Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-4344/2025 02.03.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 və Reabilitasiya Agentliyinə qarşı “hərbi xidmətə yararsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin tərəfindən yaradılmış çağrışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarının ləğv edilməsinə, iddiaçının müddətli həqiqi hərbi xidmətə çağrılmağımla əlaqədar çağrışçı kimi müddətli həqiqi hərbi xidmətə yararlıq vəziyyətini dəqiq müəyyən etmək üçün tibbi göndərişin verilməsi vəzifəsinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağrış Şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi və Elmi-tədqiqt Ağ ciyər Xəstəlikləri İnstitutundan mənə aid xx.xx.2025-ci il tarixli, 2205 saylı “X12 Kartası”nın, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin tərəfindən çağrışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair barəmdə qəbul edilmiş qərarın və “Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağrışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən” Çıxarışın həmin Agentlikdən və ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağrış Şöbəsindən alınaraq işə əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixili məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə ilə müraciət edərək, “cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və hərbi xidmətə yararsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinən dəqiqləşdirmə etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclas protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “İddiaçı 22 fevral 1997-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Müddətli həqiqi hərbi xidmətə çağrışla əlaqədar 2015-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağrış İdarəsi tərəfindən verilmiş göndərişə əsasən hərbi xidmətə yararlıq vəziyyətimin müəyyən edilməsi üçün həkim müayinəsindən keçən zaman məndə ağ ciyər vərəminin olması aşkar edilmişdir. Mütəmadi müayinə və müalicələrə baxmayaraq həmin xəstəliyi sağalmamışdır. Cavabdeh inzibati orqan Mingəçevir şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağrış İdarəsi tərəfindən verilmiş göndərişə əsasən həkim komissiyası tərəfindən iddiaçıya “keçirilmiş sol ağ ciyər vərəmindən sonrakı böyük qalıq əlaməti – S 6,10 seqmentlərində fibroz bəzi ocaqlar sinusda plevral bitişmələr şəklində” diaqnozu qoyulmuşdur. Ona görə də cavabdeh inzibati orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağrış İdarəsi tərəfindən iddiaçıya 18 mart 2016-cı il tarixdə hərbi bilet verilmiş, hərbi biletin “X10 Məlumatlar” qrafasında (səhifə 15, bənd 25) xx.xx.2016-cı il tarixdə cavabdeh inzibati orqan Mingəçevir şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağrış Şöbəsinin Hərbi Həkim Komissiyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 2c maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı qərarına uyğun olaraq məndinc dövrdə hərbi xidmətə yararsız müharibə dövrü məhdud yararlı hesab edilmişdir. Təkrar müayinənin vaxtı 13 yanvar 2019-cu il müəyyən edilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mən 2 dəfə, yəni 21 may 2019-cu il tarixdə və 26 iyul 2022-ci il tarixdə cavabdeh inzibati orqan Mingəçevir şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsinin Hərbi Həkim Komissiyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 2c maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı qərarına uyğun olaraq iddiaçı dinc dövrdə hərbi xidmətə yararsız müharibə dövrü məhdud yararlı hesab edilmişdır və təkrar tibbi müayinə vaxtı 26 iyul 2025-ci il tarixə təyin edilmişdir. Təkrar həkim müayinəsindən keçən zaman yerli çağrış komissiyasının qərarı və Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssislərinin rəyinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız müharibə dövrü məhdud yararlı hesab edilsə də, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin qərarı və həmin qərara əsasən Mərkəzi Hərbi Həkim Komissiyası sədrinin müvafiq rəyi ilə həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. İddiaçı bütün bunlara aydınlıq gətirilməsini şöbədən xahiş edəndə onlar bildirilmişdir ki, “Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağrışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron infirmasiya sistemindən” Çıxarışa əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin (DTSERA) yekun rəyində iddiaçı hərbi xidmətə yararlı hesab edilmiş və buna görə də Mərkəzi Hərbi Həkim Komissiyası sədrinin yekun rəyi ilə iddiaçının müddətli həqiqi hərbi xidmətə yararlı olmağı müəyyən edilmişdir. “Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağrışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron infirmasiya sistemindən” Çıxarışın surətini tələb etsə də həmin sənəd iddiaçıya Səfərbərik və hərbi xidmətə Çağırış Xidmətinin Mingəçevir şəhər şöbəsindən, DTSERAdan və Səfərbərlik və Hərbi Xidmətə çağırış xidmətindən təqdim edilməmiş, xx.xx.2025-ci il tarixdə sonuncuya etdiyi müraciətə ( ərizədə arxiv arayışı kimi qeyd edilib) 15 gün ərzində cavab veriləcəyi bildirilib. Həmçinin şifahi olaraq həmin çıxarışın iddiaçıya verilməsinin mümkün olmadığı, məhkəmə tərəfindən tələb edilərsə məhkəməyə təqdim ediləcəyi bildirirlib. İddiaçı bildirir ki, 2016,2019,2022-ci illər ərzində dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı hesab edilməyinə əsas olan xəstəliyinin tam reablitasiya olmasını müəyyən etmək dinamik müşahidə aparılmadan mümkün deyil. Bundan sonra cavabdeh inzibati orqan Mingəçevir şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağrış idarəsi tərəfindən iddiaçının yaşadığı ünvanına çağriş vərəqəsi göndərilərək xx.xx.2025-ci il tarixdə saat 9:00-da hərbi xidmətə yola düşmək üçün idarəyə gəlməyi əmr edilmişdir. Göründüyü kimi iddiaçıda ağ ciyər vərəmi xəstəliyi aşkar edildiyindən 2019-cu ilin yanvar ayından yuxarıda göstərdiyi qanunvericiliyin tələbinə uyğun olaraq 26 iyul 2025ci il tarixdədək ildə bir dəfə həkim müayinəsindən keçmək şərti ilə 3 dəfə çağrışa möhlət hüququ verilmiş, keçən dövrdə iddiaçının xəstəliyi sağalmaq əvəzinə daha da ağırlaşmasına baxmayaraq heç bir əyani müayinə aparmadan DTSERA tərəfindən formal olaraq yəqin iddiaçı hər hansı dövlət müavinətinin təyin edilməməsi məqsədi ilə qanunsuz rəy qəbul etmiş, bununla da Konstitusiya və digər qanunvericilik aktları ilə iddiaçıya verilən imtiyazlardan, güzəştlərdən qəsdən məhrum etmişdir. Eləcə də Mərkəzi hərbi həkim komissiyasının sədri də DTSERA-nın qərarını müdafiə edərək iddiaçı qarşı eyni ədalətsizliyi nümayiş etdirmişdir. İddiaçı bildirir ki, o Azərbaycan vətəndaşı olaraq müddətli həqiqi hərbi xidmətdən boyun qaçırmır, ona görə iddiaçı də digər çağrışçılar kimi fiziki cəhətdən sağlam əsgər kimi Dövləti qarşısında borcunu yerinə yetirmək istəyir. Lakin yolxucu xəstəlik olan ağ ciyər xəstəliyinin daşıyıcısı olduğuna və bu yerli hərbi həkim komissiyasının və komissiya sədrinin müvafiq qərar və rəyləri ilə öz təsdiqini tapdığıan görə hesab edir ki, xidmət tərəfindən bu gün də həmin xəstəlikdən əziyyət çəkdiyi üçün sağlamlıq vəziyyətinə görə ona 3 il möhlət verilməlidir. İddiaçıya cavabdeh inzibati orqan tərəfindən təkrar tibbi göndəriş verilərsə və iddiaçı həmin göndərişə əsasən yenidən həkim müayinəsindən keçirilərsə bütün yuxarıda qeyd etdikləri bir daha öz təsdiqini tapar. Ona görə də iddiaçı cavabdeh inzibati orqana müraciət edərək iddiaçı göndərişin verilməsini xahiş etsə də, cavabdeh inzibati orqan cavabında iddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə müraciət etməyi tövsiyyə olunmuşdur. İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə müraciət edəndə ona bildirdilər ki, müddətli həqiqi hərbi xidmətə çağrılan çağrışçılar yalnız Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarı, şöbə və ya bölmələri tərəfindən verilmiş tibbi göndəriş əsasında müayinə olunurlar. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinin qərarı ləğv edilməli və iddiaçı çağrışçı kimi müddətli həqiqi hərbi xidmətə yararlığını dəqiq müəyyən etmək üçün həkim müayinəsindən keçirilməlidir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağrış İdarəsi həmin tibbi göndərişi verməkdən imtina etdiyi üçün iddiaçı məhkəməyə müraciət etmə məcburiyyətində qalmışdır.”. Cavabdeh3 iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: “İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X13nə qarşı tələbi ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023-cü il 6 sentyabr tarixli 2317 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq 01 iyul 2024-cü il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün onların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1. Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası) 2. Sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası) 3. Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası), 4. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası). Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə (bundan sonra – Əsasnamə) uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron qaydada formalaşdırılan və “Hərbihəkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilən göndəriş (forma 44) əsasında Agentlik tərəfindən həyata keçirilir. Bu məqsədlə Agentliyin nəzdində ən son müasir tibbi avadanlıqlarla təchiz edilmiş X9 (bundan sonra – Mərkəz) yaradılmışdır. Mərkəzdə çağırışçıların yekun tibbi müayinəsi ixtisaslaşmış peşəkar həkim-mütəxəssislər tərəfindən aparılır. Yekun tibbi müayinəyə dair qərarlar isə X3 tərəfindən qəbul edilir. Yekun tibbi müayinənin aparılması üçün SHXÇDX tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir, hansı vaxtda Mərkəzə yaxınlaşmalı olduğu və gəlməməsinin nəticələri barədə məlumat verilir. Çağırışçı təyin edilmiş müayinə günündə SHXÇDX-nin müvafiq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının nümayəndəsinin müşyiəti ilə Mərkəzə yaxınlaşır və avtomatlaşdırılmış qaydada aparılan növbə seçimi əsasında müvafiq (çağırışçının yararsızlığı barədə rəydə göstərilən xəstəlik üzrə) həkimə yönləndirilir. Həkim-mütəxəssis tərəfindən çağırışçının əyani və instrumental tibbi müayinəsi həyata keçirilir, laborator və əlavə diaqnostik müayinələrə zərurətin olub-olmadığı aydınlaşdırılır. Çağırışçının laborator və əlavə diaqnostik müayinələrinin aparılmasına zərurət olduğu müəyyən edilərsə, müvafiq tibbi müayinələrin həyata keçirilməsi üçün daxili göndəriş verilir. Mərkəzdə mövcud olmayan digər tibbi müayinə tələbləri üzrə göndəriş elektron formada tibb müəssislərinə göndərilir. Tibb müəssisələri tərəfindən tibbi müayinələrin aparılmasına dair göndəriş əsasında çağırışçının mümkün qısa vaxt ərzində növbədənkənar müayinəsi aparılır. Tibbi müayinələrin nəticəsində çağırışçıda göndərişdə (forma 44) öz əksini tapmayan yanaşı xəstəlik aşkar edilərsə, bununla bağlı həmin göndərişdə müvafiq dəyişiklik edilməklə, çağırışçı aşkarlanan xəstəliyə uyğun olaraq digər qəbul həkiminə yönləndirilir. Çağırışçıya dair tələb olunan müayinələrin nəticələri əldə olunduqdan sonra qəbul həkimi çağırışçının sağlamlıq vəziyyətinə dair elektron sənəd formasında müvafiq rəy formalaşdırır və elektron imzası ilə təsdiq edərək “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edir. Qəbul həkiminin rəyi altsistemə daxil edildikdən sonra çağırışçı barəsində yekun tibbi müayinənin həyata keçirilməsi üçün X1 biri altsistem tərəfindən avtomatlaşdırılmış qaydada seçilir. Seçilmiş müvafiq komissiya çağırışçının yekun tibbi müayinəsini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. Əsasnamənin 2.18-ci bəndinə uyğun olaraq barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən həyata keçirilir və müayinə nəticələri əsasında Tibbi Qiymətləndirmə Komissiyası tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir: • yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir; • yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. Qəbul edilən müvafiq qərar elektron sənəd formasında formalaşdırılır və Tibbi Qiymətləndirmə Komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla SHXÇDX-nin rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərarın qəbul edilməsi üçün “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilir. Bildiririk ki, İddiaçı (FİN: xxxxxxx) barəsində B90.9 XBT kodu, “Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin “C” bəndinin 1-ci qrafasının 2-ci maddəsi üzrə “C” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Bundan sonra iddiaçı yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün xx.xx.2025-ci il tarixində Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Onun müraciəti ilə əlaqədar aparılmış analizlər əsasında fərqli kateqoriya üzrə təsdiq barədə qərar qəbul edilmişdir. Çağırışçının statusu həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin MHHK rəyində qeyd edilmiş diaqnozdan Agentliyin rəylərində “Fərqli kateqoriya üzrə təsdiqlənir.” barədə qərarlar qəbul edilmişdir. DTSERA tərəfindən çağırışçının səhhətinə barəsində A-3 kateqoriyası uyğun olduğu barədə rəy verilərək, fərqli kateqoriya üzrə təsdiq barədə qərar qəbul edilmişdir.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu;
2. İddiaçıya məxsus SX0255798 seriya nömrəli həbi biletin surəti.
3. İddiaçıya məxsus AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti.
4. 1260 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktının surəti.
5. Cavabdehin etirazı və ona əlavə edilmiş sənədlər;
6. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-4344/2025 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6 xx.xx.2026-cı il tarixli məktubu və ona əlavə edilmiş K/391-2025 nömrəli ekspert rəyi.
Tətbiq edilən hüquq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları; Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Maddə 12.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. Maddə 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 12.2.2. zabitlərin həqiqi hərbi xidmətinə – müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər. Maddə 12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30dək çağırılırlar. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Maddə 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur. Maddə 12.4-1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi üçün çağırışçıların təyinatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi say bölgüsü üzrə və çağırışçıların sağlamlıq vəziyyəti, fiziki inkişafı və fərdi göstəriciləri nəzərə alınmaqla aparılır. Maddə 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. Maddə 14.2. Çağırışçı barəsində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası tərəfindən qəbul edilmiş qərar 3 gün ərzində onun elektron kabinetinə yerləşdirilir, bu mümkün olmadıqda isə digər vasitələrlə göndərilir. Maddə 14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. Maddə 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər. Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülür. Maddə 15.2. Bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Maddə 15.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2 – 15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1. ailə vəziyyətinə görə; 18.1.2. sağlamlıq vəziyyətinə görə; 18.1.3. təhsili davam etdirmək üçün; 18.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək); 18.1.5. deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar. Maddə 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Maddə 20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” 1.2. Hərbi-həkim ekspertizası dinc və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X4 Xidməti, Azərbaycan Respublikasının Strateji X7 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra —orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra —vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra —xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: c) ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi şəhadətləndirilməsinin, tibbi müayinəsinin (müalicəsinin) aparılmasına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən aparılan müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi istisna olmaqla), hərbi qeydiyyatda olan və ya sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət alan vətəndaşlar arasında müalicə-sağlamlıq tədbirlərinin keçirilməsinə nəzarət; 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. İİ. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsi 2.13. Çağırışaqədər yaş həddində olanların bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan müvafiq kateqoriyalar üzrə şəhadətləndirilməsi bu Əsasnamənin 2.14-cü bəndi nəzərə alınmaqla ilkin hərbi qeydiyyata alma komissiyası tərəfindən ilkin hərbi qeydiyyat prosesi yekunlaşdırıldıqdan sonra aparılır. Çağırışçılar bu Əsasnamənin 2.10-cu bəndində qeyd olunan tibbi müayinə nəticələrinə əsasən şəhadətləndirilərkən Hərbi həkim komissiyaları tərəfindən VEİS-də elektron sənəd formasında çağırışçı barəsində bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan müvafiq kateqoriyalar üzrə rəy formalaşdırılır və komissiya üzvlərinin elektron imzası ilə təsdiqlənməklə məlumatlar hər bir çağırışçının uçot kartına daxil edilir. Həmin rəy əsasında rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən VEİS-də elektron imza ilə təsdiqlənməklə, elektron sənəd formasında çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərar formalaşdırılır. Vətəndaşların və ya qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin) çağırışaqədər yaş həddində olanlar və çağırışçılar barəsində formalaşdırılan rəylər və çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərar barədə məlumatlandırılması bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. 2.17. Hərbi həkim komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə verilmiş rəylər nəzarət qaydasında baxılması üçün VEİS üzərindən Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilir. Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən həmin rəylərin tibbi, texniki tələblərə və qanunvericiliyə uyğunluğu elektron formada yoxlanılır. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyasının qəbul etdiyi rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqlənmədikdə və “B”, “C”, “Ç” və “D” kateqoriyalarından birinə dəyişdirilmədikdə “A” kateqoriyası üzrə rəy tərtib olunur və şəhadətləndirmə üzrə yekun qərarın verilməsi məqsədilə VEİS üzərindən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına göndərilir. 2.18. Barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin İİ-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 2.19. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.2–15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar Agentlik tərəfindən keçirilmiş yekun tibbi müayinə nəticələri əsasında qəbul edilir. İİ-1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması 2-1.2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin aparılması üçün tibbi müayinənin nəticələrinə dair sənədləri onların rəsmiləşdirildiyi gün altsistemə daxil edir. Agentlik çağırışçının yekun tibbi müayinəsini altsistemə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEİS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 2-1.7. Çağırışçının yekun tibbi müayinəsi Agentlikdə fəaliyyət göstərən X3 tərəfindən bu Əsasnamənin 2-1.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Agentlik tərəfindən bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən, MEİS-də elektron sənəd formasında formalaşdırılan və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunan müvafiq qərar və yekun tibbi müayinəyə dair digər sənədlər üzrə məlumatlar rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün onların rəsmiləşdirildiyi gün altsistemə daxil edilir. 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 2023-cü il tarixli 2317 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:
1. 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.
2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır; 2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla altı ay müddətində: 3.1. müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.2. bu Fərmanın 1-ci və 2-ci hissələrindən irəli gələn maliyyələşməni təmin etsin; 3.3. Agentliyin inzibati bina ilə təmin edilməsi üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Nazirlik: 4.1. 2024-cü il iyulun 1-dək altsistemin təkmilləşdirilməsini təmin etsin; 4.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Maddə 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Maddə 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Maddə 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. Maddə 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onlarıntəqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya prosesiştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradanqaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında,natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan vəbilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertlərivə digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Əsaslandırma hissə:
İddiaçının iddiası mübahisələndirmə və məcburetmə haqqında iddia (İPM-in 2.2.1ci, 2.2.2-ci, 32.1-ci 33.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının iddia müddətinə əməl etməsi və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı qanunla müəyyən olunmuş müddətdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və hərbi xidmətə yararsız hesab edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsindən ibarətdir. İşin hallarından müəyyən olunur ki, 22 fevral 1997-ci ildə Mingəçevir şəhərində anadan olmuş İddiaçı 2015-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağrış İdarəsi tərəfindən verilmiş göndərişə əsasən həkim komissiyası tərəfindən iddiaçıya “keçirilmiş sol ağ ciyər vərəmindən sonrakı böyük qalıq əlaməti – S 6,10 seqmentlərində fibroz bəzi ocaqlar sinusda plevral bitişmələr şəklində” diaqnozu qoyulmuş, Mingəçevir şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağrış Şöbəsinin Hərbi Həkim Komissiyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı qərarına uyğun olaraq dinc dövrdə hərbi xidmətə yararsız müharibə dövrü məhdud yararlı hesab edilmişdir. İddiaçı 13 yanvar 2019-cu və 26 iyul 2022-ci il tarixdə təkrar müəyyən edilmiş, dinc dövrdə hərbi xidmətə yararsız müharibə dövrü məhdud yararlı hesab edilmişdır və təkrar tibbi müayinə vaxtı 26 iyul 2025-ci il tarixə təyin edilmişdir. Təkrar müayinə zaman yerli çağrış komissiyasının qərarı və Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssislərinin rəyinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız müharibə dövrü məhdud yararlı hesab edilsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin qərarı və həmin qərara əsasən Mərkəzi Hərbi Həkim Komissiyası sədrinin müvafiq rəyi ilə həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Bundan sonra iddiaçı barəsində B90.9 XBT kodu, “Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin “C” bəndinin 1-ci qrafasının 2-ci maddəsi üzrə “C” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmış, yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün xx.xx.2025-ci il tarixində Agentliyin yönləndirilmişdir. İddiaçının müraciəti ilə əlaqədar aparılmış analizlər əsasında fərqli kateqoriya üzrə təsdiq barədə qərar qəbul edilmişdir. Çağırışçının statusu həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin MHHK rəyində qeyd edilmiş diaqnozdan Agentliyin rəylərində “Fərqli kateqoriya üzrə təsdiqlənir.” barədə qərarlar qəbul edilmişdir. Cavabdeh tərəfindən çağırışçının səhhətinə barəsində A-3 kateqoriyası uyğun olduğu barədə rəy verilərək, fərqli kateqoriya üzrə təsdiq barədə qərar qəbul edilmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023-cü il 6 sentyabr tarixli 2317 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq 01 iyul 2024-cü il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün onların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. 1. Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası) 2. Sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası) 3. Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası), 4. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası). Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron qaydada formalaşdırılan və “Hərbi həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilən göndəriş (forma 44) əsasında Agentlik tərəfindən həyata keçirilir. Yekun tibbi müayinəyə dair qərarlar isə X3 tərəfindən qəbul edilir. İddiaçı həmin qərarı qanunsuz hesab edərək onu mübahisələndirir. Bununla əlaqədar məhkəmə ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçı barəsində qəbul edilmiş qərarın qanuniliyini araşdırmağı zəruri hesab edir. İş üzrə müəyyən edilir ki, iddiaçı barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri” diaqnozu ilə Xəstəliklər Cədvəlinin “C” bəndinin 1-ci qrafasının 2-ci maddəsi üzrə “C” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) cavabdehə təqdim edilmişdir. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 2-ci maddəsində “Tənəffüs orqanlarının vərəmi (ağciyərin, bronxların, döş qəfəsidaxili limfa düyünlərinin, plevranın vərəmi)” aşağıdakı dərəclərə bölünmüşdür: a) aktiv, mikobakteriyaların ifrazı ilə və (və ya) ağciyər toxumasının dağılması ilə; b) aktiv, mikobakteriyaların ifrazı və ağciyər toxumasının dağılması olmadan; c) kliniki müalicə olunmuş; ç) müalicə olunmuş vərəmdən sonra kiçik qalıq əlamətləri; d) d) müalicədən sonra müvəqqəti funksional pozulmalar. Cavabdeh inzibati orqan iddiaçı barəsində “Keçiirlmiş ağciyər vərəmindən sonrakı kiçik qalıq əlamətləri plevral bitişmə şəklində” rəy verərək iddiaçıya 2-ci maddənin, ç bəndi üzrə A3 kateqoriyasına uyğun görülmüşdür. Belə ki, sözügedən maddənin açıqlamasına əsasən “ç” bəndinə aşağıdakılar aiddir:
1. kliniki müalicə olunmuş vərəm qrupunda müşahidə başa çatdıqdan və dispanser qeydiyyatından çıxarıldıqdan 3 il sonra tənəffüs orqanlarının keçirilmiş (o cümlədən spontan müalicə olunmuş) vərəminin kiçik qalıq dəyişiklikləri; az saylı (5-dən az) 1 sm-ə qədər ölçüdə ilkin vərəm kompleksinin komponentləri (Qon ocağı və kalsinasiya olunmuş limfa düyünləri); az saylı (5-dən az) 1 sm-ə qədər ölçüdə aydın görünən ocaqlar; məhdud, bir seqment çərçivəsində fibroz; seqmentin və ya payın rezeksiyasından sonrakı böyük dəyişikliklərin olmaması.
2. Plevral biopsiya ilə təsdiqlənə bilən və ya klinik radioloji və digər laboratoriya üsulları müəyyən edilən vərəm mənşəli plevrit halları, müalicəsi fəsadsız yekunlaşan və tənəffüs funksiyasının pozulmaması ilə müşayiət olunan proqressivləşməyən, radioloji olaraq minimal kostodiafraqmatik sinus bağlanması (minimal plevral qalınlaşma və keçirilmiş ekstudativ plevritin qalıq əlamətləri ilə) hərbi xidmətə yararlı hesab edilir. Bu maddənin “ç” bəndində göstərilən dəyişiklikləri olan və “Xəstəliklər cədvəli”nin İİİ qrafası ilə şəhadətləndirilən hərbi qulluqçuların qeyri-vərəm sanatoriyalarına göndərilməsi ümumi əsaslarla tibbi göstərişlər üzrə həyata keçirilir. Baxılan işdən göründüyü kimi iddiaçı barəsində Mərkəzi Hərbi Həkim Komissiyası və cavabdeh Agentlik tərəfindən iddiaçının hərbi xidmətə yaralığı ilə bağlı fərqli nəticələrə gəlinmişdir. Bunnla əlaqədar iş üzrə iş üzrə əldə edilmiş Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 xx.xx.2026-cı il tarixli K/391/2025 nömrəli rəyindən belə görünür ki, “1997-ci il təvəllüdlü İddiaçı Nərimarçı oğlunun komission məhkəmə-tibbi ekspertizasına, barəsində Mingəçevir şəhər prokurorluğunda və Şəki İnzibati Məhkəməsində araşdırması aparılan müvafiq olaraq 204/C-25 və e-2-1(116)-4344/2025 nömrəli iş materiallarında olan tibbi sənədlərdən çıxarışlardakı məlumatlara, MN Baş Klinik Hospitalın və MN Mərkəzi Hərbi Həkim Komissiyasının həkim-mütəxəssislərinin rəylərinə əsaslanaraq, ekspert komissiyası qarşıya qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlir: İddiaçı hazırda “Keçirilmiş ağciyər vərəmindən sonrakı kiçik qalıq əlamətləri (sağ ağ ciyərin yuxarı payında incə fibroz və sol kosta-diafraqmal sinusda plevral qalınlaşma şəklində)” diaqnozlu xəstəlikdən əziyyət çəkir və bu xəstəliklə o, “Xəstəliklər cədvəlinin" 2ç maddəsinin İ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında əsasnamə”yə qoşma) əsasən A-3 məhdudiyyətlə “hərbi xidmətə yararlıdır”. Tibbi sənədlərindən göründüyü kimi, bu xəstəlik ilk dəfə İddiaçı xx.xx.2015-ci il tarixdə SN “X2 lnstitutu”nda “Keçirilmiş sol ağ ciyərin vərəmindən sonrakı qalıq əlaməti- S6-10 seqmentində bərk ocaqlar və sinusda bitişmələr şəklində” kimi diaqnostika olunmuşdur. İddiaçı hərbi xidmətə çağırışla bağlı 01,10.2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Qiymətləndirmə Mərkəzində əyani şəkildə tibbi müayinədən keçirilərkən ona təyin olunmnuş “Keçirilmiş ağciyər vərəmindən sonrakı kiçik qalıq əlamətləri plevral bitişmə şəklində” diaqnozu düzgün olmuş, qüvvədə olan normativ- hüquqi aktların pozulmasına yol verilməmişdir. İddiaçı hərbi xidmətə çağırışla bağlı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək SN “X2 lnstitutu”nda tibbi müayinədən keçirilərkən ona təyin olunmuş “B90.9 Keçirilmiş sol ağ ciyərin vərəmindən sonrakı böyük qalıq əlaməti-S6 seqmentində fibroz və plevral bitişmə şəklində” diaqnozu ilə SHXÇDX-nin Mingəçevir şöbəsinin hərbi həkim komissiyası və həmin Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli"nin 2 “c” maddəsinin İ qrafasına və ƏTC-yə əsasən qəbul olunmuş “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı düzgün olmuşdur. Lakin, həmin diaqnoz SN “X2 lnstitutu”nda ümumən düzgün təyin edilsədə, vərəm xəstəliyinin qalıq əlamətləri radioloji müayinə zamanı həkim-radioloq tərəfindən düzgün qiymətləndrilməmişdir. Bu səbəbdən də SHXÇDX-nin Mingəçevir şöbəsinin hərbi həkim komissiyası və həmin Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı barəsində qəbul olunmuş “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı əsaslı hesab olunmur. İddiaçı xx.xx.2025-ci il tarixdə SN “X2 lnstitutu”nda “J42. Xroniki bronxit. Kəskinləşmə mərhələsi. J96.1. Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu. B90.9. Keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri’’ diaqnozu təyin olunsa da, diaqnozun “J42. Xroniki bronxit. Kəskinləşmə mərhələsi. J96.1. Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu" hissəsində göstərilən xəstəliyin, İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək SN “X2 lnstitutu”nda, xx.xx.2025ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Qiymətləndirmə Mərkəzində və xx.xx.2025-ci ildə MN Baş Klinik Hospitalın “ağ ciyər xəstəlikləri” şöbəsində tibbi müayinələrdən keçirilərkən aşkar olunmaması və keçən qısa müddət ərzində “Bronxit” xəstəliyinin xroniki formaya keçməsi və obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu ilə nəticələnməsi mümkün olmadığından, həmin diaqnoz əsaslı hesab edilmir.”. Məhkəmə təqdim edilmiş Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 rəyini mötəbər sübut hesab edərək qeyd edir ki, cavabdehin əsaslandığı dəlillər iş üzrə əldə edilmiş ekspert rəyi ilə də təsdiq olunur. Nəzərə alınmalıdır ki, hazırkı halda məhz iddiaçıya cavabdeh tərəfindən qoyulmuş diaqnozun düzgün olmaması sübuta yetrildiyi halda iddiaçı barəsində qəbul edilmiş qərarın ləğvinə əsas hesab oluna bilərdi. Hazırda isə belə bir halın mövcudluğu iş üzrə müəyyən edilmir. Odur ki, iddia əsasız olduğundan təmin edilə bilməz.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Qərara aldı:
İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və hərbi xidmətə yararsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev