Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-795/2023 12.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı xx.xx.N973-cü il tarixdə Zaqatala şəhərində anadan olmuşdur. N992-ci ilin may ayının 06-da Zaqatala Rayon Hərbi Komisarlığından hərbi xidmətə çağrılmışdır. Belə ki, iddiaçı, hərbi xidmətə çağrılan gündən rus dilini yaxşı bildiyi üçün komandirlərin tapşırığı ilə rabitəçi funksiyasını yerinə yetirmişdir. xx.xx.N992-ci il tarixdə mənə ZİL-N3N avtomaşını təhkim edilmişdir. Həmin ZİL-N3N avtomaşınında P-N40 markalı radiostansiya və digər avadanlığı quraşdırılmışdır. Bu barədə hərbi biletində müvafiq qeydlər aparılmışdır. Bununla da onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı sübut olunur. Arxiv arayışından görünür ki, iddiaçı xx.xx.N992-ci il tarixdən Zaqatala RHK-dan çağrılmış, N nömrəli hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilmiş və komandirin N2 fevral N996-cı il tarixli 43 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq N nömrəli hərbi hissəyə göndərilmişdir. Lakin, imtina məktubunda onun xx.xx.N992-ci il tarixdən N2 fevral N996-cı il tarixədək xidməti barədə məlumatlar göstərilməmişdir. İddiaçı N nömrəli hərbi hissənin tərkibində N992-ci ilin iyun ayında Tərtər rayonuna ezam olunaraq, Tərtər batalyonunun nəzdində mərkəzi rabitənin saxlanmasında iştirak etmişdir. Bundan başqa 28 iyun N992-ci il tarixdə Ağdamın Şotlanı kəndi istiqamətində Ağdərəyə hücum əməliyyatı zamanı iştirak etmişdir. N992-ci ilin dekabr ayından N993-cü ilin fevral ayınadək Laçın rayonunun Kürdhacılı kəndi istiqamətində, həmin ilin iyul-avqust aylarında isə Füzuli rayonunun Alxanlı, Kürdmahmudlu kəndləri istiqamətində mərkəzi rabitəni təmin etmişlər. Eyni zamanda N993-cü ilin dekabr ayından N994-cü ilin fevral ayının N3-dək Murov dağının Ömər yüksəkliyində, Kəlbəcərin Yanşax kəndində mərkəzi rabitəni təmin etmişdir. N994-cü ilin fevral ayında mühasirəyə düşərək, komandanlığın əmri ilə Kəlbəcər rayonunun müdafiəsi üçün Susuzlu kənd yüksəkliyinə çəkilmişlər. Daha sonra isə onunla birlikdə olan gizir Hüseyn İsmayılov, əsgər Vüqar Əliyev və Elçin Məmmədov yerli briqadanın şəxsi heyəti ilə bir yerdə mühasirədən çıxmaq üçün Susuzlu kəndindən Murov aşırımını aşaraq, iki gün piyada yol qət edərək,Toğanaya çatmışdır. Daha sonra Hacıkəndə ezam olunmuş N nömrəli hərbi hissənin şəxsi heyətinə qoşularaq xidmətini davam etdirmişdir. N nömrəli hərbi hissə komandirinin N2 fevral N996-ci il tarixli 43 nömrəli əmrilə şəxsi heyət siyahısından, bütün növ təminatlardan çıxarılaraq xitmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir (arxiv arayışı xx.xx.2022-ci il 4/2-7290). İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi barədə cavabdehə müraciət etsə də imtina olunmuşdur. Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilir ki, N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və N nömrəli hərbi hissədə hərbi xidməti Atəşkəs dövrünə (xx.xx.N996-cı il) təsadüf etdiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. O, cavabdehin xx.xx.2022-ci il tarixli iclasının nəticəsi ilə razı deyil. Belə ki, o, döyüşlərin ən qızğın nöqtələrində vuruşmuşdur. Arxiv arayışından görünür ki, iddiaçı xx.xx.N992-ci il tarixdən Zaqatala RHK dan çağrılmış, N nömrəli hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilmiş və komandirin N2 fevral N996-cı il tarixli 43 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq N nömrəli hərbi hissəyə göndərilmişdir. Lakin, imtina məktubunda onun xx.xx.N992-ci il tarixdən N2 fevral N996-cı il tarixədək xidməti barədə məlumatlar göstərilmir. Hesab edir ki, dolayı yolla əsassız və qanunsuz olaraq ona “Müharibə Veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilir. Döyüşlərdə iştirak etməyilə əlaqədar hərbi hissələrin siyahısında göstəriməməyi və müvafiq qeydlərin aparılmaması onun təqsirindən baş verməmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2023-cü il tarixli etirazında qeyd edilmişdir ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmədiyindən və N nömrəli hərbi hissədə hərbi xidməti atəşkəs dövrünə təsadüf etdiyindən, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 09 N995-ci il tarixli 2N6 №li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin N-cı bəndinə əsasən “N988-ci ıl fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatırı aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün e'zam olunmuş, həmçinin hərbi qulluqçulara N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə daxili işlər dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən xidmət keçmələrini sübut edən hərbi hissələrin nizamı hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər orden və medallarla təltif olunmaq haqqında vəsiqələr xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı adı verilir Yuxarıda qeyd edilənlərə əsasən və AR İPM-nın 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyi Katibliyinin xx.xx.2022-ci il tarixli 4/3-N2993 nömrəli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 4/2-7290 nömrəli arxiv arayışından görünür ki, Zaqatala RHK-dan çağırılmış, N973-cü il təvəllüdlü İddiaçı Məcid oğlu N №-li hərbi hissə komandirinin NN may N992-ci il tarixli NN №-li əmrilə (əsas: sıra 6, əmrdə vəzifəsi göstərilməyib) xx.xx.N992-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilməklə vəzifəyə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N2 fevral N996-cı il tarixli 43 №-li əmrilə sıravi İ.M.Məcidovun (əsas: § 3, bənd 2, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N93 №-li hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas, kitab, “02 0N N996-xx.xx.N997”, sıra 7) N973-cü il təvəllüdlü İddiaçı Məcid oğlunun xx.xx.N992-ci il tarixdən Zaqatala RHK-dan çağırılması, komandirin NN may N992-ci il tarixli NN №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və komandirin N2 fevral N996-cı ıl tarixli 43 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq N93 №-li hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. N93 №-li hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, əsgər İddiaçı Məcid oğlu 8N2 №-li hərbi hissə komandirinin N mart N996-cı il tarixli 65 №-li əmrilə (əsas: § N, sıra N, səh 77) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək sürücü vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis edilmiş, sürücü, əsgər İddiaçı Məcid oğlu 8N2 №-li hərbi hissə komandirinin N iyul N996-cı il tarixli 207 №li əmrilə (əsas: § N0, sıra 3N, səh 60) şəxsi heyətin sıyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Zaqatala RHK-na göndərilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna qoşma əlavə edilmiş N saylı hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 43 nömrəli əmri ilə xx.xx.N996-cı ildən bütün təminatlardan və ş/h siyahısından çıxarılmışdır. 8N2 saylı hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 65 nömrəli əmri ilə N93 saylı hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş iddiaçı, xx.xx.N996-cı il tarixdən hərbi hissənin şəxsi heyəti siyahısına, bütün növ təminatlara daxil edilmişdir. 8N2 saylı hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 207 nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N996-ci il tarixli N4N saylı əmrinə əsasən iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis edilmiş, xx.xx.N996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan azad edilmiş və hərbi qeydiyyata düşmək üçün göndərilmişdir. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, Ağdam Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, iddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda məhkəmə iclaslarına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.N992-ci il tarixdən N2 fevral N996-cı il tarixədək N №-li hərbi hissədə, daha sonra isə N93 №-li hərbi hissədə xidmət edərək tərxis olunmuşdur. İstinad olunan Əsasnamənin tələbləri baxımından iddiaçıya “Müharibə veteranı” adının verilməsi üçün onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunması müəyyən edilməlidir. İddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir, daha sonra N93 №-li hərbi hissə iddiaçı xidməti davam etdirsə də, nəzərə alınmalıdır ki, istinad olunan Əsasnamənin tələbləri baxımından iddiaçının N0 may N994cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması faktı da müəyyən edilməlidir. Hazırkı iş üzrə yuxarıd qeyd edilən şərtlər iddiaçıya münasibətdə yerinə yetirilmədiyindən məhkəmə hesab edir ki, cavabdeh orqan haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.N.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.N-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in NN0.N-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.N.N2-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 3N8) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-795/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-795/2023
12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver