Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2781/2024 06.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Lətif oğlunun sədrliyi Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi ilə Tərəflərin və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin iştirakı olmadan iddiaçı – İddiaçı (yaşayış yeri: Ağdaş rayonu, Qaradağlı kəndi) cavabdeh – Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinə (yerləşdiyi yer: Ağdaş rayonu, Qaradağlı kəndi) (üçüncü şəxs – X2 inzibati məhkəmə icraatına cəlb olunmaqla qeydiyyat yeri: Ağdaş rayonu, Qaradağlı kəndi) qarşı «iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən üçüncü şəxsin adının çıxarılması və ev təsərrüfatının uçotu kitabında müvafiq şəxsi hesabda uçot aparılması» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1ul etdi: Təsviri hissə : Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən 126,9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Onun həmin evə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və bu barədə dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçıya məxsus həmin fərdi yaşayış evində X2 da qeydiyyatdadır. Bu barədə təsərrüfatın uçotu kitabında qeyd aparılmışdır. İddiaçı ərizə ilə Ağdaş RİH başçısının Qaradağlı kənd İƏD üzrə Nümayəndəliyinə müraciət edərək, X1 ona məxsus evə dair təsərrüfatın uçotu kitabından çıxarılmasını xahiş etmişdir. Nümayəndəlik məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdeh Ağdaş RİH başçısının Qaradağlı kənd İƏD üzrə Nümayəndəliyinə qarşı mülkiyyətində olan fərdi yaşayış evindən X1 adının çıxarılması və ev təsərrüfatının uçotu kitabında müvafiq şəxsi hesabda uçot aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim etmişdir. İddiaçı mövqeyini belə əsaslandırır ki, fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Evə dair təsərrüfat uçotu kitabında onun ailə üzvlərindən başqa X2 da qeydiyyatdadır. Lakin həmin şəxs qeyd olunan fərdi yaşayış evində yaşamır. Onun harada yaşaması məlum deyil. İntiqam Fətəliyevin fərdi yaşayış evinə dair təsərrüfat uçotu kitabında qeydiyyatda qalması mülkiyyətçi kimi onun (iddiaçının) hüquqlarını pozur və məhdudlaşdırır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə dair təsərrüfat uçotu kitabından həmin şəxsin adının çıxarılması ilə bağlı cavabdehə müraciət etsə də, məsələ müsbət həllini tapmamışdır. Cavabdeh inzibati orqan Ağdaş RİH başçısının Qaradağlı kənd İƏD üzrə Nümayəndəliyinin iddia ilə bağlı mövqeyi belədir ki, X2 hazırda İddiaçı məxsus Qaradağlı kəndində yerləşən evdə yaşamır, onun (İddiaçı) təsərrüfat üzvüdür. X1 faktiki yaşadığı ayrı təsərrüfat yoxdur. İddiaçı 19 sentyabr 2022-ci il tarixdə ərizə ilə Nümayəndəliyə müraciət edərək, X1 onunla yaşadığını, şəxsiyyət vəsiqəsi üzrə orada qeydiyyatda olduğunu bildirmiş və təsərrüfata qeydiyyata alınmasını xahiş etmişdir. 1 iyul 2024-cü il tarixdə İddiaçı yenidən müraciət edərək, X1 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. X3 adlı şəxs Nümayəndəliyin uçot kitabında qeydiyyatda yoxdur və yaşamır. Məhkəmənin 19 iyul 2024-cü il tarixli qərardadı ilə X2 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsə bildiriş ünvanlanmışdır. Tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər (nümayəndə vasitəsilə təmsil olunmamışlar). Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Cavabdeh Ağdaş RİH başçısının Qaradağlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən İddiaçı müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Ağdaş rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan Ağdaş RİH başçısının Qaradağlı kənd İƏD üzrə Nümayəndəliyi Ağdaş rayonunun Qaradağlı kəndində yerləşir. Məhkəmə qeyd edir ki, iddia tələbi “öhdəliyinin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə cavabdeh Ağdaş RİH başçısının Qaradağlı kənd İƏD üzrə Nümayəndəliyinin yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh Ağdaş RİH başçısının Qaradağlı kənd İƏD üzrə Nümayəndəliyinin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə dair təsərrüfat uçotu kitabından X1 adının çıxarılmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında» Qanunun 2.11-ci maddəsinə görə kənd – əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Qaydaların 2.1-ci bəndinə görə ünvan reyestrində daşınmaz əmlak obyektinin ünvanının bu Qaydaların 3.7.1 – 3.7.6-cı yarımbəndlərində göstərilən rekvizitləri, Azərbaycan Respublikasının ərazisi üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu obyektlərinin (prospekt, küçə və s.) mövcud və əvvəlki adları, bu adların verilməsinin, habelə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektinin növü haqqında məlumatlar sistemləşdirilmiş şəkildə saxlanılır. Qaydaların 3.7-ci bəndinə görə daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: (3.7.1) ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi, (3.7.1-1) ərazi vahidi üzrə poçt indeksi, (3.7.2) nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri), (3.7.3) ünvan verilmiş daşınmaz əmlak obyektinin növü, (3.7.4) daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi, (3.7.5) daşınmaz tarix və mədəniyyət abidəsi olubolmamasına dair qeyd, (3.7.6) daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). Qaydaların 3.9-cu bəndinə görə çoxmənzilli binaların, qeyri-yaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 27 sentyabr 2017-ci il tarixli 22/05 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair Göstəriş»in 1-ci bəndinə görə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına uçotun ilkin sənədləri aşağıdakılardan ibarətdir: 1 №-li forma – “Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu kitabı”; 2 №-li forma – “Şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində müvəqqəti yaşayan şəxslərin siyahısı”. Göstərişin İ hissəsinin 6-cı bəndinə görə ev təsərrüfatlarının uçotu kitabları (1 №-li forma) hər beş ildən bir yenilənir. Ev təsərrüfatlarının uçotu kitabları məsul şəxslər tərəfindən yanvarın 1-dən 30-dək şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə bütün təsərrüfatlar başdan-başa gəzilərək təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə yanvar ayının 1-i vəziyyətinə tərtib edilir və hər il üzrə məlumatların doğru-düzgünlüyü şəxsi hesabın son səhifəsinin aşağı hissəsində məsul şəxsin və təsərrüfat başçısının imzaları ilə təsdiq edilir. İdarə və müəssisələrə məxsus evlərdə, yardımçı təsərrüfatlarda, yataqxanalarda, internat məktəblərində, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrdə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evlərində, xəstəxanalarda və digər yerlərdə yaşayan təsərrüfatların uçotuna da xüsusi diqqət yetirilməli, müvafiq yoxlama aparılmalıdır. Növbəti 4 ildə ev təsərrüfatlarının uçotu kitablarındakı məlumatlar yanvar ayının 1-i vəziyyətinə təkrar yoxlanılır və həmin ayın 30-dək qeydlərin dürüstləşdirilməsi başa çatdırılır. Göstərişin İİ hissəsinin 2-3-cü bəndlərinə görə yanvarın 1-i vəziyyətinə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə daimi yaşayan şəxslərin təsərrüfatlarının hər biri üçün ev təsərrüfatlarının uçotu kitablarında şəxsi hesab açılır. Daimi yaşayan kirayənişinlər ev sahibinin təsərrüfat üzvlərinin siyahısına daxil edilməməli və onlar üçün ayrıca şəxsi hesab açılmalıdır. Əgər şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsində ev sahibi daimi deyil, müvəqqəti (məsələn, yay mövsümündə) yaşayırsa, onda belə təsərrüfatlar (bağ evləri) ev təsərrüfatlarının uçotu kitabına daxil edilmir və bu təsərrüfatlar haqqında məlumatlar məsul şəxs tərəfindən xüsusi siyahıda qeydə alınır. Ev təsərrüfatlarının uçotu kitabına şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsində daimi yaşayan bütün şəxslərin (təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmamasından asılı olmayaraq) ev təsərrüfatlarının üzvləri yazılır. Təsərrüfatları gəzmədən ev təsərrüfatlarının uçotu kitabında qeydlərin aparılması yolverilməzdir. Şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsində müvəqqəti yaşayan şəxslər ev təsərrüfatlarının uçotu kitabına deyil, müvəqqəti yaşayan şəxslərin siyahısına - 2 №-li formaya yazılır. Göstərişin İİİ hissəsinə görə birinci bölmənin “Təsərrüfat üzvlərinin siyahısı” sətrində bu bölmə üzrə cədvəl tərkibində 7 nəfərdən çox üzvü olmayan təsərrüfat üçün nəzərdə tutulmuşdur. Ev təsərrüfatlarının uçotu kitabı açılarkən üzvlərinin sayı 7-dən çox olan təsərrüfatlar üçün 2 və daha artıq (təsərrüfat üzvlərinin sayından asılı olaraq) ardıcıl vərəq ayrılır. Bu zaman həmin təsərrüfat üçün ayrılan bütün vərəqlər bir şəxsi hesab sayılır və şəxsi hesabın digər bölmələrinə dair məlumatlar şəxsi hesabın son səhifəsində əks etdirilərək müvafiq imzalarla təsdiq edilir. Ev təsərrüfatlarının uçotu kitabı açıldıqdan sonra təsərrüfat üzvlərinin sayında artım baş verərsə və bu zaman müvafiq şəxsi hesabın 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” bölməsində boş sütun olmazsa, müvafiq qeydlər əlavə vərəq yapışdırmaqla aparılır. Göstərişin İİİ hossəsinə görə 11-ci “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə təsərrüfat üzvünün təsərrüfatdan çıxıb getdiyi və ya çıxarıldığı ay, il yazılır. Bu zaman çıxıb gedənlər haqqındakı qeydlərdə həmin şəxslərin inzibati ərazi dairəsi daxilində başqa təsərrüfata, yaxud inzibati ərazi dairəsindən kənara daimi yaşamağa getdiyi göstərilməlidir. Məsələn, “2023-cü ilin aprel ayında ərə getməsi ilə əlaqədar “-” nömrəli təsərrüfata köçüb getmişdir”, “2023-cü ilin iyun ayında iş yerini dəyişməsi ilə əlaqədar Sumqayıt şəhərinə köçüb getmişdir”, “xx.xx.2023-cü il tarixdə ölümü ilə əlaqədar çıxarılmışdır”, “2018-ci ilin mart ayında məhkəmənin qərarına əsasən çıxarılmışdır”. Eyni zamanda, şəxsi hesabın 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” bölməsinin təsərrüfatın çıxıb getmiş və ya çıxarılmış (ölmüş) üzvünə aid sütununda çarpaz xətt çəkilir. Təsərrüfatların tərkibindən çıxan və ya çıxarılan şəxslər haqqındakı qeydlər bütün il boyu aparılır və yanvarın 1-i vəziyyətinə təsərrüfatların başdan-başa gəzişi zamanı yoxlanılır. Qeydlər mütləq bu sətirdə edilməlidir, həmin qeydlərin başqa sətirlərə yazılması, habelə təsərrüfat üzvünün təsərrüfatın tərkibindən çıxması və ya çıxarılması haqqında qeydlərin aparılmaması əhalinin sayı, cins və yaş tərkibi barədə dəqiq məlumatların əldə olunmasını çətinləşdirir. Yaşayış yerini istər müvəqqəti, istərsə də daimi tərk etmiş əhali haqqında müvafiq olaraq 10 və 11-ci sətirlərdə vaxtında dolğun aparılmış qeydlər əhalinin sayı və tərkibi barədə məlumatların dürüstlüyünü təmin edir. Qeyd: Ev təsərrüfatlarının uçotu kitablarında ölənlər haqqında məlumatlar (öldüyü gün, ay, il) bütün il boyu VVADQ kitablarında aparılmış qeydlər və ya ölüm haqqında şəhadətnamə əsasında yazılır. Göründüyü kimi, yuxarıda qeyd olunan qaydaların tələbləri konkret ünvan rekviziti mövcud olmayan kənd ərazi vahidində yaşayış yeri seçən şəxslərin uçota alınması və onların uçotdan çıxarılmasını bu barədə müvafiq sənədin “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində qeyd aparılmaqla nəzərdə tutur və bununlı bağlı müvafiq səlahiyyətləri sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə aid edir. Hazırkı işin hallarına görə İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi Ağdaş rayonu, Qaradağlı kəndində yerləşir və həmin evə «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın tələbləri baxımından ünvan, yəni kəndin hansı küçəsində yerləşməsi üzrə rekvizit verilməmişdir. Bu isə o deməkdir ki, həmin fərdi yaşayış evinin məkana görə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat mövcud deyil. Üçüncü şəxs X1 yaşayış yeri kimi konkret ünvan deyil, ünvan 3cü şəxsin adının Ağdaş rayonu, Qaradağlı kəndindən deyil, onun (iddiaçının) mülkiyyətində olan fərdi yaşayış evinə dair təsərrüfatın uçotu kitabından çıxarılmasıdır. Nəzərə alınmalıdır ki, üçüncü şəxsin həmin kənddə başqa yaşayış ünvanı seçmək hüququ məhdudlaşdırıla bilməz. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı Ağdaş rayonunun Qaradağlı kəndindəki fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan, üçüncü şəxs X2 mülkiyyətçi kimi onun (İddiaçı) yazılı razılığı ilə həmin ev üzrə təsərrüfat uçotu kitabına daxil edildiyindən və X2 hazırda həmin təsərrüfatda yaşamadığından, İddiaçı müraciəti əsasında da ona məxsus ev üzrə təsərrüfat üzvlərinin tərkibindən çıxarılmalıdır. Odur ki, məhkəmənin qənaətinə görə inzibati orqan Ağdaş RİH başçısının Qaradağlı kənd İƏD üzrə Nümayəndəliyi İddiaçı müraciəti üzrə X1 adının iddiaçıya məxsus fərdi yaşayış evinə dair təsərrüfat uçotu kitabından çıxarılmasından imtina etməkdə haqlı olmamışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X1 adının İddiaçı mülkiyyətində olan Ağdaş rayonunun Qaradağlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və bu barədə ev təsərrüfatının uçotu kitabında müvafiq şəxsi hesabda uçot aparılması öhdəliyi cavabdeh Ağdaş RİH başçısının Qaradağlı kənd İƏD üzrə Nümayəndəliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 13, 52, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X1 adının İddiaçı mülkiyyətində olan Ağdaş rayonunun Qaradağlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və bu barədə ev təsərrüfatının uçotu kitabında müvafiq şəxsi hesabda uçot aparılması öhdəliyi cavabdeh Ağdaş RİH başçısının Qaradağlı kənd İƏD üzrə Nümayəndəliyinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 5legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №e-2-1(116)-2781/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2781/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver