Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-3170/2024 25.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi Ağsu Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinə qarşı “mülkiyyətində olan Vaz 21063 minik markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobildə aparılmış qaynaq işlərinin görülməsi nəzərə alınmaqla, ban nömrəsinin birkada hesab edilməklə, həmin avtomobil üzərində qeydiyyat hərəkətləri aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "mülkiyyətində olan Vaz 21063 minik markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobildə aparılmış qaynaq işlərinin görülməsi nəzərə alınmaqla, ban nömrəsinin birkada hesab edilməklə, həmin avtomobil üzərində qeydiyyat hərəkətləri aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı ərizəyə baxılması üçün iş aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı iddia tələbi üzrə iddia növü “öhdəliyin icrası haqqında” iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsində deyilir ki, “mübahisələndirmə haqqında” iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi Ağsu Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin xidmət ərazisi Ağsu, Şamaxı, İsmayıllı və Kürdəmir rayonlarını əhatə edir.Göründüyü kimi cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox inzibati məhkəməni (Şəki,Şirvan və Sumqayıt İnzibati Məhkəmələrini) əhatə edir. İddiaçının qeydiyyat ünvanı ünvan 2risdiksiyasına aiddir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"na əsasən Kürdəmir rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasındadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8-ci, 16.3, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi Ağsu Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinə qarşı “mülkiyyətində olan VAZ 21063 minik markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobildə aparılmış qaynaq işlərinin görülməsi nəzərə alınmaqla, ban nömrəsinin birkada hesab edilməklə, həmin avtomobil üzərində qeydiyyat hərəkətləri aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi barədə iddia ərizəsinə baxılması üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə göndərilir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №e-2-1(116)-3170/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-3170/2024
25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver