Məhkəmə qərarları › İş №e-2-1(116)-2977/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2977/2023

04.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2977/2023 04.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “1996-cı ildə qəbul olunmuş “Torpaq islahatı haqqında” Qanuna əsasən İddiaçı mülkiyyətinə verilmiş, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi, 0,09 ha bağ və 0,31 ha əkin, İİ keyfiyyət qrupu olan torpaq sahəsini bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 1996-cı ildə qəbul olunmuş “Torpaq islahatı haqqında” Qanuna əsasən İddiaçı mülkiyyətinə verilmiş, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi, 0,09 ha bağ və 0,31 ha əkin, İİ keyfiyyət qrupu olan torpaq sahəsinin bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya və onun nümayəndəsi və vəkilinə xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərlərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçının hüquqi marağı hazırda Rusiya Federasiyasının vətəndaşı olan, lakin 1996-cı ildə torpaq islahatı aparılan zaman Azərbaycan Respublikasının vətəndaşı olmuş İddiaçı mülkiyyətinə verilmiş torpaq sahələrinin sonuncunun adına dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. İddia ərizəsindən həmçinin müəyyən olunur ki, iddia tələbində göstərilən torpaq sahələrinə dair mülkiyyət sənədləri verilməmişdir. Buna baxmayaraq, qeyd olunan hal İddiaçı və ya onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən mübahisələndirilməmiş, bu məsələ ilə bağlı mübahisə açılmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, İddiaçı 1996-cı ildə torpaq islahatı aparılan zaman torpaq sahəsinin ayrıldığını iddia etsə də, 25 ildən artıq müddət ərzində İddiaçı tərəfindən torpaq sahələrinə münasibətdə hüquqmüəyyənedici sənədlərin tərtib edilməsi barədə hər-hansı hərəkət edilməmişdir. Bununla da torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş MPM-in 298-ci maddəsi ilə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmənin hüquqi yardım məktubunda yuxarıda qeyd olunanlara yazılı münasibət bildirilməsi təklif olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış şəxsi elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə iş materiallarına ərizə əlavə etməklə məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubunda qeyd olunanlara münasibətini bildirmişdir. Ərizədə qeyd olunmuşdur ki, iddianın mümkün sayılmaması ilə bağlı məhkəmənin hüquqi mövqeyi ilə iddiaçının nümayəndəsi və vəkili razılaşmır. Belə ki, iddia tələbi mülkiyyət sənədlərinin verilməməsi ilə bağlı deyil, mülkiyyətə verilmiş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlıdır. Mübahisə sənədlərin tərtib edilməsi ilə bağlı deyil, mülkiyyətə verilmiş torpağın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olmaqla öhdəliyin icra olunmasından ibarətdir. İddiaçı hər hansı Qanunu və yaxud da 2011-ci ildən əvvəl qəbul olunmuş qərarı, hərəkəti və hərəkətsizliyi mübahisələndirmir. Qəbul olunmuş qanun və qərarlar, inzibati orqanların hərəkətləri hamısı qanunidir və onların hərəkətləri mübahisə predmeti deyil. Mübahisə predmeti “mülkiyyətə verilmiş torpağın cavabdeh tərəfindən qeydiyyata alınmamasıdır, imtinanın səbəbi isə şəxsin hazırda Azərbaycan Respublikasının vətəndaşı olmamasıdır. Cavabdeh də torpaq sahəsinin mülkiyyətə verildiyini etiraf edir, lakin vətəndaşlıq məsələsinə görə qeydiyyata ala bilmir. Bundan başqa hazırkı torpaq sahəsinin qeydiyyata alınmasına əsas həm də Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 13 aprel 2018-ci il tarixli 62 saylı sərəncamı ilə tənzimlənir. 2018-ci il tarixli sərəncam isə 2011-ci ildən əvvəl qəbul olunmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsində həmçinin qeyd etmişdir ki, məhkəmənin hüquqi yardım məktubunda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 887/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2-1(102)-1149/2023 nömrəli qərarlarına istinad edilmişdir. Bununla bağlı Vəkil qeyd edir ki, həmin qərarlar üzrə mübahisə hazırkı mübahisədən fərqlidir. İddiaçıya torpaq sahəsi verilib, bu günədək istifadə edir, vergilərini ödəyir, torpaq sahələrinin ölçüləri, sərhədləri məlumdur, sadəcə olaraq iddiaçı indi Azərbaycan Respublikasının vətəndaşı olmadığına görə şərtlə, yəni Qanunda qeyd olunduğu kimi 1 il müddətinə özgəninkiləşdirmək şərti ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün məhkəmə qərarının olması məcburidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsində qeyd olunanları nəzərə alaraq iddianı mümkün hesab edərək məhkəmə araşdırılmasının davam etdirilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. “Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1995ci il tarixli 978 nömrəli Qanununun 3-cü maddəsinin dördüncü hissəsinə sasən, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası X3 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X3 Komissiyası yaradılmış, Prezidentin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası X3 Komissiyası haqqında Əsasnamə" təsdiq edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X3 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X1 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X3 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X3 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X3 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, “X2 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. Belə ki, hazırda Rusiya Federasiyasının vətəndaşı olan, lakin 1996-cı ildə torpaq islahatı aparılan zaman Azərbaycan Respublikasının vətəndaşı olmuş İddiaçı hüquqi marağı mülkiyyətinə verilmiş torpaq sahələrinin adına dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. İddia ərizəsindən və iş materiallarından həmçinin müəyyən olunmuşdur ki, iddia tələbində göstərilən torpaq sahələrinə dair mülkiyyət sənədləri verilməmişdir. Yəni iddiaçı aqrar islahat komissiyasının qərarı ilə mülkiyyətinə torpaq sahəsinin verilməsini iddia etsə də, torpaq sahəsinin sonuncunun mülkiyyətinə verilməsi heç bir hüquqmüəyyənedici sənəd əsasında öz təsdiqini tapmamışdır. Bununla yanaşı cavabdeh məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, torpaq sahələrinə dair qeydiyyatın aparılması üçün ərazi idarəsinin elektron kadastr baza məlumatlarından, Zaqatala RİHB tərəfindən 4/475 saylı, xx.xx.2018-ci il tarixli məktubla təsdiq edilmiş siyahılardan və mövcud elektron xəritə bazasından istifadə olunur. Həmin siyahıda (cədvəldə) “Qəbələ” kolxozu üzrə 990 təsərrüfat nömrəsi ilə İddiaçı adına 0,12 ha həyətyanı və 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. Həmin torpaq sahələri üzrə daşınmaz əmlakın dövlət reyesrində qeydiyyat aparılmamışdır. İddiaçı adına mübahisəli torpaq sahələrinə dair şəhadətnamə, dövlət aktı, qeydiyyat vəsiqəsi və digər hüquqi sənədlərin olması ilə bağlı ərazi idarəsində hər-hansı məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən yuxarıda göstərilən sənədlərin mövcudluğu barədə heç bir sənəd və sübut təqdim olunmamış, iddia ərizəsində və məhkəmənin yardımına münasibət məktubunda iddiaçının nümayəndəsi tərəfindən sözügedən sənədlərin hazırlanmasığı və mövcud olmadığı təsdiq edilmişdir. Cavabdehin təqdim etdiyi sənədlərdən də göründüyü kimi, iddiaçıya münasibətdə müvafiq aqrar islahat komissiyasının qərarı ilə onun mülkiyyətinə torpaq sahəsinin verilməsini təsdiq edən hər-hansı hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı faktiki istifadəsində olan və onun mülkiyyətinə verildiyini iddia etdiyi mübahisəli torpaq sahəsinin hüquqi müqəddəratı ilə maraqlanmalı olduğu halda, həmin torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərin tərtib olunaraq verilməməsinin səbəbinin aşkar edilməsi üçün tədbir görməli olmasına baxmayaraq uzun illər ərzində bu istiqamətdə hər-hansı hərəkət etməmiş və məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdir. 25 ildən artıq müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İnzibati Prosessual Məcəllə isə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər-hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Yəni Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların və edilmiş hərəkətlərin mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər-hansı münasibətə qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə onu da vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji iş üzrə xx.xx.2023-cü il tarixli 2-1(102)-1149/2023 nömrəli qərarında eyni hüquqi mövqedən çıxış etmişdir. (qərar işə əlavə olunur, 29-32-ci bəndlər) Bununla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji iş üzrə xx.xx.2023-cü il tarixli 2-1(102)-887/2023 nömrəli qərarının 39-42 ci bəndlərində eyni məsələyə aşağı instansiya məhkəmələrinin diqqətini çəkmişdir. (qərar işə əlavə olunur) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırkı tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “1996-cı ildə qəbul olunmuş “Torpaq islahatı haqqında” Qanuna əsasən İddiaçı mülkiyyətinə verilmiş, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi, 0,09 ha bağ və 0,31 ha əkin, İİ keyfiyyət qrupu olan torpaq sahəsinin bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar