dəyişiklik edilməsi və adının “Bahadur”a dəyişdirilməsi ilə bağlı qeydiyyat şöbəsinə müraciət etsə də, imtina alınmışdır. İmtinada qeyd olunur ki, müvafiq səlahiyyət məhkəməyə aiddir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X28 məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi və bildirdi ki, ilkin olaraq soyadla və cinslə bağlı qrafalarda düzəlilş edilməsi məsələsinə, sonra adın dəyişdirilməsinə baxılmalıdır. Çünki, bununla bağlı müvafiq sorğular verilməlidir. Şəhadətnamədə qaralama olması şübhə yaradırdı, lakin iddiaçının 1980-ci ildə həqiqətən məktəbdə təhsilə başlaması, onun neçənci uşaq olması məlum olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 bildirdi ki, İddiaçı onun oğludur, 1974-cü ildə doğulmuşdur, doğumdan sonra kənd sovetində sənədlərdə yanlışlıq olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X15 bildirdi ki, İddiaçı Məmməəli oğlu ilə 30 ildən artıqdır ailə qurmuşdur, onu uşaqlıqdan tanıyır, birgə nikahdan iki övladları var. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan Şəki regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi ünvan 1 ünvanında yerləşir. Məhkəmə qeyd edir ki, iddia tələbi “öhdəliyinin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə cavabdeh Şəki regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh Şəki regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin iddiaçının doğumu haqqında akt qeydində (uşaq haqqında məlumat qrafasında soyadında və cinsində) düzəliş və adında müvafiq dəyişiklik edilməsindən imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. «İnzibati icraat haqqında» Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 63.1-ci maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Həmin Qanunun 63.2-ci maddəsinə görə inzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. Həmin Qanunun 63.3-cü maddəsinə görə inzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. Həmin Qanunun 63.4-cü maddəsinə görə inzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. Nazirlər Kabinetinin 1 mart 2003-cü il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Əsas Müddəaların 10-cu bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi akt qeydinin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 6-cı bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir (6.1). Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir (6.3). Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir (6.5). Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir (6.15). Rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır (6.16). Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir (6.17). Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır (6.18). Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq idarəsi 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir (6.19). İş materiallarında olan AA seriyalı ******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, həmin sənəd xx xxxxxx 1974cü il tarixdə doğulmuş İddiaçı adına tərtib olunmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 358470 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx xxxxxx 1974-cü il tarixdə Şəki rayonunun Aşağı Layısqı kəndində doğulmuş İddiaçı ilə 9 iyun 1976-cı il tarixdə Şəki rayonunun Aşağı Göynük kəndində doğulmuş X15 arasında 22 noyabr 2007-ci il tarixdə Şəki Şəhər İHB-nın Aşağı Göynük kənd icra nümayəndəliyində nikah bağlanmış və bu barədə həmin tarixdə 76 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarından görünür ki, 28 fevral 1974-cü il tarixdə Şəki rayonunun Aşağı Layisqı kəndində doğulmuş “X25” adlı şəxsin doğumu haqqında 28 fevral 1974-cü il tarixdə rayonun Aşağı Layisqı kənd sovetində 31 nömrəli doğum akt qeydi tərtib olunmuş və bu barədə İİ ЖГ 374832 nömrəli “Doğum haqqında şəhadətnamə” verilmişdir. İş materiallarında olan XX ЖГ 472366 və AZ-İİ 028989 və nömrəli şəhadətnamələrin surətindən görünür ki, X27 1 oktyabr 2007-ci il tarixdə doğulmuşdur, X24 28 yanvar 1998-ci il tarixdə doğulmuşdur, onların valideynləri – atası kimi İddiaçı, anası qismində isə X15 qeydiyyata alınmışdır. İş materiallarında olan Şəki rayonu Aşağı Layısqı kənd sovetində tərtib olunmuş 28 fevral 1974-cü il tarixli 31 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, həmin doğum akt qeydinin uşaq haqqında məlumat qrafasında soyad “Butdayeva”, ad “Bahar”, ata adı “Məmmədəli”, cins “qadın”, ata haqqında məlumat qrafasında “X5”, ana haqqında məlumat qrafasında “X29” göstərilmişdir. İş materiallarında olan X35 Filialından alınmış müvafiq təsərrüfatbaşına kitablardan çıxarışların surətindən görünür ki, Şəki rayonu, Aşağı Layısqı kəndi üzrə X8 ailə başçısı olduğu təsərrüfatında ailə üzvlərinin siyahısında müvafiq illərdə aşağıdakı şəxslərin adları göstərilmişdir: - 1969 – 1971-ci və 1972 – 1974-cü illərdə Butdayev M.Əli M.Əli oğlunun və X19; - 1974 – 1976-cı illərdə Butdayev M.Əli M.Əli oğlunun, X19, X2, X9, X6, X3, X10; - 1977 – 1979-cu illərdə Butdayev M.Əli M.Əli oğlunun, X19, X2, X9, X6, X3, X10, X7 adları əks olunmuşdur. İş materiallarında olan Şəki regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsindən müvafiq sorğuya əsasən məhkəməyə göndərilmiş akt qeydlərinin surətlərindən görünür ki, X1 və X19 birgə nikahından doğulmuş uşaqların doğum tarixi üzrə sıralanması (tarix ardıcıllığı ilə) aşağıdakı kimi olmuşdur: - 1-ci uşaq 18 yanvar 1972-ci il tarixdə doğulmuş X11; - 2-ci uşaq 10 yanvar 1973-cü il tarixdə doğulmuş X20; - 3-cü uşaq xx xxxxxx 1974-cü il tarixdə doğulmuş X13; - 4-cü uşaq 8 aprel 1975-ci il tarixdə doğulmuş X12; - 5-ci uşaq 17 oktyabr 1976-cı il tarixdə doğulmuş X21; - 6-cı uşaq 28 mart 1978-ci il tarixdə doğulmuş X14. İş materiallarından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən xx xxxxxx 1974-cü il tarixdə doğulmuş İddiaçı hərbi qeydiyyat kartoçkasının surəti müvafiq sorğu əsasında Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən xx xxxxxx 1974-cü il tarixdə doğulmuş İddiaçı adına olan Fərdi uçot kartoçkasının surəti müvafiq sorğu əsasında Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Şəki - Zaqatala Regional Təhsil İdarəsinin məhkəməyə ünvanlanmış 2 yanvar 2026-cı il tarixli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - İddiaçı 1980-ci ildə Aşağı Layısqı kənd ümumi orta ümumtəhsil məktəbinin 1-ci sinfinə qəbul olunmuş, 1989-cu ildə həmin məktəbin 8-ci sinfini bitirərək ümumi orta təhsil haqqında şəhadətnamə (ümumi orta təhsil haqqında attestat) almışdır. Aşağı Layısqı kənd ümumi orta ümumtəhsil məktəbi həmin dövrdə tam orta təhsil səviyyəsi üzrə fəaliyyət göstərmədiyi (1993-cü ilin sentyabr ayından tam orta təhsil səviyyəsində tədris prosesi həyata keçirilib) üçün İddiaçı 1989-cu ildə Aşağı Göynük kənd tam orta ümumtəhsil məktəbinin 10-cu sinfinə qəbul olunmuş və həmin məktəbi 1991-ci ildə bitirərək A № 003758 nömrəli tam orta təhsil haqqında attestat almışdır. Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması ilə yanaşı, həm də dövlət mənafeyi və ictimai mənafeyə xidmət etməkdir. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Hazırkı iş üzrə iddiaçının doğum haqqında akt qeydi ilə ona məxsus digər sənədlərdəki məlumatlar arasında fərq mövcuddur. Bu baxımdan iddiaçının barəsində verilmiş şəxsiyyət vəsiqəsinə və digər sənədlərə münasibətdə etimad hüququ yaranmışdır. Digər tərəfdən də, belə hal vətəndaşlıq vəziyyəti aktında düzəliş edilməsi üçün “kifayət qədər əsas” şərti ilə uzlaşır. İddiaçının adına verilmiş doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində adı “Bahar” kimi yazılmış, o, uzun illər ərzində müəyyən sənədlərdə və ictimai həyatında kişi cinsindən olan şəxs kimi həmin ad altında fəaliyyət göstərmişdir. Lakin təzahür olunur ki, daşıdığı ad onun özü və ailə üzvləri üçün uyğun səslənmir, bəzi hallarda adekvat qarşılanmır. Belə olan halda, onun adının öz istəyinə uyğun dəyişdirilməsinə əsas var. Lakin nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən adının dəyişdirilməsi üzrə inzibati icraata başlanarkən onun adına tərtib olunmuş vətəndaşlıq vəziyyəti aktında ziddiyyətli məqamlar aşkar olunduğundan, həmin (adın dəyişdirilməsi üzrə) icraat aparılmamışdır. Məhkəmənin qənaətinə görə 28 fevral 1974-cü il tarixdə iddiaçının doğumu haqqında tərtib edilmiş akt qeydində (uşağın soyadı və cinsi barədə məlumatlarda) yanlışlığa yol verilmişdir. Bu qənaət ondan irəli gəlir ki, təsərrüfatbaşına kitablar istisna olmaqla digər müvafiq sənədlərdə - şəxsiyyət vəsiqəsində, orta məktəbdə təhsillə bağlı sənədlərdə, uşaqların doğumu haqqında şəhadətnamələrdə, hərbi uçot kartoçkasında və s. onun adı “İddiaçı”, yəni soyadı “Butdayev” olmaqla kişi cinsi olması əks olunmuşdur. Xüsusilə nəzərə alınmalıdır ki, ona məxsus sənədlərlə nikahı da rəsmiləşdirilmişdir. İddiaçı valideynlərinin övladlarının sıralanmasında üçüncü övlad kimi qeydə alınmış və həmin vaxtdan əvvəlki və sonrakı illər ərzində doğulmuş uşaqların doğumu qeydə alınmış və onların əkiz doğulmamaları, valideynlərinin uşağının ölü doğulmasının qeydə alınması halları da müəyyən edilməmişdir ki, belə halların mövcudluğu Şəki rayonu Aşağı Layısqı kənd sovetində tərtib edilmiş 31 nömrəli 28 fevral 1974-cü il tarixli doğum akt qeydinin hazırkı iddiaçıya məxsus olmaması ehtimalını yarada bilərdi. Hər iki valideynin birgə nikahdan üçüncü uşağının olması, ata adı göstərilməklə 52 yaşa çatması, təkrarən diqqətə çəkilməlidir ki, övladlarının anası kimi müvafiq sənədlərdə adı göstərilən qadınla nikaha daxil olması yuxarıda qeyd olunan ehtimalın olmamasını təsdiqləyir. Odur ki, məhkəmə iddiaçının doğumu haqqında akt qeydində düzəliş edilməsindən cavabdehin imtinasını qanunsuz sayır və hesab edir ki, cavabdeh iddiaçının doğumu haqqında tərtib olunmuş 31 nömrəli 28 fevral 1974-cü il tarixli doğum haqqında akt qeydindəki yanlışlıqları aradan qaldırmalı və həmin akt qeydinin uşaq haqqında məlumat qrafasında uşağın soyadında “Butdayeva”dan “Butdayev”ə, cinsində isə “qadın”dan “kişi”yə düzəliş etməlidir. İddiaçının adının dəyişdirilməsinə gəldikdə isə, qeyd olunmalıdır ki, iddiaçı 18 yaşı tamam olmuş şəxs kimi öz adını dəyişdirmək hüququna da malikdir və bu vaxtadək onun bu hüquqdan istifadə etməsi halı hazırkı icraatda müəyyən edilmir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının doğumu haqqında akt qeydində adın dəyişdirilməsi ilə bağlı dəyişiklik edilməsindən cavabdehin imtinası qanuni qiymətləndirilə bilməz. Lakin onun adının dəyişdirilməsi ilə bağlı icraat aparılmadığından, məhkəmə hesab edir ki, adın dəyişdirilməsi barədə onun müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh tərəfindən baxılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: (73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; (73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə hazırkı işin halları ilə bağlı vurğulayır ki, iddiaçının adının dəyişdirilməsi ilə bağlı icraat üzrə elə hərəkətlərin aparılması (sorğu verilməsi, rəy alınması və s.) zəruridir ki, bu hərəkətlərin inizbati icraat çərçivəsində aparılması mümkündür və daha da əlverişlidir. Müvafiq xüsusatların qiymətləndirilməsi məhkəmə baxışı çərçivəsində də mümkündür, lakin inzibati orqanın diskresion səlahiyyətləri üzrə qərarların bir qayda olaraq yalnız özü tərəfindən qəbuluna şərait yaradılmalıdır. Lakin məhkəmə tərəfindən diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığı sonradan yeni mübahisə qalxdıqda yoxlanıla bilər. Məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının adının “Bahar”dan “Bahadur”a dəyişdirilməsi ilə əlaqədar icraat aparılmalı və Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 6-cı bəndində sadalanan “adın dəyişdirilməsini istisna edən hallar”ın mövcud olubolmamasını müəyyən etməli, müvafiq orqandan rəy almalı, dəyişiklik barədə rəy tərtib etməli və bundan sonra adın dəyişdirilməsi məsələsi ilə bağlı müvafiq qərar qəbul etməlidir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək 28 fevral 1974-cü il tarixli 31 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadın “Butdayeva”dan “Butdayev”ə, cinsin “qadın”dan “kişi”yə dəyişdirilməsi öhdəliyi və həmin akt qeydində uşaq haqqında məlumat qrafasında adın “Bahar”dan “Bahadur”a dəyişdirilməsi məsələsinə məhkəmənin bu qərarda göstərilən hüquqi mövqeyinə uyğun olaraq baxılması öhdəliyi cavabdeh Şəki Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 58.7, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilir. 28 fevral 1974-cü il tarixli 31 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadın “Butdayeva”dan “Butdayev”ə, cinsin “qadın”dan “kişi”yə dəyişdirilməsi öhdəliyi cavabdeh Şəki Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. 28 fevral 1974-cü il tarixli 31 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adın “Bahar”dan “Bahadur”a dəyişdirilməsi məsələsinə məhkəmənin bu qərarda göstərilən hüquqi mövqeyinə uyğun olaraq baxılması öhdəliyi cavabdeh Şəki Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X40
Məhkəmə qərarları › İş №e-2-1(116)-2731/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2731/2025
24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver