Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-620/2022 07.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.06.2020-ci il tarixli, **********516100 nömrəli Qərarının ləğvi barədə iddia ərizəsinə, “mübahisələndirmə haqqında” iddianın qaldırılması üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.06.2020-ci il tarixli, **********516100 nömrəli Qərarının ləğvi və “mübahisələndirmə haqqında” iddianın qaldırılması üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən iddiaçıya, onun nümayəndəsi və vəkilinə 13.12.2021-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, nəzərlərinə çatdırılmışdır ki, hazırkı iddia tələbinə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğundan iş aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. İddiaçıya, onun nümayəndəsi vəkilinə hüquqi yardım məktubunda qeyd edilənlərlə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi xahiş edilmişdir. İş materiallarında olan, məhkəmənin elektron sistemi vasitəsilə hazırlanaraq iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili tərəfindən imzalanmış 04.02.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Şəki İnzibati Məhkəməsinin 13.12.2021-ci il tarixli hüquqi yardım məktubunda qeyd edilənlərlə razılaşaraq, hazırkı ərizəyə baxılması üçün işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, hazırkı ərizəyə baxılması üçün iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı iddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən, “mübahisələndirmə haqqında” iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır... Maddənin birinci cümləsindən göründüyü kimi, “mübahisələndirmə haqqında” iddiaların ərazi aidiyyəti ilə bağlı əsas qayda bundan ibarətdir ki, bu qəbildən olan işlərə cavabdeh inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Həmin maddənin ikinci cümləsində olan istisnaya görə isə, əgər inzibati orqanın səlahiyyətinin əhatə etdiyi ərazi iki və daha çox məhkəmənin yurisdiksiyasına aiddirsə, bu halda, işə artıq cavabdehin deyil, hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Müəyyən olunur ki, cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyəti Ucar, Ağdaş, Göyçay, Zərdab, Kürdəmir rayonlarının ərazilərini əhatə edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"na əsasən, Ağdaş, Göyçay, Ucar, Zərdab rayonları Şəki İnzibati Məhkəməsinin, Kürdəmir rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, 9 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyəti, iki məhkəmənin (Şəki İnzibati Məhkəməsi və Şirvan İnzibati Məhkəməsi) yurisdiksiyasına aid olan ərazini əhatə edir. Belə olan halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq, işə cavabdeh inzibati orqanın deyil, iddiaçının olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. İddiaçı ünvanı Bakı şəhəri ərazisində yerləşdiyindən, qaldırılan iddia tələbinə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Şəki İnzibati Məhkəməsi hazırkı işə baxmağa səlahiyyətli deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Beləliklə, şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.06.2020-ci il tarixli, **********516100 nömrəli Qərarının ləğvi və “mübahisələndirmə haqqında” iddianın qaldırılması üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə tələbi üzrə Şəki İnzibati Məhkəməsi səlahiyyətli olmadığından, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8-ci, 16.3, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.06.2020-ci il tarixli, **********516100 nömrəli Qərarının ləğvi barədə iddia ərizəsinə və “mübahisələndirmə haqqında” iddianın qaldırılması üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizəsinə baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-620/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-620/2022
07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver