Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-3330/2025 11.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Jalə Rahim qızının katibliyi, Cavabdehin nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3463091X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdehə qarşı məhkəməyə ərizə ilə müraciət edərək “xx.xx.2024-cü il tarixli 3-21-2-11/2-12181/2024 nömrəli qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdim iddia ərizəsindən belə görünür ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə 22 noyabr 2024-cü il tarixli 3-21-2- 11/2-12181/2024 saylı qərarının ləğv edilməsini xahiş edir. İş üzrə müəyyən edilir ki, iddiaçı barəsində “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-11/2-12181/2024 nömrəli qərar qəbul edilmiş, həmin qərar xx.xx.2024-cü il tarixdə elektron qaydada iddiaçıya çatdırılmışdır. Bundan sonra iddiaçı ödənilməmiş borcu barədə arayışın verilməsi üçün cavabdehə müraciət etmiş və xx.xx.2025-ci il tarixli məktubla ona məlumat verilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Məhkəmə İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım qaydasında iddianın mümkünlüyünə dair hazırkı qərardadda ifadə olunan məhkəmənin hüquqi mövqeyini izah etmişdir. Məhkəmə qeyd edir ki, qanunun tələbinə görə, istənilən növ inzibatiməhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə kameral vergi yoxlaması keçirilməklə 22 157,87 manat gəlir vergisi hesablanmış və “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta və icbari sığorta haqlarının hesablanması barədə” 22 noyabr 2024-cü il tarixli, 3-21-2-11/2-12181 /2024 saylı Qərar qəbul olunaraq xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinin elektron kabinetinə yerləşdirilmiş, vergi ödəyicisi İddiaçı tərəfindən həmin qərar xx.xx.2025-ci il tarixdə elektron kabinetdə oxunmuşdur. İddiaçı daha sonra vergi orqanına xx.xx.2025-ci il tarixdə 2022-ci il üzrə dəqiqləşmiş gəlir vergisi bəyannaməsi təqdim etmişdir. Həmin bəyannamə üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilmişdir. Bəyannamədə yaranmış elektron uyğunsuzluqlarla bağlı vergi ödəyicisinə kənarlaşmaların əsasları, yaranma səbəblərinin aydın əks olunduğu xx.xx.2025-ci il tarixli 3-21-2-11/2-10109/2025 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” (vəsatətə əlavə olunur) göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşmalarla bağlı müvafiq sənədlər (izahat, arayış və digər sənədlər) təqdim edilmədiyindən yoxlama başa çatdırılaraq müvafiq dövr (2022-ci il üzrə) üçün 22 093,97 manat (109 936,37 - 2 119,50 = 107 816,87 * 20% = 21 563,37 + 530 (Qeyri sahibkarlıq fəaliyyəti üzrə vergi) = 22 093,97 ) əlavə gəlir vergisi hesablanmış, “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta və icbari sığorta haqlarının hesablanması bərədə” xx.xx.2025-ci il tarixli 3-21-2-11/2-15185/2025 nömrəli Qərar qəbul edilərək xx.xx.2025-ci il tarixdə vergi ödəyicisinin elektron kabinetinə yerləşdirilmiş, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) tərəfindən həmin qərar xx.xx.2025ci il tarixdə elektron kabinetdə oxunmuşdur. Eyni zamanda “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta və icbari sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-11/2- 15185/2025 nömrəli Qərar vergi ödəyicisinin ünvanına elektron sənəd formasında göndərilmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirilmə haqqındaiddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovunşikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Qeyd olunmalıdır ki, cavabdeh vergi orqanı tərəfindən yeni Qərar qəbul edildiyindən iddiaçının hazırda mübahisələndirdiyi 22.11,2024-cü il tarixli Qərar qüvvədən düşmüş (xx.xx.2025-ci il tarixli Qərarın -hesablamanın xülasəsi hissəsinin 5-ci sətrində ləğv edilmiş əvvəlki qərar barədə məlumat yerləşdirilmişdir), yeni qərar da iddiaçı tərəfindən mübahisələnidirilməmişdir. Bununla yanaşı mübahisələndirilən qərarın qüvvədə olduğu güman edisədə belə iddiaçı həm 22.11,2024-cü il tarixli, həmdə xx.xx.2025-ci il tarixli qərarları mübahisələndirmək üçün İnzibatı Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə 22 noyabr 2024-cü il tarixli 3-21-2-11/2-12181/2024 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-3330/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-3330/2025
11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver