Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-661/2023 17.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X2 adına 08 may 2021-ci il tarixə olan vəziyyətə əsasən tərtib olunmuş 3348 inventar nömrəli **********97-06301 reyestr nömrəli texniki pasportun “Torpaq sahəsinin planı M1:200” VƏ “ Torpaq sahəsinin təsnifatı” hissəsinin ləğv edilərək 15 noyabr 2014-cü il tarixə olan vəziyyətə əsasən tərtib olunmuş 3348 inventar nömrəli texniki pasporta uyğun “3. Torpaq sahəsinin planı M 1:200” hissəsində ümumi torpaq sahəsinin 58.7 kv.m, “4. Torpaq sahəsinin təsnifatı” hissəsində faktiki istifadədə olan torpaq sahəsinin 58.7 kv.m, əsas tikili altında olan torpaq sahəsinin 58.7 kv.m kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və əlavə olunan sənədlərə məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “üçüncü şəxs X2 adına 08 may 2021-ci il tarixə olan vəziyyətə əsasən tərtib olunmuş 3348 inventar nömrəli **********97-06301 reyestr nömrəli texniki pasportun “Torpaq sahəsinin planı M1:200” və “ Torpaq sahəsinin təsnifatı” hissəsinin ləğv edilərək 15 noyabr 2014-cü il tarixə olan vəziyyətə əsasən tərtib olunmuş 3348 inventar nömrəli texniki pasporta uyğun “3. Torpaq sahəsinin planı M 1:200” hissəsində ümumi torpaq sahəsinin 58.7 kv.m, “4. Torpaq sahəsinin təsnifatı” hissəsində faktiki istifadədə olan torpaq sahəsinin 58.7 kv.m, əsas tikili altında olan torpaq sahəsinin 58.7 kv.m kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının hüquqi marağı 15 noyabr 2014-cü il tarixə olan vəziyyətə əsasən tərtib olunmuş 3348 inventar nömrəli texniki pasporta uyğun “Torpaq sahəsinin planı M 1:200” hissəsində ümumi torpaq sahəsinin 58.7 kv.m, “Torpaq sahəsinin təsnifatı” hissəsində faktiki istifadədə olan torpaq sahəsinin 58.7 kv.m, əsas tikili altında olan torpaq sahəsinin 58.7 kv.m kimi qeyd olunmasından ibarət olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddinın mümkünlük şərtlərinə cavab vermədiyi barədə iddiaçıya 24 oktyabr 2023-cü il tarixli hüquqi yardım məktubu göndərilmişdir. İddiaçı hüquqi yardım məktubuna münasibət bildirməmişdir. Əsaslandırma hissəsi : Məhkəmə iş materiallarını araşdıraraq, aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixində üçüncü şəxs X2 adına 08 may 2021-ci il tarixə olan vəziyyətə əsasən tərtib olunmuş 3348 inventar nömrəli **********97-06301 reyestr nömrəli texniki pasportun “Torpaq sahəsinin planı M1:200” və “ Torpaq sahəsinin təsnifatı” hissəsinin ləğv edilərək 15 noyabr 2014-cü il tarixə olan vəziyyətə əsasən tərtib olunmuş 3348 inventar nömrəli texniki pasporta uyğun “3. Torpaq sahəsinin planı M 1:200” hissəsində ümumi torpaq sahəsinin 58.7 kv.m, “4. Torpaq sahəsinin təsnifatı” hissəsində faktiki istifadədə olan torpaq sahəsinin 58.7 kv.m, əsas tikili altında olan torpaq sahəsinin 58.7 kv.m kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.İddia ərizəsindən müəyyən edilir ki,iddiaçının mülkiyyətində Balakən şəhəri M.Müşfiq 59 ünvanında yerləşən qeyri-yaşayış binası olmuşdur. Üçüncü şəxs X2 adına qeydə alınmış əmlakın texniki və hüquqi sənədləri həmin əmlakdan istifadəyə münasibətdə iddiaçının hüquqlarını məhdudlaşdırılmasına səbəb olduğu iddiası ilə mübahisələndirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbində qeyd edilən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X1. Hazırda həmin qeyri-yaşayış binası X3 mülkiyyətindədir. İddiaçı mülkiyyətində olmuş əmlakdan istifadəyə maneə yaratdığı iddiası ilə üçüncü şəxsə məxsus əmlaka dair sənədləri mübahisələndirmişdir.İddiaçının subyektiv hüququnun əsası olan əmlakından istifadəyə yaranan maneə əmlakın mülkiyyət hüququnun itirilməsi ilə öz əsasını itirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddainın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd edilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Məhkəmə hesab edir ki, hazırda iddiaçının iddia tələbinə münasibətdə subyektiv hüququ mövcud deyildir. Belə ki, qeyd edilən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X1. Hazırda həmin qeyri-yaşayış binası X3 mülkiyyətindədir. Odur ki,iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16,35, 80, 83 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X2 adına 08 may 2021-ci il tarixə olan vəziyyətə əsasən tərtib olunmuş 3348 inventar nömrəli **********97-06301 reyestr nömrəli texniki pasportun “Torpaq sahəsinin planı M1:200” və “ Torpaq sahəsinin təsnifatı” hissəsinin ləğv edilərək 15 noyabr 2014-cü il tarixə olan vəziyyətə əsasən tərtib olunmuş 3348 inventar nömrəli texniki pasporta uyğun “3. Torpaq sahəsinin planı M 1:200” hissəsində ümumi torpaq sahəsinin 58.7 kv.m, “4. Torpaq sahəsinin təsnifatı” hissəsində faktiki istifadədə olan torpaq sahəsinin 58.7 kv.m, əsas tikili altında olan torpaq sahəsinin 58.7 kv.m kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №e-2-1(116)-661/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-661/2023
17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver