Məhkəmə qərarları › İş №e-2-1(116)-3248/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-3248/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-3248/2023 19.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh X1 qarşı "Cavabdehin xx.xx.2023 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1014.26 manat məbləğində siyahıya alınmış əmlakının (2012-ci il istehsalı, “TOYOTA” markalı, PRİUS MİNİK” modelli, “XETÇBEK” tipli, 99FY049 dövlət qeydiyyat nömrə nişanlı, xx.xx.2023-cü il qeydiyyat tarixi, ******* mühərrik nömrəli, JTDKN3DU2C5436719 ban nömrəli gümüşü metallik rəngli, 15000 manat dəyərində nəqliyyat vasitəsi) satılması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı "Cavabdehin xx.xx.2023 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1014.26 manat məbləğində siyahıya alınmış əmlakının (2012-ci il istehsalı, “TOYOTA” markalı, PRİUS MİNİK” modelli, “XETÇBEK” tipli, 99FY049 dövlət qeydiyyat nömrə nişanlı, xx.xx.2023-cü il qeydiyyat tarixi, ******* mühərrik nömrəli, JTDKN3DU2C5436719 ban nömrəli gümüşü metallik rəngli, 15000 manat dəyərində nəqliyyat vasitəsi) satılması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2023-cü il tarixli elektron ərizəylə məhkəməyə müraciət edərək iddia tələbinin geri götürülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Həmçinin, məhkəmə qeyd edir ki, iddianın geri götürülməsi zamanı prosessual qanunvericilik iddiaçıya münasibətdə heç bir məhdudiyyət nəzərdə tutmadığı üçün (İPMnin 55.2-ci maddəsində şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilməsi barədə məhdudiyyət mövcuddur) və iddianın geri götürülməsi cavabdehin iradəsindən asılı olmadığına görə xx.xx.2024-cü il tarixinə saat 15:40-a təyin edilmiş məhkəmə iclasının keçirilməsinə də icraata qənaət prinsipi rəhbər tutularaq zərurət qalmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh X1 qarşı "Cavabdehin xx.xx.2023 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1014.26 manat məbləğində siyahıya alınmış əmlakının (2012-ci il istehsalı, “TOYOTA” markalı, PRİUS MİNİK” modelli, “XETÇBEK” tipli, 99FY049 dövlət qeydiyyat nömrə nişanlı, xx.xx.2023-cü il qeydiyyat tarixi, ******* mühərrik nömrəli, JTDKN3DU2C5436719 ban nömrəli gümüşü metallik rəngli, 15000 manat dəyərində nəqliyyat vasitəsi) satılması" tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar