Məhkəmə qərarları › İş №e-2-1(116)-2795/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2795/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2795/2024 29.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının Məmmədov Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə X8 “Asan Xidmət” X1rşı “xx.xx.1971-ci il tarixdə Qəbələ rayon Mirzəbəyli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 110 nömrəli doğum haqqında akt qeydindəki ad qrafasının qarşısında yazılmış “Dosənməz “adının “Yaşar” adına dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə X8 Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1971-ci il tarixdə Qəbələ rayon Mirzəbəyli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 110 nömrəli doğum haqqında akt qeydindəki ad qrafasının qarşısında yazılmış “Dosənməz “adının “Yaşar” adına dəyişiklik edilməsi, 27 dekabr 1971ci il tarixdə verilmiş XİV- 420887 nömrəli “doğum haqqında şəhadətnamə”nin ləğv edilməsi, qeydiyyata dəyişiklik nəzərə alınmaqla ad, ata adı və soyadın dəyişdirilməsi haqqında yeni şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, cavabdeh qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə X8 “Asan Xidmət” X5 qeyd etmiş və “xx.xx.1971-ci il tarixdə Qəbələ rayon Mirzəbəyli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 110 nömrəli doğum haqqında akt qeydindəki ad qrafasının qarşısında yazılmış “Dosənməz “adının “Yaşar” adına dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya xx.xx.1989-cu il tarixdə tərtib edilərək "təkrar" verilmiş "Doğum haqqında” Şəhadətnamədə və onadan irəli gələn digər sənədlərdə, yəni şəxsiyyət vəsiqəsində, “nikah haqqında” şəhadətnamədə, habelə uşaqlarının sənədlərində və sair ona məxsus olan hüquqmüəyyənedici sənədlərin hamısında adı İddiaçı yazılmışdır. Lakin Qəbələ rayon qeydiyyt şəbəsinin arxiv sənədlərində adı X2 qeydə alınmışdır. Bu hal ona Qəbələ "ASAN" xidmətin notariatında vərəsəlik işi açdıran zaman məlum olmuşdur. O, Qəbələ "ASAN" xidmətin qeydiyyat şöbəsinə müraciət edərək arxiv sənədlərində “Dosənməz” adının “Yaşar” adına dəyişiklik edilməsini xahiş etsə də, Qeydiyyat şöbəsi bunu mümkün saymamış və imtina məktubu vermişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Adının bu vəziyyətdə qeydə alınmasına səbəb belə olmuşdur ki, o, xx xxxxxx 1971ci ildə doğulmuşdur. Qəbələ rayon VVAQ şöbəsi 27 dekabr 1971-ci ildə 110 nörə ilə doğum haqqında qeydiyyat kitabında qeyd apararaq XİV-420887 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə adı “Dosənməz” kimi yazılmışdır. Onun 18 yaşı tamam olduqda dərhal Qəbələ rayon VVAQ şöbəsinə müraciət edərək adının dəyişdirilməsini və "Yaşar" adının verilməsini istəmişdir. Həmin vaxt ona ad və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə verimək əvəzinə, eyni nömrəli doğum haqqında şəhadətnamə verilərək yeni şəhadətnamədə adı “Yaşar” yazılmışdır. Yeni verilmiş şəhadətnamənin yuxarı sağ küncündə əl ilə "təkrar XXİİİ-QKR 608427, 27.6.89" qeydləri aparılmışdır. Lakin məlum olmuşdur ki, yeni verilmiş şəhadətnamə ilə bağlı arxiv sənədlərində hər hansı qeydiyyat aparılmamışdır. Ona görə də hazırkı mübahisə yaranmışdır. Bütün sənədləri adı "Yaşar" yazılmış doğum haqqında şəhadətnaməyə əsasən işlənmiş, Qəbələ rayon Qeydiyyat Şöbəsinin arxivində isə adı dəyişdirilmədən "Dosənməz" qalmışdır. Odur ki, sənədlərində ad barədə olan uyğunsuzluqda onun təqsiri yoxdur. Bu hal Qəbələ VVAQ şöbəsinin səhlənkarlığı nəticəsində baş vermişdir. Hesab edir ki, Qəbələ rayon Qeydiyyat şöbəsinin arxiv sənədlərində müvafiq qeydiyyat aparılaraq adı "Yaşar" kimi qeydiyyata alınmalı və adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə verilməlidir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, xx.xx.1971-cu il tarixli (XİV-ЖГ 420887 nömrəli şəhadətnamə), xx.xx.1971-ci il Tarixli 110 nömrəli doğum haqında akt qeydi, xx.xx.1996-cı il tarixli 505 nömrəli nikah haqqında akt qeydi, iddiaçının övladları X6 xx.xx.1997-ci il tarixli, 1797 nömrəli, X7 xx.xx.2001-ci il tarixli 942 nömrəli doğum haqqında akt qeydləri, Azərbaycan Respublikası və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininin Qəbələ Rayon Şöbəsinin 1xx.xx.2024cü il tarixli məktubuna əlavə edilmiş xidmət kartası, Qəbələ rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, xx xxxxxx 1971-ci ildə doğulmuşdur. Onun barəsində xx.xx.1971-ci il tarixdə Qəbələ rayon Mirzəbəyli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 110 nömrəli doğum haqqında akt qeydində “uşaq haqqında məlumat” qrafasında adı “Dosənməz” olaraq qeyd edilmişdir. İddiaçı, cavabdeh orqana müraciət edərək doğum haqqında akt qeydində adına düzəliş edilməsini xahiş etmişdir. Cavabdeh orqan yuxarı sağ küncündə əl ilə "təkrar XXİİİ-QKR 608427, 27.6.89" qeydləri yazılan yeni şəhadətnamə tərtib etmiş, lakin doğum haqqında akt qeydində bu dəyişikliyi qeyd etməmişdir. Doğum haqqında şəhadətnamə ilə doğum haqqında akt qeydinin ziddiyyət təşkil etməsi iddiaçının hüquq və mənafelərinə toxunduğu üçün iddiaçı cavabdeh orqana yenidən müraciət etmiş, lakin cavabdeh orqan düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmamasına istinad edərək imtina cavabı vermişdir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə qeyd edir ki, işdə olan cavabdeh orqanın özünün təqdim etdiyi onun övladları barəsində tərtib edilmiş doğum akt qeydlərində (övladları X6 xx.xx.1997-ci il 1797 nömrəli, X7 xx.xx.2001-ci il tarixli 942 nömrəli doğum haqqında akt qeydləri,) “ata” qrafasında iddiaçıya münasibətdə “Yaşar” adını qeyd edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən AA ******* nömrəli şəxsiyyət vəsiqəsində, xx.xx.1996-cı il tarixli 505 nömrəli nikah haqqında akt qeydində, Azərbaycan Respublikası və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininin Qəbələ Rayon Şöbəsinin 1xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş xidmət kartasında onun adı “Yaşar” olaraq qeyd edilmişdir. Odur ki, cavabdeh orqanın düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmaması dəlilinə istinadı tamamilə əsassız olmuş, iddiaçı haqlı olaraq sözügedən akt qeydinə düzəliş edilməsini cavabdeh orqandan tələb etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Qəbələ “Asan Xidmət” X3 üzərinə İddiaçı barəsində xx.xx.1971-ci il tarixdə Qəbələ rayon Mirzəbəyli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 110 nömrəli doğum haqqında akt qeydində “uşaq haqqında məlumat” qrafasında adının “Dosənməz”-dən “Yaşar”-a dəyişiklik edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar