Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2909/2023 28.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı Cavabdeh MMC-yə qarşı “Balacans MMC-nin üzərinə 2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş Zaqatala rayonu, Danaçı kəndində yerləşən iddiaçıya məxsus ümumi sahəsi 206.25 kv. metr olan fərdi yaşayış evinin yerində, Fövqəladə Hallar Nazirliyinin əvvəlcədən müəyyən etdiyi layihəyə uyğun olaraq 16,5x12,5 kv. metr olan yeni fərdi yaşayış evinin (inşa edilərək) tikilərək, təmir edilməsi öhdəliyinin qoyulması” tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Balacans MMC-nin üzərinə 2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş Zaqatala rayonu, Danaçı kəndində yerləşən iddiaçıya məxsus ümumi sahəsi 206.25 kv. metr olan fərdi yaşayış evinin yerində, Fövqəladə Hallar Nazirliyinin əvvəlcədən müəyyən etdiyi layihəyə uyğun olaraq 16,5x12,5 kv. metr olan yeni fərdi yaşayış evinin (inşa edilərək) tikilərək, təmir edilməsi öhdəliyinin qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizənin məzmunundan görünür ki, iddia tələbi 2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş Zaqatala rayonu, Danaçı kəndində yerləşən iddiaçıya məxsus ümumi sahəsi 206.25 kv. metr olan fərdi yaşayış evinin yerində, Fövqəladə Hallar Nazirliyinin əvvəlcədən müəyyən etdiyi layihəyə uyğun olaraq 16,5x12,5 kv. metr olan yeni fərdi yaşayış evinin (inşa edilərək) tikilərək, təmir edilməsi ilə bağlıdır. İddiaçıya xx.xx.2023-cü il tarixdə yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların müfəssəl siyahısı müəyyən edilmişdir ki, hazırkı mübahisə həmin siyahıda yer almış inzibati mübahisələrin heç birinə aid edilə bilməz. Odur ki, mülki qaydada ümumi məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmuşdur. İddiaçıya məhkəmənin yardım məktubuna 5 gün müddətində münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı yardım məktubuna münasibət bildirməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, inzibati xəta ilə bağlı yaranan hüquq münasibətinə əsaslanır. “İnzibati icraat haqqında” haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən bu qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ərizənin məzmunundan görünür ki, iddia tələbi 2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş Zaqatala rayonu, Danaçı kəndində yerləşən iddiaçıya məxsus ümumi sahəsi 206.25 kv. metr olan fərdi yaşayış evinin yerində, Fövqəladə Hallar Nazirliyinin əvvəlcədən müəyyən etdiyi layihəyə uyğun olaraq 16,5x12,5 kv. metr olan yeni fərdi yaşayış evinin (inşa edilərək) tikilərək, təmir edilməsi ilə bağlıdır. Məhkəmə ərizəni qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya ərazi aidiyyəti qaydaları nəzərə alınmaqla ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsində) hazırkı tələb üzrə iddia qaldırmaq hüququ məhkəmənin xx.xx.2023-cü il tarixli yardım məktubu ilə izah edilmiş və dinlənilmək hüququ təmin olunmuşdur. Lakin iddiaçı tərəfindən məhkəmənin yardımına münasibət bildirilməmişdir. İPM-nin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16,35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı “Balacans MMC-nin üzərinə 2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş Zaqatala rayonu, Danaçı kəndində yerləşən iddiaçıya məxsus ümumi sahəsi 206.25 kv. metr olan fərdi yaşayış evinin yerində, Fövqəladə Hallar Nazirliyinin əvvəlcədən müəyyən etdiyi layihəyə uyğun olaraq 16,5x12,5 kv. metr olan yeni fərdi yaşayış evinin (inşa edilərək) tikilərək, təmir edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №e-2-1(116)-2909/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2909/2023
28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver