Məhkəmə qərarları › İş №e-2-1(116)-650/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-650/2022

28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-650/2022 28.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, üçüncü şəxslər X9, X7 və X5 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “sahibliyində və istifadəsində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0.1037 ha torpaq sahəsinə cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə, məhkəmənin inzibati binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “sahibliyində və istifadəsində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0.1037 ha torpaq sahəsinə cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-1(116)-650/2022 nömrəli qərardadı ilə X9, X10, X7 və X11 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - üçüncü şəxslər X9 və uşaqları, Cəlal Məmmədov, Camal Məmmədov və Elnarə Məmmədova 1988-ci ildə Ermənistandan məcburi köçkün kimi Zaqatala rayonunun Muxax kəndinə gələrək iddiaçının köhnə ata evində məskunlaşmışlar. Həmin vaxt Muxax kəndində “Muxax” adlı kollektiv təsərrüfat olmuşdur (Kolxoz) “Muxax” kolxozunun kolxozçularının 2 №li qərarına əsasən X6 fərdi yaşayış evi tikmək üçün onların yeni yaşayış evlərinin və həyətyanı torpağlarının qonşuluğunda 0.10 ha torpaq sahəsi ayırmışlar və torpaq sahəsi 10 iyul 1990-cı ildə ölçülüb X12 təhvil verilmişdir, torpaq sahəsinin sxemi də tərtib edilmişdir. Nərgiz Məmmədova 1993-cü ilə kimi uşaqları ilə onların köhnə evlərində yaşamışlar. Ona ayrılmış torpaq sahəsindən təyinatına görə istifadə etməmişdir, torpaq sahibsiz qalmışdır. 2005-ci ildə həmin torpaq sahəsini atası X2 manatın həmin vaxtki dəyəri olan 1.920.000 manata satmışdır. Torpaq sahəsi daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınmadığından alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunması mümkün olmamışdır. X15 torpağın ölçülərək ona təhvil verilməsi barədə xx.xx.1990-cı il tarixli Aktın əslini və plan ölçüsünün əslini atasına təhvil vermişdir. İddiaçı 2010-cu ildən həmin torpaq sahəsində ev tikməyə başlamış, 2012-ci ildə evin tikintisini başa çatdıraraq ailəsilə birlikdə köçmüş və yaşayır. Üçüncü şəxslər N.Məmmədovanın və uşaqlarının bu barədə məlumatları olmuşdur. Nərgiz Məmmədova həmin torpağı atasına qeyri-rəsmi satmasına baxmayaraq torpağın plan ölçüsünün əslini itirməsi barədə Zaqatala Rayon Polis Şöbəsinə xx.xx.2019-cu ildə ərizə vermiş, polis şöbəsindən cavab məktubu alaraq cavabdeh, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə təqdim edərək xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli, ******* №li Çıxarış almışdır. Çıxarışdan görünür ki, Torpaq sahəsinin planı və ölçüsündə həyətyanı torpaq sahəsi təkcə X4 adına olsa da, Çıxarışda birgə mülkiyyətçi kimi övladlarının da adı qeyd edilmişdir. İşin halları göstərir ki, cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi torpaq sahəsinə mülkiyyətə dair Çıxarış verilməsi barədə Nərgiz Məmmədovanın 2019-cu ilin fevral ayındakı müraciətinə baxarkən torpaq sahəsinə gəlməmiş, torpaq sahəsində iddiaçının yaşadığını, evinin olmasını, bağının, ağaclarının, hasarının olmasını yoxlamamış, torpaq faktiki iddiaçının istifadəsində və sahibliyində olduğu halda, N.Məmmədovaya və övladlarına qanunsuz Çıxarış vermişdir. Halbuki Reyestr Xidməti torpağın yüklü olub-olmamasını yoxladıqdan sonra Çıxarış verməli idi. Nəticədə iddiaçının 2010-cu ildən həmin torpaq sahəsində tikdiyi yaşayış evinə, yardımçı sahəyə, torpağın yaşayış həddinə çatdırılması üçün çəkdiyi, xərclərə dair əmlak hüquqları pozulmuşdur. Cavabdeh torpaq sahəsində iddiaçının uzun müddət yaşadığını və maddi dəyərlər yaratdığını bilə-bilə torpaq sahəsinə əsassız olaraq üçüncü şəxslərin adına çıxarış vermişdir. AR MM-nin 149-cu maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istəniən şəxs qeydiyyatın çıxarılması və dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bundan əlavə üçüncü şəxslər mübahisəli torpaq sahəsinə dair Çıxarış alarkən onlara bəlli olmuşdur ki, həmin torpaq sahəsində yaşayş var. Bu barədə qabaqcadan iddiaçıilə danışıqlar aparmamışlar. Torpaq sahəsinə mülkiyyət hüququ əldə etdikdən sonra həmin hüquqdan sui-istifadə etmişlər. MM-nin 152.6-cı maddəsində göstərilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir. Bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Beləliklə hesab edir ki, cavabdeh mübahisəli torpaq sahəsinə dair üçüncü şəxslərə əsassız olaraq mülkiyyətə dair çıxarış vermişdir. Ona görə də həmin çıxarış ləğv edilməlidir. Cavabdeh qeydiyyatın aparılmasından qabaq iddiaçının torpaqla bağlı yaranmış digər əmlak hüquqlarını pozmuşdur. İddiaçı çıxarışın ləğv edilməsi barədə cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmiş və bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixli, **********89 №-li məktub göndərmişdir. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, daşınmaz əmlaka bağlı aparılmış qeydiyyatın və həmin qeydiyyata dair çıxarışın ərizəniz əsasında ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Məhkəmənin sərəncamının icrasının təmin edilməsi məqsədilə cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, iddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan fərdi yaşayış evinin yerləşədiyi 0,1037 ha həyətyanı torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 nömrəli qərarı ilə iş üzrə üçüncü şəxs X6 və digərlərinə (4 nəfərə) verilmiş və həmin qərara əsasən qeyd olunan 0,1037 ha həyətyanı torpaq sahəsinə müvafiq olaraq ləğv edilmiş DTXK trəfindən AN 246721 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanmışdır. Həmin və digər hüquq müəyyənedici sənədlərə əsasən iş üzrə üçüncü şəxs X4 və digərlərinin qeyd olunan torpaq sahəsi üzərində olan ümumbirgə mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı hazırki iddia tələbində göstərilən məsələ ilə bağlı Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(033)-637/2021 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. İşdə olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli (Seriya RX 1477132) çıxarışdan görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0.1037 ha torpaq sahəsi X9, X10, X7 və X5 ümumi birgə mülkiyyətindədir. İşdə olan, A246721 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 №-li qərarı ilə Zaqatala rayonu Muxax kəndində yerləşən 1037.15 kv.m həyətyanı torpaq sahəsi X4 (ailə üzvləri ilə birlikdə) mülkiyyətinə verilmişdir. Məhkəmə iclasında iddiaçı və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında üçüncü şəxslər iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 16-cı bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Nəzərə almaq lazımdır ki, iddiaçının mübahisələndirdiyi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata dair məlumatı özündə əks etdirən çıxarış inzibati akt deyildir. Odur ki, iddiaçı müvafiq çıxarışın verilməsinə əsas olmuş hüquq müəyyənedici sənədləri mübahisələndirilməlidir. Sözügedən çıxarışın verilməsinə əsas Zaqatala rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 nömrəli qərarı olmuşdur. Buna görə də müvafiq qərar ləğv edilmədən onun əsasında verilmiş çıxarışın da mübahisələndirilə bilməz. Məhkəmə əlavə olaraq izah edir ki, X3 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. X1 verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X3 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X17 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X3 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə iclasında tərəflərin iştirakı ilə müzakirə edilərək, iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “sahibliyində və istifadəsində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0.1037 ha torpaq sahəsinə cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar