Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2978/2023 28.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Qax rayon şöbəsinin mərhum X3 adına hazırladığı A112348 saylı X8 kitabında xx.xx.2009-cu il tarixdə 755 nömrə ilə uçota alınmış təyinatı fərdi yaşayış evi tikmək üçün olan 1840 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Qax rayon şöbəsinin mərhum X3 adına hazırladığı A112348 saylı X8 kitabında xx.xx.2009-cu il tarixdə 755 nömrə ilə uçota alınmış təyinatı fərdi yaşayış evi tikmək üçün olan 1840 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş e-2-1(116)-942/2023 nömrə ilə qeydə alınmışdır. Həmçinin İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qaxingiloy kənd sakinləri X1, X2, X6 və X5 adına hazırlanmış 0.15 ha torpaq sahəsinə dair JN650F KOD:40309005 nömrəli şəhadətnamənin 0.12 ha hissəsinin ləğv edilməsini və ya etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş xx.xx.2023-cü il tarixdə e-2-1(116)-2978/2023 nömrə ilə qeydə alınmışdır. İş materiallarını araşdırıb hesab edirəm ki, hər iki inzibati mübahisənin mübahisə predmetləri və tərəfləri eynidir. Buna görə də iddia tələblərinə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə qeyd olunan müstəqil işlər üzrə icraat bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə görə məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56-cı maddəsinin tələbini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə e-2-1(116)-2978/2023 saylı inzibati iş, e-2- 1(116)-942/2023 saylı inzibati işə birləşdirilir. e-2-1(116)-2978/2023 saylı inzibati iş, e-2-1(116)-942/2023 saylı inzibati işə birləşdirildiyindən e-2-1(116)-2978/2023 saylı inzibati iş üzrə icraata xitam verilir. Qərardaddan şikayət verilə bilməz. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-2978/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2978/2023
28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver