Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-719/2022 03.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X1, nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1979xx.xx.1986-cı il tarixləri aralığında Kəlbəcər rayonunda əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1962-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1979-cu il tarixdə Kəlbəcər rayon Zar ət-süd tütünçülük sovxozunda 1 nömrəli biriqadada fəhlə olaraq başlamışdır. İddiaçı xx.xx.1980-ci il tarixdə hərbi xidmətə yollanmışdır. xx.xx.1982-ci il tarixdə həmin sovxozda fəhlə vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.1983-cü ildə ərizəsinə əsasən işdən azad olunmuşdur. İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək “Təsərrüfatlararası təmirtikinti müəssəsi”ndə fəhlə vəzifəsində, xx.xx.1984-ci ildən xx.xx.1985-ci ilədək “Xəzərneftqazdonanma” idarəsində motorist vəzifəsində, xx.xx.1985-xx.xx.1986-cı illərdə “Hidroxüsusitikinti” Birlik Azərbaycan Xüsusiləşdirilmiş İdarəsi 3 nömrəli sahədə elektrik qaynaqçısı vəzifəsində, bundan sonra xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək X3 Zavodunda elektrik-qaynaqçı və sair zərərli peşə sayılan (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarının 35-ci maddəsinə əsasən) vəzifələrdə çalışmışdır. İddiaçı xx.xx.1995-xx.xx.1996-cı illərdə “ERA” Azərbaycan Rusiya birgə müəssisəsi Kotlo “ERA” filalında 4-cü dərəcəli eletrik qaynaqçısı vəzifəsində çalışmışdır. İddiaçı xx.xx.1996xx.xx.1996-cı illərdə "xxxx" DŞEİ ÖB Xüsusiləşdirilmiş Təmir Quraşdırma Müəssisəsində fərdi əmək Müqaviləsi yolu ilə Qazan Təmir Quraşdırma sexində 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.1996-xx.xx.1997-ci il tarixlərində "xxxx" DŞEİ ÖB Xüsusiləşdirilmiş Təmir Quraşdırma Müəssisəsi köçürmə yolu ilə Qazan Təmir Quraşdırma sexində daimi 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.1997xx.xx.1998-ci illərdə "xxxx" DŞHİ ÖB Xüsusilləşdirilmiş Təmir Quraşdırma Müəssisəsi Qaynaq sexinə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.1998-xx.xx.2001-ci illərdə "xxxx" DŞEİ ÖB Xüsusiləşdirilmiş Təmir Quruşdırma Müəssisəsi Qaynaq sexində 6ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Azərbaycan DRES-in qaynaq sexində 6-cı dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsində, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan İES MMC-nin qazan və köməkçi avadanlıqların təmiri sexinin qaynaq sahəsində 6-cı dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixli **********2 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasım təyin edən orqana daxil olduqu gun baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə idarəyə təqdim etdiyi xx.xx.1984-cü il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1979xx.xx.1986-cı il tarixləri arasındakı dövrlər ərzində müxtəlif müəssisələrdə işləməsinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduğundan sonra baxıla bilər. Cavabdehin xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Filiala təqdim edilən 16 aprel 1984-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1986-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “X3” zavodunda işlədiyi qeyd edilmişdir. Adıçəkilən zavod tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödəniiməməsini dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə xx.xx.2020-ci il tarixində sorğu verilmişdir. 14 yanvar 2021-ci il tarixində "xxxx" ASC-nin sorğuya daxil olmuş müvafiq cavabında xx.xx.1994-xx.xx.1994-cü il tarixi üzrə əmək haqqı ödənişinin olmadığı qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (24 il 11 ay) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********3 nömrəli və xx.xx.2021-ci il tarixli **********3 nömrəli imtina məktublarında da xx.xx.2021-ci il tarixli **********6 nömrəli imtina məktubunda qeyd olunanlar göstərilməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür, yəni 60 yaşı hələ tamam olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Beləliklə. iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin oluna bilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixinədək 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajına malik olmalı idi. İddiaçı ümumi staj ilə bağlı mövcud olan tələbə cavab vermir. Belə ki, iddiaçının əmək kitabçasında xx.xx.1986-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “X3” zavodunda işlədiyi qeyd edilmişdir. Adıçəkilən zavod tərəfindən həmin dövrlər üzrə əmək haqlarının ödənilib-ödənilməməsinin dəqiqləşdirilməsi ilə bağlı cavabdeh tərəfindən “Azneftenaş" ASC-yə sorğu verilmiş, sorğuya 16 sentyabr 2021-ci il tarixində daxil olmuş müvafiq cavabda xx.xx.1994-xx.xx.1994-cü il tarixləri üzrə əmək haqqı ödənişinin olmadığı qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi dövrlər sığorta stajına daxil edilmədiyi üçün iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 24 il 11 ay təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci bəndinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Həmin qaydaların 3.2-ci bəndində görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlərdə daxil edilmişdir. İddiaçı yalnız bir güzəştli arayış vermişdir, orada da iddiaçının güzəştli iş stajı xx.xx.2001-ci il tarixindən başladığından xx.xx.2006-cı il tarixinədək 12 il 6 ay etmir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********7 nömrəli etiraz məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçı əmək kitabçasının surətinə əsasən onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 11 ay) təşkil edir. Belə ki, mərkəzi Filiala təqdim edilən 16 aprel 1984-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1986-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “X3” zavodunda işlədiyi qeyd edilmişdir. Adıçəkilən zavod tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı Fondu Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən aidiyyəti üzrə xx.xx.2020-ci il tarixində sorğu verilmiş, 14 yanvar 2021-ci il tarixində "xxxx" ASC-nin sorğuya daxil olmuş müvafiq cavabında xx.xx.1994-xx.xx.1994-cü il tarixi üzrə əmək haqqı ödənişinin olmadığı qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrü iddiaçının iş stajınıza daxil etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən İddiaçı azı 25 il sığorta stajına malik olmadığına görə onun pensiya hüququ yaranmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək “hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: 1980-ci ilin iyul ayında verilmiş attestatın surətindən görünür ki, iddiaçı xx.xx.1979cu ildə Azərbaycan SSR Kirovabad şəhər 38 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1980-ci ildə elektrik qaynaqçısı peşəsi üzrə tam kursu bitirmişdir. İddiaçıya məxsus ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 07-52 nömrəli “işin xarakteri haqqında arayış”da qeyd olunur ki, İddiaçı xx.xx.2001ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx"-nin Qaynaq sexində 6-cı dərəcəli əl ilə elektrik qaynaqçısı işləmişdir (Əmr-266/K nömrəli xx.xx.2001-ci il tarixli), xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə Əmək müqaviləsinə xitam verilmişdir (Əmr-466/Ş nömrəli xx.xx.2008ci il tarixli). xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" MMC-nin Qazan və Köməkçi Avadanlıqlarının Təmiri sexinin Qaynaq sahəsində 6-cı dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir (Əmr-47/Ş nömrəli xx.xx.2015-ci il tarixli). xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə Əmək müqaviləsinə xitam verilmişdir (Əmr- 14/Ş nömrəli xx.xx.2019-cu il tarixli). Belə ki, İddiaçı işlədiyi müddət ərzində xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr, 3-4 sinif təhlükəsizlik sinfi, havanın hərəkət surətinin, iş yerində havanın temperaturun yüksək, nisbi rütubətin normadan yuxarı olması, titrəmə, səs-küy, əməyin ağırlığı, yeksənəkliyi (monotonluğu), əsəb, emosional və intellektual gərginlik faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı işlədiyi müddət ərzində xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2019cu il tarixədək aylıq məvacibinin 16% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət günü verilmişdir. “Azərenerji “ ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" - Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqər "xxxx" MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. İddiaçı işlədiyi illər ərzində xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək tutduğu əl ilə elektrik qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin siyahı”smın 23cü “Ümumi peşələr” bölməsinin 2320000-19906 vəzifə koduna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 35-ci “Ümumi peşələr” bölməsinin Qaz qaynaqçıları və əl ilə elektrik vəzifələrinə uyğundur. Həmin sahədə iş stajı 11 il 04 ay 25 gün təşkil edir. Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli MM7-12/101 nömrəli “güzəştli arayış”ında qeyd olunur ki, o, həqiqətən xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixli 150/k saylı əmrlə X3 zavodunun KRLJ-100A markalı Çalaqazan maşınlar və XİM istehsalı sahəsinə 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul olunmuşdur. xx.xx.1987-ci il tarixində xx.xx.1987-ci il tarixli 387/a saylı əmrlə yenidən tarifləşmə ilə əlaqədar iri aqreqatların, seriyalı məhsulların yığılması və yeni dəzgahların istehsalı üzrə yığma sahəsinə 2-ci dərəcəli elektrik qaynaqçı vəzifəsinə təyin olunmuşdur. xx.xx.1989-cu il tarixində xx.xx.1989-cu il tarixli 119/a saylı əmrlə əl ilə elektrik qaynaqçısının 4-cü dərəcəli verilmişdir. xx.xx.1991-ci il tarixində xx.xx.1991-ci il tarixli 174/k saylı əmrlə Qazanxana sahəsinə 4-cü dərəcəli maşinist-ocaqçı işinə keçirilmişdir. xx.xx.1993-cü il tarixində xx.xx.1993-cü il tarixli 23/a saylı əmrlə maşinist-ocaqçı peşəsinin 5-ci dərəcəsi verilmişdir. Yuxarıda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə 35-ci maddəsinin ümumi peşələr siyahısına əsasən, zərərli peşə sayıldığına görə, həmin peşədə işlədiyi üçün güzəştli pensiya hüququ verir. xx.xx.1995-ci il tarixində xx.xx.1995-ci il tarixli 65/k saylı əmrlə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçası xx.xx.1984-cü il tarixdə doldurulmağa başlanmışdır. Əmək kitabçasında olan qeydlərə əsasən iddiaçının iş stajı və tutduğu vəzifələr aşağıdakı kimidir:
1. xx.xx.1979-xx.xx.1980-cı illər 1 nömrəli Zar ət-süd tütünçülük sovxozunda fəhlə (01 il 04 ay 14 gün);
2. xx.xx.1980-xx.xx.1982-ci illər həqiqi hərbi xidmətdə olduğu dövr (01 il 11 ay 15 gün);
3. xx.xx.1982-xx.xx.1983-cü illər sovxozda fəhlə (04 ay 17 gün);
4. xx.xx.1983-xx.xx.1984 fəhlə (01 il 02 ay 28 gün);
5. xx.xx.1984-xx.xx.1985 motorist şagirdi (11 ay 16 gün);
6. xx.xx.1985-xx.xx.1986 elektrik qaynaqçısı (01 il 21 gün);
7. xx.xx.1986-xx.xx.1991 elektrik qaynaqçısı (05 il 1 gün);
8. xx.xx.1991-xx.xx.1995 maşinist-ocaqçı (03 il 10 ay 01 gün);
9. xx.xx.1995-xx.xx.1996 elektrik qaynaqçısı (06 ay 11 gün);
10. xx.xx.1996-xx.xx.2001 elektrik qaynaqçısı (05 il 03 ay 01 gün);
11. xx.xx.2001-xx.xx.2009 elektrik qaynaqçısı (07 il 06 ay 03 gün);
12. xx.xx.2009-xx.xx.2010 elektrik qaynaqçısı (01 il);
13. xx.xx.2010-xx.xx.2012 elektrik qaynaqçısı (02 il 11 ay 23 gün);
14. xx.xx.2012-xx.xx.2015 elektrik qaynaqçısı (02 il 01 ay 02 gün);
15. xx.xx.2015-xx.xx.2019 elektrik qaynaqçısı (03 il 10 ay 27 gün);
16. xx.xx.2019-xx.xx.2020 elektrik qaynaqçısı 01 il 04 ay 08 gün); İddiaçının sonuncu iş yeri xx.xx.2020-ci ildən işlədiyi "xxxx" MMC, vəzifəsi ilə elektrik qaynaqçısı olmuşdur. Göstərilən stajların toplanması nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixinədək cəmi 26 il 1 ay 04 gün ümumi iş stajına malik olduğu müəyyən edilir. Məhkəmə cavabdehin imtinasında qeyd edilən dəlillərinə və işin tədqiq olunan hallarına münasibətdə zəruri olaraq qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.8-ci maddəsinin mətninə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” AR Qanununun 2017-ci ilin iyulun 1-dək qüvvədə olan redaksiyada 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir. Göstərilən normanın tələbinə əsasən məhkəmə qeyd edir ki, iddiaçı əmək fəaliyyətinə başladığı xx.xx.1979-cu il tarixdən xx.xx.2006-cı il tarixədək cəmi 26 il 1 ay 4 gün iş stajına malik olmaqla qanunvericiliklə müəyyən edilmiş 25 illik ümumi iş stajı tələbinə cavab vermişdir. İş materiallarına əlavə edilmiş güzəştli iş stajı və işin xarakteri barədə arayışlara əsasən müəyyən edilmişdir ki, İddiaçı işlədiyi illər ərzində ən azı xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cu il tarixədək tutduğu əl ilə elektrik qaynaqçısı vəzifəsi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 23-cü “Ümumi peşələr” bölməsinin 2320000-19906 vəzifə koduna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 35-ci “Ümumi peşələr” bölməsinin Qaz qaynaqçıları və əl ilə elektrik vəzifələrinə uyğundur) üzrə 4 il 5 ay 29 gün, xx.xx.1986-xx.xx.1991-ci illərdə elektrik qaynaqçısı və xx.xx.1991-xx.xx.1995-ci illərdə maşinist-ocaqçı vəzifələri ( göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə 35-ci maddəsinin ümumi peşələr siyahısına əsasən, zərərli peşə sayıldığına görə, həmin peşədə işlədiyi üçün güzəştli pensiya hüququ verir) üzrə cəmi 8 il 10 ay 1 gün hesablanmaqla, toplam 12 il 6 ay güzəştli iş stajına malik olmuşdur. Cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajına malik olması məsələsi mübahisələndirilməmişdir. Eyni zamanda Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının 24 il 11 ay ümumi iş stajına malik olması iddia edilməklə, onun hər-hansısa bir aya görə (hazırkı halda 1994-cü ilin noyabr ayı) əmək haqqı almaması və ya arxiv arayışlarında əmək haqqının ödənilməsi ilə bağlı məlumatın öz təsdiqini tapmamasına əsaslanaraq vermiş olduğu imtina əsassızdır. Belə ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrün ardıcılığının (davamlılığının) pozulması və ya tamlığının olmaması nə iş materialları, nə də iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq edilməmiş, cavabdeh tərəfindən göstərilən dövr üzrə əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi şübhə altına alınmadan, həmçinin əksi sübuta yetirilmədən sadəcə olaraq bir ayın əmək stajına nəzərə alınmaması hüquqi müəyyənlik baxımından yolverilməzdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). Cavabdeh iddiaçının müraciətinə imtinasını 25 il ümumi iş stajına malik olmaması ilə əsaslandırır ki, onun imtinasının əsasları işin faktiki halları və qanunvericiliklə təkzib olunur. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə (xx.xx.2019-cu il tarixdən) sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid İsmayılzadə