Məhkəmə qərarları › İş №e-2-1(116)-3737/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-3737/2025

09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-3737/2025 09.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçının vəkili Vəkil iştiraki ilə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2023cü il tarixindən Yevlax şəhər Mətbəəsində işlədiyi 1980-2002-ci illər müddətində zərərli iş sahəsində işlədiyindən pensiya yaşının həmin tarixdən çatmasını nəzərə alaraq xx.xx.2023-cü il tarixindən zərərli iş şəraiti zəmnində iddiaçının pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən “İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Mingəçevir şəhər Çınqıl-Beton zavodunda işləmişdir. (iş stajı 2 ay 18 gün) xx.xx.1979-ci il dən xx.xx.1980-ci tarixədək Mingəçevir şəhər Çınqıl-Beton zavodunda ələkçi işləmişdir (güzəştli iş stajı 1 il 2 ay 10 gün) xx.xx.1980-xx.xx.1982-ci il tarixədək Sovet ordu sıralarında xidmət etmişdir. ( iş stajı 2 il) xx.xx.1982-cu ildən xx.xx.1995-ci il tarixədək Mingəçevir şəhər Çınqıl-Beton zavodunda ekskavator maşinisti vəzifəsində işləmişdir.( güzəştli iş stajı 12 il 5 ay 11 gün) xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək yükləmə sahəsində rəis vəzifəsində işləmişdir. (iş stajı 8 il 1 ay 12 gün) xx.xx.2009-cu ildən xx.xx.2013-cü il tarixədək "xxxx" ASC-nin Qranit Emalı müəssisəsinə ambardar vəzifəsində işləmiş, (iş stajı 4 il 1 ay 2 gün) xx.xx.2013-cü ildən xx.xx.2014-cü il tarixədək Sənaye Tikinti İstehsal İdarəsi Mingəçevir Dəmir X2 sexinə 5-ci dərəcəli qazanxana operatoru vəzifəsində işləmişdir. (güzəştli iş stajı 5 ay 5 gün) xx.xx.2014-cü ildən xx.xx.2015-ci il tarixədək X5 İdarəsinin Yevlax sahəsində 5-ci dərəcəli traktorcu işləmişdir.(iş staşı 7 ay 11 gün) xx.xx.2017-ci ildən Azərbaycan İstilik Elektrik Stansiyasında yanacaq nəqliyyat sexin lokomotiv heyətində teplovoz maşinsti vəzifəsində hal-hazıradək işləyir. (güzəştli iş stajı 8 il 4 ay) Beləliklə müvəkkilimin ümumi iş stajı 35 il 5 ay, güzəştli şərtlərlə iş stajı isə 12 il 6 aydan artıq təşkil edir. İddiaçının ümumi iş stajı eləcədə güzəştli şərtlərlə pensiya almaq hüquq əldə etdiyində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciət etmişdir, lakin cavabdeh 30.037.2025-ci il tarixli 3-17-1\2-H-179399\2025 saylı məktubla həmin pensiyanın təyin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, Az.Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində ( 21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifəsi nəzərdə tutulmuşdur. Lakin "xxxx" ASC "xxxx" MMC-nin yanacaq nəqliyyat sexinin “lokomotiv briqadasında” teplovoz maşinisti köməkçisi vəzifəsində işləməsinə dair fəaliyyət sahəsi yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli şərtlərlə iş stajı yoxdur. Cavabdeh güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajını düzgün dəyərləndirməmiş və əsassız olaraq pensiya təyin etməkdən imtina etmişdir. Beləki, siyahıda (21) ardıcıllıqla dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadaları qeyd edilməklə müəyyən edilmişdir ki, həmin sahədə teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri fəaliyyət göstərir və cavabdehin “lokomotiv briqadasında” teplovoz maşinisti köməkçisi vəzifəsində işləməsinin dəmiryol nəqliyyatı sahəsinə aid olmaması qənaəti məntiqsiz və absurddur. Beləki, nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları Azərbaycan Respublikasının vahid dəmiryolları sistemin tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. Oxşar işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-578/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarında da həmin hüquqimövqedən çıxış edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, istinad olunan dəyişikliklərdən sonra iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır: 1. bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 ilazaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalıəmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 2) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İddiaçının xüsusi (12 il 6 ay) iş stajı xx.xx.2006-cı ilədək, ümumi (25 il) iş stajı isə xx.xx.2006-cı ildən sonrakı müddətdə tamamlanmışdır. Əmək kitabşasından da görünür ki, iddiaçının işlədiyi Mingəçevir şəhər Çınqıl-Beton zavodunda ələkçi, ekskavator maşinisti daha sonar Azərbaycan İstilik Elektrik Stansiyasında yanacaq nəqliyyat sexində lokomotiv heyətində teplovoz maşinsti vəzifəsində hal-hazıradək işləməsi zərərli iş şəraitində işləməsinə dəlalət edir. Güzəştli arayışlar cavabdehə təqdim edilmişdir. İddiaçının işlədiyi müəssisələr bilavasitə işçinin işlədyi sahənin iş xarakterinə, vəsifə funksiyalarına, görülən işlərin Az.Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təstiq edilmiş siyahısı”nda nəzərdə tutulan hansısahəyə və koda uyğun olması, iş şəraiti iş yerinn arayışının tərtib edilməsinə məsuliyyət daşıyır. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Bu təminat hüququ konstitusion hüquqdur və dövlət qurumları və xüsusən də cavabdeh tərəfindən təmin edilməlidir. Arayışın natamam tərtib edilməsi və ya təqdim edilməməsi pensiya təyin edilməsindən imtina olunmasına hüquqi əsas ola bilməz, çünki Qanunda belə imperativ tələb yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-2ci maddəsinə Ərizəni imzalayan şəxs haqqında məlumat: əsasən əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Belə olan halda cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulması zərurəti vardır. İddiaçı xx.xx.1962-cı il təvəllüdlü olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2022-ci ildən etibarən yaranır və həmin tərixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.”. Cavabdeh orqantərəfindən məhkəmyə təqdim olunmuş iddiaya etirazda bildirilmişdir ki, “iddiaçının xx.xx.2025-ci il tarixli güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizəsinə cavab olaraq, cavabdeh orqan imtina məktubunda bildirmişdir ki, güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün şəxsin azı 12 il 6 ay güzəştli iş stajı olmalıdır, iddiaçının isə ümumiyyətlə güzəştli iş stajı yoxdur. İlk növbədə, “Mingəçevir" ATSC tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli, 001 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.2003-cü illər ərzində həmin müəssisədə ələkçi, ekskavator maşinisti, fəhlə, hidroyükləyici, yükləmə sahəsi rəisi vəzifələrində çalışmışdır. Arayışda göstərilir ki, həmin müəssisədə işlədiyi vəzifə üzrə sosial sığorta stajı 23 il 5 ay 9 gün təşkil edir. Bundan başqa, “Azərenerji" ASC-nin xx.xx.2025-ci il tarixli, 07-107 nömrəli arayışından aydın olur ki, iddiaçı xx.xx.2017-ci ildən bu günədək həmin müəssisənin Yanacaq-nəqliyyat sexinin "lokomotiv heyəti"ndə teplovoz maşinisti vəzifəsində çalışır. Arayışa əsasən adı çəkilən müəssisədə iş stajı 8 il 4 ay təşkil edir. İddiaçının xx.xx.1979-01,06.2003-cü illər aralığında və xx.xx.2017-ci il tarixindən bugünədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ıl tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıdakı vəzifələrə uyğun olmaması səbəbindən həmin dövrlər cavabdeh orqan tərəfindən mübahisələndirilmişdir, yekun mübahisələndirilməyən güzəştli iş stajı isə yoxdur. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Şəki inzibati Məhkəməsinə müraciət etmişdir. “Mingəçevir” ATSC tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli, 001 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.2003-cü illər ərzində həmin müəssisədə ələkçi, ekskavator maşinisti, fəhlə, hidroyükləyioi, yükləmə sahəsi rəisi vəzifələrində çalışmışdır. Lakin təqdim olunan arayışda bu vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıdakı peşə və vəzifələrə uyğunluğu, onların hansı sahəyə və koda aid olduçu göstərilməmişdir. Hətta, arayışda beş ferqli vezifə sadalansa da, arayışın sonunda yalnız bir peşənin (adı qeyd olunmadan) Siyahının 35-ci bölməsinə uyğun olduğu göstərilmiş, lakin nə vəzifənin adı, nə de kodu dəqiqləşdirilməmişdir. Bu səbəbdən də həmin dövr güzəştli iş stajı kimi qəbul edilə bilməz. Əlavə olaraq, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 07-107 nömrəli arayışından aydın olur ki, iddiaçı xx.xx.2017-ci ildən bu günədək həmin müəssisənin Yanacaq-nəqliyyat sexinin “lokomotiv heyəti"ndə teplovoz maşinisti vəzifəsində çalışır. Lakin bu vəzifə qeyd olunan Siyahının “Nəqliyyat" bölməsinə aid olsa da, iddiaçının çalışdığı müəssisənin fəaliyyət sahəsi faktiki olaraq nəqliyyat sahəsinə aid edilmədiyindən, həmin dövr də güzəştli iş stajı kimi tanınmamışdır. İddiaçı xx.xx.2013-cü ildən 07.04 2014-cü il tarixinədək Sənaye Tikinti istehsal İdarəsi Mingəçevir Dəmir X2 sexində qazanxana operatoru vəzifəsində işlədiyi dövrləri də güzəşli iş stajına saymağı tələb edir, lakin bununla bağlı nə hansısa arayışda qeyd olduğundan nə də bununla bağlı hər hansı bir arayış təqdim olunmadığından həmin dövr güzəştli iş stajına sayıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısrnın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri nəzərdə tutulmuşdur. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-669/2024 nömrəli qərarında bildirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. Ali Məhkəmənin müxtəlif işlər üzrə mövqeyindən də aydın olduğu kimi formal şəkildə vəzifə uyğunlaşdırılması qəbul edilməzdir. Cavabdeh orqan inzibati icraat zamanı araşdırmanı apararaq aşkar etmişdir ki, iddiaçının işlədiyi vəzifə arayışda istinad edilən vəzifə ilə eynilik təşkil etmir.”. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: • Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu; • Mingəçevir “Qum-Çınqıl” ATSC Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən çalışmasına dair Arayışın surəti. • xx.xx.2025-ci il tarixli İşin Xarakteri haqqında arayışın surəti. • Şəxsin Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışı. • 108 nömrəli Əmək şəraiti üzrə yerinin attestasiya xəritəsinin surəti • İddiaçıya məxsus ИT ******* nömrəli əmək kitabçasının surəti; • 18 İddiaçıya məxsus HЗ ******* nömrəli hərbi biletin surəti. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 32.1.Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra –fərdi uçot) məlumatlarına əsasən; 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən verilən forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayışa əsasən. İşəgötürənin fəaliyyət göstərməməsi səbəbindən həmin arayış təqdim oluna bilmədikdə isə şəxsin işlədiyi sahə, peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilənlərlə eynilik təşkil etdikdə MEİS-in “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə əmək kitabçasında olan qeydə, bu qeydin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda isə Dövlət arxivinin arayışına əsasən. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

Əsaslandırma hissə:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, mahiyyət etibarilə də əsassızdır. İlk növbədə qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:

1. iddiaçı tələb olunan yaş həddinə çatmalıdır.

2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır.

3. ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İşin mübahisəli halı iddiaçının xx.xx.1979-01,06.2003-cü illər aralığında və xx.xx.2017-ci il tarixindən bugünədək işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ıl tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıdakı vəzifələrə uyğun olmaması ilə bağlıdır. Məhkəmədə müəyyən edilən hallardan görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.2003-cü illər ərzində Mingəçevir Qum-Çınqıl ATSC-də ələkçi, ekskavator maşinisti, fəhlə, hidroyükləyici, yükləmə sahəsi rəisi vəzifələrində işləmişdir (Mingəçevir" ATSC-nin xx.xx.2025-ci il tarixli, 001 nömrəli arayışı). Arayışda həmin müəssisədə işlədiyi vəzifə üzrə sosial sığorta stajı 23 il 5 ay 9 gün, həmçinin peşənin (hansı peşə dəqiq göstərilməyib) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarının 35-ci maddəsinin kodu ilə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eyni olması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsi “Ümumi peşələr”ə aiddir. Həmin bölmədə arayışda göstərilən “ələkçi”, “ekskavator maşinisti”, “fəhlə”, “hidroyükləyici”, “yükləmə sahəsi rəisi” vəzifələri ümumiyyətlə qeyd edilməmişdir. Bununla yanaşı iddiaçı xx.xx.2013-cü ildən 07.04 2014-cü il tarixinədək Sənaye Tikinti istehsal İdarəsi Mingəçevir Dəmir X2 sexində qazanxana operatoru vəzifəsində işlədiyi dövrləri də güzəşli iş stajına saymağı tələb etsədə, bununla bağlı heç bir arayış təqdim etməmişdir. Təsadüfi deyil ki, Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-669/2024 nömrəli qərarında qeyd edilmişdir ki, “23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkıinzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinişərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.25. İş materialları ilə müəyyən olunur ki, hazırkı işdə iddiaçının hüquqi marağı onaxx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.26. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməsibarədə qərarını dəyişdirilmədən saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının fəaliyyət göstərdiyi müəssisənin xarakterinə əsasən, onun qeyd edilən vəzifələrdə həyata keçirdiyi fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahıya əsasən 2110A010 kodunda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Kimya istehsalatı bölməsinin 8.3.1ª bəndində nəzərdə tutulmuşdur.27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həmin nəticəyəgələrkən işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir.28. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyimövqeyə uyğun olaraq ilk öncə qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.29. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. 30. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə,məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.”. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyiə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. İddiaçının təqdim etdiyi zərərli əmək şəraitində işlədiyi ilə bağlı arayışlarla onun peşəsini dəqiq müəyyən etmək mümkün deyil. Yəni hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən təqdim edilmiş güzəştli arayışlarda iddiaçının işlədiyi “ələkçi”, “ekskavator maşinisti”, “fəhlə”, “hidroyükləyici”, “yükləmə sahəsi rəisi” vəzifələrinin xüsusatları göstərilməmiş, ümumiyyətlə iddiaçının iddia olunan zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu barədə məlumat qeyd olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının güzəştli iş stajı yetərli olmadığından cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

Nəticəvi hissə: Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixindən Yevlax şəhər Mətbəəsində işlədiyi 1980- 2002-ci illər müddətində zərərli iş sahəsində işlədiyindən pensiya yaşının həmin tarixdən çatmasını nəzərə alaraq xx.xx.2023-cü il tarixindən zərərli iş şəraiti zəmnində iddiaçının pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar