Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-3296/2025 30.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlu İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh X1 qarşı "Cavabdehin xx/xx/2025-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 858.49 manat məbləğində borcunun borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1 ədəd 400 manat qiyməti olan “Mercedes” markalı kiçik maşının, 3 ədəd, vahidinin qiyməti 150 manat olan “Avia” markalı velosipedin, 1 ədəd 200 manat qiyməti olan “Forever” markalı velosipedin, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 564.24 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 640 manat məbləğində siyahıya alınmış 4 ədəd, vahidinin qiyməti 160 manat olan, Çin istehsalı, “Avtos-29” markalı velosipedin ticarət şəbəkəsi vasitəsilə satılması” tələbinə dair inzibati işə və əlavə olunmuş materiallara baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh X1 qarşı məhkəməyə müraciət edərək, “Cavabdehin xx/xx/2025-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 858.49 manat məbləğində borcunun borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1 ədəd 400 manat qiyməti olan “Mercedes” markalı kiçik maşının, 3 ədəd, vahidinin qiyməti 150 manat olan “Avia” markalı velosipedin, 1 ədəd 200 manat qiyməti olan “Forever” markalı velosipedin, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 564.24 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 640 manat məbləğində siyahıya alınmış 4 ədəd, vahidinin qiyməti 160 manat olan, Çin istehsalı, “Avtos-29” markalı velosipedin ticarət şəbəkəsi vasitəsilə satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh X1 qarşı "Cavabdehin xx/xx/2025-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 858.49 manat məbləğində borcunun borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1 ədəd 400 manat qiyməti olan “Mercedes” markalı kiçik maşının, 3 ədəd, vahidinin qiyməti 150 manat olan “Avia” markalı velosipedin, 1 ədəd 200 manat qiyməti olan “Forever” markalı velosipedin, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 564.24 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 640 manat məbləğində siyahıya alınmış 4 ədəd, vahidinin qiyməti 160 manat olan, Çin istehsalı, “Avtos-29” markalı velosipedin ticarət şəbəkəsi vasitəsilə satılması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2-1(116)-3296/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-3296/2025
30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver