Məhkəmə qərarları › İş №e-2-1(116)-2782/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2782/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2782/2024 28.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçılar oğlunun nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu Qazma kəndində yerləşən 0.5197 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair adına verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli çıxarışda, Balakən rayonu Qazma kəndində yerləşən 0,2399 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli, **********6-10301 reyestr nömrəli çıxarışda və daşınmaz əmlakın dövlət reyestrində olan qeydə düzəliş edilərək, 0.5197 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,2399 ha həyətyanı torpaq sahəsi üzərində 3/4 hissədə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, adına dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Balakən rayonu Qazma kəndində yerləşən 0.5197 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair adına verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli çıxarışda, Balakən rayonu Qazma kəndində yerləşən 0.2399 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli, **********6-10301 reyestr nömrəli çıxarışda və daşınmaz əmlakın dövlət reyestrində olan qeydə düzəliş edilərək, 0.5197 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.2399 ha həyətyanı torpaq sahəsi üzərində 3/4 hissədə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, adına dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2782/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarına əsasən, Balakən rayonu Qazma kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi X8 və İddiaçı mülkiyyətinə verilmiş, hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN 1337A nömrəli şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarına əsasən, Balakən rayonu Qazma kəndində yerləşən 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X8 və İddiaçı mülkiyyətinə verilmiş, hüquqları torpağa mülkiyyət hüququna dair JN 1337 nömrəli Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Hər iki hüquqmüəyyənedici sənəddə İddiaçı adı “Cavad” kimi qeyd olunduğundan Balakən Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, e-2(019)-169/2023 nömrəli qətnaməsinə əsasən, JN 1337A KOD 40103018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin və JN 1337 KOD 40103018 nömrəli Torpağa Mülkiyyət Hüququna X15 İddiaçı məxsus olması müəyyən edilmişdir. Eyni zamanda, Balakən Rayon Məhkəməsinin 19iyul 2023-cü il tarixli e-2(019)-648/2023 nömrəli qətnaməsinə əsasən, hüquqmüəyyənedici sənəd hesab edilən JN-1337, KOD 40103018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı və JN-1337A, KOD 40103018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” X1 aid hissədə ərizəçi Maraqlı şəxs anası X6 məxsus olması faktı müəyyən edilmişdir. X5 miras əmlakın qəbul etmiş vərəsələr iddiaçı və Maraqlı şəxs arasında mirasın bölünməsi ilə bağlı mübahisə olduğundan Maraqlı şəxs tərəfindən məhkəməyə müraciət olunmuş, Balakən Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, e-2(019)-805/2023 nömrəli qətnaməsinə əsasən, 16 may 2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaklardan ona məxsus hissəsindən 1/2 hissə miras payı-Balakən rayonunun Qazma kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6 məxsus olan 1/2 hissəsindən iddiaçı Maraqlı şəxs 1/2 hissə payı müəyyən edilmişdir. Həmin mülki işə baxılan zaman məhkəmə tərəfindən sübutların tədqiqi əsasında müəyyən edilmişdir, “16 may 2020-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlak onu qəbul etmiş iki nəfər vərəsə - Maraqlı şəxs və İddiaçı tərəfindən qəbul edilmişdir. 16 may 2020-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlakın - Balakən rayonunun Qazma kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin və 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6 məxsus olan 1/2 hissəsinə iddiaçı Maraqlı şəxs ½ miras payı və cavabdeh İddiaçı ½ miras payı yaranmışdır... (səhifə 7, abzas 2). İddiaçı qanuni qüvvəsini almış məhkəmə qətnamələrini təqdim edərək mübahisəli torpaq sahələri üzərində öz payını və anasından qalmış miras payı olan evin və torpaq sahələri üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu həyətyanı və kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinə ¼ hissədə Maraqlı şəxs, ½ hissədə İddiaçı payını dövlət qeydiyyatına almasına baxmayaraq, 0.5197 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2024- cü il tarixli ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli çıxarışda, eləcə də 0.2399 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli, **********6-10301 reyestr nömrəli çıxarışda X5 fərdi yaşayış evi və torpaq sahəsinin 1/4 hissəsinə olan payını açıq saxlamış, məhkəmə qətnaməsi ilə digər ½ pay sahibinin İddiaçı olması müəyyən edilməsinə baxmayaraq, miras qalmış ½ hissə üzərində hüquqların dövlət qeydiyyatı aparılmamışdır. Bundan sonra, iddiaçı tərəf təkrar cavabdeh inzibati orqana müraciət edərək daşınmaz əmlakın dövlət reyestrində olan qeyddə düzəliş edilərək mərhumun miras payı üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması xahiş edilmiş və Ərazi İdarəsinin tərəf olduğu oxşar mübahisə üzrə məhkəmə qətnaməsinə izah verilməsinə dair iddiaçı X9 ərizəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi xx.xx.2023-cü il tarixli 2(107)-322/2023 nömrəli qərardadı təqdim edilmişdir. Belə ki, həmin qərardadla apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 25 oktyabr 2023-cü il tarixli məktubunda məhkəmə qətnaməsinin icrasından imtina edilməsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına istinad edilməsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli qərarının 10.2-ci bəndində mirasın qəbulu faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin vərəsəlik şəhadətnaməsini əvəz etməməsinə aydınlıq gətirilmişdir. Hazırkı vəziyyətdə məhkəmə kollegiyası tərəfindən baxılan mübahisənin predmetini qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması, çıxarışların ləğv edilməsi təşkil etmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarının tələbinə uyğun olaraq vərəsələrin miras əmlak üzərində payları müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, 2(107)-322/2023 saylı iş üzrə verilmiş icra sənədində qeyd edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, miras paylarının isə buna dair əlavə notariat şəhadətnaməsi tələb edilmədən vərəsələrin adına qeydiyyata alınması vəzifəsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi daşıyır. Belə ki, məhkəmə tərəfindən daşınmaz əmlak üzərində miras payının müəyyən edilməsindən sonra onun üçün əlavə olaraq notariat orqanından şəhadətnamənin alınması zərurəti nəzərdə tutulmamışdır”. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyətı əməkdaşları qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə getməsinə baxmayaraq, əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırılma işlərinin aparılmasına şərait yaradılmamışdır. Buna görə də, onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2022-ci il tarixli, **********59 nömrəli məktub ünvanlanmışdır. Daha sonra, **********78, **********16-10301 reyestr nömrəli çıxarışlarda və daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərdə düzəliş edərək X5 torpaq sahələri üzərində olan 1/4 payına İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə ərizəyə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Bununla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilmiş məhkəmə qərarı ilə nümayəndəsi olduğu İddiaçı münasibətdə həmin daşınmaz əmlaklara dair paylar müəyyən edilməmişdir. Belə ki, iddiaçı X7 cavabdeh İddiaçı qarşı Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-805/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, 16 may 2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaklardan ona məxsus hissəsindən 1/2 hissə miras payı-Balakən rayonunun Qazma kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6 məxsus olan 1/2 hissəsindən iddiaçı Maraqlı şəxs 1/2 hissə payı müəyyən edilmişdir. Buna görə də, onun ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2024-cü il tarixli, **********01 nömrəli məktub ünvanlanmışdır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddia ələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Az-İİ №069118-li Ölüm haqqında Şəhadətnamə, Balakən Rayon Məhkəməsinin 2(019)-169/2023 nömrəli və 2(019)-805/2023 nömrəli qətnamələri, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarış, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı 0.5197 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.2399 ha həyətyanı torpaq sahəsi üzərində 3/4 hissədə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, adına dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə nail olmaqdır. Cavabdehin etirazının başlıca dəlili Balakən Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(019)-805/2023 nömrəli qətnaməsinin nəticə hissəsində İddiaçı münasibətdə həmin daşınmaz əmlaklara dair payların müəyyən edilməməsi ilə əlaqədardır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli e- 2(019)-805/2023 nömrəli qətnaməsindən görünür ki, 16 may 2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaklardan ona məxsus hissəsindən 1/2 hissə miras payı-Balakən rayonunun Qazma kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6 məxsus olan 1/2 hissəsindən iddiaçı Maraqlı şəxs 1/2 hissə payı müəyyən edilmişdir. Sözügedən qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, 16 may 2020-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlak onu qəbul etmiş iki nəfər vərəsə - Maraqlı şəxs və İddiaçı tərəfindən qəbul edilmişdir. 16 may 2020-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlakın-Balakən rayonunun Qazma kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6 məxsus olan 1/2 hissəsinə iddiaçı Maraqlı şəxs 1/2 miras payı və cavabdeh İddiaçı 1/2 miras payı yaranmışdır. Göründüyü kimi faktiki olaraq istinad olunan qətnamə ilə 16 may 2020-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlakın hansı hissəsini iddiaçının qəbul etməsinə hüquqi qiymət verilmişdir. Maraqlı şəxs ½ miras payının müəyyən edilməsinin özü də, qalan ½ hissənin İddiaçı tərəfindən qəbul edilməsi ilə bağlı olmuşdur. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmaması üçün olan və alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. Nəzərə alınmalıdır ki, istinad edilən norma qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında inzibati orqanın üzərinə hər hansı öhdəliyin qoyulmasını və ya həmin inzibati orqanın məhkəmə icraatının iştirakçısı olmasını şərt kimi təsbit etmir. Burada diqqət edilməli olan əsas məqam həmin məhkəmə qərarında şəxsin iddia etdiyi daşınmaz əmlak üzərində hüququn məhz həmin şəxsə məxsus olduğunun təsdiq edilib-edilmədiyidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.3-cü maddələrinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktlarıdır. Daşınmaz əmlakın dövlət reyestrində də, məhz Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq əldə edilmiş hüquqlar qeydə alınmalıdır. Qeydiyyat orqanının bu hüququ qeyd almaq öhdəliyi isə bilavasitə qanundan irəli gəlir. Yəni, bu öhdəlik onun üzərinə qanunla qoyulub və o, bu öhdəliyi həmin qanunun tələbinə uyğun icra etməlidir. Göstərilənlərə əsasən sırf məhkəmə qərarında qeydiyyat orqanının üzərinə konkret əmlak üzərində şəxsin hüququnun reyestrdə qeydə alınması barədə öhdəliyin birbaşa göstərilmədiyinə dair hallardan çıxış etməklə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14-cü maddəsinə istinadla daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının dayandırılması yolverilməzdir. Məhkəmə qərarının özünün mövcudluğu və ya onun qanuni qüvvədə olub-olmaması barədə şübhələr olduqda qeydiyyat orqanı bu məsələni müvafiq sorğular verməklə dəqiqləşdirməlidir. Belə dəqiqiləşdirmə aparma öhdəliyi inzibati orqanın xidməti vəzifəsinə görə borcudur. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(019)-805/2023 nömrəli qətnaməsi hazırkı iş üzrə iddiaçının müraciətinin təmin edilməsi üçün yetərli əsas olduğundan, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İddia tələbinin məzmunundan görünür ki, iddiaçı, hüquqi yardım üçün ödədiyi 1000 manat pul məbləğinin də, cavabdeh orqandan tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə, ilk növbədə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Hüquqi yardım üçün ödənildiyi bildirilən 1000 manat pul məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, İPM-nin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Göründüyü kimi vəkillə təmsil olunmaq iddiaçının vəzifəsi yox, hüququ olmuşdur. İnzibati mübahisələrdə məhkəmə obyektiv həqiqəti müəyyən etmək üçün bütün sübutları toplamaq öhdəliyi daşıyır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar prosesin nəticəsinə təsir göstərsə də, məhkəmə hər bir halda həmin sübutları özü cavabdehdən əldə etməklə mübahisəni həll etmişdir. Bu, vəkilin sübut toplamada və ya digər mühüm hüquqi fəaliyyətlərdə xüsusi rol oynamadığını göstərir. Məhkəmə qeyd edir ki, vəkil xərclərinin cavabdehə aid edilməsi yalnız onun prosesin nəticəsinə təsir edən zəruri və məqsədəuyğun fəaliyyəti ilə əsaslandırılmalıdır. Vəkilin işi iddia ərizəsinin yazılması, sənədlərin əlavə edilməsi, işin gedişatı barədə məlumatın istənilməsi və bir məhkəmə iclasında iştirakla məhdudlaşmışdır. Belə olan halda vəkilin iştirakı prossesual baxımdan lazımlı olsa da, onun fəaliyyəti zəruri və ya həlledici olmamışdır. Hətta, məhkəmə icraatı gedişatında işə baxılmasının sürətləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına edilmiş müraciəti də vəkil yox, iddiaçı özü etmişdir (həmin müraciət iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddiaçı tərəfin iş üzrə etdiyi yeganə aktiv hərəkəti olmuşdur). Qeyd olunan hallar prossesual xərclərin cavabdehdən tutulmasının məqsədəuyğunluğunu aradan qaldırır. Beləliklə, vəkilin hüquqi yardımından istifadə etmək iddiaçının hüququ olmuş, lakin obyektiv həqiqətin müəyyən edilməsi üçün zəruri olmamışdır. Buna görə də, İş üzrə prossesual xərclər iddiaçıya aid edilməlidir. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə üzərinə Balakən rayonu Qazma kəndində yerləşən 0.5197 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair adına verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli çıxarışda, Balakən rayonu Qazma kəndində yerləşən 0.2399 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli, **********6-10301 reyestr nömrəli çıxarışda və daşınmaz əmlakın dövlət reyestrində olan qeydə düzəliş edilərək, 0.5197 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.2399 ha həyətyanı torpaq sahəsi üzərində 3/4 hissədə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, adına dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulur. İş üzrə prossesual xərclər iddiaçıya aid edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar