Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-4836/2025 25.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X5, X3 və X1 Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxaırlma öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “üçüncü şəxslər X5, X3 və X1 Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxaırlma öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Qax rayonu İngiloy Kötüklü kəndində fərdi yaşayış evi iddiaçıya məxsusdur. Həmin evi iddiaçı 2024-cü il tarixdə notariat ofisində Alqı-satqı edərək almışdır. Alan zaman evdə qeydiyyatda olan X5 X3 və X2 daha sonra razılıqla qeydiyyatdan çıxarılacağını bildirilmişdir. Həmin vaxtdan bəri iddiaçıya məxsus evdə X5 X3 X4 qeydiyyatdadır. İddiaçı onları hazırda tapa bilməmişdir və bildiyi qədər Gürcüstan Respublikasına getmişdir. Bu iddiaçının mülkiyyət hüququnun pozulması üçün əsasdır. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət edilməlidir. İddiaçı,cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. Lakin tərəflər məhkəmə iclasında iştirak etməmiş və bununla bağlı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edimişdir. İş materiallarında olan məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13- 87/2-B-189xx/xx/2025 nömrəli məktubu;
2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış;
3. Qax RİHB-nin Əlibəyli KİƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 344 nömrəli arayışı;
Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə xx.xx.2026-ci il tarixinə məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən müəyyən olunur ki, hal-hazırda iddiaçının yaşadığı fərdi yaşayış evi Qax rayonu İngiloy-Kötüklü kəndində kəndində yerləşir və qeydiyyatdan çıxarılması tələb olunan şəxslər iddiaçı ilə birgə yaşamırlar. İş materiallarına əsasən müəyyən edilir ki, həmin fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2025-ci il tarixində qeydə alınmış, daşınmaz əmlakın ünvanı yeni qaydalarla ünvan 1lmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iddia üzrə tələb əslində iddiaçıya məxsus fərdi təsərrüfatın qeydə alındığı ev təsərrüfatlarının uçotu kitabından üçün şəxsin birgə təsərrüfatdan çıxarılmasıdır. Həmin vəzifənin həyata keçirilməsi üzrə Cavabdeh deyil, Qax RİHB-nin Əlibəyli KİƏD üzrə nümayəndəliyi olduğundan müvafiq inzibati orqana müraciət edilməlidir.Tələbi təmin edilmədiyi halda həmin cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Göstərilən Plenum qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına” dair göstərişə əsasən təsərrüfatbaşına uçotun ilkin sənədləri şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri tərəfindən aparılır. Həmin qərara əsasən ev təsərrüfatı – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər; Qaydaların 11-ci bəndində göstərilir : “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə təsərrüfat üzvünün təsərrüfatdan çıxıb getdiyi və ya çıxarıldığı ay, il yazılır. Bu zaman çıxıb gedənlər haqqındakı qeydlərdə həmin şəxslərin inzibati ərazi dairəsi daxilində başqa təsərrüfata, yaxud inzibati ərazi dairəsindən kənara daimi yaşamağa getdiyi göstərilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X5, X3 və X1 Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxaırlma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə