Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-4838/2025 18.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı Abdulxalıq oğlunun üçüncü şəxsin nümayəndəsi Nümayəndə Firodvsi oğlunun cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Abdulxalıq oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7rşı "xxxx" ASC-nin adına aparılmış qeydiyyatların ləğvi və həmin torpaq sahələri və fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin qoyulması” barədə ərizəsinə açıq, şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı Abdulxalıq oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Zaqatala rayonu Kəbəloba kəndi inzibati ərazisində yerləşən, torpaq sahəsinin plan və ölçü sənədlərində göstərilən 599,53 kv.m həyətyanı və 1596,58 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələrinə dair "xxxx" ASC-nin adına aparılmış qeydiyyatlarının ləğv edilməsi və həmin torpaq sahələrinin, eyni zamanda yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-4838/2025 nömrəli qərardadı ilə "xxxx" ASC hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh 18 saylı Zaqatala ərazi idarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia ərizəsinə əsasən iddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır : Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə Azərbaycan Respublikasının Torpaq İslahatı haqqında Qanununa əsasən Zaqatala rayonu Kəpəloba kəndi ərazisində 599,53 kv.m həyətyanı və 1596,58 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinin planı və ölçüsü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən hazırlanmış Dövlət Kadastr kitabında xx.xx.2008-ci il tarixdə 219 nömrə ilə və xx.xx.2008-ci il tarixdə 209 nömrə ilə uçota alınaraq AN070236 və AN059874 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri hazırlanaraq verilmişdir. Qeyd olunan həyətyanı torpaq sahəsində yaşayış evi tikmişdir.Torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmaq üçün müvafiq sənədlərlə cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh təşkilat torpaq sahələri Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata almaqdan imtina etmişdir.İmtinada göstərilmişdir ki, torpaq sahəsi "xxxx" ASC-nin balansındadır. Cavabdeh imtinasını aşağıdakı kimi əsaslandırmışdır Ərizə ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının və digərlərinin qanunvericiliyin tələbinə görə ilk öncə qeyd etdiyi torpaq sahəsi üzərindəki mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışla və ona dair planölçü sənədi ilə rəsmiləşdirilməmişdir. Bunun həlli üçün qeyd olunan torpaq sahəsinə dair qanunda əsas hesab edilən hüquqmüəyyənedici (həmin torpaq sahəsinin plan-ölçüsü sənədinin əsli və həmin torpaq sahəsinin qeydiyyata alınmış qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşən hissədə çıxılaraq yerdə qalan hissədə qeydiyyata alınmasının təmin olunması barədə notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi və ya həmin torpaq sahəsinin tam onların adına qeydiyyata alınması barədə müsbət qanuni qüvvəyə minmiş məhkəmə qərarı) və digər (həmin torpaq sahəsində payı olan şəxslərin səxsiyyət vəsiqələrinin surətləri və dövlət rüsumunun ödənilməsi barədə) zəruri sənədləri ərizəyə əlavə olunaraq birbaşa 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət olunmalı idi. Qeyd olunan torpaq sahəsi üzərindəki onların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışla və ona dair plan-ölçü sənədi ilə rəsmiləşdirildikdən sonra, sözügedən torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinin sənədləşdirilməsi üçün qeyd olunmuş qanunla müəyyən edilmiş sənədlərlə yenidən iddiaçı ərazi idarəsinə birbaşa müraciət etdiyi təqdirdə həm torpaq sahəsi və üzrəndəki evlə birgə vahid daşınmaz əmlak kimi sənədləşdirilməsi məsələsinə tərəfimizdən qanunamüvafiq qaydada baxılacağı barədə ona xx.xx.2025-ci il tarixli, 3-21-3-47/2-M-0056-8/2025 (**********18) nömrəli məktub ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, iddiaçının əvvəlki 2021-ci il tarixli, ********** nömrəli müraciətinin icrası zamanı məlum olmuşdur ki, onun adına tərtib olunmuş AN 059874 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan sözügedən 0,599 ha həyatyanı torpaq sahəsinin 228 kv.m hissəsi "xxxx" ASC-nin mülkiyyətindədir. İddiaçı tərəfindən ilk iddia ilə qeyd olunan fərdi yaşayış evi (mübahisəli hissə) üzərində hüquqların dövlət qeydiyyatının və həmin qeydiyyatın aparılması üçün əsas olan sənədlərin, qarşılıqlı iddia ilə torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi məqsədi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 13 dekabr 2010-cu il tarixli, 2(033)-434/2010 iş nömrəli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir. İddiaçı tərəfindən Zaqatala Rayon Məhkəməsinin 13 dekabr 2010-cu il tarixli, 2(033)- 434/2010 iş nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin 27 aprel 2012-ci il tarixli, 2(107)-05/2012 iş nömrəli qətnaməsi ilə apellyasiya onun şikayəti qismən təmin edilmiş və qətnamənin qarşılıqlı iddia üzrə torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğvi ilə bağlı hissəsində iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti ilə bağlı məlumat ərazi idarəsinə daxil olmamışdır. Bundan sonra, iddiaçı tərəfindən X1 və "xxxx" ASC-nin adına verilmiş çıxarışların ləğv edilməsi tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuş, lakin məhkəmənin 07 may 2015-ci il tarixli, 2-1(84)-450/2015 saylı qərardadı ilə onun iddiaası mümkün sayılmamışdır. Həmin qərardaddan onun tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 07 iyul 2015-ci il tarixli, 2-1(107)-187/2015 saylı qərardadı ilə təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2015-ci il tarixli, 2-1(84)-450/2015 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardaddan verilmiş kassasiya şikayəti ilə bağlı məlumat ərazi idarəsinə daxil olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hüquqi marağı Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolunun 110 nömrəli qərarına əsasən X3 ayrılmış 0,05 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarşın və Plan-ölçü sənədinin verilməsindən ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2015-ci il tarixli qərardadı ilə İddiaçı Abdulxalıq oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsinə qarşı “X2 adına işlənmiş ******* nömrəli çıxarışın və Xalq Bankın adına işlənmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 iyul 2015-ci il tarixli qərardadına əsasən İddiaçı Abdulxalıq oğlunun şikayəti təmin edilməmişdir. Həmin Qərardadda qeyd edilmişdir ki, hazırki iddia tələbi “X2 adına işlənmiş ******* nömrəli çıxarışın və Xalq Bankın adına işlənmiş çıxarışın ləğv edilməsi”ndən ibarətdir.Hazırki mübahisədə ləğv edilməsi tələb edilən MA seriyalı ******* nömrəli çıxarış X9 ilə X4 arasında bağlanmış xx.xx.2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında, "xxxx" ASC-nin adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarış isə “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2014-cü il tarixli müqavilə əsasında verilmişdir.Bu səbəbdən həmin tələb inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz və mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Məhkəmə qeyd edir ki,iddiaçının hazırkı tələbi dəfələrlə mülki və inzibati məhkəmələrdən baxılmış və mübahisə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı ilə başa çatmışdır.İddiaçının mübahisələndirdiyi "xxxx" ASC-nin adına verilmiş çıxarı mülki əqd əsasında verildiyindən hazırkı mübahisə inzibati mübahisə deyildir.İddia tələbinin digər hissələri isə hazırda mübahisələndirilən üçüncü şəxsin qeydə alınmış hüququ ilə məhdudlaşdığından həmin tələblər özlüyündə mümkünlük şərtinə cavab vermir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4№-li qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Abdulxalıq oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7rşı "xxxx" ASC-nin adına aparılmış qeydiyyatların ləğvi və həmin torpaq sahələri və fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin qoyulması” barədə iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.
Məhkəmə qərarları › İş №e-2-1(116)-4838/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-4838/2025
18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver