Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-4331/2025 26.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Niyazi oğlunun iştirakı ilə, İddiaçı X4 Cavabdehnə qarşı "bələdiyyə qərarının qismən ləğv edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I.İŞİN HALLARİ: İddiaçı X7 Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “X9 xx.xx.2004-cü il tarixli 112 saylı Sərəncamının qismən, yəni Ağdaş şəhər sakini X3 ayrılmış iaşə obyektləri tikintisi və yardımçı istirahət zonası ilə birlikdə cəmi 1088,5 kv.m torpaq sahəsinin ayrılmış 24 kv.m torpaq sahəsinə düşən hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 188 saylı Sərəncamı ilə onun istifadəsinə metal konstruksiyalı mağaza köşkü qoymaq üçün Ağdaş şəhər Azadlıq küçəsi 79 saylı binanın qarşısındakı bağın səki kənarı hissəsinə Z.Qəmbərov adına bulaqla eyni sırada mövcud olan metal konstruksiyalı ticarət köşkləri cərgəsinə 8m x 3m (24 kv.m) ölçüdə torpaq sahəsi ayrımışdır. Ayrılmış həmin torpaq sahəsi sentyabr 1997-ci il tarixdə aidiyyəti orqanların iştirakı ilə tərtib edilmiş Aktla ona təhvil verilmiş, torpaq sahəsinin sxematik planı təsdiq edilmişdir. Ağdaş Rayon Dövlər Arxivindən verilən xx.xx.2024-cü il tarixli 5-32-15/2-6/2024 saylı məktubla Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 188 saylı Sərəncamının ləğv olunmadığı hazırda qüvvədə olduğu öz təsdiqini tapmışdır. O, həmin vaxtdan ayrılmış torpaq sahəsində mağaza işlədirdi. Mağazanın Yanğın təhlükəsizlik sertifikatı da alınmışdır. O, həmin torpaq sahəsinə təyinatına uyğun olaraq reyestrdə qeydə alınıb çıxarış verilməsi, həmçinin orada əsaslı tikinti işləri aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Oradan xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublar ünvanlayaraq bildirdilər ki, həmin ərazinin bələdiyyə mülkiyyətinə aid boş ərazi olduğu üçün aidiyyəti üzrə bələdiyyəyə müraciət etməlidir. Bundan başqa xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti əməkdaşlarının, Ağdaş bələdiyyəsinin və memarın iştirakı ilə Akt tərtib edildi və həmin aktda göstərildi ki, sözügedən Sərəncamla ona ayrılmış torpaq sahəsində mövcud olmuş köşk 2010-cu ildə abadlıq işləri ilə əlaqdar oradan götürülmüş, baza məlumatlarına əsasən həmin ərazi bələdiyyə mülkiyyəti kimi elektron baza məlumatları əsasında xəritəyə işlənmişdir. Ona Ağdaş bələdiyyəsinə və Ağdaş Rayon İcra Hakimiyyətinə müraciət etməyi tövsiyyə edildi. O, həmin torpaq sahəsi ilə bağlı sənədləşmə işlərinin aparılması üçün Ağdaş Bələdiyyəsinə müraciət etdi. Ona məlum oldu ki, elektron baza məlumatlarında boş ərazi kimi qeyd edildiyi bildirilən torpaq sahəsi 1088 kv.m hissədə Ağdaş şəhər sakini X2 adına sənədləşdirilmişdir və ona ayrılmış 24 kv.m torpoaq sahəsi həmin 1088 kv.m torpaq sahsinin içərisində qalmışdır. Deməli Ağdaş bələdiyyəsi həmin ərazidə ona məxsus 24 kv.m torpaq sahəsi olduğunu bilə bilə həmin torpaq sahəsini başqa şəxsə vermişdir və bununla da onun həmin torpaq sahəsinə olan hüquqları xəbəri olmadan əlindən alınmışdır. Bu səbəbdən də müraciət etdiyi dövlət orqanlarından müraciətinə cavab olaraq bildirirlər ki, iddia etdiyi torpaq sahəsində tikinti işləri aparılması üçün icazə verilməsindən ötrü əvvəlcə həmin torpaq sahəsinə çıxarış almalıdır. O, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 188 saylı Sərəncamı ilə onun istifadəsinə metal konstruksiyalı mağaza köşkü qoymaq üçün Ağdaş şəhər Azadlıq küçəsi 79 saylı binanın qarşısındakı bağın səki kənarı hissəsinə Z.Qəmbərov adına bulaqla eyni sırada mövcud olan metal konstruksiyalı ticarət köşkləri cərgəsindən ayrılmış 8m x 3m (24 kv.m) ölçüdə torpaq sahəsinə hüquqmüəyyənedici sənəd verilməsini tələb etmişdir. Oradan ona imtina edilərək cavab verildi ki, həmin torpaq sahəsinə dair müvafiq sənədləri təqdim etməlidir. O, həm İcra başçısının Sərəncamını, sahənin ayrılması barədə Aktı, plan-çizgini, hətta bələdiyyə ilə aralarında bağlanmış və ləğv edilməmiş xx.xx.2000-ci il tarixli 28 nömrəli Müqaviləni təqdim etmiş və bildirmişdir ki, həmin ərazidə yerləşən 24 kv.m torpaq sahəsi onun istifadəsinə ayrılıb, hazırda həmin sahə bələdiyyə mülkiyyəti kimi baza məlumatlarına qeyd edilmişdir, lakin DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi oraya başqa şəxsin adına sənəd verildiyini bildirmişdir. Bundan sonra o Şəki İnzibati Məhkəməsinə müraciət edərək sözügedən torpaq sahəsinə adına sənəd verilməsinin DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə tapşırılmasını xahiş etmişdir. Uzun sürən məhkəmə araşdırmasından sonra Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)- 878/2025 saylı Qərardadı ilə iddiası mümkün hesab edilməmiş və ona həmin Qərardadla izahat verilmişdir ki, “İş üzrə təqdim edilmiş sənədlərdən belə müəyyən olunur ki, sözügedən ərazidə 1088 kv.metr ölçüdə torpaq sahəsi Ağdaş Bələdiyyəsinin 01 iyul 2004cü il tarixli 112 saylı qərarı ilə X3 ayırılmış, sonuncun mülkiyyət hüquqları **********42 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya izah olunur ki, hazırkı tələblə çıxış etməzdən əvvəl X2 rəsmi reyestrdə alınmış qeydə alınmış mülkiyyət hüquqlarının qeydiyyatı ayırıca icraatda mübahisələndirilməlidir”. O da məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etməli olmuşdur. Belə ki, Şəki İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(116)-878/2025 saylı işin gedişatı zamanı Məhkəmə sorğuları və mütəxəssis rəyi ilə onlara məlum olmuşdur ki, Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 188 saylı Sərəncamı ilə onun istifadəsinə ayrılmış 8m x 3m = 24 kv.m ölçüdə torpaq sahəsi ünvan 1 ünvanda yaşayan X3 X5 ilə satılmışdır. X3 ona ayrılmış torpaq sahəsi də daxil olmaqla X9 xx.xx.2004-cü il tarixli 112 saylı Sərəncamı ilə 15,0 m x 12,0 m =180,m ölçüdə iaşə obyektləri tikintisi üçün torpaq sahəsi daxil olmaqla yardımçı istirahət zonası ilə birlikdə cəmi 1088,5 kv.m ölşüdə torpaq sahəsi ayrılmış, ona ayrılan 24 kv.m torpaq sahəsi də qeyd edilən 1088,5 kv.m torpaq sahəsinə daxil edilmişdir. Bu da qanunsuzdur. Bu barədə Sərəncamın olması və sənədləşmə işlərinin aparılmasından onun məlumatı ancaq məhkəmə araşdırması zamanı olmuşdur. Bir daha bildirir ki, mübahisə predmeti olan torpaq sahəsi onun icarəsində idi və aylıq 1000 manat icarə haqqı ödəyirdi, torpaq sahəsi onun icarəsində ola-ola, müqavilə müddətinin bitməməsinə baxmayaraq həmin torpaq sahəsi sotu 3000 manat Çingiz Cəbrayılova satılıb, bu da qanunsuzdur. Cavabdeh orqan ya ona həmin torpaq sahəsinin əvəzinə torpaq sahəsi verməli, ya da kompensasiya ödəməli idi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. II. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Bənd 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bənd 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Bənd 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Bənd 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Bənd 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. Bənd 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. III. MƏHKƏMƏNİN MÖVQEYİ: Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 188 nömrəli sərəncamından görünür ki, iddiaçıya metal konstruksiyalı mağaza köşkü qoymaq üçün Ağdaş şəhər Azadlıq küçəsi 79 saylı binanın qarşısındakı bağın səki kənarı hissəsinə Z.Qəmbərov adına bulaqla eyni sırada mövcud olan metal konstruksiyalı ticarət köşkləri cərgəsinə 8m x 3m (24 kv.m) ölçüdə torpaq sahəsi ayrımışdır. İş materiallarında olan X9 xx.xx.2004-cü il tarixli sərəncamından görünür ki, 15,0 m x 12,0 m =180,m ölçüdə iaşə obyektləri tikintisi üçün torpaq sahəsi daxil olmaqla yardımçı istirahət zonası ilə birlikdə cəmi 1088,5 kv.m ölçüdə torpaq sahəsi X2 adına özəlləşdirilmişdir. İş materiallarında olan Ağdaş Bələdiyyəsi tərəfindən X6 ünvanlanmış 04 iyun 2024cü il tarixli 206 nömrəli və xx.xx.2024-cü il tarixli, 235 nömrəli məktublardan görünür ki, mübahisəli ərazinin X9 xx.xx.2004-cü il tarixli, 112 saylı sərəncamı ilə X2 adına özəlləşdirilərək sənədləşdirilməsi bildirilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi X9 xx.xx.2004-cü il tarixli 112 saylı sərəncamının ləğvi barədədir. Hazırki iddia “mübahisələndirmə haqqında” iddiadır. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Ləğv edilməsi tələb edilən inzibati akt xx.xx.2004-cü il tarixində qəbul edilmişdir. İş materiallarından və iddiaçının nümayəndəsinin izahatından görünür ki, mübahisələndirilən sərəncamla X3 1088,5 kv.metr torpaq sahəsi satılmışdır, hansıki tərkibinə Ağdaş Rayon İcra Hakimiyyətini başçısının xx.xx.1997-ci il tarixli 188 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 24 kv.metr torpaq sahəsi də daxil olmuşdur. İddiaçının nümayəndəsi bələdiyyənin sərəncamından geç məlumatlı olduqlarını bildirsə də, nəzərə alınmalıdır ki, iddiaçı həmin qərarla bağlı məlumat əldə etdikdən sonra da, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət ərzində sözügedən qərarı mübahisələndirməmişdir. Belə ki, yuxarıda qeyd edilən bələdiyyə tərəfindən iddiaçıya ünvanlanmış məktublarda hazırda mübahisələndirilən qərarın məzmunu ilə bağlı məlumatlar ətraflı qeyd edilmiş, yəni həmin mübahisəli torpağın X1 barədə məlumat verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, hər bir halda X9 xx.xx.2004-cü il tarixli 112 saylı sərəncamının mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük iddia müddəti heç bir üzürlü səbəb olmadan buraxılmışdır. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandığı halda hər bir halda maraqlı şəxsin hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X4 Cavabdehnə qarşı "X9 xx.xx.2004-cü il tarixli 112 saylı Sərəncamının qismən, yəni Ağdaş şəhər sakini X3 ayrılmış iaşə obyektləri tikintisi və yardımçı istirahət zonası ilə birlikdə cəmi 1088,5 kv.m torpaq sahəsinin ayrılmış 24 kv.m torpaq sahəsinə düşən hissədə ləğv edilməsi" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 5legiyasına apellyasiya şikayəti verilə bilər. X12 Əsədova.
Məhkəmə qərarları › İş №e-2-1(116)-4331/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-4331/2025
26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver