Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2793/2025 10.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Keltepe Serhanın iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli 3-33-1400/002Q nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə açıq, şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı cavabdehin xx.xx.2025-ci il tarixli 3-33-1400/002Q nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinə əsasən İddiaçı MMC-nin əsas fəaliyyəti regionda kənd təsərrüfatının inkşafı üçün, xarici ölkələrdən yeni texnalogiyanın, müasir kənd təsərrüfatı texnikasının və yüksək keyfiyyətli toxum məhsullarının idxalı və satışından ibarətdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı MMC tərəfindən 23 avqust 2022-ci il tarixində təqdim edilmiş **********8199 saylı gömrük bəyannaməsinə əsasən idxal olunmuş LTM400 modelli Lazerli Hamarlayıcı avadanlığın həmin müddətdə qüvvədə olan qanunvericiliyə uyğun şəkildə gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş və əlavə dəyər vergisindən (ƏDV) azad edilmişdir. Sonradan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 430 nömrəli qərarına əsasən kənd təsərrüfatı texnikalarının yalnız siyahıya daxil edilən hissəsinin ƏDV-dən azad edilməsi tələbi müəyyən olunmuşdur.Gömrük orqanı qeyd olunan Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 430 nömrəli Qərarını rəhbər tutaraq 23 avqust 2022-ci il tarixində təqdim edilmiş və o dövrdə qüvvədə olan qanunvericiliyə tam uyğun şəkildə rəsmiləşdirilmiş idxal üzrə də ƏDV tətbiqi məqsədilə inzibati icraat başlamışdır. Cavabdeh bu inzibati aktın tərtib olunmasını onunla əsaslandırmışdır ki, LTM400 modelli Lazerli Hamarlayıcı avadanlıq kənd təsərrüfatı avadanlığı deyil və avadanlığın kodu 8430-dur, bu səbəbdən də əlavə dəyər vergisinin tətbiqi zəruridir. Bildiririk ki, LS400 model texnika Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 dekabr tarixli 430 nömrəli Qərarına uyğun olaraq ƏDV-dən azad edilən kənd təsərrüfatı avadanlıqları kateqoriyasına daxildir. Gömrük idarəsinin ********** kodu ilə rəsmiləşdirmədən imtinası qanunsuz və əsassızdır. Bəyannamədə göstərdiyimiz XİFMN təsnifatı dövlət qərarlarına uyğun olmuşdur. Belə ki, Nazirlər Kabinetinin 2 dekabr 2022-ci il tarixli 430 nömrəli Qərarı kənd təsərrüfatı texnikasının ƏDV-dən azad edilməsi ilə bağlıdır və LS400 model texnika bu kateqoriyaya daxildir. Cavabdeh iddia tələbinə etirazında bildirir ki, iddiaçının konkret halda hüquqi müdafiəyə ehtiyacının yaranması məlum olmadığından və tərəfimizdən işin hallarının araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından, işin subyektiv halları ilə uyğun gəlməməsi və iddia tələbində müfaviq normalara düzgün mövqedən istinad olunmaması səbəbilə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin 2-ci bəndinin 1-ci yarımbəndinə əsasən, iddia ərizəsində qeyd olunan məlumatlardan biri də iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələridir. İddia tələbini nəzərdən keçirdikdə məlum olur ki, iddiaçı bütün faktları tam və düzgün ifadə etməmişdir Dövlət Gömrük Komitəsi tərəfindən aparılan araşdırmalar zamanı İddiaçı MMC (VÖEN: **********) tərəfindən bəyan edilmiş **********8199 sorğu nömrəli gömrük bəyannaməsi əsasında idxal edilən “traktora qoşularaq torpağın düzləşdirilməsi üçün istifadə olunan lazerli mala” yüklərinin XİF MN-nin 8430 69 000 0 alt yarımmövqeyində sinifləşdirilərək 0% idxal gömrük rüsumu və 18% əlavə dəyər vergisinə cəlb olunmaqla rəsmiləşdirilməli olmasına baxmayaraq həmin malların 8432 80 000 0 alt yarımmövqeyində sinifləşdirilərək 0% idxal gömrük rüsumu ilə yanaşı əlavə dəyər vergisindən azad olunmaqla buraxılışının həyata keçirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X3 mal nomenklaturası, X7 dərəcələri və X8 dərəcələri”nin X3 X5 Şərhetmə Qaydaları və Hüquqi Qeydlər, həmçinin Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş sistemin 8432 mal mövqeyinə dair izahnaməsinin istisnaedici qeydlərinin “(f)” bəndinə əsasən “torpağın qazılması, çıxarılması və ya hamarlaşdırılması üçün istifadə olunan maşın və mexanizmlərin” (planlaşdırıcılar) 8430 mal mövqeyində sinifləşdirildiyi qeyd olunmuşdur. Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistemin 8430 mal mövqeyinə dair izahnaməsinin “(V)” bölməsinin “(D)” bəndində planlaşdırıcılar “müvafiq sahələrin üst təbəqəsindəki torpağın qazılması və köhnə yolların yenidən qurulması üçün dağıdılıb hamarlaşdırılması funksiyalarını yerinə yetirən kəsici dişlərə malik olan maşın və mexanizmlər” olaraq aydın şəkildə təsvir edilmişdir. Bildirilir ki, “traktora qoşularaq torpağın düzləşdirilməsi üçün istifadə olunan lazerli mala” yükünə dair müəyyən olunmuş 8430 69 000 0 XİF MN kodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 dekabr tarixli 430 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı”na aid deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Nazirlər Kabinetinin 2022-ci il 2 dekabr tarixli 430 nömrəli qərarında 843069 XİFMN kodu azad olma kimi nəzərdə tutulmadığından bir daha sübut edirki “Laser tevsiyye” avadanlığı kənd təsərrüfatı təyinatlı mallar siyahısına daxil deyildir. Eyni zamanda 8432 mal mövqeyində bilavasitə kənd təsərrüfatı təyinatlı malların siyahısı konkret olaraq göstərildiyindən və adıçəkilən mal həmin siyahıda yer almadığından, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş siyahıdan öncəki müddət çərçivəsində ölkəyə idxal edilən müvafiq mallara da güzəşt tətbiq edilməməlidir. İddiaçının qeyd etdiyi xx.xx.2024-cü il tarixində idxal etdiyi eyni model avadanlıq Cavabdehndə bəyan olunmadan öncə həmin invoys üzrə mallar barədə X4 İdarəsinə müraciət edərək həmin avadanlığa ekspert tərəfindən 843069 XİFMN kodu üzrə təsnifatlaşdırılması rəyi almasına baxmayaraq XİFMN kodunun düzgün bəyan olunmadığı müəyyən edilmişdir. İş üzrə hallar halhazırda Şəki İnzibati Məhkəməsində mübahisələndirilir. Nəticə etibarı ilə, Mərkəzi Ekspertiza İdarəsinin rəyləri əsasında müəyyən olunmuşdur ki, idxal olunan mallar 843069 XİFMN kodu altında sinifləşdirilir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi və sənədlərin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. cavabdehin xx.xx.2025-ci il tarixli 3-33-1400/002Q nömrəli qərarı;
2. İddiaçı tərəfindən avadanlığın Gömrük bəyannaməsi;
3. Cavabdehin etirazı.
Əsaslandırma hissəsi:
Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla bərabər həm də əsaslıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Cavabdehin mübahisələndirilən qərarı xx.xx.2025-ci il tarixə, iddia ərizəsinin verilməsi isə 05 may 2025-ci il tarixə, yəni əmrin qəbulundan 13 gün sonrakı tarixə təsadüf etdiyindən məhkəmə qeyd edir ki, hazırkı qərara münasibətdə mübahisələndirmə haqqında iddiası ilə bağlı iddia müddəti buraxılmamışdır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Balakən rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2025-ci il tarixli 3-33-1400/002Q nömrəli qərarının ləğv edilməsindən ibarətdir. Qəbul olunan Qərarda Gömrük borcunun yaranma səbəbi kimi aşağıdakılar göstərilmişdir: Dövlət Gömrük Komitəsi tərəfindən aparılan araşdırmalar zamanı İddiaçı MMC (VÖEN: **********) tərəfindən bəyan edilmiş **********8199 sorğu nömrəli gömrük bəyannaməsi əsasında idxal edilən “traktora qoşularaq torpağın düzləşdirilməsi üçün istifadə olunan lazerli mala” yükünün XİF MN-nin 8430 69 000 0 alt yarımmövqeyində sinifləşdirilərək 0% idxal gömrük rüsumu və 18% əlavə dəyər vergisinə cəlb olunmaqla rəsmiləşdirilməsi olmasına baxmayaraq, həmin malların 8432 80 000 0 alt yarımmövqeyində sinifləşdirilərək 0% idxal gömrük rüsumu ilə yanaşı əlavə dəyər vergisindən azad olunmaqla buraxılışının həyata keçirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli “Azərbaycan Respublikasının X3in mal nomenklaturası, X7 dərəcələri və X8 dərəcələrinin təsdiq edilməsi haqqında” Qərarına və malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistemin 8432 mal mövqeyinə dair izahatlarına istinad edilmişdir. Həmin izahata əsasən planlaşdırıcılar üçün istifadə olunan torpağın qazılması və hamarlanması üçün nəzərdə tutulan maşın və mexanizmlər 8430 mal mövqeyində təsnifləşdirilir. İddiaçı MMC tərəfindən xx.xx.2026-cı il tarixli gömrük bəyannaməsinə əsasən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında istifadə olunan traktora qoşulan torpaq malası və digər kənd təsərrüfatı texnikası ********** kodu altında bəyan edilmişdir. Cavabdehin qərarına əsasən “traktora qoşularaq torpağın düzləşdirilməsi üçün istifadə olunan lazerli mala” yükünə dair müəyyən olunmuş 8430 69 000 0 XİF MN kodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 dekabr tarixli 430 nömrəli qərarı ilə təsdiq edilmiş əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların siyahısına aid deyildir. Məhkəmə cavabdeh orqanın qərarını əsassız sayır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3- cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Maddə 319.1. X3 mal nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. Maddə 319.2. X3 mal nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) X3 mal nomenklaturasının ayrılmaz hissəsidir. Maddə 319.3. X3 mal nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. Maddə 319.4. Azərbaycan Respublikasında istifadə edilən X3 mal nomenklaturası X1 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X6 Edilmiş Sisteminə və X2 X3 vahid mal nomenklaturasına uyğun olmalıdır. Maddə 319.5. X3 mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X3 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Maddə 321.2. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. Maddə 321.3. Bəyan edilən malların X3 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Maddə 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları X3 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Maddə 321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. Sadalanan normalardan göründüyü kimi, bəyan edilən malların X3 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədiyi halda, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X3 Mal Nomenklaturası, X7 Dərəcələri və X8 Dərəcələri, X3 X5 Şərhetmə Qaydalarına görə:
8429 Dönməz və dönər kavahınla buldozerlər, qreyderlər, planlaşdırıcılar, skreperlər, mexaniki kürəklər, ekskavatorlar, birçalovlu yükləyicilər, toxaclayıcı və yolbasan maşınlar, özügedən:
– dönməz və dönər kavahınla buldozerlər: 8429 11 00 – – tırtıllı: 8429 11 001 0 – – – gücü 250 a.g (at gücü)-dən çox olan əd 0 8429 11 002 0 – – – gücü 400 a.g (at gücü) və daha çox olan, - əd 0 50ºC və aşağı hava temperaturunda işləmək üçün nəzərdə tutulmuş 8429 11 009 0 – – – digərləri əd 0 8429 19 000 0 – – digərləri əd 0 8429 20 00 – qreyderlər və planlaşdırıcılar:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 dekabr tarixli 430 nömrəli Qərarı ilə “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı” təsdiq edilmişdir.
torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq və ya meşə təsərrüfatı maşınları; qazon və ya idman meydançaları üçün ********** vallar: digər maşınlar (qazon və idman meydançaları üçün katoklar istisna olmaqla) Göründüyü kimi, şəxsin konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı və ya elektron müraciəti əsasında məcburi olan qərarlar qəbul edildiyi və onların icrasının gömrük orqanları üçün məcburi olduğu qanunvericilikdə təsbit olunmuşdur. Lakin hazırkı iş üzrə gömrük orqanın malların təsnifatı haqqında məcburi xarakter daşıyan qərarının mövcud olması müəyyən edilmir. Eyni zamanda, gömrük dəyərinin müəyyən edilməsinə nəzarət orqanı olaraq gömrük orqanlarının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ olsa da, o, bu hüququ qanunvericilikdə müəyyən olunmuş hüdud daxilində və qanunda nəzərdə tutulmuş formada həyata keçirməli, eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsindən çəkinməli, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
qərara aldı:
İddia təmin edilir. Cavabdeh xx.xx.2025-ci il tarixli 3-33-1400/002Q nömrəli qərarı ləğv edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: ünvan 4