Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2958/2024 27.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi X8 cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının X2rşı “Azərbaycan Respublikasının Qida X5-Zaqatala regional bölməsi rəisinin qəbul etdiyi 3 iyun 2024-cü il tarixli ŞZRP-YP-104 nömrəli “Yoxlamaların nəticələri üzə qərar”ının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının Qida X5-Zaqatala regional bölməsi rəisinin qəbul etdiyi 3 iyun 2024-cü il tarixli ŞZRP-YP-104 nömrəli “Yoxlamaların nəticələri üzə qərar”ının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı bildirir ki, Azərbaycan Respublikasının Qida TəhlükəsizliyiAgentliyi X3 Rəisin “yoxlamanın nəticələri” üzrə 3 iyun 2024-cü il tarixli ŞZRP -YP-104 nömrəli qərarı ilə "xxxx" MMC-yə məxsus “Şəki Dastan” iaşə müəssisəsi 1500 manat cərimə olunmuşdur. X6 X3 Rəisin “yoxlamanın nəticələri” üzrə 3 iyun 2024-cü il tarixli ŞZRP -YP-104 nömrəli Qərar onunla əsaslandırılmışdır ki, Qida obyektində temperaturun monitorinqi və qeydiyyatı aparılmır. Qeyd olunan pozuntu Azərbaycan Respublikasının Qida X1 xx.xx.2011-ci il tarixli 19 nömrəli Qərarının “Yeyinti məhsullarına dair gigiyena tələbləri haqqında” Qaydalarının 2 nömrəli əlavəsinin 1.3.4-cü maddəsinin tələbinə ziddir. Qida obyektində iş prosesi zamanı əmələ gələn tullantılar (qida tullantıları) möhürlənmiş, qoxusuz və suya davamlı qablara yığılır və utilizasiya olunmur. Belə ki, sahibkar “Qida məhsullarının təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-cimaddəsinin tələblərini pozub. Sual 136. Müəssisədə soyuducu kameralara baxış zamanı baytarlıq-sanitariya ekspertizasından keçməmiş 5 kq xırdabuynuzlu heyvan əti aşkar edilmişdir. Qeyd olunan pozuntu Azərbaycan Respublikasının Qida X1 xx.xx.2020-ci il tarixli 19 nömrəli Qərarının “Qida məhsullarına gigiyena tələbləri haqqında” Qaydalarının 2 nömrəliəlavəsinin 5.1-cimaddəsinin tələbinə ziddir. Qeyd olunan pozuntu “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17-cimaddəsinin tələblərinə ziddir. Müəssisədə soyuduculara baxış keçirən zaman mal qonşuluğu prinsipinə əməl olunmadığı aşkar edilmişdir. Belə ki, salatlar, tərəvəzlər, qaymaq, pendir kolbasa və sosiska, digər soyuducuda çiy quzu əti ilə yanaşı, hazır yeməklər eyni bölümdə saxlanılır. Yuxarıda göstərilən xırdabuynuzlu heyvan ətinin aldığımız yer AQTA tərəfindən Sertifikatlaşdırılmış satış nöqtəsi olduğundan digər bir sənəd tələb olunmamışdır. Əgər AQTA tərəfindən qeydiyyata alınmış bir yer vardısa, deməli AQTA tələblərini əməl edir. Müəssisə soyuduculara baxış keçirən zaman mal qonşuluğu prinsipinə əməl olunmadığı aşkar edilmişdir. Belə ki, salatlar, qaymaq, pendir, kolbasa və sosiska, digər soyuducuda çiy quzu əti ilə yanaşı hazır yeməklər eyni bölümdə saxlanılır. Yuxarıda göstərilən halları nəzərə alaraq, iddiaçı Azərbaycan Respublikasının Qida X5-Zaqatala Regional bölməsi Rəisinin barəmizdə qəbul etdiyi 3 iyun 2024-cü il tarixli ŞZRP-YP-104 nömrəli “Yoxlamanın nəticələri üzrə Qərar”ın ləğv olunmasını və inzibati xəta ilə bağlı işə xitam verilməsini xahiş edir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, iddiaçının nümayəndəsinin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçının nümayəndəsi məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının Qida X5-Zaqatala regional bölməsi rəisinin qəbul etdiyi 3 iyun 2024-cü il tarixli ŞZRP-YP-104 nömrəli “Yoxlamaların nəticələri üzə qərar”ının ləğv edilməsinə nail olmaqdır. Mübahisələndirilən qərar inzibati mübahisə predmeti deyildir.Belə ki,sözügedən qərardan görünür ki,iddiaçı barəsində müvafiq tədirlər görülməsi qərar alınmışdır. Həmin tədbirlər aşağıdakılardan ibarət olmuşdur : 1.inzibati xəta ilə bağlı işə baxılmasına dair zəruri tədbirlərin görülməsi; 2.Məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair xx.xx.2024-cü il tarixli qərarın qüvvədə saxlanılması; 3.Qeyd edilmiş pozuntuların xx.xx.2024-cü il tarixinədək aradan qaldırılması və bu barədə yoxlayıcı orqana məlumat verilməsi; Göründüyü kimi hazırda mübahisələndirilən qərar iddiaçının fəaliyyətində inzibati xəta ilə bağlı araşdırılma aparılmasına dair qəbul edilmişdir. Mübahisələndirilən 3 iyun 2024-cü il tarixli ŞZRP-YP-104 nömrəli “Yoxlamaların nəticələri üzə qərar” inzibati icraat çərçivəsində deyil, inzibati xətalar haqqında işlər üzrə icraat çərçivəsində qəbul edilmişdir.Nəticə etibarı ilə həmin qərar inzibati mübahisə predmeti olmadığından iddia mümkünlük tələbinə cavab vermir.Prosessual qənaət prinsipi baxımından da məhkəmə hüquqi yardım qaydasında cavabdehin və iddia tələbinin düzəldilməsinə zərurət görmür. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 12-ci maddəsinə əsasən inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Hazırkı mübahisə inzibati mübahisə deyildir. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların müfəssəl siyahısı müəyyən edilmişdir ki, hazırkı mübahisə həmin siyahıda yer almış inzibati mübahisələrin heç birinə aid edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin qərarın 3.4-cü bəndinə görə birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının X2rşı “Azərbaycan Respublikasının Qida X5-Zaqatala regional bölməsi rəisinin qəbul etdiyi 3 iyun 2024-cü il tarixli ŞZRP-YP-104 nömrəli “Yoxlamaların nəticələri üzə qərar”ının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №e-2-1(116)-2958/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2958/2024
27.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver