Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-4311/2025 23.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Jalə Rahim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF Publik hüquqi şəxsin Sosial Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2025-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən, “X5 xx.xx.1983-xx.xx.1985-ci illərdə Sovet Ordu sıralarında hərbi xidmət keçmişdir. (iş stajı 2 il ) xx.xx.1986-cu il tarixdən xx.xx.1987-ci ilədək Başqır MSSR RAİB-nin Yeremeyev kolxozunda kolxozçu işləmişdir. (iş stajı 1 il 7 ay 11 gün). xx.xx.1987–ci ildən xx.xx.1988-cü ilədək 91 saylı elektro mexaniki sexdə sürüçü işləmişdir. ( iş stajı 4 ay 2 gün ) xx.xx.1988-ci ildə Azərbaycan DRES-nin mərkəzləşdirilmiş təmir sexində qazanxana avadanlıqlarının təmiri üzrə çilingər qəbul edilmiş, xx.xx.1988-ci ildə yanacaq nəqliyyat sexinə nasos qurğularının maşinisti vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildən həmin sexdə qatar tərtibçisi vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildən avadanlıqların komplektləşdirilməsi bölməsinə takelajçı vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı ildən təmir tikinti sahəsinə bənnaçı vəzifəsinə keçirilmiş, xx.xx.1990-cu ildə yanacaq nəqliyyat sexinə qatar tərtibçisi vəzifəsinə keşirilmiş, xx.xx.1992-ci ildə yanacaq nəqliyyat sexinə teplovoz maşinisti vəzifəsinə keşirilmiş və xx.xx.2016-cı il tarixə işdən azad edilmişdir. (Ümumi iş stajı 26 il 3 ay 18 gün, güzəştli şərtlərlə iş stajı 22 il 4 ay 05 gün ) xx.xx.2021 -ci il tarixdən N saylı hərbi hissədə hərbiləşdirilmiş mühafizə bölməsində mühafizəçi işləyir. ( iş stajı 3 il 11 ay 25 gün) Beləliklə iddiaçının ümumi iş stajı 30 il 1 ay 28 gün , güzəştli şərtlərlə iş stajı isə 22 il 4 ay 5 gün təşkil edir. İddiaçinin ümumi iş stajı eləcədə güzəştli şərtlərlə pensiya almaq hüquq əldə etdiyində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciət etmişdir, lakin cavabdeh xx.xx.2023- cü il tarixli 3-17-1\2-H- 53683\2023 saylı məktubla həmin pensiyanın təyin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, Az.Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifəsi nəzərdə tutulmuşdur. Lakin "xxxx" ASC "xxxx" MMC-nin yanacaq nəqliyyat sexinin “lokomotiv briqadasında” teplovoz maşinisti köməkçisi vəzifəsində işləməsinə dair fəaliyyət sahəsi yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli şərtlərlə iş stajı yoxdur. Cavabdeh güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajını düzgün dəyərləndirməmiş və əsassız olaraq pensiya təyin etməkdən imtina etmişdir. Beləki, siyahıda (21) ardıcıllıqla dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadaları qeyd edilməklə müəyyən edilmişdir ki, həmin sahədə teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri fəaliyyət göstərir və cavabdehin “lokomotiv briqadasında” teplovoz maşinisti köməkçisi vəzifəsində işləməsinin dəmiryol nəqliyyatı sahəsinə aid olmaması qənaəti məntiqsiz və absurddur. Beləki, nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları Azərbaycan Respublikasının vahid dəmiryolları sistemin tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. Oxşar işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 578/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarında da həmin hüquqimövqedən çıxış edilmişdir. İddia müddətin buraxıldığı əsası ilə cavabdehə təkrarən xx.xx.2025-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasına dair ərizə və tələb olunan sənədlərin əsli göndərilmişdir. Lakin Cavabdeh müəyyən edilməiş müddət ərzində cavab verməmişdir. İPM-nin 39.1. İnzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Göründüyü kimi, cavabdehə müraciətlə bağlı 35 gündan artıq müddət keçmiş və cavab alınmamışdır. Belə olan halda cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulması zərurəti vardır. İddiaçı X5 xx.xx.1965-cı il təvəllüdlü olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2025-ci ildən etibarən yaranır və həmin tərixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinin tələblərinə görə inzbati orqanın üzərinə inzibatiaktın qəbuledilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddiaların (məcburetmə haqqında) baxılması İnzibati məhkəmələrə aiddir. Həmin məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.”. Cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, “iddiaçı A.X4 ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsim xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filial tərəfindən xx.xx.2025-ci il tarixli 3-1-1/2-12345/2025 nömrəli məktubla cavablandırılmış və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1965-ci il tarixində doğulmuş, beləliklə də xx.xx.2025-ci il tarixində 60 yaşı tamam olmuşdur. İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsi təşkil etmişdir. Həmin maddənin xx.xx.2025-ci il tarixində qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: Axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə görə 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 ıl sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan normaların müddəaları baxımından İddiaçı xx.xx.2025-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu:
1. İddiaçının 60 yaşı tamam olmalıdır (yaş tələbi);
2. İddiaçı iş stajının ən azı 12 il 6 ay müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli ış stajı tələbi);
3. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərt təmin olunmadığı halda isə iddiaçı ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (pensiya kapitalı və ya ümumi iş stajı tələbi). İnzibati icraat materiallarından da göründüyü kimi iddiaçı yaş və ümumi staj tələbini ödəsə də. güzəştli staj ona münasibətdə mövcud olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın nəqliyyat bölməsində (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsi (21.4) və elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (4) fəhlələr bəndində (a) yanacaq ötürücülərinin maşinistləri qazanları mərkəzi istilik lövhələrindən idarə edən maşinistlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 4 dekabr 1987-cı ıl tarixli MT-İ Ns ******* nömrəli əmək kitabçasında və "xxxx" MMC-nin ona dair 16 sentyabr 2024-cü il tarixli 07170 nömrəli arayışında xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək arasındakı dövr ərzində onun nasos qurğusunun maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının işlədiyi nasos qurğusunun yuxarıda qeyd edilən yanacaq ötürücülərinə aid olubolmamasına dair hər hansı məlumat qeyd olunmamışdır. Eyni zamanda, sözügedən arayışda İddiaçı xx.xx.1989-cu il tarixindən xx.xx.1989-cu il tarixinədək və xx.xx.1990-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək arasındakı dövrlər ərzində yanacaq nəqliyyat sexində işlədiyi qatar tərtibatçısı və xx.xx.1996-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək həmin sexdə teplovoz maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi müəssisənin fəaliyyət sahəsi həmin arayışda istinad edilən nəqliyyat sahəsinə aid deyil. Göstərilən səbəblərdən də, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (1 ay 3 gün (xx.xx.1988-xx.xx.1988-ci il tarixləri arasındakı dövr)) təşkil edir. “Azəristilıktəchizat ASC-nin 13 iyun 2025-ci il tarixli 23-12/2-663/2025 nömrəli arayışında xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində gaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur Lakın ıddaçının sözügedən arayışda qaynaqçı vəzifəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmamağı barədə hər hansı bir məlumat göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bır növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası’nın 4.1.20-ci yarımbəndınə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hügugu verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, şəxsin zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ıl tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş. tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ış, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəa iyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatı Kollegiyasının 2- 1(102)-669/2024 nömrəli qərarında oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk öncə qeyd etmişdir ki. iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyim aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Bildiririk ki. “Əmək pensiyaları haqqında" Qanunun 31.2-2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət organından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Mövcud icraat materiallarına əsasən İddiaçı güzəştli iş stajı qanunvericiliklə tələb olunan 12 il 6 aydan az olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı da qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Deməli, Mərkəzi Filial düzgün hüquqi nəticəyə gəlmişdir. Müvafiq normanın butun dıspozsıya şərtlərinin hazırkı ış üzrə mövcud olub- olmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçib-seçmədiyi müəyyən olunmalıdır. Mərkəzi Filialın imtinasının hüquqi əsasını təşkil edən ‘Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş. güzəştli iş stajı və ümumi iş stajı tələbi ilə bağlı qeyd olunan üç şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə pensiya təyinatından imtina etməkdə haqlıdır.N Beləliklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün zəruri olan ümumi və güzəştli iş stajı tam şəkildə formalaşmadığına görə "Əmək pensiyaları haqqında Qanunun müddəaları əsasında ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün olmamışdır.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. İddiaçının vəkili xx.xx.2026-cı il tarixdə məhkəməyə elektron ərizə göndərərək məhkəmə iclasının iştrakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın nəqliyyat bölməsində (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsi (21.4) və elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (4) fəhlələr bəndində (a) yanacaq ötürücülərinin maşinistləri qazanları mərkəzi istilik lövhələrindən idarə edən maşinistlər vəzifələri nəzərdə tutulmuşdur. Vətəndaş təqdim etdiyi arayışda, həmçinin əmək kitabçasından 1988-1989cu ilə qədər nasos qurğularında maşinist vəzəfində işlədiyi qeyd edilib, həmən sözügedən arayışda iddiaçı Azay Əsləgərov işlədiyi nasos qurğuların qeyd edilən yanacaq kateqoriyasına aid olub-olmadığı aşkar edilmişdir. Eyni zamanda vətəndaş xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə. Eyni zamanda xx.xx.1990-cı ildən xx.xx.1996-cı ilə qədər yanacaq nəqliyyat sexində işlədiyi qatar tərtibatçısı vəzifəsi var, həmçinin 1996-2016-cı ilə qədər texlofoz vəzifəsi var. Həmin vəzifələr nəqliyyat sahəsinə aid olmadığı üçün biz həmin dövrü sığorta stajlına adi etməmişik. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. ИТ-İ seriyalı ******* nömrəli Əmək kitabçasının surəti;
2. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubu;
3. Şəxsin Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışları.
4. İddiaçıya məxsus HЗ seriyalı ******* nömrəli Hərbi biletin təsdiqlənmiş surəti.
5. 108 nömrəli Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi.
6. "xxxx" MMC-nin xx.xx.2025-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlərin surəti.
7. Cavabdehin xx.xx.2025-ci il tarixli etiraz məktubu və ona əlavə edilmiş sənədlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 32.1.Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: qatar tərtibçiləri. teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri.
24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı a) fəhlələr. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
Əsaslandırma hissə:
İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2025-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh imtinasının əsası kimi ona istinad etmişdir ki, İddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi güzəştli arayışda istinad edilən nəqliyyat sahəsinə aid olmadığından, onun güzəştli iş stajı 12 il 6 aydan az (1 ay 3 gün (xx.xx.1988-xx.xx.1988-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Məhkəmə aşağıdakılara görə cavabdehin imtinasını əsaslı hesab etmir. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Yuxarıda istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi iş stajını və güzəştli pensiya hüququ verən stajı həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanması. "xxxx" ASC nin “X3 Stansiyası” MMC-nin xx.xx.2026-ci il tarixli 13-9-100/2-200/2025 nömrəli məktubundan görünür ki, “İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü) xx.xx.1988-ci il tarixdə "xxxx"-nin Mərkəzi Təmir sexinə, Qazanxana sexi avadanlıqlarının təmiri üzrə 2-ci dərəcəli çilingəri vəzifəsinə işə qəbul edilmişdir. (Əmr 365/k, xx.xx.1988) xx.xx.1988-ci il tarixdə Yanacaq Nəqliyyat sexinə 2-ci dərəcəli nasos qurğuları maşinisti vəzifəsinə keçirilmişdir (Əmr 90/k, xx.xx.1988), 25.1 1.1988-ci il tarixdə həmin sexdə tutduğu vəzifədə 3-cü dərəcə verilmişdir. (Əmr 111/k, xx.xx.1988), xx.xx.1988-ci il tarixdən 19.01,1989-cu il tarixədək Yanacaq Nəqliyyat sexində nasos qurğuları maşinisti (hal-hazırda Yanacaq Nəqli üzrə (yəni ötürülməsi) üzrə maşinist adlandırılmışdır)vəzifəsində işləyərkən daxil olan yanacağın xassələrini və xüsusiyyətlərinə nəzarət etmək,mazut nasosxanasının avadanlıqlarına məzarət etmək, fırlanan müxanizmlərdə yastıqların qızmasına, titrəməsinin olub olmamasına, qızdırıcıların süzgəcələrinin işinə,çənlərdə mazutun səviyyəsinə və drenaj çəninə axıb gedən suların səviyyəsinə nəzarət etmək, bütün mazut ölçü cihazlarının avtomatika və siqnalizasiya sisteminin vəziyyətini yoxlamaq,mazut buxar boru kəmərinin, siyirtmələrinin vəziyyətini yoxlamaq,həmçinin flyans birləşmələrinin və kipgəclərinin ipliklərini yoxlamaq,mazut təsərrüfatının ərazisində iş yerlərinin və ərazinin işıqlandırılmasının vəziyyətinə nəzarət etmişdir. 19.01 1989-cu il tarixdə həmin sexdə 4-cü dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. (Əmr23/k, xx.xx.1989), xx.xx.1989-cu il tarixdə Avadanlıqların Komplektləşdirməsi şöbəsinə 4-cü dərəcəli takelajçı vəzifəsinə keçirilmişdir (Əmr 703/k, xx.xx.1989), xx.xx.1990-cı il Tarixdə Təmir Tikinti sahəsinə 4-cü dərəcəli bənna vəzifəsinə keçirilmişdir. (Əmr31/k, xx.xx.1990), xx.xx.1990-cı il tarixdə Yanacaq Nəqliyyat sexinə 4-cü dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir (Əmr 155/k, xx.xx.1990), 01,09.1992-ci il tarixdə həmin sexdə tutduğu vəzifədə 5-ci dərəcə verilmişdir. (Əmr 139/k, xx.xx.1992), xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək və xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Yanacaq Nəqliyyat sexində qatar tərtibatçısı vəzifəsində işləyərkən saxlanc başmaqlarının qurğusunu,ondan istifadə qaydalarını,yolda dayanan vaqonların (sisternaların möhkəmləndirilməsi normalarını və qaydalarını,yol çeviricinin çevirmə qaydalarını,yolun ixtisaslı yerləşdirilməsinə nəzarət etrmək,manevr işi aparılan əraziyə baxış keçirmək, yanğın əleyhinə və siqnala aid olan ləvazimatların mövcudluğuna,iş yerinin təmizliyinə diqqət yetirmək,manevrə aid olan tapşırığı və manevr işi aparılan rayonda yolun vəziyyətinə nəzarət etmək .vaqonların hərəkəti sahəsində mane olan yad əşyaların olub olmamasını yoxlamq və saxlanc başmaqların qoyulmasını təmin etmək,vaqonların düzgün verilib-verilməməsini,boşalmasını və bağlanmasını yoxlamaq,vaqonların bağlanmamışdan qabaq qoltuğunun düzgün vəziyyətdə olmasını və açdıqdan sonra qoltuğun vertikal vəziyyətdə buraxılmasım yoxlamaq,manevr hərəkəti üçün yol ayrıcının vaxtında hazır olmasına nəzatət etmək İşlərini yerinə yetirmişdir. xx.xx.1996-cı il tarixdə il tarixdə Yanacaq Nəqliyyat sexində 5-ci dərəcəli teplovoz maşinisti köməkçisi vəzifəsinə keçirilmişdir. (Əmr 137/k, xx.xx.1996). xx.xx.2016-cı il tarixdə onunla bağlanmış Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. (Əmr26/Ş, xx.xx.2016) xx.xx.1996-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Yanacaq Nəqliyyat sexində teplovoz maşinisti köməkçisi vəzifəsində işləyərkən dəmir yol qatarının təhlükəsiz hərəkətini təmin edən xəbərdarlıq nişanlarını ,dəmir yol qatarlarının,yüklərin boşaltma və yükləmə meydançalarının,yol ayrıclarının mövcudluğunu,teplovozun komstruksiyasına, onun istismarına və təmirinə rəhbərlik etmək ,teplovoza balxış keçirmək (yağına,suyuna,yanacağına və texniki vəziyyətinə) aparılmış əməliyyat haqqında qeydiyyatı, çatışmamazlıqları nəzərdən keçirmək və iş yerinin təmizliyinə nəzarət etmək,teplovoza onun mexanizm aqerqatlarma baxış keçirmək,mövcud olan alət və ləvazmatların siyahısını yoxlamaq,dəmir yolunda olan adamlara ,dəmir yolu göstəricilərinə və hərəkət qatarının yerləşdirilməsinin vəziyyətinə nəzarət etmək,teplovozun işində olan nasazlıqları aradan qaldırmaq,teplovozun təmirinə dair təlimatları və qaydaları müəyyənləşdirilmiş qaydada yerinə yetirmək işlərini görmüşdür. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində, Təhlükəlilik sinfi 3-4, toz, səs, havanın hərəkət sürəti, havanın hərarəti, nəmlik, İş yerində otaqlarda havanın temperaturu faktorları mövcud olmuşdur və iş şəraitinin ağır və zərərli olduğuna ğörə xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 12%, xx.xx.1989-cu il tarixdən tarixdən xx.xx.1989-cu İl tarixədək və xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2016-cı il tarixədək hər ay aylıq məvacibinin 08 % miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitinə görə Əmək Qanunvericiliyinə əsasən ona əlavə məzuniyyət günü verilmişdir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" -“Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (03 ay 15 gün təşkil edir) tutduğu nasos qurğuları maşinisti vəzifəsi (hal-hazırda yanacaq nəqli üzrə (ötürülməsi üzrə) maşinisti adlandırılmışdır), (vəzifə kodu 2140000al426l) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərəri ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatları,peşələrin,vəzifələrin vəstansiyaları,enerji qatarları,buxar və güc təsərrüfatı bölməsihin "a" bəndində yanacaq ötürücülərinin maşinistləri vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək (10 ay 16 gün təşkil edir) və xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək (05 il 08 ay,03 gün təşkil edir) işlədiyi qatar tərtibatçısı (vəzifə kodu 23001000-18726) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 21.4-cü “Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bölməsində qatar tərtibçiləri vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2016-cu il tarixədək (İş stajı 19 il 07 ay,05 gün təşkil edir) işlədiyi teplovoz maşinisti köməkçisi vəzifəsi (vəzifə kodu 23001000-16878) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı’’sının 21.4-cü “Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bölməsində teplovoz maşinisti köməkçiləri vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İddiaçı "xxxx" MMC-də ZlŞ-də iş stajı xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək- 03 ay 15 gün xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək- 10 ay 16 gün 09.11,1990-cı İl tarixdən xx.xx.1996-cı il tarixədək- 05 il 08 ay 03 gün xx.xx.1996-cı il tarixdən xx.xx.2016-cu il tarixədək-19 il 07 ay 05 gün Cəmi : 26 il 05 ay 09 gün təşkil edir.”. Sadalanan arayışların qanunsuzluğu ilə bağlı hər hansı şübhə olmadığından məhkəmə onları mötəbər sübut kimi qəbul edir. Qeyd olunmalıdır ki, anoloji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, “...əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər (H.X.Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)-641/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli; K.Q.Yusifov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)-1094/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli; Z.A.Ağayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)-171/2023 nömrəli, 12 yanvar 2023cü il tarixli və s.). İddiaçının icra etdiyi funksional vəzifələrin bir qisminin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr olması həm əmək kitabçası ilə həmdə yuixarıda qeyd olunan arayışlarla təsdiq olunur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:
1. iddiaçı tələb olunan yaş həddinə çatmalıdır.
2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan çoxdur. Cavabdehin dəlilinə münasibətdə məhkəmə həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-578/2022 nömrəli qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alınmasını zəruri hesab edir. Həmin Qərarda qeyd edilmişdir ki, “....Məhkəmə kollegiyası qeyd edir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir. 35. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. 36. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir...... 38. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən teplovozların maşinistləri və maşinist köməkçiləri anlamında qəbul edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında teplovoz maşinisti və maşinist köməkçisi işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. 39. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, təşkilatihüquqi və mülkiyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərin və maşinist köməkçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır.”. Beləliklə, iddiaçının 12 il 06 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2025-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə, Qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.