Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-3396/2025 15.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi ilə, İddiaçı “X1” PHŞ-i Cavabdeh qarşı “əmlakların qaytarılması” barədə iddia tələbinə və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli 2022/ÖM/07395 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin 3- cü şəxsin istifadəsinə verilməsi səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası (maşın ölçüsü: L*W*H (mm) 835*770*575/, 220V/50HZ, tava ölçüsü: 40cmx60cm, BFE ESD-8A), 1 ədəd mikser (7 litr tutumu, 220V/50HZ, EB 7L), 1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli (maşın ölçüsü: BFE WG-6D), 1 ədəd xəmir topları üçün qablar (ölçüsü: 66cmx40cmx14cm BFE Ü-17B), 1 ədəd soyuducu (virtin) (şüşə, 200smx69smx123sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24h, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2~1, birbaşa soyutma sistemi: İce City BC-425), 1 ədəd elektron tərəzi 40 kq (BEİCHEN 40 kq) və 1 ədəd iş masasının (metal, paslanmayan polad, 120smx60smx80sm, paslanmayan poladdan hazırlanmış, fırçalanmış, mətbəx MDF panelleri ilə təchiz olunub, üst səthi düz, biri rəfin altındadır, 38 mm diametrli dəyirmi boru ayaqları, HLZ 120*60*80) natura şəklində Agentliyə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı inzibati orqan xx.xx.2026-ci il tarixində məhkəməyə ərizə göndərərək, hazırki halda iş cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmişdir. Beləliklə, işin mahiyyəti üzrə mübahisə aradan qalxmışdır. Odur ki, iş üzrə icraata xitam verilməlidir. İnzibati Prossesual Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Hazırki halda iddiaçı iş üzrə məhkəmə icraatından yayınmasada mübahisə məhkəmədənkənar qaydada həll olunduğundan iddia geri götürülmüş sayılmalıdır. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı “X1” PHŞ-i Cavabdeh qarşı “cavabdehlə iddiaçı arasında bağlanan“Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli 2022/ÖM/07395 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin 3- cü şəxsin istifadəsinə verilməsi səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası (maşın ölçüsü: L*W*H (mm) 835*770*575/, 220V/50HZ, tava ölçüsü: 40cmx60cm, BFE ESD-8A), 1 ədəd mikser (7 litr tutumu, 220V/50HZ, EB 7L), 1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli (maşın ölçüsü: BFE WG-6D), 1 ədəd xəmir topları üçün qablar (ölçüsü: 66cmx40cmx14cm BFE Ü-17B), 1 ədəd soyuducu (virtin) (şüşə, 200smx69smx123sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24h, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2~1, birbaşa soyutma sistemi: İce City BC-425), 1 ədəd elektron tərəzi 40 kq (BEİCHEN 40 kq) və 1 ədəd iş masasının (metal, paslanmayan polad, 120smx60smx80sm, paslanmayan poladdan hazırlanmış, fırçalanmış, mətbəx MDF panelleri ilə təchiz olunub, üst səthi düz, biri rəfin altındadır, 38 mm diametrli dəyirmi boru ayaqları, HLZ 120*60*80) natura şəklində Agentliyə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-3396/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-3396/2025
15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver