Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-274/2023 28.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X25, üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs X14 nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə iddiaçı Zərdab şəhər Mənzil İstismar Sahəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58,34 kv.m mənzilinə dair xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi), 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58,34 kv.m mənzilinə dair xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Zərdab şəhəri, Azərbaycan küçəsi, 19 saylı evin 9 saylı 4 otaqdan ibarət, 58,34 kv.m mənzili Zərdab rayon XDS İK-nin 28 fevral 1990-cı il tarixli qərarı ilə 104 saylı order əsasında X5 5 nəfər ailə üzvüləri ilə birlikdə yaşaması üçün verilmişdir. Həmin mənzil Zərdab şəhər Mənzil İstismar Sahəsinin balansında olmaqla dövlət mülkliyyətində olmuşdur. Zərdab şəhəri, Azərbaycan küçəsi, 19 saylı evin 9 saylı 4 otaqdan ibarət 58,34 kv.m mənzilin kirayəçisi X4 rəsmi müraciəti əsasında Zərdab rayon XDS İK-nin 10 may 1990-cı il tarixli 1 saylı dəyişmə orderi əsasında kirayəçi X15 Göyçay şəhəri, Kommunist küçəsi, 105 saylı evin, 20 saylı mənzilini dəyişdirmişdir. Həmin mənzili özəlləşdirmiş, bir müddətdən sonra başqa bir şəxsə sataraq, Göyçay rayonunun kəndinə köçmüşdür. Zərdab şəhəri, Azərbaycan küçəsi, 19 saylı evin 9 saylı 4 otaqdan ibarət 58,34 kv.m mənzilinin kirayəçisi X29 həmin mənzilə qeydiyyata düşməklə orada yaşamışdır. 20 may 1990-cı ildə tanışları olan X20 ailə üzvüləri ilə birlikdə mənzilə köçürmüşdür. Lakin mənzilin kirayəçisi qismində X29 olmuşdur. X7 ailə üzvüləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxmışdır. Göyçay şəhəri, Kommunist küçəsi, 105 saylı evin, 20 saylı mənzilini qanuni əsaslar ilə əldə etmiş, həmin mənzili özəlləşdirib satmışdır. Zərdab şəhər Mənzil İstismar Sahəsinin keçmiş rəhbərliyi ilə əlaqəyə girərək Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi), 19 saylı evin 9 saylı 4 otaqdan ibarət 58,34 kv.m mənzilində qeydiyyatda olan X29 məhkəmədə iddia qaldıraraq mənzilin ondan sonrakı kirayəçisi olmuş şəxsin mənzilə istifadə hüquqlarına xitam verilməsinə dair 03 sentyabr 2018-ci il tarixli qətnamənin çıxarılmasına nail olmuş, bundan sonra həmin qətnamə qanuni qüvvəsini almadan qanunsuz sübutlar ilə cavabdeh Azərbaycan Respublikası ƏMDK DƏDRX 16 saylı Ucar ərazi idarəsinə müraciət etmiş, mənzil kirayə müqaviləsi olmadığı, mənzildə faktiki yaşamadığı halda xx.xx.2018-ci il tarixdə mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarış almış, mənzildə 1990-cı ildən faktiki yaşayan 3-cü şəxsin hüquqlarını pozmuş, mənzilin əsassız mülkiyyətçisinə çevrilmişdir. Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi), 19 saylı evin 9 mənzili saxta sənədlər əsasında özəlləşdirilmiş, xx.xx.2013-cü il tarixdə hüquqi qeydiyyatdan keçməklə RX seriyalı, ******* saylı mülkliyyət hüquqlarının qeydiyyatına dair Çıxarış verilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********53 nömrəli imtina məktubunda qeyd etmişdir ki, X4 Zərdab şəhəri, Heydər Əliyev prospekti 19 ünvanında yerləşən 9 nömrəli mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilərək çıxarış və daşınmaz əmlakın texniki pasportu verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********54 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri əsas gətirərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-274/2023 nömrəli qərardadı ilə X8 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-274/2022 nömrəli qərardadı ilə X30, X31 və X26 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb olunmuşlar. Üçüncü şəxs Yeganə Məmmədyarovanın nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə təqdim etdiyi etirazında qeyd etmişdir ki, iddia ərizəsinin məzmununda iddiaçı kimi Zərdab şəhər Mənzil İstismar Sahəsi göstərilsə də, Vəkil1 elektron kabineti vasitəsi ilə yüklədiyi və imzaladığı elektron ərizə fiziki şəxs İddiaçı adından verilmişdir. Halbuki İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bundan başqa Zərdab şəhər Mənzil İstismar Sahəsinin nizamnaməsi də iddia ərizəsinə əlavə edilməmişdir. Belə olduğu halda Zərdab şəhər Mənzil İstismar Sahəsinin məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnun olub-olmamasını müəyyən etmək qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinin tələblərinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. İddiaçı Zərdab şəhər Mənzil İstismar Sahəsinin rəisi İddiaçı iddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması ilə bağlıdır. İddia ərizəsinin məzmunundan və ərizəyə əlavə edilmiş cavabdeh Daşınmaz Əmlakın Doviət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsinin iddiaçı Zərdab Mənzil İstismar Sahəsinə ünvanladığı 17 avqust 2022-ci il tarixli **********53 saylı məktubundan görünür ki, iddiaçı inzibati orqana Y.Məmmədyarovaya məxsus ünvan 3 ünvanında yerləşən mənzilə verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Buna baxmayaraq inzibati orqanın imtinasından sonra iddiaçı məhkəməyə çıxarışın ləğv edilməsi deyil, etibarsız sayılması tələbi ilə müraciət etmişdir. Y.Məmmədyarova hesab edir ki, iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququnun olub-olmaması, çıxarışın etibarsız sayılması barədə inzibati orqana müraciət edib-etməməsi yoxlanılmalıdır. Üçüncü şəxs Y.Məmmədyarova etirazında qeyd olunanlara əsasən iddianın mümkün sayılmamasını, iddia mümkün sayıldığı halda isə təmin edilməməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər X31 və X26 məhkəmə iclasında iştirak etməmiş və xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında müəyyən səbəblərə görə iştirak edə bilməyəcəklərini qeyd etmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxslər X31 və X10 iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58,34 kv.m mənzilinə dair xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 nümayəndəsi Qanuni nümayəndə iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********43 nömrəli məktubu ilə təqdim olunmuş: Zərdab rayon Dövlət Arxivinin 378 nömrəli, xx.xx.2016-cı il tarixli məktubunda göstərilən Zərdab rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli 2 nömrəli iclasının protokolunun 16 nömrəli qərarından çıxarışdan görünür ki, həmin qərarla Azərbaycan SSR Mənzil Məcəlləsinin 38-ci maddəsinə uyğun olaraq X6 5 nəfər ailə üzvləri ilə birlikdə Azərbaycan küçəsində 19 nömrəli kommunal binanın 4 otaqlı 9 nömrəli mənzilinin verilməsi barədə mənzil məişət komissiyasının xx.xx.1990-cı il tarixli iclasının qərarı və komissiyanın xx.xx.1989-cu il tarixli aktı təsdiq edilmişdir. Zərdab rayon XDS İK tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 104 nömrəli orderdən görünür ki, X6 ailə üzvləri ilə birlikdə Azərbaycan küçəsində yerləşən 19 nömrəli evin 4 otaqdan ibarət 9 nömrəli mənzilində 58,34 kv.m yaşayış sahəsini tutmağa icazə verilmişdir. Notariat qaydada verilmiş xx.xx.2018-ci il tarixli ərizələrdən görünür ki, X32, X11, X12 və X3 şəhəri, Azərbaycan küçəsi ev 19, mənzil 9 (H.Əliyev prospekti ev 15 mənzil 9) ünvanında yerləşən mənzilin anaları X4 adına özəlləşdirilməsinə etiraz etməmişlər. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyat haqqında ərizədən görünür ki, X2 şəhəri, H.Əliyev prospekti bina 15 (19) mənzil 9 ünvanında yerləşən mənzilin onun adına qeydiyyata alınması və texniki pasport verilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə 16 saylı Ucar ərazi idarəsinə müraciət etmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əkls etdirən xx.xx.2018-ci il tarixli müayinə (baxış) aktından görünür ki, ünvan 6 ünvanında yerləşən mənzilin ümum sahəsi sənəd üzrə 105,41 kv.m, faktiki 85,2 kv.m, yaşayış sahəsi sənəd üzrə 58,34 kv.m, faktiki 58,6 kv.m-dir. Daşınmaz əmlaka ilkin baxış keçirilmişdir. Mənzilin faktiki vəziyyəti və texniki göstəricilərinin təqdim edilmiş sənədlərlə uyğun gəldiyi və əsas yük götürən divarlardan kənara çıxılmadığı dəqiqləşdirilmişdir. Müayinə zamanı heç bir mübahisə halı baş verməmişdir. xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zərdab şəhəri, H.Əliyev prospekti bina 19, mənzil 9 X4 xüsusi mülkiyyətindədir. X8 tərəfindən təqdim olunmuş: Cavabdehin Vəkil2 ünvanladığı xx.xx.2018-ci il tarixli, **********73 nömrəli məktubundan görünür ki, Abdullayeva (Dəmirçiyan) Roza Ağası qızının Azərbaycan küçəsində yerləşən 19 nömrəli binanın 9 nömrəli mənzilinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Göyçar Rayon Polis Şöbəsinin Vəkil2 ünvanladığı xx.xx.2018-ci il tarixli, 196-13717- 1218 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1936-cı il təvəllüdlü Dəmirçiyan (Abdullayeva) Roza Ağası qızı barəsində şöbənin Q və ŞVQ-nin kartotekasında heç bir məlumat yoxdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)-642/2018 nömrəli qətnaməsi ilə iddiaçı Zərdab şəhər Mənzil İstismar Sahəsinin cavabdeh Dəmirçiyan (Abdullayeva) Roza Ağası qızına qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə dair” iddiası təmin edilmiş, cavabdeh Dəmirçiyan (Abdullayeva) Roza Ağası qızının Zərdab şəhəri, Azərbaycan küçəsi, 6-cı məhəllə, 19 nömrəli evin 9 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(035)-85/2021 nömrəli qətnaməsi ilə ilkin iddiaçı X4 cavabdehlər X30, X26, X31 və X17 qarşı “mənzildən çıxarılma tələbinə dair”, qarşılıqlı iddiaçı X14 cavabdehlər X8 və AR ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsinə qarşı “mənzilə istifadə hüquqlarının müəyyən edilməsi, həmin mənzilin dövlət reyestrindəki qeydiyyatının etibarsız hesab olunması və RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiasına hüquqi qiymət verilərək, qarşılıqlı iddianın təmin edilməməsi, ilkin iddianın təmin edilməsi, cavabdehlər X30, X26, X31 və X13 Zərdab şəhəri, H.Əliyev prospekti, 19 nömrəli evin 9 nömrəli mənzilindən çıxarılması qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, sözügedən Zərdab şəhəri, Azərbaycan küçəsi 19 saylı binada yerləşən 9 saylı mənzil Zərdab rayon X36 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 104 saylı orderinə əsasən hazırkı ilkin iddiaçı X6 verilmiş, o, həmin mənzili Zərdab rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 1 saylı dəyişmə orderinə əsasən cavabdeh Dəmirçiyan (Abullayeva) Roza Ağası qızı ilə dəyişdirmişdir. Lakin, dəyişmə formal olaraq qalmış, Dəmirçiyan (Abdullayeva) Roza Ağası qızı erməni millətindən olduğu üçün 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra azərbaycanlılarla bir binada yaşaya bilmədiyindən dəyişdiyi mənzildə yaşamamış, mənzillə bağlı kirayə müqaviləsi bağlamamış, mənzilin icarə haqqını ödəməmiş və 1990-cı ilin may ayından daimi yaşamaq üçün məlum olmayan ünvana köçmüşdür. Hazırkı qarşılıqlı iddiaçı 1990-cı ilin iyun ayından ailə üzvləri ilə birlikdə sözügedən mənzildə yaşamağa başlasalar da, balanssaxlayan olan Zərdab şəhər MİS ilə mənzil kirayə müqaviləsi bağlamamış, mənzilin kirayə haqqını ödəməmiş, mənzilə qeydiyyata düşməmiş, nə də ki, məhkəmə və ya hər hansı bir başqa qaydada mənzilə istifadə hüququnu tanıtdırmamışdır. Qarşılıqlı iddiaçı sözügedən mənzilə dair hüquq verən sənədə (mənzilə köçməyə əsas verən orderə, mənzildə yaşamaq hüququ verən mənzil kirayə müqaviləsinə və s.) malik deyildir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ilkin iddiaçı Yeganə Məmmədyarovanın sözügedən mənzilə dair mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarış verilmişdir. Həmin çıxarış nə məhkəmə qaydasında, nə də ki, inzibati qaydada ləğv olunmamışdır. Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(035)-85/2021 nömrəli qətnaməsindən cavabdeh X30 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-584/2022 nömrəli qərardadı ilə hüquqi qiymət verilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, AR ƏMDK DƏDRX 16 saylı Ucar ərazi idarəsi tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış **********53 saylı, 21,05.2021-ci il tarixli və **********00 saylı, xx.xx.2021-ci il tarixli məktublardan və əlavə edilmiş sənədlərdən görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 129 saylı evin, 20 saylı mənzili Göyçay Mənzil Təsərrüfat Təmir İstehsalat İdarəsi tərəfindən xx.xx.1992-ci ildə bağışlama müqaviləsi əsasında X6 bağışlanmış və 2275 saylı, xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olmuşdur. Həmin mənzil Yeganə Məmmədyarova tərəfindən Göyçay rayon Dövlət Notariat Kontorunun xx.xx.1993-cü il tarixli, 210 saylı alqı-satqı müqaviləsinə əsasən X1. ünvan 8 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində X4 adına qeydiyyata alınmışdır. Apellyasiya instansiyası məhkəməsi mövqeyində qeyd etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(035)- 85/2021 nömrəli qətnaməsi qismən-qarşılıqlı iddianın təmin olunmamış “mənzilin dövlət reyestrindəki qeydiyyatının etibarsız hesab olunması və RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilməli və bu hissədə iş üzrə icraata xitam verilməlidir. Kollegiyanın qənaətinə görə iddianın birinci hissəsi ümumi məhkəmədə baxılmalı olsa da, qalan iki tələb inzibati icraat qaydasında baxılmalıdır. İşin faktiki halından müəyyən edilir ki, qarşılıqlı iddiaçının mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli RX seriyalı, ******* saylı Çıxarışın verilməsinə əsas olmuş sənədlər Zərdab rayon X36 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 104 saylı orderi, Zərdab rayon İcra Hakimiyyəti, Zərdab şəhər Mənzil İstismar Sahəsinin arayışları olmuşdur. Məhkəmə kollegiyası tələblə bağlı qeyd edir ki, birinci instasiya məhkəməsi tərəfindən qarşılıqlı iddianın bu hissəsinə ümumi məhkəmədə mahiyyəti üzrə baxılaraq iddia tələbi rədd edilərkən, məhkəmə aiddiyyatı qaydaları pozulmuşdur. Lakin birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə yolverilməzliyinə görə qəbul etməkdən imtina etməyərək iddia tələbinin həmin hissəsinə ümumi məhkəmədə baxılmalı olmadığı halda mahiyyəti üzrə baxmışdır. Beləliklə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-584/2022 nömrəli qərardadı ilə cavabdeh X30 tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(035)-85/2021 nömrəli qətnaməsi qismən-qarşılıqlı iddianın təmin olunmamış “mənzilin dövlət reyestrindəki qeydiyyatının etibarsız hesab olunması və RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilmiş və bu hissədə iş üzrə icraata xitam verilmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(035)-85/2021 nömrəli qətnaməsindən cavabdeh X30 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-584/2022 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmiş, cavabdeh X30 tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(035)-85/2021 nömrəli qətnaməsi mübahisələndirilən-ilk iddianın təmin olunmuş, qarşılıqlı iddianın “istifadə hüququnun müəyyən edilməsinin” təmin olunmayan hissələrində dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(107)-584/2022 nömrəli qətnaməsindən X30 tərəfindən verilmiş kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4846/2022 nömrəli qərarından görünür ki, kassasiya şiakyəti üzrə işin icraatı Şəki İnzibati Məhkəməsinin icraatında olan hazırkı iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. İddiaçı məhz həmin qərardada istinadən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim olunmuş: xx.xx.1992-ci il tarixli müqavilədən görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 129 saylı evin, 20 saylı mənzili Göyçay Mənzil Təsərrüfat Təmir İstehsalat İdarəsi tərəfindən xx.xx.1992-ci ildə bağışlama müqaviləsi əsasında X6 bağışlanmışdır. 2275 saylı, xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 129 saylı evin, 20 saylı mənzili X6 məxsus olmuşdur. Göyçay rayon Dövlət Notariat Kontorunun xx.xx.1993-cü il tarixli, 210 saylı alqısatqı müqaviləsindən görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 129 saylı evin, 20 saylı mənzili Yeganə Məmmədyarova tərəfindən Göyçay rayon Dövlət Notariat Kontorunun xx.xx.1993-cü il tarixli, 210 saylı alqı-satqı müqaviləsinə əsasən X1. Zərdab rayon Dövlət Arxivinin 07 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş: Zərdab rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli, 2 nömrəli iclas protokolundan görünür ki, vətəndaşlara yaşayış sahəsinin birinci növbədə verilməsi barədə mənzil-məişət komissiyasının qərarı müzakirə olunmuş və təqdim edilmiş qərar layihəsi təsdiq edilmişdir. Zərdab rayon XDS İK-nın 16 nömrəli, fevral 1990-cı il tarixli qərarından görünür ki, həmin qərarla Azərbaycan SSR Mənzil Məcəlləsinin 38-ci maddəsinə uyğun olaraq X6 5 nəfər ailə üzvləri ilə birlikdə Azərbaycan küçəsində 19 nömrəli kommunal binanın 4 otaqlı 9 nömrəli mənzilinin verilməsi barədə mənzil məişət komissiyasının xx.xx.1990-cı il tarixli iclasının qərarı və komissiyanın xx.xx.1989-cu il tarixli aktı təsdiq edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim olunmuş Zərdab şəhər MİSnin Vəkil1 ünvanladığı xx.xx.2023-cü il tarixli, 09 nömrəli məktubda qeyd olunmuşdur ki, Zərdab şəhəri, Azərbaycan küçəsi 19 nömrəli yaşayış evinin 9 nömrəli mənzili Zərdab rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli 104 nömrəli orderi ilə X6 verilmiş və 16 saylı Ucar ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış tərtib olunmuşdur. Zərdab şəhəri, Azərbaycan küçəsi 19 nömrəli evin 9 nömrəli mənzilində X8 qeydiyyatdadır. Hal-hazırda Zərdab şəhəri, Azərbaycan küçəsi 19 nömrəli evin 9 nömrəli mənzilində uzun illərdir ki, X30 ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarında olan Zərdab şəhər Mənzil İstismar Sahəsinin Vəkil2 ünvanladığı xx.xx.2023-cü il tarixli, 07 nömrəli məktubda qeyd olunmuşdur ki, Zərdab şəhəri, H.Əliyev prospektindəki 19 nömrəli yaşayış evinin 9-cu mənzilinin kirayə haqqı X8 tərəfindən 2018ci ildən 2023-cü ilədək Zərdab şəhər MİS-in hesabına cəmi 887,0 manat vəsait ödənilmişdir. X30 və ailə üzvlərinin adlarına yuxarıda göstərilən ünvan barədə Zərdab şəhər MİS-də rəsmi heç bir sənəd (order, kirayə müqaviləsi) yoxdur. Lakin hal-hazırda həmin ünvanda yaşayırlar. İş materiallarında olan iddiaçı tərəfindən təqim edilmiş, notariat qaydada xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə X21 və X37 tərəfindən verilmiş ərizələrdən görünür ki, X33 ona məxsus olan Göyçay şəhəri M.Ə.Rəsulzadə (Kommunist) küçəsi 129 nömrəli evin 20 nömrəli mənzilini (Zərdab rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli 1 nömrəli dəyişmə orderinə əsasən) Zərdab şəhəri Azərbaycan küçəsi 6-cı məhəllədə 19 nömrəli binada yerləşən 9 nömrəli mənzilə dəyişmiş və həmin ünvana qeydiyyata düşmüşdür. 1990-cı il iyun ayında X33 öz aralarında olan razılığa əsasən X27 ailə üzvləri ilə birlikdə həmin mənzilə (Zərdab rayonu Azərbaycan küçəsi 6-cı məhəllə, bina 19 mənzil 9) yerləşdirmişdir. Məhkəmənin sorğusuna Zərdab rayon Dövlət Arxivinin 15 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunur ki, xx.xx.1990-cı il tarixdə XDS İcraiyyə Komitəsinin iclası olmamışdır. İş materiallarında olan DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-10178/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1956-cı il təvəllüdlü X22 xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 120-də, xx.xx.2004-cü il tarixdən hazırkı vaxtadək ünvan 12 ünvanında qeydiyyatdadır. xx.xx.1982-ci il təvəllüdlü X38 xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Zərdab şəhəri, Füzuli küçəsi, ev 45-də, xx.xx.2011-ci il tarixdən hazırkı vaxtadək ünvan 13 ünvanında qeydiyyatdadır. xx.xx.1936-cı il təvəllüdlü Abdullayevə (Dəmirçiyan) Roza Ağası qızı, xx.xx.1979-cu il təvəllüdlü X23 Azərbaycan Resbublikası ərazisində qeydiyyatları barədə məlumat müəyyən edilməmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd edir . İddiaçı iddia tələbinin əsası qismində üçüncü şəxs Y.Məmmədyarova tərəfindən mübahisəli mənzilin Dəmirçiyan (Abdullayeva) Roza Ağası qızı ilə dəyişdirmə orderinə əsasən dəyişdirildikdən sonra yenidən əsassız olaraq üçüncü şəxsin adına rəsmiləşdirildiyinə istinad etsə də, məhkəmə araşdırması ilə sözügedən dəyişdirmə orderinin əsli və iddiaçının tələbinin əsaslılığını təsdiq edən sübutlar aşkar olunmamışdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, üçüncü şəxs Y.Məmmədyarovanın mübahisəli mənzillə dəyişdirmə orderi əsasında əldə etmiş olduğu iddia edilən Göyçay rayonu M.Ə.Rəsulzadə küçəsində yerləşən mənzili o bağışlama müqaviləsi əsasında əldə etmiş, bu barədə onun adına X9 Bürosu tərəfindən xx.xx.1992-ci il tarixdli 6173 nömrəli Qeydiyyat vəsiqəsi tərtib edilmişdir. xx.xx.1990-cı il tarixdə isə dəyişdirmə orderinin tərtib edilməsinə əsas olduğu iddia olunan Zərdab rayon XDS İcraiyyə komitəsinin iclası olmamışdır. Y.Məmmədyarova və ailə üzvlərinə yaşayış sahəsinin verilməsi barədə Zərdab rayon XDS İK-nın fevral 1990-cı il tarixli 16 nömrəli qərarı qüvvədədir və arxiv nüsxəsi mövcuddur. Həmçinin həmin qərar əsasında verilmiş xx.xx.1990-cı il tarixli 104 nömrəli orderin ləğv edilməsi barədə hər-hansı qərar mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.11-ci maddəsinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Belə ki, iddia tələbinin əsası qismində üçüncü şəxs Y.Məmmədyarova tərəfindən mübahisəli mənzilin dəyişdirmə orderinə əsasən başqa şəxsin mülkiyyətinə verildiyi iddia olunsa da, məhkəmə araşdırması ilə sözügedən dəyişdirmə orderinin əsli, mənzilin mülkiyyətinə verildiyi iddia olunan şəxsin adına tərtib edilmiş order, sosial kirayə müqaviləsi və ya hər-hansı qərar aşkar edilməmiş, iddiaçının tələbinin əsaslılığını təsdiq edən sübutlar müəyyən olunmamışdır. Cavabdehin imtinasını əsaslılığı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Zərdab şəhər Mənzil İstismar Sahəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58,34 kv.m mənzilinə dair xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №e-2-1(116)-274/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-274/2023
28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver