Məhkəmə qərarları › İş №e-2-1(116)-519/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-519/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-519/2023 17.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı X2 “X5, X8, Maraqlı şəxs1 və Maraqlı şəxs3 adları qeyd olunan hissədə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 111 saylı qərarının ləğv edilməsi vəzifəsinin İsmayıllı rayon İcra İcra hakimiyyətinin” və “həmin qərar əsasında verilmiş JN-2912F KOD 40701004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsi vəzifəsinin DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı X4 cavabdehlər DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə və İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “X5, X8, Maraqlı şəxs1 və Maraqlı şəxs3 adları qeyd olunan hissədə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 111 saylı qərarının ləğv edilməsi vəzifəsinin İsmayıllı rayon İcra İcra hakimiyyətinin və həmin qərar əsasında verilmiş JN-2912F KOD 40701004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsi vəzifəsinin DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-1(116)-2438/2022 nömrəli qərardadı ilə inzibati iş üzrə Süleymanlı (Abdiyeva) Təbəssüm Qabil qızı, Maraqlı şəxs4, Maraqlı şəxs1 və Maraqlı şəxs3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, iddiaçının gəlini X5 və nəvələri X8, Maraqlı şəxs1 və Maraqlı şəxs3 Həsən Abdıyevin sağlığında İsmayıllı şəhərində digər ünvanda yaşamışlar və iddia olunan torpaq sahəsinin qanuni istifadəçisi də məhz X7 olmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən iddiaçıya xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 111 saylı qərarı inzibati aktdır və həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Bu zaman müddətlərin tətbiqi məsələsinə Aqrar İslahat Komissiyasının qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normalarına əsasən hüquqi qiymət verilməlidir. X1 Komissiyasının xx.xx.2003-cü il tarixli 111 saylı qərarının qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X16 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X17 komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə X17 komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X3 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X16 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X16 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X16 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X13 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X3 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş həyətyanı torpaq sahələrinə dair subyektlər siyahısından görünür ki, İsmayıllı şəhəri üzrə 0.06 ha torpaq sahəsi üzrə xüsusi mülkiyyətə verilən torpaq sahəsi üzrə X9 və ailə üzvlərinin (Sona Zülfüqar qızı, Vüqar Həsən oğlu, Təbəssüm Qabil qızı, Çingiz Vüqar oğlu, Anar, Songül) adları qeyd edilmişdir. İş materiallarında olan JN-2912F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, hissədə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 111 saylı qərarına əsasən X6 7 nəfər ailə üzvü ilə birlikdə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Belə ki, iddia tələbində qismən ləğv edilməsi tələb edilən JN-2912F KOD 40701004 saylı Şəhadətnamə İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 111 saylı qərarı əsasında verildiyindən və müvafiq qərar qüvvədə olduğundan onun əsasında verilmiş şəhadətnamə mübahisələndirilə bilməz. Yardım məktubuna iddiaçının nümayəndəsi tərəfindən münasibət bildirilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidenti H.Əliyevin 02 mart 1995-ci il tarixli 290 saylı Fərmanı ilə X16 Komissiyası yaradılmışdır. Həmin Komissiyaların hüquq varisi Yerli İcra hakimiyyətlərinə həvalə edilmişdir. Ona görə də Yerli X3 qərarlarında yol verilmiş səhvlərin düzəliş edilməsi vəzifəsi də məhz həmin Yerli İcra Hakimiyyətlərinin səlahiyyətindədir. İddiaçı X2 cavabdehlər DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə və İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı “X5, X8, Maraqlı şəxs1 və Maraqlı şəxs3 adları qeyd olunan hissədə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 111 saylı qərarının ləğv edildikdən sonra iddianın diğər tələblərə: JN-2912F KOD 40701004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsi vəzifəsini həll etmək olar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X2 “X5, X8, Maraqlı şəxs1 və Maraqlı şəxs3 adları qeyd olunan hissədə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 111 saylı qərarının ləğv edilməsi vəzifəsinin İsmayıllı rayon İcra İcra hakimiyyətinin” və “həmin qərar əsasında verilmiş JN-2912F KOD 40701004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsi vəzifəsinin DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar