Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-580/2023 26.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********168500 nömrəli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli **********821900 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Alazançay” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 9.588,89 manat əsas, 2.774,71 manat faiz olmaqla, ümumilikdə 12.363,60 manat vergi borcunun qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədiyi üçün icraya yönəldilməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, həmin qərar maddi və prosessual pozuntular nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi borcun nədən ibarət olması və nə vaxt yaranması barədə hər hansı bir məlumata malik olmadan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli Sərəncamına əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 1989-2014-cü illər üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan ümidsiz debitor borclarının silinməsi nəticəsində MMC-nin 192333,9 manat kreditor borcunun 2021-ci ilin mənfəət vergisi bəyannaməsində gəlirlər hissəsində öz əksini tapmadığını əsas götürərək hesab edir ki, həmin borclar silinibsə MMC mənfəət əldə edib və bəyannamədə əks etdirməyib. İddiaçı qeyd edir ki, birincisi, İddiaçı MMC-nin "xxxx" QSC-yə heç bir borcu olmamışdır. İkincisi, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə 10 ildən çox olar ki, hər hansı bir müqavilə bağlanmamış, iş və xidmətlər alınmamışdır. Üçüncüsü "xxxx" QSC-nin İddiaçı MMC-yə qarşı hər hansı bir tələbi olmamışdır. Tərəflər arasında borcun olmasını təsdiq edən hər hansı bir üzləşmə aktı mövcud deyildir. Bundan başqa, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin məcəllənin 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. Bundan başqa Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə belə bir qərar qəbul etmək səlahiyyəti verilməmişdir. Vergi Məcəlləsi ilə vergi orqanının İcra və probasiya şöbəsinə yönələcək qərar qəbul etmək səlahiyyətləri verilməmişdir. Həmin qərarda yanlış olaraq “İcra haqqında” Azərbaycan Respublikasının qanununa istinad edilmişdir. Həmin qanunda vergi orqanlarının inzibati xəta olmayan bu tipli qərarlar qəbul etmək və icraya yönəltmək səlahiyyətləri yoxdur. Vergi Məcəlləsinə əsasən qəbul edilən qərarlar kameral yoxlama, səyyar yoxlama əsasında qəbul edilir ki, bu qərarların icra mexanizmi həmin məcəllə ilə tənzimlənir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********831200 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı (VÖEN **********) (bundan sonra mətndə-MMC) cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********168500 nömrəli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh vergi orqanı borcun nədən ibarət olması və nə vaxt yaranması barədə hər hansı bir məlumata malik olmadan vergilərin hesablanmasını həyata keçirmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanın hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamına əsasən "xxxx" QSC-nin (VÖEN **********) 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan ümidsiz debitor borclarının silinməsi nəticəsində Cəmiyyətin silinmiş 192333,9 manat kreditor borcunun 2021-ci ilin mənfəət vergisi bəyannaməsinin gəlirlər hissəsində öz əksini tapmaması vergidən yayınma halı kimi qiymətləndirilərək, kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kreditor borcun bəyannamədə əks etdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********175900 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi bildirilmiş, lakin vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər və ya bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 9616,69 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli, **********168500 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Belə ki, inzibati araşdırma nəticəsində Cəmiyyətin "xxxx" QSC-yə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixə 192.333,9 manat kreditor borcunun olduğu, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli 649s nömrəli Sərəncamı ilə 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan və xx.xx.2021-ci il tarixə mövcud olan ümidsiz debitor borcların silindiyi müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı Cəmiyyətin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan 192333,9 manat məbləğində silinmiş kreditor borc məbləği satışdankənar gəlir hesab edilməklə 2021-ci il üçün mənfəət vergisi bəyannaməsinin gəlirlər hissəsində 208-ci “iddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş kreditor borcları üzrə gəlir” adlı sətrində qeyd edilərək mikrosahibkarlıq subyektinin meyarları üzrə 75% güzəşt nəzərə alınmaqla 9616,69 manat (192333,9*25%*20%) məbləğində hesablama aparılmışdır (Nazirlər Kabinetinin müvafiq sərəncamı əlavə olunur). Eyni zamanda araşdırma zərurəti ilə əlaqədar yuxarı vergi orqanı tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə “Sənədlərin təqdim edilməsi haqqında” məktub göndərilərək kreditor borc ilə bağlı təsdiqedici sənədlərin (müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, üzləşmə aktları və s.) təqdim edilməsi xahiş edilmiş, lakin həmin qurum xx.xx.2022-ci il tarixli **********442600 nömrəli cavab məktubunda borcun öz aktuallığını itirdiyi və sənədlərin saxlama müddətinin bitdiyi bildirilmişdir. Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən, 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilmiş əsas vəsaitlərin təqdim edilməsindən, xərclərin 141-ci maddəsinə uyğun olaraq kompensasiya edilməsindən və ya ehtiyatların azalmasından gəlir Azərbaycan mənbəyindən əldə edilmiş gəlirə aid edilmişdir. İddiaçı bildirir ki, onun heç bir zaman "xxxx" QSC-yə borcu olmamış və həmin qurumun da İddiaçı MMC-yə qarşı hər hansı tələbi olmamışdır. Həmçinin tərəflər arasında borcun olmasını təsdiq edən hər hansı sənəd də mövcud deyildir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Qeyd olunanlarla bağlı bir daha bildirilir ki, inzibati araşdırma nəticəsində Cəmiyyətin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixə 192333,9 manat kreditor borcunun olduğu müəyyən edilmişdir. Lakin vergi ödəyicisi onun qeyd olunan quruma borcunun olmaması barədə vergi orqanına hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1 bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda: 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Yuxarıdan göründüyü kimi vergi öhdəliyinin yerinə yetirilməsi müddəti bitməmiş, vergi öhdəliyi qüvvədən düşməmiş və vergi ödəyicisinin borcunun dövlət büdcəsinə alınması ilə bağlı hər-hansı məhkəmə qərarı mövcud deyildir. Belə ki, mübahisələndirilən qərar 30 iyun 2022-ci il tarixdə qəbul edilmiş və həmin qərar qüvvədədir (Qərarın göndərilməsi barədə məlumat etiraza əlavə olunmuşdur). Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********168500 nömrəli Qərar elektron qaydada (gücləndirilmiş “ASAN imza” vasitəsilə) imzalanmış və Vergi Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qəbul edildiyi 30 iyun 2022-ci il tarixdə elektron qaydada (elektron poçt vasitəsilə) vergi ödəyicisinə göndərilmişdir. Qərar 1 iyul 2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən oxunmuş və həmin ilin noyabrında iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ünvanlayaraq “cavabdeh tərəfində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********168500 nömrəli qərarın və xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının nümyəndəsi və vəkilinin iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, iddia tələbi “cavabdeh tərəfində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********168500 nömrəli və xx.xx.2022-ci il tarixli qərarların ləğv edilməsi” kimi icraata qəbul olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********111200 nömrəli yeni etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı MMC cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********821900 nömrəli Qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən yuxarıda qeyd olunan formada, “Tələbin icraya yönəldilməsi haqqında” Qərar qəbul edilə bilməz. Yəni vergi orqanının belə bir qərar qəbul etmək səlahiyyəti yoxdur. Cavabdeh etirazda bildirmişdir ki, Vergi Məcəlləsinin 23-cü maddəsində vergi orqanlarının hüquqları təsbit edilmişdir və həmin maddənin 1.6 və 1.16-cı bəndləri üzrə vergi orqanının yuxarıda qeyd olunan formada qərar qəbul etmək və onu icraya yönəltmək səlahiyyəti vardır. Həmçinin “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Borclu vergi ödəyicisi İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixinə tələbin icraya yönləndirilməsi qərarı ilə əhatə edilməmiş 12363,60 manat vergi borcu yaranmışdır. Yaranmış borcun 5 gün ərzində ödənilməsinə dair vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli, **********514400 nömrəli borc bildirişi və xx.xx.2022-ci il tarixli, **********657600 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Qanunvericiliyə uyğun bildirişin göndərilməsinə və digər tədbirlərin görülməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən vergi borcu ödənilməmişdir. Borcun ödənilməsi istiqamətində vergi ödəyicisinə bildirişin və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən vergi borcu ödənilməmişdir. Nəticədə vergi orqanı tərəfindən səlahiyyətləri daxilində “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********821900 nömrəli Qərar qəbul edilmiş və həmin qərar xx.xx.2022-ci il tarixdən icraya yönəldilmişdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********168500 nömrəli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli **********821900 nömrəli qərarların ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktublarının məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli, **********168500 nömrəli qərardan daha əvvəl, yəni xx.xx.2022-ci il tarixdən məlumatlı olduğu halda qanunla müəyyən edilmiş 30 günlük müddəti keçirməklə xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi vermişdir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddia qaldırmaqda iddiaçının hüquqi marağı İddiaçı MMC-yə münasibətdə vergi borcunun silinməsindən ibarətdir. İddia tələbində qeyd olunan digər xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlar isə tələbin icraya yönəldilməsi haqqında qərarlardır ki, həmin qərarların ləğv edilməsi iddiaçının hüquqi marağına (arzuladığı məqsədə) nail olmağa xidmət etmir. Qeyd olunanlarla bağlı iddiaçıya və onun vəkili Vəkil hüquqi yardım məktubu ünvanlanaraq qanunvericiliyin tələbləri izah olunmuş, həmçinin iddia tərəfinə İPM-in 24-cü maddəsində nəzərdə tutulmuş, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuş və 3 gün müddətində qeyd olunanlara münasibət bildirməsi təklif olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 ərizə təqdim edərək, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. P.Əliyarov ərizəsində qeyd etmişdir ki, İddiaçı MMC uzun müddət fəaliyyət göstərmədiyi üçün heç bir mühasibət xidmətindən istifadə edilməyib. MMC-nin sədri olaraq o, heç bir vaxt elektron kabinetdən istifadə etməmişdir. Müəssisənin fəaliyyəti barədə boş hesabatların verilməsi şəxsi tanışlıq əsasında asan imza ilə başqa şəxsə həvalə edilmişdir. Qərarın qəbul olunmasından tam məlumatsız olmuşdur. Həmin şəxs müəssisənin fəaliyyəti olmadığından elektron göndərilən məktubun yanlışlıq olaraq göndərildiyini bildirmişdir. Bu səbəbdən də buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin mübahisəli xx.xx.2022-ci il tarixli qərarından daha əvvəl məlumatlı olsa da, qanunvericiliyin tələblərinə müvafiq qaydada mübahisələndirməmiş, 4 ay müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mübahisələndirilən digər qərarlar isə ilkin qərarın icraya yönəldilməsi ilə bağlı olduğundan həmin qərar ləğv edilmədən digər qərarların ləğv edilməsi iddiaçının hüquqi maraqlarına uyğun deyildir. Odur ki, vergi borcunun hesablanmasına əsas olmuş ilkin qərar ləğv edilmədən onun icraya yönəldilməsi ilə bağlı qərarların ləğv edilməsindən ibrət tələbin də mümkünlüyü məsələsinə qiymət verilməlidir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Qanunvericiliyin yuxarıda qeyd olunan normaları məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə bir daha izah edilmiş, mübahisənin faktiki və hüquqi halları onunla müzakirə olunmuş və bununla da iddiaçının nümayəndəsinə məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərilmişdir. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********168500 nömrəli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli **********821900 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2-1(116)-580/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-580/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver