Məhkəmə qərarları › İş №e-2-1(116)-67/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-67/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-67/2023 09.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “xx.xx.2019-cu il tarixdə X2 adına ********** nömrəli qeydiyyat ilə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2019-cu il tarixdə X2 adına ********** nömrəli qeydiyyat ilə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı da daxil olmaqla 6 nəfər ailə üzvünə Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən 09 aprel 1998-ci il tarixli, 02 qərar ilə Yevlax rayonu, Yədilli kəndi ərazisində ümumi sahəsi 4,20 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyətə verilmişdir. Bununla əlaqədar torpağa mülkiyyət hüququna dair JN-0075 saylı, KOD 90109028 dövlət aktı verilmişdir. Ailə başçısı X8 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Qeyd edilən torpaq sahəsinə dair cavabdeh orqan tərəfindən xx.xx.2019-cu il tarixdə X2 adına ********** nömrəli qeydiyyat ilə RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh orqan tərəfindən X2 adına torpaq sahəsinin planı və ölçüsü verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən xx.xx.2019-cu il tarixdə X2 adına ********** nömrəli qeydiyyat ilə RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış qanunsuzdur, onun və ailə üzvlərinin mülkiyyət hüququnun pozulmasıdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********28 nömrəli iddia tələbinə dair etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı çıxarışın ləğvinə dair ərizə ilə Ərazi İdarəsinə müraciət etməmişdir. Cavabdeh hesab edir ki, həm prosessual, həm də maddi hüquq normalarına uyğun olaraq iddia müddəti ötürülmüşdür, belə olan halda iddia tələbinin təmin olunması qeyri-mümkündür. Belə ki, idarənin elektron və kağız üzərində daşınan arxiv məlumatlarına istinadən bildirilir ki, idiaçı və ailə üzvləri sözügedən mübahisə predmeti sayılan, JN- 0075 saylı KOD 90109028 nömrəli dövlət aktında göstərilən torpaq sahəsini şifahi qaydada X5 ogluna satmışlar. Həmin şifahi əqd Yevlax rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-301/2007 saylı məhkəmə qətnaməsi ilə etibarlı hesab edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ərazi idarəsi tərəfindən icra olunaraq İsmayıl Məmmədova xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli hüquqların dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı ölçüsü sənədi verilmişdir. Daha sonra İsmayıl Məmmədov sözügedən torpaq sahəsini X6 14 dekabr 2007-ci il tarixdə notariat qaydada satmışdır. X9 öz növbəsində həmin torpaq sahəsini notariat qaydada xx.xx.2019cu il tarixdə hazırkı mülkiyyətçi X1 və sonuncu mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış almışdır. Eyni zamanda qeyd olunur ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin mövcud tələblərinə uyğun olaraq iddia tələbinin əsassız olduğu məlum olur. Belə ki, iddiaçı sözügedən mübahisə predmeti ilə bağlı ərazi idarəsinə müraciət etməmiş, vətəndaş X2 adına tərtib edilmiş çıxarışın ləğvi ilə ərazi idarəsindən tələbi olmamışdır. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya və onun nümayəndəsi və vəkilinə xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra – “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərlərinə çatdırılmışdır ki, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl analoji tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. İddia tələbində çıxarışın etibarsız sayılması tələb edilsə də, çıxarış inzibati akt deyildir. İddia ərizəsinə cavabdeh orqana iddia tələbində göstərilən məsələ ilə bağlı müraciət etməyini təsdiq edən sənəd və cavabdehin bu məsələ ilə bağlı müraciətinə imtinası əlavə edilmədiyindən iddia tərəfinin qaldırdığı iddia üzrə cavabdehin münasibəti məlum deyildir. Məhkəmə zəruri qaydada tələb edir ki, imtina məktubu iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2022-ci il tarixdən əvvələ aid olmalıdır. Hüquqi yardım məktubunda iddia tərəfinə məlumat üçün bildirilmişdir ki, iddiada etibarsız hesab olunması tələb edilən RX seriyalı ******* nömrəli çıxarış X10 ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi əsasında tərtib olunmuşdur. Göründüyü kimi çıxarışın verilməsinə əsas tərəflər arasında bağlanmış mülki hüquqi əqddir. Yardım məktubunda iddia tərəfinin cavabdehə müraciət etməyini təsdiq edən sənədin və ya cavabdehin imtinasının 5 gün müddətində məhkəməyə təqdim olunması, həmçinin məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi təklif olunmuş, lakin bu günədək iddiaçı və ya onun vəkili tərəfindən belə bir münasibət bildirilməmiş, eləcə də iddia tərəfinin cavabdehə müraciət etməsini təsdiq edən sənəd və ya cavabdehin imtinası məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırkı tələblə bağlı cavabdehə heç bir müraciət edilməmiş, müraciətin təmin edilməsindən imtina olunmasına dair müvafiq məktub iş materiallarına əlavə olunmamışdır. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçı və onun vəkilinə hüquqi yardım edilərək, qanunveriliciyin tələbləri izah olunmuş və hazırkı iddianın mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddia tərəfinin hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdehə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, iddiaçının hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Müvafiq imtina cavabı alındıqdan sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “xx.xx.2019-cu il tarixdə X2 adına ********** nömrəli qeydiyyat ilə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar