Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-3998/2025 05.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş idarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Qağayı” mənzil tikinti kooperativi cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin Öhdəliklərin idarə edilməsi Baş İdarəsinə, Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş idarəsinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qarşı " Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı “Qağayı” Mənzil Tikinti Kooperarivinə hesablanmış və tutulmamış 4.137 manat məbləğində vergi borcunun silinməsi” barədə iddia tələbinə və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlərə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı “Qağayı” Mənzil Tikinti Kooperarivinə hesablanmış və tutulmamış 4.137 manat məbləğində vergi borcunun ümidsiz borc hesab edərək iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir” Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, məsələ ilə bağlı qeyd edirəm ki, şəxsi vərəqəsinə icarə haqları üzrə işlənməsi bizim tərəfimizdən deyil Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılır. Düzdür vergi dairəsi 11 saylı Vergi İdarəsinin uçotunda olan vergi dairəsidir. Lakin icarəyə götürülən torpaq sahəsi Bakıda olduğuna görə həmin torpaq sahəsi barədə məlumat İcra Hakimiyyəti tərəfindən verilib Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə. Digər tərəfdən qeyd edirəm ki, vergi ödəyicisi 9 oktyabr tarixində həmin qeyd edilən məbləği təmamilə ödəmişdir. Hal-hazırda mübahisəli bor artıq iddiaçı tərəfindən ödənilmişdir. Hətta artıq bu günki tarixə onun artıq ödəməsi yaranmışdır. Əvvəlki ödənişlər hesablanaraq artıq ödəmə olmuşdur. Hesab edirəmki artıq mübahisələndirmə predmeti yoxdur. Ödəmə isə iddia ərizəsi verildikdən sonra baş tutmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, borcun silinməsi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tələb olunsa da, Dövlət Vergi Xidmətinin digər idarələrinin iş üzrə cavabdeh qismində göstərilməsi əsaslandırılmamışdır. İş materiallarından görünür ki, iddiaçın hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı – Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı “Qağayı” Mənzil Tikinti Kooperarivinə hesablanmış və tutulmamış 4.137 manat məbləğində vergi borcunun ümidsiz borc hesab edərək iddiaçının şəxsi hesab vərəqəsindən silinməsinə nail olmaq olsa da məhəkəmə icraatı zamanı sözügedən borc məbləği iddiaçı tərəfindən ödənildiyindən (şəxsi hesab vərəqində xx.xx.2025-ci il tarixdə) işin mahiyyəti üzrə mübahisə aradan qalxmışdır. Odur ki, cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbi mövcud olmadığından iddia mümkün sayıla bilməz. Azərbacan Respublikası İnzibati Prossesual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 35.3-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: İddia mümkün hesab olunmur. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-3998/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-3998/2025
05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver