Məhkəmə qərarları › İş №e-2-1(116)-614/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-614/2023

23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-614/2023 23.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və fərq məbləğinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “güzəştli şərtlərlə xx.xx.2014-cü il tarixdən əmək pensiyası təyin edilərək, bu günədək olan fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-12527/2022 nömrəli qərardadı ilə inzbati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, ümumi və xüsusi əmək stajını nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçının xx.xx.2011-xx.xx.2020-ci il tarixlərində "xxxx" ASC-nin X4 İdarəsində quraşdırıcı çilingər vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr aid olmaması, ümumi güzəştli iş stajının 12 il 6 aydan az, yəni 5 il 7 ay 9 gün (xx.xx.2006-xx.xx.2008, xx.xx.2008-xx.xx.2010, xx.xx.2010-xx.xx.2010, xx.xx.2020-xx.xx.2022) olması ilə əsaslandırmışdır Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, iddiaçı ilk dəfə həmin tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZEMİS məlumatlarından görünür ki, iddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. - HT ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1975 – xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. - xx.xx.1974-cü il tarixdə tərtib edilmiş əmək kitabçasından görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1974 - xx.xx.1975, xx.xx.1981 – xx.xx.1984, xx.xx.1977 - xx.xx.1978, xx.xx.1984 – xx.xx.1993, xx.xx.1978 - xx.xx.1981, xx.xx.1993 – xx.xx.2006 - Türkmənistan energetika nazirliyinin “Turkmenenerqo” Türkmənistan Dövlət elektroenergetika korporasiyasının "xxxx" X1 xx.xx.2016-cı il tarixli arxiv arayışında aşağıda göstərilmiş məlumatlar qeyd edilmişdir: Verilir 1957-ci ildə anadan olmuş İddiaçı ondan ötrü ki, o həqiqətən “Turkmenenerqoabatlayış” X2 işləmişdir. "xxxx" İstehsalat Müəssisəsinin 16.09. 1974-cü il tarixli 1086 saylı əmri ilə İ. Şahsöynov 16.09. 1974-cü ildə eksperimental-mexanika sexinə tomaçı şagirdi olaraq qəbul edilmişdir. Siyahı 1-ji, səh. 202. "xxxx" İstehsalat Müəssisəsinin 01.10. 1974-cü il tarixli 1163 saylı əmri ilə İ. Şahsöynov 01.10. 1974-cü ildən elektrik sexinə çilingər şagirdi olaraq keçirilmişdir. Siyahı 1-ji, səh. 279. "xxxx" İstehsalat Müəssisəsinin 16.12. 1974-cü il tarixli 146-k saylı əmri ilə İ. Şahsöynova 16.12. 1974-cü ildən elektrik sexində İ dərəcəli elektrik - çilingər ixtisası verilmişdir. Siyahı 1-n, iş №462, səh. 206. "xxxx" İstehsalat Müəssisəsinin 02.07. 1975-ci il tarixli 162-k saylı əmri ilə ETKS uyğun olaraq İ. Şahsöynov 02.07. 1975-ci ildən transformator təmiri üzrə İ dərəcəli elektrik - çilingər olaraq elektrik sexinə keçirilmişdir. Siyahı 1-ji, iş №527, səh. 17. “Turkmenenerqoremont’7 İstehsalat Müəssisəsinin xx.xx.1975-ci il tarixli 251-k saylı əmri ilə İ. Şahsöynova 04.10T975-Cİ ildən transformator təmiri üzrə İİ dərəcəli elektrik çilingər ixtisası verilmişdir. Siyahı 1-n, iş №527, səh. 232. "xxxx" İstehsalat Müəssisəsinin xx.xx.1975-ci il tarixli 261-k saylı əmri ilə İ. Şahsöynov xx.xx.1975-ci ildən hərbi xidmətə çağırışla əlaqədar olaraq işdən azad edilmişdir. Siyahı 1-ji, iş №527, səh. 257. "xxxx" İstehsalat Müəssisəsinin xx.xx.1978-ci il tarixli 823 saylı əmri ilə İ. Şahsöynov xx.xx.1978-ci ildən istilik elektrik stansiyalarının maşın sexləri avadanlığının təmiri üzrə İİ dərəcəli çilingər olaraq turbin sexinə qəbul edilmişdir. Siyahı 1-n, iş №650, səh. 359. "xxxx" İstehsalat Müəssisəsinin xx.xx.1980-ci il tarixli 78-k saylı əmri ilə İ. Şahsöynova xx.xx.1980-ci ildən istilik elektrik stansiyalarının maşın sexləri avadanlığının təmiri üzrə turbin sexində İİİ dərəcəli çilingər ixtisası verilmişdir. Siyahı 1-n, iş №730, səh. 106. "xxxx" İstehsalat Müəssisəsinin xx.xx.1980-ci il tarixli 227-k saylı əmri ilə İ. Şahsöynova xx.xx.1980-ci il ildən istilik elektrik stansiyalarının maşın sexləri avadanlığının təmiri üzrə turbin sexində İV dərəcəli çilingər ixtisası verilmişdir. Siyahı 1-n, iş №731, səh. 99. "xxxx" İxtisaslaşdırılmış Müəssisəsinin xx.xx.1981-ci il tarixli 148 saylı əmri ilə İ. Şahsöynov xx.xx.1981-ci ildən öz xahişi ilə işdən azad olunmuşdur (TSSR ƏMQM 31-ci maddəsi). Siyahı 1-n, iş №858, səh. 176. "xxxx" İxtisaslaşdırılmış Müəssisəsinin 15.05. 1984-cü il tarixli 306 saylı əmri ilə İ. Şahsöynov 15.05. 1984-cü ildən istilik elektrik stansiyalarının maşın sexləri avadanlığının təmiri üzrə İİİ dərəcəli çilingər olaraq turbin sexinə qəbul olunmuşdur. Siyahı 1-n, iş №876, səh. 179. "xxxx" İxtisaslaşdırılmış Müəssisəsinin xx.xx.1984-cü il tarixli 133-k saylı əmri ilə İ. Şahsöynova xx.xx.1984-cü ildən istilik elektrik stansiyalarının maşın sexlərinin elektrik avadanlığının təmiri üzrə İV dərəcəli çilingər ixtisası verilmişdir. Siyahı 1-n, iş №874, səh. 170. "xxxx" İxtisaslaşdırılmış Müəssisəsinin xx.xx.1985-ciil tarixli 70-k saylı əmri ilə İ. Şahsöynova xx.xx.1985-ci ildən istilik elektrik stansiyalarının maşın sexlərinin elektrik avadanlığının təmiri üzrə V dərəcəli çilingər ixtisası verilmişdir. "xxxx" İxtisaslaşdırılmış Müəssisəsinin xx.xx.1987-ci il tarixli 367 saylı əmri ilə yeni əmək haqqı ödənişi şərtlərinə keçidlə əlaqədar olaraq İ. Şahsöynova xx.xx.1987-ci ildən elektrik stansiyalarının turbin sexinin buxar - qaz - turbin avadanlığının təmiri üzrə V dərəcəli çilingər ixtisası verilmişdir. Siyahı 1-n, səh. 121. "xxxx" İxtisaslaşdırılmış Müəssisəsinin xx.xx.1990-cı iltarixli 41-k saylı əmri ilə İ. Şahsöynova xx.xx.1990-cı ildən elektrik stansiyalarının turbin sexinin buxar - qaz turbin avadanlığının təmiri üzrə Vİ dərəcəli çilingər ixtisası verilmişdir. Siyahı 1-n, iş №1330, səh. 211. "xxxx" İxtisaslaşdırılmış Müəssisəsinin 03.07. 1993-cü il tarixli 480 saylı əmri ilə İ. Şahsöynov öz xahişi ilə işdən azad olunmuşdur (TSSR ƏMQM 31-ci maddəsi). Siyahı 1-n, iş №41, səh. 149. SSRİ E və EN xx.xx.1980-ci il tarixli 77-a saylı əmri ilə "xxxx" İstehsalat Müəssisəsinin adı dəyişdirilib "xxxx" İxtisaslaşdırılmış Müəssisəsi adlandırılmışdır. SSRİ E və EN xx.xx.1991-ci il tarixli 10-a saylı əmri ilə "xxxx" İxtisaslaşdırılmış Müəssisəsinin adı dəyişdirilib "xxxx" İxtisaslaşdırılmış Müəssisəsi adlandırılmışdır. “Kuvvat” Türkmənistan Dövlət elektrotexnologiya korporasiyasının xx.xx.1992-ci il tarixli 59 saylı əmri ilə "xxxx" İxtisaslaşdırılmış Müəssisəsinin adı dəyişdirilib "xxxx" X3 adlandırılmışdır. "xxxx" X1 xx.xx.2003- cü il tarixli 113/1 saylı əmri ilə "xxxx" X1 adı dəyişdirilib Türkmənistan energetika və sənaye nazirliyinin “Kuvvat” Türkmənistan Dövlət elektrotexnologiya korporasiyasının “Turkmenenerqoabatlayış” yoriteleşdirilen onumçilik birleşigi X5 adlandırılmışdır. Türkmənistan energetika və sənaye nazirliyinin xx.xx.2005-ci il tarixli 124 saylı əmri və “Kuvvat” Türkmənistan Dövlət elektrotexnologiya korporasiyasının xx.xx.2005-ci il tarixli 194 saylı əmri ilə “Kuvvat” Türkmənistan Dövlət elektrotexnologiya korporasiyasının adı dəyişdirilib “Turkmenenerqo” Türkmənistan Dövlət elektroenergetika korporasiyası adlandırılmışdır. Türkmənistan Prezidentinin xx.xx.2012-ci il tarixli PP-6101 saylı Fərmanı və Türkmənistan energetika nazirliyinin xx.xx.2012-ci il tarixli 1 saylı əmri ilə Türkmənistan energetika və sənaye nazirliyinin adı dəyişdirilib Türkmənistan energetika nazirliyi adlandırılmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş (Azərbaycan Respublikasının 1996-cı il 21 may tarixli 78-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir): Maddə 1. Sazişin 6 və 7-ci maddələrində nəzərdə tutulan hallardan başqa, Tərəflərin vətəndaşlarının, vətəndaşlığı olmayan şəxslərin, həmçinin onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində daimi yaşadıqları Tərəflərin vəsaiti hesabına və qanunvericiliyinə əsasən səlahiyyətli idarələri Tərəfindən həyata keçirilir. Maddə 3. Pensiya hüququnun, o cümlədən güzəştli şərtlərlə və xidmət illərinə görə pensiya hüququnun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının və ya Türkmənistanın ərazisində qazanılmış iş stajı, həmçinin keçmiş SSRİ tərkibinə daxil olan digər dövlətlərin ərazisində 1992-ci il yanvarın 1-nə qədər qazanılmış iş stajı da nəzərə alınır İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Müəyyən edilir ki, iddiaçının hərbi xidmətdə olduğu və xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 29 il 10 ay 6 günə bərabərdir. Yəni, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcuddur. İddiaçının xüsusi iş stajına münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh orqan xx.xx.2006-cı ildən sonrakı dövrə münasibətdə güzəştli əmək fəaliyyəti müddəti üzrə qiymətləndirmə aparsa da, həmin tarixədək hazırda Türkmənistan energetika nazirliyinin “Turkmenenerqo” Türkmənistan Dövlət elektroenergetika korporasiyasının "xxxx" X5 kimi fəaliyyət göstərən müəssisədə iddiaçının əmək fəaliyyəti müddətini, yerinə yetirdiyi vəzifələri araşdırmadan müraciətin təmin edilməsindən imtina etmişdir. İş materialları ilə müəyyən edilir ki, sözügedən müəssisədə iddiaçı xx.xx.1974xx.xx.1975-ci illərdə elektrik sexində çilingər şagirdi, 1-ci dərəcəli transformator təmiri üzrə elektrik - çilingəri, 2-ci dərəcəli transformator təmiri üzrə elektrik - çilingəri, xx.xx.1978xx.xx.1981-ci illərdə istilik elektrik stansiyalarının maşın sexləri avadanlığının təmiri üzrə 2ci, 3-cü və 4-cü dərəcəli çilingər olaraq turbin sexində, xx.xx.1984-xx.xx.1993-cü illərdə istilik elektrik stansiyalarının maşın sexləri avadanlığının təmiri üzrə 3-cü, 4-cü və 5-ci dərəcəli çilingər, istilik elektrik stansiyalarının turbin sexinin buxar qaz turbin avadanlıqlarının təmiri üzrə 5-ci və 6-cı dərəcəli çilingər vəzifəsində çalışmışdır. Sadalanan müddətlərin cəmi 12 il 10 ay 20 günə bərabərdir. Qeyd olunan müəssiədə əmək fəaliyyəti ilə bağlı iddiaçı tərəfindən güzəştli arayış təqdim edilməsə də nəzərə alınmalıdır ki, formalaşmış məhkəmə təcrübəsi və iddiaçının fəaliyyət göstərdiyi müəssisənin xarakterinə əsasən məhkəmə hesab edir ki, iddiaçının yuxarıda qeyd edilən vəzifələrdə həyata keçirdiyi fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” adlanan Xİİİ bölmədə 2140000a - a) fəhlələr - 2140000a-18455 - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” kodunda nəzərdə tutulmuşdur. Odur ki, həmin müddət xüsusi iş stajı kimi nəzərə alınmalıdır. Beləliklə, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının 57 yaşdan yəni, xx.xx.2014-cü ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1957-cı ildə doğulub). İddiaçı, xx.xx.2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etdiyindən, müraciət edilən tarixdən əvvəlki üç il müddət, xx.xx.2017-ci il tarixdən hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar