Məhkəmə qərarları › İş №e-2-1(116)-357/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-357/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-357/2023 20.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı İddiaçı ASC barəsində qəbul edilmiş 02 sentyabr 2022-ci il tarixli **********161791 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********161791 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********149802 saylı qərarı ilə İddiaçı ASC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə xx.xx.2022-ci il tarixli **********150365 saylı “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Qeyd olunan akta, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq xx.xx.2022-ci il tarixdə **********161791 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Sözügedən qərarla cəmiyyətə 163.227,57 manat mənfəət vergisi, 490.356,07 manat əlavə dəyər vergisi, 2,70 manat əmlak vergisi, 2,87 manat məcburi dövlət sosial sığorta haqqı olmaqla, ümumilikdə 653.589,21 manat məbləğində əlavə vergilər və məcburi dövlət sosial sığorta haqqı hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəmiyyətə 332.584,04 manat və Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 1.710,29 manat olmaqla, ümumilikdə 340.334,69 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, yoxlama ilə ümumilikdə vergi orqanı tərəfindən cəmiyyətə 993.923,9 manat (653.589,21 manat vergilər və məcburi dövlət sosial sığorta haqqı + 340.334,69 manat maliyyə sanksiyası) əlavə hesablama aparılmışdır. İddiaçı qeyd olunanları əsassız və qanunsuz hesab etdiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı ASC-də 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********149802 saylı Qərarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə edilməklə səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdə başlanmış, xx.xx.2022-ci il tarixdə başa çatdırılaraq 22 iyul 2022-ci il tarixli **********150365 nömrəli nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması materiallarına baxılmasının nəticələri üzrə iddiaçı barəsində 653.589,21 manat məbləğində əlavə vergilərin hesablanması, 340.334,69 manat maliyyə sanksiyasının hesablanması barədə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********161791 nömrəli qərar qəbul edilmişdir. İddiaçının iddiasının əsasları barədə ümumiləşdirilmiş formada qeyd edilmişdir ki, iddia ərizəsi əsasən Vergi Məcəlləsinin ayrı-ayrı maddələrinə təhrif olunmuş formada istinad etmə, həmçinin istinad olunmuş maddələrin yanlış şərh edilməsi üzərində qurulmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, Vergi Məcəlləsinin 38.1-ci maddəsinə görə növbədənkənar səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. İddiaçının bu iddiası ilə bağlı bildirilir ki, iddiaçı Vergi Məcəlləsinin istinad etdiyi 38.1-ci maddəsini təhrif edilmiş formada göstərmişdir. Vergi Məcəlləsinin 38.1-ci maddəsində növbədənkənar deyil, yalnız növbəti səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilməsi nəzərdə tutulmuşdur. Planlaşdırılmamış yoxlama olduğu üçün növbədənkənar səyyar vergi yoxlaması barəsində isə belə bir tələb yoxdur. İddiaçının iddia ərizəsində Vergi Məcəlləsinin tələblərinə növbəti təhrif olunmuş iddiası isə səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılmasının 30 günlə məhdudlaşdırılması barədə iddiasıdır. Görünən odur ki, iddiaçı özünün istinad etdiyi qanunvericilik normasından səyyar vergi yoxlamasının keçirilməsi" ilə “səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtib olunması” anlayışlarının səyyar vergi yoxlamasının keçirilməsi üzrə fərqli prosedurlar olduğunu müəyyən edə bilməmişdir. Ona görə də, səyyar vergi yoxlamasının keçirilməsi müddətinin 90 deyil 30 gündən çox olmayan müddətə uzadıla bilməsini iddia etmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görən müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Bundan başqa, iddiaçı səyyar vergi yoxlamasının 30 iş günü müddətində keçirilməsini qanunsuz olduğunu iddia etmişdir. Həmin iddia ilə bağlı aşağıdakılar bildirilmişdir. Səyyar vergi yoxlaması yalnız iş günlərində aparılmaqla, onun müddəti 30 gün və əlavə olaraq yuxarı vergi orqanının qərarına əsasən 90 günlə məhdudlaşdırılmışdır. Səyyar vergi yoxlamasına dair qaydaları müəyyən edən Vergi Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş 38.1-ci və digər maddələr, o cümlədən 38.2-ci və 38.4-cü maddələri ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə tətbiq olunmalıdır. Hər iki maddənin əlaqəli tətbiqi isə onu ehtiva edir ki, yoxlama 30 gün və yalnız iş günlərində aparıldığından, yoxlamanın aparılmalı olan müddəti iş günləri ilə hesablanmalıdır. Kameral vergi yoxlamasının apılmasını tənzimləyən Vergi Məcəlləsinin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində seçirilir. Həmin Məcəllənin 72.1-ci maddəsinə görə bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir Həmin Məcəllənin 72.2-ci maddəsinə görə bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi vergi orqanının vergi ödəyicisi tərəfindən təqdim edilmiş hər bir vergi bəyannaməsini 30 iş günü müddətində kameral qaydada yoxlamaq hüququ müəyyən edilib. Səyyar vergi yoxlaması zamanı isə vergi orqanı tərəfindən 3 ildən çox olmayan dövr yoxlanıldığını nəzərə alsaq təkcə ƏDV mükəlləfiyyəti üzrə vergi ödəyicisınin 36, aksiz vergisi üzrə 36, 36 mədən vergisi, 3 mənfəət (gəlir) vergisi və sair onlarla vergi bəyannamələrinin düzgünlüyünün yoxlanılması tələb olunur. Odur ki, vergi ödəyicisinin təqdim etdiyi bir vergi bəyannaməsinin yoxlanıldığı kameral vergi yoxlamasının yerlərə getmədən 30 iş günü ərzində aparılmasına münasibətdə səyyar vergi yoxlamasının yerlərə getməklə bundan dəfələrlə daha həcmli və əhatəli yoxlama olmaqla (ən çoxu 22 iş günü) 30 təqvim günü ərzində aparılması həmin yoxlamaların məqsədlərinə uyğun olmadığı kimi qiymətləndirilməlidir. Belə ki, Vergi Məcəlləsinin 37-ci maddəsi kameral vergi yoxlamasının aparılması qaydalarını tənzimləmiş və həmin maddədə ayrı bənd kimi vergi yoxlamasının iş günü və iş vaxtında aparılması göstərilməmişdir. Bu səbəbdən həmin maddənin 01 yanvar 2017-ci ıl tarixinə qədər qüvvədə olan redaksiyasında kameral vergi yoxlamalarının 30 gün ərzində aparılması onu ehtiva edirdi ki, bu günlər təqvim günləri kimi hesablanmalıdır. Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunu ilə 37.2-ci maddədə kameral vergi yoxlamasının “30 gün” müddətində keçirilməsi ifadəsi əvəzinə “30 iş günü müddətində keçirilir” ifadəsi əks olunmuş və bu qayda 01 yanvar 2017-ci il tarixindən qüvvəyə minmişdir. Bu qaydadan fərqli olaraq Vergi Məcəlləsinin 38-ci maddəsinə müddətlərlə bağlı dəyişiklik edilməmiş, çünki həmin maddənin 38.2-ci və 38.4-cü hissələri yoxlamaların iş günü ərzində aparılmalı olduğunu nəzərdə tutduğundan, 30 gün anlayışı bilvasitə 30 iş gününü nəzərdə tutmuşdur Qanunvericiliyə edilmiş dəyişiklik isə hər iki yoxlamaların yalnız iş günü ərzində aparılmalı olduğuna dair yanaşmanı dürüstləşdirmişdir. Yuxarıda göstərilənlər, Vergi Məcəlləsinin 38.2-ci və 38.4-cü maddələrinin əlaqəli təhlili, həmçinin səyyar vergi yoxlamasının kameral vergi yoxlamasına nisbətən dəfələrlə əhatəli və daha çox vaxt tələb edən yoxlama olduğundan səyyar vergi yoxlamasının 30 təqvim günü (30 təqvim günü içərisində olan iş günləri) ərzində aparılması barədə hüquqi mövqe qanunvericiliyin tələblərinə uyğun deyildir. Beləliklə, səyyar vergi yoxlamasının 30 iş günü deyil, 30 təqvim günü müddətində aparılmalı olduğu mövqeyinə əsaslanaraq iddiaçının iddia ərizəsində səyyar vergi yoxlamasının keçirilməsi müddətləri ilə əlaqədar qanun pozuntusu kimi qeyd etdiyi digər məsələlər da əsassız və işin faktiki hallarına uyğun deyildir. Daha sonra yenidən iddiaçı səyyar vergi yoxlaması aktının tərtib olunma müddətinin uzadılmasının əsaslarına aid müddəaları səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılmasına əsaslandırılması ilə səhv salaraq əsassız iddia irəli sürmüşdür. Həmçinin iddiaçı Ali Məhkəmənin 15 noyabr 2017-ci il tarixli 2-1(102)-1982/2017 nömrəli qərarına istinad edərək səyyar vergi yoxlamasının 30 təqvim günü ərzində keçirilməli olması barədə Ali Məhkəmənin vahid mövqeyinin olması görüntüsü yaratmağa çalışmışdır. Məhz iddiaçının iddia ərizəsində istinad etdiyi 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsində müvafiq tənzimlənmə aparılaraq birmənalı olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 30 iş günü kimi təsbit edilmişdir. İddiaçının da göstərdiyi kimi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 3.4.18-ci maddəsində göstərilən məlumatların reyestrə daxil edilməsi tələbi vergi yoxlamalarına münasibətdə tətbiq edilmir. Daha sonra iddiaçı Vergi Məcəlləsinin 49.2-ci, 49.5-ci, “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61 2-ci maddələrinin tələblərini iddia ərizəsində qeyd edərək həmin tələblərin pozulduğunu əsaslandırmağa çalışmışdır. Bununla bağlı bildirilir ki, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********161791 nömrəli qərarın 3. Digər qeydlər bölməsində qərar əsaslandırılmış, həmçinin xx.xx.2022-ci il tarixli **********150365 nömrəli səyyar vergi yoxlaması aktında hesablamaların mahiyyəti qanunvericilik normalarına istinad edilməklə göstərilmişdir. Bundan başqa, iddiaçının mənfəətin keçmiş illərin zərəri hesabına düzgün kompensasiya edilməməsi barədə qeyd etdikləri ilə bağlı bildirilir ki, səyyar vergi yoxlaması aktından da göründüyü kimi 2013-cü il üzrə zərər 462956,51 manat, 2014-cü il üzrə 508297,24 manat olmaqla cəmi 971253,75 manat məbləğində zərərərin 2018-ci və 2019-cu illərin mənfəəti üzrə kompensasiya edilməsi təmin edilmişdir. Cəmiyyətdə keçirilən səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 14.6.3.1 və 14.6.3.2-ci maddələrində göstərilmiş üsullarla bazar qiymətini müəyyən etmək mümkün olmadığından həmin məcəllənin 14.3.5-ci maddəsinə əsasən daşınmaz əmlakın vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yaranmışdır. Bu məqsədlə Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğundan 11 saylı Ərazi Vergilər Baş idarəsinin xx.xx.2021-ci il tarixli **********151072 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında” Qərarı ilə yoxlamaya daşınmaz əmlakın aylıq icarə haqqının müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. Keçirilmiş ekspertiza üzrə xx.xx.2022-ci il tarixli MB 15-0741 nömrəli ekspert rəyi alınmış, lakin Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə əsasən vergilərin hesablanmasında ekspert rəyindən istifadə edilməmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin əsası və aparılmış vergi hesablamalarının mahiyyəti ilə bağlı bildirilir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020- ci il tarixli **********2827 nömrəli qərarı ilə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2020-ci il tarixli 002097 saylı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokola əsasən vergi ödəyicisinin maliyyə təsərrüfat fəaliyyətinin nəticələrini özündə əks etdirən ikili mühasibatlıq sənədləri olan elektron fayllar aşkar edilərək götürülmüşdür. Belə ki, elektron daşıyıcıda olan sənədlərin içərisindən “Azərkabel.rar” adlı faylın içərisində olan “qara m” adlı “Microsoft Excel” faylının “list 2” adlı səhifəsində və “2020.rar” adlı elektron faylın “yanvar 2020” və “fevral 2020” adlı qovluqlarının içərisində yerləşən “Microsoft Excel” fayllarının “list 1” adlı səhifələrində malların satış cədvəlləri aşkar edilmişdir. Aşkar edilmiş cədvəllərdə satılmış malların adı, tarixi və satış həcmi qeyd edilmişdir. Vergi ödəyicisinin gəlirlərinin hesablanması zamanı həmin ikili mühasibatlıq fayllarında olan fiziki satış həcmindən və vergi ödəyicisinin eyni mallara təqdim etdiyi elektron qaimə məlumatlarında göstərilmiş satış qiymətlərindən istifadə edilmişdir. Beləliklə də, vergi ödəyicisinin real gəlirlərini vergi ödəyicisinin özü tərəfindən tərtib edilmiş ikili mühasibatlıq sənədlərinə əsasən müəyyən etmək mümkün olsa da, vergi ödəyicisi tərəfindən istehsala sərf edilmiş mal-materiallar üzrə kalkulyasiya sənədləri yoxlamaya təqdim edilmədiyindən vergi ödəyicisinin real xərclərinin tam həcmini müəyyən etmək mümkün olmamışdır. Son dövrlər vergi inzibatçılığı sahəsində həyata keçirilən islahatlara baxmayaraq vergitutulan əməliyyatların şəffaflaşdırılması prosesinin qarşısında duran ən böyük maneələrdən biri bəzi vergi ödəyicilərinın israrla ikili mühasibatlıq aparmaqda davam etməsidir. Bir qayda olaraq ikili mühasibatlıq aparan vergi ödəyicilərində həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı real dövriyyələri özündə əks etdirən müəyyən sənədlər aşkar edilir. Həmin sənədlərin mənbəyi bəlli olduğu, yəni aid olduğu vergi ödəyicisi, götürülmə şəraiti məlum olduğu üçün vergilərin hesablanmasında əlaqəli məlumat kimi həmin sənədlərdə olan məlumatlardan geniş istifadə edilir. Hazırkı iş üzrə də İddiaçı ASCdən götürülmüş elektron daşıyıcıda ikili müahsibatlıq sənədlərinin mənbəyi bəlli olan məlumatlar kimi istifadə edilməsi Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin tələblərinə uyğundur. Odur ki, mənfəət vergisi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67.1.9-cu, 67.14- cü və 83.9-cu maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarının 6.1.2-ci bəndinə əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablanmışdır: 2018-ci il üzrə mənfəət =(4194592,14/120)*20%=699098,69 manat müəyyən edilmişdir. Vergi Məcəlləsinin 121.1 -ci maddəsinə əsasən 2013-cü ilin zərəri 462956,51 manat nəzərə alınmaqla 2018-ci il üzrə vergiyə cəlb olunmalı mənfəət 699098,69- 462956,51=236142,18 manat, mənfəət vergisi isə 236142,18*20%=47228,10 manat müəyyən edilmişdir. 2019-cu il üzrə mənfəət=(5567621,30/120)*20%=927936,94 manat müəyyən edilmişdir. Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən 2014-cü ilin zərəri 508297,24 manat nəzərə alınmaqla 2019-cu il üzrə vergiyə cəlb olunmalı mənfəət 927936,94- 508297,24=419639,70 manat, mənfəət vergisi isə 419639,70 *20%=83927,94 manat müəyyən edilmişdir. 2020-ci il üzrə mənfəət=(1001357,20/120)*20%=166892,87 manat müəyyən edilmişdir. 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilmiş 1307,38 manat mənfəət vergisi nəzərə alınmaqla 166892,87*20%-1307,38=32071,19 manat əlavə mənfəət vergisinin hesablanması qərara alınmışdır. Vergi ödəyicısınin ƏDV məqsədləri üçün dövriyyəsi ikili mühasibatlıq sənədlərinə əsasən artdığı üçün vergi ödəyicisinə əlavə ƏDV məbləğlərinin hesablanması zərurəti yaranmış, hesablamaların mahiyyəti səyyar vergi yoxlaması aktında göstərilmişdir. Göründüyü kimi iddiaçının səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanı tərəfindən qanun pozuntularına yol verilməsi və hesablanmış vergi məbləğlərinin əsassız olması barədə iddiası əsassızdır və iddiaçının iddiası formal mülahizələr üzərində qurulmaqla hesablanmış vergilərin faktlar əsasında müəyyən edilməsi ilə bağlı isə konkret olaraq əks arqument qoya bilmədən yayındırılmış vergi məbləğinə münasibətdə iddiasını əsaslandırmamışdır. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ünvanladığı ərizəsində nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı mübahiləndirdiyi xx.xx.2022-ci il tarixli qərarı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mübahisələndirmişdir. Göründüyü kimi iddiaçı tərəf Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən tələb edilən 30 gün müddəti ötürməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli, **********149802 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərardan görünür ki, İddiaçı ASC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə avqust 2018 - iyul 2021 vergi dövrləri üzrə növbədənkənar vergi yoxlaması təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, **********150365 nömrəli “Səyyar vergi yoxlaması” aktının təsdiq olunmuş surətindən görünür ki, təyin edilmiş səyyar vergi yoxlamasının aparılması müxtəlif vaxtlarda qəbul olunmuş müvafiq qərarlarla müvəqqəti dayandırılmış, sonuncu dəfə xx.xx.2022-ci il tarixli **********159294 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2022-ci il tarixli **********161791 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardan görünür ki, İddiaçı ASC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli **********150365 nömrəli akta və xx.xx.2022-ci il tarixli **********740100 nömrəli sənədə əsasən səyyar vergi yoxlaması ilə mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 83.9, 104 və 135-ci maddələrinə əsasən 163227,57 manat, əlavə dəyər vergisi üzrə Vergi Məcəlləsinin 67.1.9, 159.1, 67.15 və 159.5-ci maddələrinə əsasən 490356,07 manat, əmlak vergisi üzrə Vergi Məcəlləsinin 201-ci maddəsinə əsasən 2,7 manat, MDSS üzrə isə 2,87 manat olmaqla ümumilikdə 653589,21 manat kənarlaşma müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 332584,04 manat, 58.6cı maddəsinə əsasən isə 1710,29 manat olmaqla ümumlikdə 340334,69 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-1(116)-2103/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmış və ekspertlərin qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı ASC-yə münasibətdə xx.xx.2022-ci il tarixli **********161791 saylı qərarın qəbul edilməsinə əsas olmuş xx.xx.2022-ci il tarixli **********150365 saylı “Səyyar vergi yoxlaması aktı”na əsasən yoxlama ilə əhatə olunan vergi dövründə (avqust 2018-iyul 2021-ci illər) aparılmış vergi yoxlaması zamanı müəyyən edilmiş kənarlaşmalar üzrə mənfəət vergisi, ƏDV, əmlak vergisi, ödəmə mənbəyində tutulan vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta haqqları, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə tutulan vergilərin hesablanmasına əsas olan sənədlər qanunvericiliklə ciddi hesabat blanklarına qoyulan tələblərə uyğundurmu?

2. İşdə olan məlumat və sənədlər ciddi hesabat blankları olmadıqda, onlar mühasibat və vergi uçotu tələblərinə cavab verirmi? Onların əsasında vergilər hesablana və ya yenidən hesablana bilərmi?

3. İddiaçı ASC-yə münasibətdə xx.xx.2022-ci il tarixli **********150365 saylı “Səyyar vergi yoxlaması aktı”na əsasən yoxlama ilə əhatə olunan vergi dövründə (avqust 2018-iyul 2021-ci illər) aparılmış vergi yoxlaması zamanı mənfəət vergisi, ƏDV, əmlak vergisi, ödəmə mənbəyində tutulan vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta haqqları, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə tutulan vergilər üzrə hesablamalar düzgün aparılmışdırmı?

4. Əgər vergilər düzgün hesablanmamışdırsa, onda qeyd edilən səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə İddiaçı ASC-nin mənfəət vergisi, ƏDV, əmlak vergisi, ödəmə mənbəyində tutulan vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta haqqları, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə tutulan vergilər nə qədər təşkil etməlidir?

5. Səyyar vergi yoxlaması zamanı İddiaçı ASC-yə əlavə hesablamalara səbəb olmuş “qara mühasibatlıq” sənədlərinin müəssisəyə aidiyyatı müəyyən olunurmu və bu cür “qara mühasibatlıq” sənədləri və yaxud məlumatları əsasında vergi ödəyicisinə münasibətdə vergi hesablaması aparıla bilərmi? Onlar əsas götürülərək İddiaçı ASC-yə əlavə vergi hesablamaların aparılması mümkündürmü?

6. Göstərilənlər nəzərə alınmaqla müəssisənin dövlət büdcəsinə hər vergi növü (növləri) üzrə borcu və ya artıq ödəməsi nə qədər təşkil edir? Məhkəmə ekspertizası tərəfindən xx.xx.2023-cü il tarixli 9/9174 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində İddiaçı ASC tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlaqədar olaraq hesablanmış ƏDV və mənfəət vergisinin düzgün hesablanmaması müəyyən olunur. Belə ki, “qara mühasibatlıq” sənədləri əsas götürülməklə vergi hesablamasının aparılması yoxlama dövrü üzrə qüvvədə olan “Mühasibat uçotu haqqında” Qanunda və Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bununla yanaşı bildirilir ki, qeyd olunan sənədlər ciddi hesabat blankları hesab olunmadığından İddiaçı ASC-nin faktiki olaraq həyata keçirdiyi əməliyyatlarını, vergi tutulan dövriyyəsini və öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən sənəd hesab edilə bilməz. Eyni zamanda qeyd edilir ki, iş materiallarında 1 (bir) ədəd disk öz əksini tapmışdır ki, həmin diskdə Excel, Word və digər formatlarda elektron fayllar mövcuddur. Diskdəki elektron fayllarda göstərilən məlumatlar ciddi hesabat sənədləri olmadığından, İddiaçı ASC-nin faktiki olaraq həyata keçirdiyi əməliyyatlarını, vergitutulan dövriyyəsini və öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən sənəd hesab edilmədiyindən həmin fayllarda olan məlumatların İddiaçı ASC-yə aidiyyəti olub-olmadığını müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş sənədlərə (e-qaimə fakturalar, EVHF-lar, hesabatlar, bank çıxarışları, kassa mədaxil orderləri, bəyannamələr və s.) əsasən də səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində İddiaçı ASC tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə hesablanmış ƏDV (yoxlama zamanı əskik gəlmiş 163654,38 manat dəyərində mal-materiala görə 18% dərəcəsi ilə hesablanmış 29457,79 manat məbləğində ƏDV istisna olmaqla) və mənfəət vergisinin düzgünlüyü müəyyən olunmadı. Hazırkı tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində yalnız 2,7 manat məbləğində əmlak vergisinin, 2,75 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta haqqları, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqının və 29457.79 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən olunur. Məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 9/9174 nömrəli ekspert rəyinə münasibət bildirən cavabdeh orqan xx.xx.2023-cü il tarixli, **********950400 nömrəli “təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə” vəsatətində qeyd etmişdir ki, ekspert rəyində göstərilmişdir ki, Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Təqdim edilmiş iş materiallarından göründüyü kimi, ASC-nin 2013-cü ildə 509635.00 manat, 2014-cü ildə 529363.00 manat olmaqla, ümumilikdə qeyd edilən dövrdə 1038998.00 manat zərəri olmuşdur. Lakin, 2018ci il üzrə vergi orqanı tərəfindən müəyyən edildiyi göstərilən 699098.69 manat mənfəət əvvəlki illərin zərəri hesabına kompensasiya edilməli olsa da, yoxlama ilə tam şəkildə nəzərə alınmamışdır. Yəni vergi orqanı tərəfindən qara mühasibatlıq sənədlərinə əsasən müəyyən edilən ASC-nin mənfəəti belə köhnə illərin zərərinə düzgün kompensasiya edilməmişdir. Bununla bağlı bildirilir ki, xx.xx.2018-ci il tarixdə təqdim edilmiş 2017-ci ilin dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində İddiaçı ASC tərəfindən 2012-ci ilin zərərinin 347360,45 manat olduğu bəyan edilmiş, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********156881 nömrəli qərarına əsasən keçirilmiş səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş 2017-ci ilin mənfəət vergisi bəyannaməsində isə 2012-ci ilin zərərinin 347360,45 manat, 2013-cü ilin zərərinin 509635,00 manat, 2014-cü ilin zərərinin 529363,00 manat olduğu, 2017-ci ilin mənfəətinin 415104,70 manat, olduğu müəyyən edilmişdir. Beləliklə 2017-ci ilin 415104,70 manat mənfəətinin 347360,45 manat olan hissəsi 2012-ci ilin 347360,45 manat zərəri ilə tam, 415104,70-347360,45=67744,25 manat mənfəət isə 2013-cü ilin zərərinin 67744,25 manat hissəsi ilə qismən kompensasiya edilmiş və beləliklə də vergi ödəyicisinin 2018-ci ilə keçirilən zərərinin məbləği 2013-cü il üzrə 509635,00-67744,25=441890,75 manat, 2014-cü il üzrə isə 529363,00 manat olmaqla ümumilikdə 441890,75+529363,00=971253,75 manat təşkil etmişdir. Həmin zərər isə 2018-ci ilin mənfəət vergisi hesablanan zaman 462956,51 manat, 2019-cu ilin mənfəət vergisi hesablanan zaman isə 508297,24 manat olmaqla 462956,51+508297,24= 971253,75 manat məbləğində tam həcmdə kompensasiya edilmişdir. Göründüyü kimi, səyyar vergi yoxlaması ilə mənfəət vergisinin hesablanması zamanı ekspertin keçmiş illərin zərərinin düzgün nəzərə alınmaması barədə göstərdikləri tamamilə yanlışdır, konkret faktlara əsaslanmır və iş materialları ilə tam təkzib olunur. Bundan başqa ekspert rəyində göstərilmişdir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində İddiaçı ASC tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış ƏDV və mənfəət vergisinin düzgün hesablanmaması müəyyən olunur. Belə ki, “qara mühasibatlıq’’ sənədləri əsas götürülməklə vergi hesablamasının aparılması yoxlama dövrü üzrə qüvvədə olan “Mühasibat uçotu haqqında” Qanunda və Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bununla yanaşı bildirilir ki, qeyd olunan sənədlər ciddi hesabat blankları hesab olunmadığından “Azərkabel" ASC-nin faktiki olaraq həyata keçirdiyi əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən sənəd hesab edilə bilməz. Eyni zamanda qeyd edilir ki, iş materiallarında 1 (bir) ədəd disk öz əksini tapmışdır ki, həmin diskdə Excel, Word və digər formatlarda elektron fayllar mövcuddur. Diskdəki elektron fayllarda göstərilən məlumatlar ciddi hesabat sənədləri olmadığından, “Azərkabel" ASC-nin faktiki olaraq həyata keçirdiyi əməliyyatlarını, vergi tutulan dövriyyəsini və öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən sənəd hesab edilmədiyindən həmin fayllarda olan məlumatların İddiaçı ASC-yə aidiyyatı olub-olmadığını müəyyən etmək mümkün olmadı. Cavabdeh vəsatətində bildirmişdir ki, ekspertin göstərdikləri Vergi Məcəlləsinin aşağıdakı maddələri ilə ziddiyyət təşkil edir: 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 13.2.68. elektron audit - vergi ödəyicisinin elektron formatda saxlanılan maliyyə (mühasibat) məlumatlarına xüsusi proqram təminatı vasitəsilə birbaşa və ya məsafədən çıxış imkanı yaradılmaqla aparılan vergi yoxlaması. 13.2.70. vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; Yuxarıda göstərilənlərdən göründüyü kimi, vergi ödəyicisi tərəfindən ikili mühasibatlığın aparılması, apardığı əməliyyatların qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi həmin əməliyyatlar üzrə mənbəyi bəlli olan məlumatlar əsasında vergi orqanı tərəfindən hesablamaların aparılması Vergi Məcəlləsinin tələblərinə uyğundur. Ekspertin yanaşması isə vergi qanunvericiliyinə zidd olmaqla eyni zamanda vergi ödəyicilərini qanunvericiliyin tələblərinə cavab verməyən ikili mühasibatlıq aparmaqla vergidən yayınma sxemi qurmağa və beləliklə də vergidən yayınmağa təşviq edən yanaşmadır. Belə ki, ekspertin yanaşmasına görə qanunvericiliyin tələblərinə uyğun olmayan uçot, ikili mühasibatlıq aparan vergi ödəyicilərinə vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb və hesablana bilməz. Bir qayda olaraq ikili mühasibatlıq aparan vergi ödəyicilərində həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı real dövriyyələri özündə əks etdirən müəyyən sənədlər aşkar edilir. Həmin sənədlərin mənbəyi bəlli olduğu, yəni aid olduğu vergi ödəyicisi, götürülmə şəraiti məlum olduğu üçün vergilərin hesablanmasında əlaqəli məlumat kimi həmin sənədlərdə olan məlumatlardan geniş istifadə edilir. Hazırkı iş üzrə də İddiaçı ASC-dən götürülmüş elektron daşıyıcıda ikili müahsibatlıq sənədlərinin mənbəyi bəlli olan məlumatlar kimi istifadə edilməsi Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin tələblərinə uyğundur. Bundan başqa ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş USB diskdə olan fayllardakı məlumatların İddiaçı ASC-yə aidiyyətinin olub-olmadığını müəyyən etmək mümkün olmadı. Göründüyü kimi, ekspert iş materialları ilə tanış olmadığından və iş üzrə açıq-aşkar birtərəfli mövqe sərgilədiyindən rəydə belə bir iddia irəli sürmüşdür. Belə ki, iddiaçının iddia ərizəsinə etirazdan da göründüyü kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********2827 nömrəli qərarı ilə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2020-ci il tarixli 002097 saylı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokola əsasən vergi ödəyicisinin maliyyə təsərrüfat fəaliyyətinin nəticələrini özündə əks etdirən ikili mühasibatlıq sənədləri olan elektron fayllar aşkar edilərək götürülmüşdür. Həmin elektron daşıyıcıda olan sənədlərin içərisindən “Azərkabel.rar” adlı faylın içərisində olan “qara m” adlı “Microsoft Excel” faylının “list 2” adlı səhifəsində və “2020.rar” adlı elektron faylın “yanvar 2020” və “fevral 2020” adlı qovluqlarının içərisində yerləşən “Microsoft Excel” fayllarının “list 1” adlı səhifələrində malların satış cədvəlləri aşkar edilmişdir. Aşkar edilmiş cədvəllərdə satılmış malların adı, tarixi və satış həcmi qeyd edilmişdir. Vergi ödəyicisinin gəlirlərinin hesablanması zamanı həmin ikili mühasibatlıq fayllarında olan fiziki satış həcmindən və vergi ödəyicisinin eyni mallara təqdim etdiyi elektron qaimə məlumatlarında göstərilmiş satış qiymətlərindən istifadə edilmişdir. Beləliklə də, vergi ödəyicisinin real gəlirlərini vergi ödəyicisinin özü tərəfindən tərtib edilmiş ikili mühasibatlıq sənədlərinə əsasən müəyyən etmək mümkün olsa da, vergi ödəyicisi tərəfindən istehsala sərf edilmiş mal-materiallar üzrə kalkulyasiya sənədləri yoxlamaya təqdim edilmədiyindən vergi ödəyicisinin real xərclərinin tam həcmini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, ekspertin həmin elektron faylların İddiaçı ASC-yə aidiyyətinin müəyyən edilməməsi və həmçinin vergi tutulan əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyən etməyin mümkün olmaması barədə rəydə göstərdikləri yanlışdır və iş materialları ilə təkzib olunur. Qeyd olunanlara əsasən cavabdeh e-2-1(116)-357/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli 9/9174 saylı ekspert rəyinin sübut kimi qiymətləndirilməməsi, iş materiallarındakı elektron fayllarda olan məlumatların vergilərin hesablanması üçün Vergi Məcəlləsinin 67.1.9-cu maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatların tələblərinə cavab verən uçot məlumatları kimi qəbul edilərək təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********960100 nömrəli “iş üzrə icraatın dayandırılması haqqında” vəsatətində qeyd etmişdir ki, İddiaçı ASC tərəfindən ümumilikdə 653589,09 manat məbləğində, yəni xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma faktı müəyyən edildiyindən, iş üzrə materiallar müvafiq tədbirlər görülməsi üçün Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və Baş İdarənin xx.xx.2023-cü il tarixli **********249500 saylı cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərarı ilə həmin fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Hazırda həmin cinayət işinin istintaqı Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş idarəsində davam edir. Bildirilir ki, qeyd olunan iş üzrə aparılan cinayət təqibinin icraatda olan mübahisənin həllinə təsir etməsi halları mövcuddur və hesab edilir ki, həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür. Belə ki, İddiaçı ASC tərəfindən 653589,09 manat məbləğində, yəni xüsusilə külli miqdarda vergilərin büdcəyə ödənilməkdən yayındırması hallarının müəyyən edilməsi ilə bağlı bir sıra istintaq hərəkətləri həyata keçirilir və həmin halların müvafiq istintaq hərəkətləri əsasında araşdırılması nəticəsində əldə ediləcək məlumatlar iş üzrə məhkəmə tərəfindən əsaslandırılmış qərarın qəbul edilməsi üçün əsas ola bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Qeyd olunanlara əsasən cavabdeh orqan vəsatətində 11 saytı Ərazi Vergilər Baş idarəsinin "Azərkabel” ASC barəsində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci İİ tarixli **********161791 nömrəli qərarının ləğv edilməsi barədə iddia tələbi üzrə məhkəmə baxışının həmin iş üzrə başlanmış cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə ərizə ünvanlayaraq, cavabdehin xx.xx.2023-cü il tarixli, **********960100 nömrəli “iş üzrə icraatın dayandırılması haqqında” vəsatətinə münasibətini bildirmişdir. Ərizədə qeyd olunmuşdur ki, qeyd edilən vəsatət tamamilə əsassızdır. Belə ki, vəsatətə əlavə edilmiş qərardan da görünür ki, həmin cinayət işinin başlanması səbəbi Cəmiyyətdə hazırkı iddia ərizəsi ilə mübahisələndirdikləri səyyar vergi yoxlması nəticəsində tərtib edilmiş 02 sentyabr 2022-ci il tarixli **********161791 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərardır. Yəni həmin qərar özü əsassız olduğu təqdirdə ortada hər hansı cinayət yoxdur deməkdir. Bundan başqa hazırkı icraatda olan inzibati iş cinayət təqibinin aparılmasından asılı deyildir, mübahisə predmeti vergilərin qanunsuz və əsassız hesablanmasıdır. Həm inzibati məhkəmə, həm də hər hansı istintaqı aparan orqan vergilərin hesablanmasının qüvvədə olan qanunvericiliyə əsasən hesablanıb-hesablanmamasını, dövlət büdcəsinə hər hansı məbləğdə vergilərin ödənilib-ödənilməməsini müəyyən edir. Yəni hazırkı iddia ərizəsi ilə Cəmiyyətin dövlət büdcəsinə olan vergi borcunun müəyyən edilməsi istintaqın aparılmasından asılı deyildir. Bundan başqa Cəmiyyət barəsində tez tələsik cinayət işinin başlanması barədə qərarın qəbul edilməsi Cəmiyyətə edilən təyziqlərin davamıdır. Cinayət işi başlamaqla iddiaçını qanunsuz və əsassız hesablanmış vergiləri ödəməyə məcbur edirlər. Dövlət Vergi Xidmətinin bir qurumu qansunsuz və əsassız vergilər hesablamış, digər qurum isə həmin qanunsuz və əsassız vergilərin ödənilmədiyi əsası ilə cinayət işi başlamışdır. Halbuki, iddiaçı qeyd edilən vergilərin əsassız və qanunsuz hesablanması barədə qərarı qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məhkədə mübahisələndirə bilər və mübahisələndirmişdir. Vəsatət təmin edilərək inzibati işin icraatı dayandırıldığı təqdirdə iddiaçını həbs etmək təhdidi ilə qanunsuz və əsassız hesablanmış vergiləri ödəməyə məcbur edəcəklər və iddiaçının hüquqları kobud şəkildə pozulacaq, eyni zamanda məhkəməyə çatımlıq prinsipinə əməl edilməmiş olacaqdır. İddiaçı ərizəsində icraatdakı inzibati işin dayandırılması barədə verilmiş vəsatətin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadları ilə iddiaçının vəsatətləri təmin edilməmişdir, belə ki, iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi zamanı tərəflərin fikri dinlənilmiş, nümayəndələrə ekspertizanın aparılması üçün zəruri olan sənədələrin məhkəməyə və ya ekspertə təqdim edilməsi təklif edilmiş və bunun üçün müvafiq şərait yaradılmışdır. Ekspertiza məhz tərəflərin təqdim etmiş olduğu sənədlər və cavabdeh tərəfindən təqdim edilmiş diskdə öz əksini tapan məlumatlar əsasında aparılmışdır. İş üzrə icraatın dayandırılması ilə bağlı məhkəmə hesab etmişdir ki, hazırkı işin icraatının davam etdirilməsinin cavabdehin iş üzrə icraatın dayandırılma üçün əsas qismində təqdim etdiyi cinayət işinin gedişatı ilə heç bir hüquqi bağlılığı, cinayət təqibinin aparılmasından asılılığı yoxdur. Məhkəmə xx.xx.2023-cü il tarixli 9/9174 nömrəli ekspert rəyini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, “qara mühasibatlıq” sənədləri əsas götürülməklə vergi hesablamasının aparılması yoxlama dövrü üzrə qüvvədə olan “Mühasibat uçotu haqqında” Qanunda və Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Belə ki, qeyd olunan sənədlər ciddi hesabat blankları hesab olunmadığından İddiaçı ASC-nin faktiki olaraq həyata keçirdiyi əməliyyatlarını, vergitutulan dövriyyəsini və öz fəaliyyəti ilə bağlı olan bütun əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən sənəd hesab edilə bilməz. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, ASC-nin 2013-cü ildə 509635,00 manat, 2014-cü ildə 529363,00 manat olmaqla, ümumilikdə qeyd edilən dövrdə 1038998,00 manat zərəri olmuşdur. Lakin 2018-ci il üzrə vergi orqanı tərəfindən müəyyən edildiyi göstərilən 699098,69 manat mənfəət əvvəlki illərin zərəri hesabına kompensasiya edilməli olsa da, yoxlama ilə tam şəkildə nəzərə alınmamışdır. Yəni vergi orqanı tərəfindən qara mühasibatlıq sənədlərinə əsasən müəyyən edilən ASC-nin mənfəəti belə köhnə illərin zərərinə düzgün kompensasiya edilməmişdir. Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində İddiaçı ASC tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış ƏDV və mənfəət vergisinin düzgün hesablanmaması müəyyən olunmuşdur. Belə ki, “qara mühasibatlıq” sənədləri ciddi hesabat blankları hesab olunmadığından İddiaçı ASC-nin faktiki olaraq həyata keçirdiyi əməliyyatlarını, vergitutulan dövriyyəsini və öz fəaliyyəti ilə bağlı olan bütun əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən sənəd hesab edilə bilməz. Eyni zamanda diskdəki elektron fayllarda göstərilən məlumatlar ciddi hesabat sənədləri olmadığından, İddiaçı ASC-nin faktiki olaraq həyata keçirdiyi əməliyyatlarını, vergitutulan dövriyyəsini və öz fəaliyyəti ilə bağlı olan bütun əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən sənəd hesab edilmədiyindən həmin fayllarda olan məlumatların “Azərkabel" ASC-yə aidiyyəti olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-608/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarında eyni mövqedən yanaşaraq yalnız qara mühasibatlıq sənədləri əsasında vergi hesablanmasının yolverilməz olmasına münasibətdə qeyd etmişdir ki, “...İPM-nin 14.1 -ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlaması aparılarkən və müvafiq qərar qəbul edilərkən) işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1 -ci maddəsi)”. Tədqiqata təqdim edilmiş sənədlərə (e-qaimə fakturalar, EVHF-lar, hesabatlar, bank çıxarışları, kassa mədaxil orderləri, bəyannamələr və s.) əsasəndə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində İddiaçı ASC tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə hesablanmış ƏDV (yoxlama zamanı əskik gəlmiş 163.654,38 manat dəyərində mal-materiala görə 18% dərəcəsi ilə hesablanmış 29.457,79 manat məbləğində ƏDV istisna olmaqla) və mənfəət vergisinin düzgünlüyü müəyyən olunmamışdır. Hazırkı tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində yalnız 2,7 manat məbləğində əmlak vergisinin, 2,75 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta haqqları, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqının və 29.457,79 manat məbləğində ƏDVnin az hesablanması müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz; 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Məcəlləyə görə: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək... 23.1.6-1. vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək və aşkar edilmiş vergidən yayınma sxemlərini dərc etmək... 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir.http://eqanun.az/framework/46948 Növbəti səyyar vergi yoxlamasıtəqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər... 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə, vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz... 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 39. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 39.6. Bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. 39.7. Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. ... 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir; 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Məhkəmə qanunvericiliyin tələblərinin işin faktiki hallarına tətbiqi baxımından iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, cavabdehin mübahisəli qərarının qəbul edilməsinə əsas olmuş iddiaçı tərəfindən vergi qanunvericiliyinə əməl edilməsinin yoxlanılması ilə əlaqədar tərtib edilmiş xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması aktının gəldiyi nəticənin əsassız olması iş materialları və ekspert rəyi ilə öz təsdiqini tapmış, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mübahisəli qərarla iddiaçıya münasibətdə əsassız olaraq vergilər üzrə borc və maliyyə sanksiyaları hesablanmışdır. Göründüyü kimi ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********161791 nömrəli qərarı mənfəət vergisinə, əlavə dəyər vergisinə və həmin vergilərə görə hesablanmış maliyyə sanksiyalarına, eləcə də muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, MSDSS haqları, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqına münasibətdə qanuni deyildir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin qərarı artıq hesablanmış vergilər və maliyyə sanksiyalarına münasibətdə ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. (69.1-ci maddə) İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur. (69.2-ci maddə) İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cц il tarixli “Ekspertiza xərclərinə dair bildiriş”ə əsasən, aparılmış məhkəmə-mühasibat ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş tələblərə münasib olaraq məhkəməmühasibat ekspertizası üzrə 100 manat məbləğdə prosessual xərcin 25 manat hissəsi iddiaçıya, 75 manat hissəsi cavabdehə aid edilməli və göstərilən məbləğlər onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı açıq səhmdar cəmiyyətinin iddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02 sentyabr 2022-ci il tarixli **********161791 nömrəli qərarı 29.457,79 manat məbləğdə ƏDV, 2,7 manat məbləğdə əmlak vergisi, 2,75 manat məbləğdə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta haqqları, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı istisna olmaqla ləğv edilsin. İddia qalan hissədə təmin olunmasın. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən məhkəməmühasibatlıq ekspertizası üzrə 100 manat məbləğdə prosessual xərc ödənilmiş tələblərə mütənasib olaraq tərəflərə aid edilsin, İddiaçı ASC-dən 25 manat, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsindən 75 manat məbləğdə pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı - X1, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, AZ34CTRE********************) ödənilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar