Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-3634/2025 02.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman oğlunun katibliyi, İddiaçı1, iddiaçı Nümayəndə Hüseyn oğlunun iştirakı ilə İddiaçı1 və Nümayəndə Hüseyn oğlu cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli 01 saylı qərarının ləğv edilməsi və xx.xx.2011-ci il tarixli müddətli həqiqi xidmətə çağırılmış və N saylı hərbi hissədə xidmət keçən zaman xx.xx.2012-ci il tarixdə həlak olmuş iddiaçıların oğlu X6 şəhid, iddiaçılara şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2025-ci il tarixli 01 saylı qərarının ləğv edilməsi və xx.xx.2011-ci il tarixli müddətli həqiqi xidmətə çağırılmış və N saylı hərbi hissədə xidmət keçən zaman xx.xx.2012-ci il tarixdə həlak olmuş iddiaçıların oğlu X6 şəhid, iddiaçılara şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X2 04 iyul 2011-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağrılmış və N saylı hərbi hissədə xidmət keçən zaman N iyul 2012-ci il tarixdə hərbi hissənin silah - sursat anbarının tavanın uçması, sol ayağı beton piltənin altında qalaraq sınması və 35-40 dəqiqə həmin piltənin altında qalaraq çoxlu qan itirməsi nəticəsində hərbi hospitala aparılarkən yolda ölmüşdür. Həmin hadisədə onunla birlikdə digər əsgər X8 isə aldığı xəsarətdən hadisə yerində ölmüşdür. X2 hərbi hissənin hərbi sursatının qorunması, hərbi hissəsinin heyətnin və yaxınlıqda yaşayan minlərlə insanların həyatları qorumaq məqsədilə öz həyatlarını böyük risq altında qoyaraq qəzalı anbardan hərbi sursatları qabaqcadan təhlükəsiz yerə daşıyaraq yerləşdirmişlər. Hansısa yolla hərbiyə daxil olmuş, qəlbərində vətənpərvərlik, vətənə sədaqət və insanlıq hissi olmayan vətənə, orduya layiq olmayan hadisənin təşkilatçıları və iştirakçıları olan bir neçə şəxsin günahı ucbatından hərbi andına sadiq qalmış, hərbi hissənin şəxsi heyətinin, yaxınlıqda yerləşən yaşayan minlərlə vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə hərbi hissənin hərbi anbarlarında yerləşən silah-sursatlarını qorunması yolunda, yəni xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. İddiaçılar hesab ki, hərbi hissənin hərbi sursatının qorunması, hərbi hissəsinin heyətnin və yaxınlıqda yaşayan minlərlə insanların həyatları naminə, bununla da strateji cəhətdən böyük ərazinin təhlükəsizliyi naminə hərbi təyinatlı xidməti vəzifələrini yerinə yetirərkən öz həyatını cavan yaşlarında qurban verən mərhum oğlu şəhidlik zirvəsinə yüksəlmişdir və Vətən uğrunda həlak olduğundan xatirəsi əbədiləşdirilməklə ona səhid statusu verilməlidir. İddiaçılar X6 şəhid statusunun verilməsi xahişi ilə müxtəlif dövlət hakimiyyət oqanlarına, o cümlədən aidiyyati üzrə cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqan “Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi xx.xx.2025-ci il tarixli, 01 saylı qərarı ilə X1 şəhid, iddiaçılara isə şəhid ailəsi statusunun verilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi, müdafiə Nazirliyinin N saylı hərbi hissə döyüş şəraitində olan hərbi hissə olmadığı üçün Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinin Orxan Hüseynova şamil edilmədiyini göstərmişdir. Bildiririk ki, X6 müddətli həqiqi hərbi xidmət keçdiyi MN-nin N saylı hərbi hissəsi döyüş bölgəsində yerləşməsə də, həmin hərbi hissə döyüş bölgələrində olan hərbi hissələri müəyyən döyüş ehtiyacları ilə təmin edirdi.”.Cavabdeh inzibati orqan Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin qərarını əsassız və ədalətsiz hesab edir. Belə ki, X6 müddətli həqiqi hərbi xidmət zamanı komandirləri tərəfindən ona həvalə edilmiş hərbi vəzifəsini yerinə yetirərkən həlak olmuşdur, yəni mərhum hərbi hissədə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur. Bütün bunlar iddia tələbinə əlavə etdiyi iddia tələbinin əsaslarını təşkil edən sənədlərlə tam sübut olunur. Göründüyü kimi cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində Azərbaycan Respublikasının qanunları ilə şəhid və şəhid ailəsi statusu adından və imtiyazlardan məhrum olunmaqla, yəni hüquqları pozulmaqla bu gün də öz qanuni hüquqları həyata keçirə bilmir. Ona görə də iddiaçılar ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək məhkəmədən həmin qərarın ləğv edilməsini, X6 şəhid, iddiaçılara isə şəhid ailəsi statusunun verilməsinə köməklik edilməsini xahiş etmişdirlər. X5 Məcəllənin tələblərinə uyğun tərtib edilmədiyindən məhkəmədə iddiaçılara iddia ərizəsinin forması təqdim olunaraq forma və məzmuna əməl etməklə cavabdeh inzibati orqana qarşı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə məhkəməyə müraciət etmək qaydaları izah olunmuşdur. Ona görə də iddiaçılar hazırki iddia tələbi ilə aidiyyati üzrə məhkəməyə müraciət edir.”. Cavabdeh orqan etirazında bildirmişdir ki, “Vətəndaş İddiaçı1 mərhum övladı X6 ''şəhid" statusunun verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra - Xidmət) daxil olmuş ərizəsinə baxılır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalan"nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qaydanın 4.1 -ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Xidmətin Ağdaş rayon şöbəsinin uçot sənədlərində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən Xidməti Tovuz rayon şöbəsinə xx.xx.2012-ci tarixli 420 nömrəli məktubla daxil olmuş xx.xx.2012-ci tarixli 3 nömrəli bildirişində O.M.Hüseynov döyüş tapşırığı ilə bağlı tapşırığı yerinə yetirərkən xx.xx.2012-ci İİ tarixdə “travmatik şok, sol bud sümüyünün açıq sınığı, sol dizaltı arteriyasının zədələnməsi”nə görə həlak olması göstərilmiş və onun ölümü hərbi xidmət borcunu yerinə yetirilməsi ilə əlaqədar olduğu qeyd edilmişdir. Həmçinin N nömrəli hərbi hissənin xx.xx.2012-ci il tarixli Forma 21/BP nömrəli bildirişin kötüyündə O.M.Hüseynovun ölümü xidmət vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar olması göstərilmişdir. N nömrəli hərbi hissənin döyüş şəraitində olub-olmamasına aydınlıq gətirilməsi məqsədilə Xidmətin Ağdas rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrinə göndərilmiş sorğuya N nömrəli hərbi hissənin xx.xx.2012-ci il tarixli 1619 nömrəli cavab məktubunda N saylı hərbi hissə döyüş şəraitində olan hərbi hissə olmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının tələbləri mərhum O.M.Hüseynova şamil edilmədiyi göstərilmişdir. Nəzərinizə çatdırırıq ki, O.M.Hüseynovun atası Nümayəndə Hüseyn oğlunun cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı X6 “şəhid" statusunun verilməsi ilə bağlı arayışın verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiaya Azərbaycan Respublikası Şəki İnzibati iqtisad Məhkəməsində baxılmış, hadisə döyüş şəraitində olmayan hərbi hissədə baş verdiyindən xx.xx.2013-cü il tarixli 2- 2(84)-684/2013 nömrəli qərardadla təmin edilməmişdir. Qeyd edilməlidir ki, X4 ölüm səbəbi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, ona “şəhid" statusunun verilməsinə əsas vermir. Göstərilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 20N-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun və “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyət istiqamətləri üzrə aparılan inzibati icraat ilə əlaqədar inzibati akt nümunələrinin təsdiq edilməsi barədə" Xidmət rəisinin xx.xx.2024-cü il tarixli 31 nömrəli əmrinin tələblərini rəhbər tutaraq, vətəndaş İddiaçı1 üraciətinə baxılsın və mövcud qanunvericiliyin tələblərinə əsasən zəruri sənədləşdirmə aparılsın, o cümlədən inzibati akt tərtib olunaraq O.M.Hüseynova “şəhid", ailəsinə “şəhid ailəsi" statusunun verilib-verilməməsi barədə qərar qəbul edilsin və İddiaçı1 şöbəyə dəvət edilərək qərarın nüsxəsi ona təqdim olunsun. Görülmüş işlərin nəticəsi barədə Xidmətin Səfərbərlik hazırlığı və səfərbərlik baş idarəsinə müvafiq qaydada (inzibati qərarın surəti əlavə olunmaqla) məruzə olunsun. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.” Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsi və iş materiallarına uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı Nümayəndə Hüseyn oğlu iddia ərizəsi və iş materiallarına uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - AZ-İİ seriyalı 548723 nömrəli ölüm haqqında Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2012-ci ildə vəfat etmişdir, ölüm səbəbi ağciyər travmatikhemmoragik digər formaları kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin xx.xx.2012ci il tarixli 418 nömrəli bildirişində qeyd edilir ki, X7 döyüş təminatı ilə bağlı tapşırığı yerinə yetirərkən xx.xx.2012-ci il tarixdə “travmatik hemoragik şok, sol bud sümüyünün açıq sınığı, dol dizaltı arteriyanın zədələnməsi” diaqnozu ilə əlaqədar həlak olmuşdur. - Azərbaycan Respublikası Qazax Hərbi Prokurorluğunun xx.xx.20125-ci ilo tarixli 3493 nömrəli məktubunun surəti. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2013cü il tarixli məktubu. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2016cı il tarixli məktubu. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024cü il və xx.xx.2025-ci il tarixli məktubu. - Azərbaycan Respublikası və Hərbi Xidmətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məktubu. - xx.xx.2025-ci il tarixli Şəhid və şəhid ailəsi statusunun verilməsindən imtina olunması barədə qərarının surəti. - Azərbaycan Respublikası və Hərbi Xidmətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərin surəti. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia təmin edilməməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Çünki, cavabdeh orqan iddiaçının müraciəti əsasında inzibati akt hesab olunmayan arayışın verilməsindən imtina etmişdir. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsi və iddianın tələbə cavab verməli olan inzibati orqana yönəldilməsidir. İddia buna cavab verməli olan inzibati orqana qarşı yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 4.1-ci bəndinin ikinci yarımbəndinə əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İddiaçıların oğlu əsgər olduğundan və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində hərbi qeydiyyatda olduğundan hazırki tələbə məhz həmin şöbə cavab verməli inzibati orqandır. İddiaçıların mərhum oğlu X7 N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olduğu zaman N iyul 2012-ci il tarixdə hərbi hissənin silah - sursat anbarının tavanın uçması, sol ayağı beton piltənin altında qalaraq sınması və 35-40 dəqiqə həmin piltənin altında qalaraq çoxlu qan itirməsi nəticəsində hərbi hospitala aparılarkən yolda ölmüşdür. Hazırda iddiaçılar X4 müddətli həqiqi hərbi xidmət zamanı hərbi hissədə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmasına əsaslanaraq hazırkı iddia ilə çıxış edirlər. Cavabdeh imtinasının əsası kimi X4 ölüm səbəbinin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, “şəhid" statusunun verilməsinə əsas olmadığına istinad etmişdir. Məhkəmə aşağıdakılara görə imtinanı əsaslı hesab edir. İşin müəyyən edilən hallarına görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən Xidməti Tovuz rayon şöbəsinə xx.xx.2012-ci tarixli 420 nömrəli məktubla daxil olmuş xx.xx.2012-ci tarixli 3 nömrəli bildirişində O.M.Hüseynov döyüş tapşırığı ilə bağlı tapşırığı yerinə yetirərkən xx.xx.2012-ci İİ tarixdə “travmatik şok, sol bud sümüyünün açıq sınığı, sol dizaltı arteriyasının zədələnməsi”nə görə həlak olması göstərilmiş və onun ölümü hərbi xidmət borcunu yerinə yetirilməsi ilə əlaqədar olduğu qeyd edilmişdir. Həmçinin N nömrəli hərbi hissənin xx.xx.2012-ci il tarixli Forma 21/BP nömrəli bildirişin kötüyündə O.M.Hüseynovun ölümü xidmət vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar olması göstərilmişdir. N nömrəli hərbi hissənin döyüş şəraitində olubolmamasına aydınlıq gətirilməsi məqsədilə Xidmətin Ağdas rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrinə göndərilmiş sorğuya N nömrəli hərbi hissənin xx.xx.2012-ci il tarixli 1619 nömrəli cavab məktubunda N saylı hərbi hissə döyüş şəraitində olan hərbi hissə olmadığı qeyd edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 1.1. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Quru qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş təlimatının (briqada)” 8.2-ci bəndinə əsasən döyüş təminatı – briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədilə keçirilən kompleks tədbirlərdir. Döyüş təminatı növlərinə aiddir: kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji) təminatı. İş materialları ilə müəyyən olunur ki, X2 N saylı hərbi hissədə xidmət keçən zaman xx.xx.2012-ci İİ tarixdə “travmatik şok, sol bud sümüyünün açıq sınığı, sol dizaltı arteriyasının zədələnməsi” səbəbi ilə həlak olmuşdur. Həmçinin N nömrəli hərbi hissənin döyüş şəraitində olan hərbi hissə olmamışdır. Yuxarıda qeyd olunan normaların şərtlərinə görə şəhid statusunun əldə edilməsini qanunverici aşağıdakı halların mövcudluğu ilə şərtləndirmişdir: şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olması; şəxsin hərbi əməliyyatla əlaqədar itkin düşməsi; şəxsin qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilməsi. İş üzrə X1 münasibətdə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu təsdiq edilməməklə yanaşı, onun hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olması sübuta yetmir. Onun xx.xx.2012-ci İİ tarixdə “travmatik şok, sol bud sümüyünün açıq sınığı, sol dizaltı arteriyasının zədələnməsi” nəticəsində ölməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada “Şəhid” statusunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların, xidməti vəzifələrinin icrası zamanı məhz “həlak” olması faktı müəyyən olunmalıdır. Bu baxımdan məhkəmə cavabdeh izibati orqanın imtinasını qanuni və əsaslı, iddianı isə əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə Qərara aldı: İddiaçı1 və Nümayəndə Hüseyn oğlu cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli 01 saylı qərarının ləğv edilməsi və xx.xx.2011-ci il tarixli müddətli həqiqi xidmətə çağırılmış və N saylı hərbi hissədə xidmət keçən zaman xx.xx.2012-ci il tarixdə həlak olmuş iddiaçıların oğlu X6 şəhid, iddiaçılara şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-3634/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-3634/2025
02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver